Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

 
35
haqqında  əsərində yazırdı ki, dünyada Allah aləmi, yəni kilsə 
və yer Allahı, yəni dövlət mövcuddur. Kilsə aləmi yer 
aləmindən daha əvvəl yaranmışdır və ondan üstündür. 
Avqustinə görə hökmdar kilsəyə xidmət etməlidir. Onun 
ideologiyası teokratik imperiyaya əsaslanırdı. Avqustin iddia 
edirdi ki, hüquq, həqiqət, ədalət, sülh, rahatlıq kilsədə öz əksini 
tapır. Dövlət isə insanlar tərəfindən yaradılmış müvəqqəti 
məqsədləri həyata keçirmək üçün lazımdır.  Ədalət olmayan 
yerdə dövlət quldur dəstəsindən başqa bir şey deyildir. Dövlət 
ancaq yerdəki müvəqqəti qaydaları müdafiə etmək üçündür. 
Sonra dövlət kilsəyə xidmət etməlidir, yəni dövlət yer aləmini 
səma aləminə istiqamətləndirməlidir. Burada azad iradə  şər 
qüvvə hesab edilir. Belə ki, iradə insanı birlikdən hərc-mərcliyə 
istiqamətləndirir. Kafirlər birliyin düşmənləridir. Ona görə 
Avqustin kafirlərin zorla, yəni silahlı yolla öldürülməsini təklif 
edirdi. 
Dövlətin vəzifəsi kimi qeyd edilirdi ki, sosial qaydalar 
qanunlar vasitəsi ilə nizama salına bilər. Avqustinin teokratik 
ideyaları Şərqi Roma imperiyasında- Bizansda həyata keçirildi. 
Kilsə  və dövlətin sıx  əməkdaşlığı  şəraitində quldarlıq 
quruluşunun tənəzzülünü məhdudlaşdıran teokratik imperiya 
yaradıldı. 
Ərəb fılosofu  İbn- Rüşddür- Averroesinin  (1126-1198) 
“ikili həqiqət” konsepsiyasına görə geniş kütlə üçün birgə 
yaşayış normaları izah edilir və burada dinin rolu qeyd edilir. 
Ona görə təbiət və cəmiyyət qanunlarını dərk edən ikili həqiqət 
- fəlsəfə və din mövcuddur. İbn Rüşdün “Təkzibin təkzibi” adlı 
əsərində irəli sürdüyü ikili həqiqət konsepsiyası  təbiət 
elmlərinin inkişafı üçün geniş imkanlar yaratmışdı. Alim 
qanunların yaradılmasında, dövlətin düzgün idarə edilməsində 
əxlaqi amillərə, tərbiyəyə üstünlük verirdi. Bilirik ki, antik 
filosoflar tərbiyə  və  əxlaq məsələlərini mədəniyyətlə 
əlaqələndirirdilər. Ibn Rüşd belə hesab edirdi ki, tərbiyə  işi 
məntiq elmindən başlamalı  və buradan digər elm sahələrinə 


 
36
keçməli, nəhayət metafizik fəlsəfə ilə tamamlanmalıdır. Filosof 
hökmdarın xalq içərisindən seçilməsini məsləhət bilirdi. O 
dövlət başçısını  ləyaqətli,  əxlaqlı olmağa, qanunlara 
əsaslanaraq ölkəni idarə etməyə çağırırdı. 
Fransa burjua inqilabı (1789) feodal aristokratiyasının 
sərt müqaviməti ilə rastlaşdı. Yakobinlər respublikanı inqilaba 
qarşı olan daxili və xarici koalisiyadan müdafiə etmək 
məcburiyyətində qaldı. Belə bir şəraitdə irtica qüvvələri feodal 
münasibətlərini saxlamaq üçün dini dünyagörüşü dirçəltmək 
qərarına gəldilər. 
Fransada yüksək zadəgan rütbəsinə malik qraf nəslindən 
olan Jozef de Mestr feodal münasibətlərinin saxlanması 
uğrunda mübarizə aparmışdı.  Əvvəllər Russonun siyasi 
görüşlərindən bəhrələnmiş müəllif liberal dünyagörüşə malik 
olmuşdur. Sonralar feodal irtica qüvvələrinin tərəfdarı kimi 
çıxış etmiş, on beş il Sardinya krallığının səfiri kimi 
Peterburqda yaşamışdır. Burjua ideologiyasından imtina edən 
müəllif elmi biliklərin qüdrətinə qarşı çıxış edirdi. O belə hesab 
edirdi ki, dinə  əsaslanmayan elm səmərəsiz və zərərlidir. Elm 
məhz dinlə ittifaqda fayda verə bilər. Beləliklə, Mestr öz 
istedadını maarifçiliyə  və inqilaba qarşı mübarizəyə  sərf 
etmişdir. O belə hesab edirdi ki, Fransa Avropa xristianlığının 
mərkəzi olacaqdır.  İnqilabın heç bir səmərə verməyəcəyini 
iddia edən müəllif qeyd edir ki, Fransa inqilab nəticəsində 
cinayətkarların  əlində oyuncağa çevrildi. Müəllifə görə ancaq 
ilahi  əsasa malik olan hadisələr qüdrətlidir, inqilab isə ancaq 
cinayətkarlığa yol açır, inqilab şeytan əməlidir. 
VII  əsrin  əvvəllərində tayfa ittifaklarına  əsaslanan 
quldarlıq quruluşu feodal quruluşu ilə  əvəz edildi. Beləliklə, 
tayfa sitayişləri təkallahlılığa  əsaslanan yəhudi dininin və 
xristianlığın təzyiqi ilə  əhəmiyyətini itirdi. Belə bir şəraitdə 
yeni dini dünyagörüşü olan Islam formalaşdı.  Ərəb dilində 
islam “itaət etmək” deməkdir. Məkkə sakini Məhəmməd (570-
632) vahid Allaha itaət etmək haqqında öz ideyasını irəli 


 
37
sürməklə çoxallahlılığa qarşı  çıxdı.  Əvvəlcə, yerli əyanların 
təzyiqinə  məruz qalan Məhəmməd 622-ci ildə  Məkkədən 
Mədinəyə köçür. Bir neçə ildən sonra müsəlmanların, yəni 
Allaha sədaqətlilərin mərkəzinə çevrilən Mədinə  Ərəbistanın 
mərkəzinə və Məhəmmədin varisləri olan xəlifələrin xilafətinə 
çevrilir.  Ərəb xilafəti  İspaniya, Hindistan, Çin sərhədlərinə 
qədər yayıldı.  İslam dininin mənbəyi olan Quran Məhəmməd 
peyğəmbərin yazdığı  nəsihət və  kəlamlardır. Sünnə 
Məhəmməd peyğəmbərin mülahizələri və  əməlləri barədə 
yazılmış hekayələrdən ibarətdir. Quran və sünnə müsəlmanları 
Şəriət yolu ilə aparan, onlara məqsədə çatmağın yolunu 
müəyyən edən dini, hüquqi və  əxlaqi normalardan ibarətdir. 
Şəriət Allah tərəfindən yaradılan Peyğəmbər vasitəsilə 
insanlara göndərilən və  həyata keçirilməsi məcburi olan 
göstərişlərdir. Quran müsəlman hüququnun əsası, sünnə isə 
fəaliyyətdə olan  hüquqdur. Belə qeyd edilir ki, həyatda baş 
verən bütün məsələlər öz həllini quranda və sünnədə tapır. 
Quran Məhəmməd peyğəmbərin ikinci xəlifəsi Ömərin 
vaxtında 634-644
:
cü illərdə  tərtib edilmişdir. Onun 
tamamlanması prosesi isə xəlifə Osmanın zamanında- 644-656-
cı illərdə həyata keçmişdir. 
Teokratiya, yəni siyasi- hüquqi hakimiyyətin ruhanilərin 
əlində  cəmləşdiyi idarəçilik üsulu insanları vahid iradə ilə 
Allah və onun elçisi Məhəmmədin hakimiyyətinə tabe etməyə 
çalışan bir idarəçilik idi.  
İslam hüququ öz mükəmməlliyinə görə dövrünün ən 
uğurlu hüquq sistemi olmuşdur. O dövrdə bir çox dünya ölkələri 
İslam ölkələri hesab edilirdi ki, buna Darül-İslam (İslam dünyası) 
deyilirdi. Bu İslam dininin və qanunlarının tamamilə hökm 
sürdüyü ölkələr idi. İkinci, ölkələr var idi ki, onlar heç bir halda 
İslamın qanunlarını qəbul etmək istəmirdilər və İslam ölkələri ilə 
müharibə  şəraitində idilər. Bu ölkələr Darül-hərbə (müharibə 
dünyası) ölkələri idi. Müsəlmanlara sülh yolu ilə tabe olan 
ölkələr darül- əhd (müahidə dünyası) adlandırılırdı. Burada 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə