Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.

səhifə35/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

 
108
səmərəsiz işləyəcək, dəyərli və  dəqiq məlumatlar  əldə edə 
bilməyəcəkdir»
56

Elmi idrak metoduna əsaslanaraq elmi tədqiqatda düzgün 
istiqamət götürmək, vaxta və enerjiyə  qənaət etmək yolu ilə 
həqiqətə daha rasional .yolla çatmaq olar. Fransız riyaziyyatçısı 
Laplas qeyd edirdi ki, müəyyən metoddan istifadə edərək kəşf 
etmiş alimin istifadə etdiyi metodu öyrənmək elm üçün heç də 
onun kəşfindən az əhəmiyyətli deyildir
57

Elmi idrak metodunun seçilməsi tədqiqat obyektinin 
xarakterindən asılı olaraq müəyyən edilir. Məsələn, spektral 
analiz metodu ancaq şüalandıran cisimlərdə, hibridləşdirmə 
metodu ancaq bioloji obyektlərdə tətbiq olunur. Eyni zamanda, 
biliyin müəyyən obyektlərinə  tətbiq olunan metodlar başqa 
elmi bilik obyektlərinə də şamil edilə bilər. Bu mənada elmin 
inkişafında iki meyl mövcuddur: elmlərin differensiyası, yəni 
elmlərin şaxələnməsi və inteqrasiyası, yəni elmlərin birləşməsi 
proseslərindən asılı olaraq metodların bir elm sahəsindən 
digərinə  tətbiq edilməsi baş  verir.  Bu  mənada kimyəvi 
metodların geologiyaya (geokimya), biologiyaya (biokimya), 
fiziki metodların riyaziyyata (riyazi fizika), biologiyaya 
(biofizika), geologiyaya (geofizika) tətbiqini misal göstərmək 
olar. 
Metodun tətbiq sahəsinin başqa elm sahələrinə 
köçürülmə imkanları eyni zamanda, həm də elmi praktikada 
istifadə olunan idrak vasitələrindən asılıdır. Bu vasitələrə hiss 
edənləri (mikroskop, teleskop, gücləndiricilər), düşünənləri 
(müxtəlif hesablayıcı maşınlar) və təsir edənləri (raketlər, lazer 
şüaları) aid etmək olar. Idrak prosesində istifadə olunan 
metodların xarakteri idrak vasitələrinin xarakterindən asılıdır. 
Məsələn, səma cisimlərinin nisbətən yaxından müşahidəsi 
Qalileyin teleskopu kəşf etməsindən sonra mümkün oldu. 
                                           
56
И.П.Павлов. Лекции по физиологии. М., 1952, с.21.  
57
 О.М.Сечивица. Методы и формы научного познания. Изд. «Высшая 
школа», М., 1972, с.4. 


 
109
T.Pavlova görə ictimai və maddi gerçəklikdə heç bir metod 
yoxdur, burada ancaq obyektiv qanunlar vardır. Metodlar 
ancaq insanın başında, onların  şüurunda və deməli, insanların 
şüurlu fəaliyyətində mövcuddur. Buna görə də metod obyektiv 
dialektikanın inikası kimi götürülən subyektiv dialektikanın 
mühüm kateqoriyalarından biridir
58
. Beləliklə, metod insan 
tərəfindən subyektiv məqsədlə yaradılsa da, həmin məqsədin 
özü obyektiv amillərlə  işləndiyindən insanın fəaliyyət üsulları 
yalnız subyektiv momentləri deyil, həm də obyektiv qanunları, 
xassələri və münasibətləri də əks etdirir. 
Əhatə etdiyi hadisələrin miqyasından asılı olaraq 
metodların ümumilik dərəcəsi müxtəlif olur: 1.Konkret 
prosesin bütün mərhələlərində  tətbiq olunan ən ümumi 
dialektik metodlar. 2. Elmi idrak prosesinin bir sıra bilik 
sahələrində tətbiq edilən ümumi metodlar. Bura təhlil və sintez
induksiya və deduksiya, eksperiment və müşahidə, analogiya 
və modelləşdirmə  və s. daxildir. 3. Ancaq müəyyən bir elmin 
hüdudlarında tətbiq olunan xüsusi metodlar, məsələn, 
riyaziyyatda - riyazi induksiya metodu, biologiyada - 
hibridləşdirmə metodu və s. İdrakın ən ümumi metodu təbiətin, 
cəmiyyətin və  təfəkkürün tədqiqi üçün eyni dərəcədə ümumi 
olan materialist metoddur. Ancaq, dialektik metod nə  qədər 
ümumi xarakter daşısa da konkret elmlərin xüsusi metodlarını 
əvəz edə bilmir. 
Təbiət elmləri öz inkişafında təbii elmi biliklər zəminində 
meydana çıxan bir sıra fəlsəfi problemlərlə qarşılaşır. Ancaq, 
onları  təbiət elmlərinin üsul və vasitələri ilə  həll etmək 
mümkün deyildir. Bunu fizikanın fəlsəfi problemləri misalında 
aydınlaşdırmaq olar. Məsələn,  əgər fizik hər hansı bir 
deferensial tənliyi inteqrallaşdırmağı  və onun həllinin fiziki 
mənasını aydınlaşdırmağı qarşısına məqsəd qoyursa, bu zaman 
                                           
58
Т.Павлов.  Основное  в  учении  И.П.Павлова  в  свете  диалектического 
материализма. М., 1958, с.105.  
 


 
110
nəzərdən keçirilən problemin fəlsəfi deyil, fıziki-riyazi 
xarakterli olması üzündən onun həlli üçün fiziki vasitələr və 
riyazi düsturlar kifayət etmədiyindən fəlsəfənin köməyinə 
bilavasitə ehtiyac olacaqdır. Fizikanın fəlsəfi problemləri öz 
məzmununa görə eyni zamanda fəlsəfi xarakterli olub, bir 
tərəfdən fəlsəfi səbəbiyyət, zərurət, qanunauyğunluq məsələləri 
ilə, digər tərəfdən isə  fəlsəfənin  əsas məsələsinin qneseloji 
tərəfinin - idrak prosesində obyekt və subyektin münasibəti 
məsələsinin aydınlaşdırılması  və obyektiv aləmin dərk 
olunması problemləri ilə bağlıdır
59

Təbiətşünaslıq üçün fəlsəfənin nəzəri-metodoloji 
əhəmiyyəti böyükdür. Məsələn, eksperimentlərin birində özünü 
hissəcik kimi aparan elektron, digər halda özünü dalğa kimi 
aparırdı. Dialektik metoda arxalanaraq fiziklər sübut etdilər ki, 
elektronun təbiəti ziddiyyətlidir, o korpuskulyar - dalğa 
təbiətlidir. 
Qeyd edilməlidir ki, ümumi metodların bir çoxu ən 
ümumi metod kimi bütün elmlərdə  tətbiq olunur. Təhlil və 
sintez, induksiya və deduksiya, tarixi və  məntiqi olan ümumi 
metodlar dialektik metoddan ayrılıqda deyil, onunla birlikdə 
təsir göstərir. Ancaq, dialektik metod təşəkkül tapanadək 
(məsələn, təhlil və sintez) bir-birindən ayrılıqda tətbiq 
edilmişdir. Onlar bir-birinə qarşı qoyularaq bir-birindən asılı 
olmadan tətbiq olunmuşdur. Eyni sözləri elmi idrakın başqa 
metodları haqqında da demək olar. Ümumiyyətlə, qeyd 
edilməlidir ki, tədqiqat prosesində bütün metodlar vəhdətdə 
tətbiq olunmalıdır. 
 
                                           
59
 Сб. «Философия естествознания», М, Политиздат, 1966, с.21-22. 




Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə