Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.

səhifə9/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

 
29
hüquqi cəhətdən təkmilləşməsi üçün şərait yaratmış olur. 
Ancaq, məqsədin nəticəsi cəmiyyət üçün o vaxt yararlı hesab 
edilə bilər ki, o öz mahiyyəti etibarı ilə müsbət həqiqi əsaslara 
malik  olsun.  Bu  zaman  həmin  əxlaqi və hüquqi dəyərlər 
məqsədəuyğun olur və onun həyata keçirilməsi vacib hesab 
edilir. Yəni, həqiqətə çatmaq üçün, müəyyən mərhələli, 
çoxtərəfli məqsədləri həyata keçirmək lazım gəlır. 
İnsan öz davranışı ilə mahiyyətini, öz əxlaqi keyfiyyətini 
və  mənəvi simasını açıb göstərir.  İnsanın mahiyyəti onun 
işində, hərəkət və davranışında, işinin motivlərində müəyyən 
edilir.  Şəxsiyyətin qiymətləndirilməsi zamanı bütün bu vahid 
əxlaqi və hüquqi motivlər  əsas götürülməklə onun fərdi 
keyfiyyətləri, arzu və istəkləri,  şəxsi təşəbbüsləri, işinə 
münasibəti, hazırlıq səviyyəsi, mənəvi siması, ailədə, 
kollektivdə davranışı  nəzərə alınmalıdır. Məsələn, hər hansı 
şəxsin keyfiyyəti, davranışı 
nəzərə alınmırsa və 
xasiyyətnamədə bütün bunlar öz əksini tapmırsa, həmin  şəxs 
haqqında qeydlər birtərəfli qaydada əks olunmuş olar. 
Əxlaqi qiymət siyasi, hüquqi, estetik qiymətlərlə 
əlaqəlidir və bunlar bir-birinə uyğun  şəkildə mühakimə 
edilməlidir.  Əxlaqi qiymətin hüquqi qiymətlə  əlaqəsi bununla 
müəyyən olunur ki, hüquqi qiymət həmişə  əxlaqi  əhəmiyyət 
kəsb edir. Halbuki hər hansı  əxlaqi qiymət hüquqi məna 
daşımır. Hüquqi qiymət yalnız qanunla nəzərdə tutulan hərəkət 
və davranışa verilir. Qanunla nəzərdə tutulmayan davranış  və 
hərəkətlər isə əxlaqi baxımdan qiymətləndirilir. Hüquqi qiymət 
müvafiq olaraq səlahiyyətli müəssisələr və  şəxslər tərəfindən 
verilir və dövlət tərəfindən icbari şəkildə müdafiə olunur, 
əxlaqi qiymət isə ayrı-ayrı  şəxslərə öz kollektivləri tərəfindən 
yazılı  və  şifahi  şəkildə irəli sürülür və ictimai rəy vasitəsilə 
möhkəmləndirilir.
15
 Hüquqi və  əxlaqi qiymət həm hərəkətin 
                                           
 
15
 S.Ş.Paşayev. Kommunist əxlaqının nəzəri məsələləri. “Maarif” nəşriyyatı. 
Bakı, 1978, səh. 76-77. 


 
30
özünü, həm də onun motivlərini eyni dərəcədə  nəzərə alır. 
Əxlaqi və hüquqi qiymət arasında mütləq sərhəd yoxdur. 
Əxlaqi norma ilə qiymətlər hüquqi norma və qiymətlərə uyğun 
gəlir. Məsələn, bütün ictimai təhlükəli əməllər həm əxlaqi, həm 
də hüquqi nöqteyi nəzərdən qiymətləndirilir. 
Hüquqi təfəkkür  əxlaqi normalarla sıx  əlaqədə inkişaf 
edir.  İnsanların sosial fəaliyyətinə, davranışına, hüquqi 
fəaliyyətinə onların  əxlaqı  və  mənəviyyatı ilə qiymət verilir. 
Ona görə  də  cəmiyyətdə insanların hüquqi ideyaları eyni 
zamanda onların mənəvi baxışlarında öz əksini tapır. Yəni, 
hüquqi təfəkkürün fəaliyyəti əsasında qanunla ictimai təhlükəsi 
olan hər bir əməl hər bir halda əxlaqi mənəvi əsaslarla pislənir. 
Bütün hallarda hər bir törədilmiş  əmələ  mənəviyyatla bağlı 
qiymət verilir. Mənəvi prinsiplərin hüquqi prinsiplərlə 
müəyyən mənada birləşməsi hələ onların eyni mahiyyətə malik 
olması demək deyildir. Belə ki, mənəviyyat ictimai həyatda 
qənimətçiliyə, müftəxorluğa,  şərəf və  ləyaqətə qarşı olan hər 
cür əməlin əleyhinədir. “Mənəviyyat insan davranışının ümumi 
prinsiplərini formalaşdırır”
16
  
Hüquqi təfəkkür isə tamah və  qənimətçilik motivləri 
əsasında törədilmiş,  şərəf və  ləyaqətə qarşı yönəldilmiş sosial 
təhlükəli  əməllərə qiymət verir. Eyni zamanda məlum olduğu 
kimi hüquqi təfəkkür insanların davranışlarını 
qiymətləndirərkən məsələn, təqsir, qəsd, ehtiyatsızlıq, cinayət 
kimi anlayışlardan istifadə etdiyi halda, mənəvi davranışı 
müəyyən edən anlayışlar mənəvi təfəkkürə əsaslanan davranış 
və  əxlaqi faktlara əsaslanan xeyr, şər, borc və  şərəfdən 
ibarətdir.  
Qanunverici orqan hüquqi təfəkkürə  və iradə aktına 
əsaslanaraq cinayət sayılan  əməllərin dairəsini qanuna daxil 
edir. Bu eyni zamanda hüquqi təfəkkürün qanunçuluq 
                                           
16
  Карпец  И.И. «Уголовные  права  и  этика.  М.,  Юрид.  литература» 
1985, С. 96. 


 
31
prinsipinin həyata keçirilməsi ilə bağlı dövlətin məcburiyyət 
aparatının fəaliyyətinin tərkib hissəsidir. 
Hüquq normasına hakim əxlaqi dəyərlərlə haqq 
qazandırmalıdır. Qanun əxlaqi dəyərlərə nə qədər uyğun olarsa, 
o qədər onun sosial mahiyyəti yüksək olar. Belə hüquqi 
normaların təsiri altında pozitiv motivlər formalaşır. 
N.D.Durmanov qeyd edir ki, qanunla ictimai təhlükə 
törədən əməllər eyni zamanda qeyri əxlaqi əməllərdir. Ancaq, 
müxtəlif  əməllərin mənəvi baxımdan pislənilməsi heç də eyni 
deyildir.
17
 Qanunlarda baş vermiş  əmələ görə verilən hüquqi 
qiymətlə  mənəvi-əxlaqi qiymət üst-üstə düşür. Ona görə  də 
hüquqi qadağa mənəvi baxımdan düzgün qiymətləndirildikdə 
hüququn mühafizəedici funksiyasının təsiri altında 
vətəndaşlarda arzu olunan davranış qaydalarının 
formalaşmasına nail olmaq olur. Yəni insanların hüquqi şüuru 
hüquq normasının məzmunu ilə həmrəylik nümayiş etdirdikdə 
hüquqi  şüur hüququn mühafizəedici funksiyasının hərəkət 
mexanizminin həlledicisinə çevrilir. Elə bu səbəbə görə 
qanunverici orqan əhali tərəfindən pislənilən  əməllərin 
kriminallığını  qəbul etməlidir. Yəni  əvvəlcədən insanların 
hüquqi şüurunun motivləri nəzərə alınmalıdır. 
Qanunla fərdi  şüurda yaranmış obrazlar əsasında baş 
verən ictimai təhlükəli  əməl kriminal əməl hesab edilir. 
Beləliklə, baş verən psixi prosesdə mənəvi şüur da iştirak edir. 
Hüququn qadağanedici funksiyasının çəkindirici təsiri, 
yəni xarici funksiyası, belə normaların cəmiyyət üzvlərinin 
hüquqi  şüurunda inikası ilə mümkündür. Qadağanedici 
normanın məzmunu ilə  fərdlərin hüquqi şüuru arasında rabitə 
yarandığı zaman fərdlər ya norma ilə həmrəy olduqlarına görə, 
yaxud da cəza hədəsinin təsiri altında öz davranışlarının 
sərhədlərini müəyyən edirlər. Hüquq norması  fərdlərə öz 
təsirini hüquqi şüur vasitəsi ilə göstərə bilir. Beləliklə, hüquqi 
                                           
17
 Дурманов Н.Д. Понятие преступления. М., 1948. С.243. 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə