Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   32   33   34   35   36   37   38   39   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(72) 


36 Müəssisələrin birləşməsi, qeyri-nəzarət paylarının alınması, biznes olmayan törəmə 

müəssisənin alınması və qudvil 

 

SOCAR International DMCC-nin alınması. 30 avqust 2013-cü il tarixində Qrup balans dəyəri 18 AZN olan, 

əvvəllər Qrupun asılı müəssisəsi olmuş SOCAR International DMCC-də 100 faizlik mülkiyyət payını  əldə 

etmişdir. Alış üzrə ödənilmiş  məbləğ 18 AZN təşkil etmişdir. SOCAR International DMCC-nin Abu Dabinin 

(BƏƏ) sahilində yerləşən neft yataqlarından boru kəmərləri vasitəsilə  nəql edilən nefti emal etmək və 

saxlamaq məqsədilə tikilmiş Füceyrədə (BƏƏ) SOCAR Aurora neft terminallarında faktiki olaraq 50 faizlik 

iştirak payı olan müəssisədir. Qrup bu əməliyyatı biznes olmayan törəmə müəssisənin mərhələli alınması 

kimi tanımışdır. SOCAR International DMCC üzrə  nəzarət  əldə edildiyi tarixdə 30 AZN məbləğində satış 

dəyəri birgə nəzarət altında olan müəssisələrdə investisiyalara aid edilmişdir.  

 

Alış tarixindən etibarən SOCAR International DMCC Qrupa sıfır məbləğdə gəlirlər qazandırmış və 0.3 AZN 



məbləğində zərər gətirmişdir. Alış 2013-cü ilin əvvəlində baş versəydi, Qrupun gəlirləri Konsolidasiya edilmiş 

Mənfəət və ya Zərər və Digər Məcmu Gəlir haqqında Hesabatda tanınan müvafiq məbləğdən fərqlənməzdi 

və alış üzrə  ədalətli dəyərdə düzəlişlər SOCAR International DMCC-nin qeydlərində  əks olunduğu halda 

tətbiq ediləcək əlavə dəyərsizləşməni əks etdirmək məqsədilə SOCAR International DMCC-nin nəticələrində 

dəyişikliklər edilikdən sonra davam edən əməliyyatlardan xalis mənfəət 1,018 AZN olardı. 

 

Qrup SOCAR International DMCC-ni onun BƏƏ-dəki treydinq əməliyyatlarını  dəstəkləmək üçün nəql etmə 



və saxlama infrastrukturu ilə təmin etmək məqsədilə almışdır. 

 

SOCAR Petroleum QSC-nin alışı. 10 dekabr 2013-cü il tarixində Qrup balans dəyəri 53 AZN olan, əvvəllər 

Qrupun birgə müəssisəsi olmuş SOCAR Petroleum QSC üzrə 100 faiz  nəzarəti  əldə etmişdir. SOCAR 

Petroleum QSC-nin fəaliyyəti Azərbaycan bazarında neft məhsullarının saxlanması, paylanması  və 

pərakəndə satışından ibarətdir.  Şirkət Bakı  və Azərbaycanın regionlarında 23 yanacaq anbarından və 

17 yanacaq doldurma stansiyasından ibarətdir. Qrupun alış tarixindən bilavasitə  əvvəl SOCAR Petroleum 

QSC-in kapitalında iştirak payının alış tarixinə ədalətli dəyəri təxminən 76 AZN olmuşdur. Bu əməliyyat Qrup 

tərəfindən mərhələli alış kimi uçota alınmış və əvvəllər SOCAR Petroleum QSC-də saxlanılan iştirak payının 

balans dəyəri və ədalətli dəyər arasındakı fərq konsolidasiya edilmiş mənfəət və ya zərər və digər məcmu 

gəlir haqqında hesabatda “Digər əməliyyat gəliri” gəlir kimi tanınmışdır. 

 

SOCAR Petroleum QSC-nin alış tarixində müstəqil üçüncü tərəfin həyata keçirdiyi alış qiymətinin 



bölüşdürülməsi vasitəsilə müəyyən olunmuş müəyyən edilə bilən aktiv və öhdəliklərinin  ədalətli dəyərləri 

aşağıdakı kimi olmuşdur: 



Alış zamanı tanınan 

ədalətli dəyər 

Aktivlər 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 5 

Ticarət və sair debitor borcları 

18 


Mal-material ehtiyatları 

16 


Əsas vəsaitlər 

104 


143

Öhdəliklər 

 

Ticarət və sair kreditor borcları 



(21) 

(21)

 

Cəmi müəyyən edilə bilən xalis aktivlər, ədalətli dəyərlə



122

 

 



Alışdan yaranan gəlir 

12

 

Əvvəllər saxlanılan payın ədalətli dəyəri 



76

Ödəniş, pul vəsaitləri şəklində 

34

 

Alış tarixindən etibarən SOCAR Petroleum QSC Qrupa əhəmiyyətli gəlirlər və  mənfəət qazandırmamışdır. 



Alış ilin əvvəlində baş versəydi Qrupun gəlirləri 38,456 AZN olardı və mənfəət Konsolidasiya edilmiş Mənfəət 

və ya Zərər və Digər Məcmu Gəlir haqqında Hesabatda tanınmış müvafiq məbləğdən fərqlənməzdi. Alış 

tarixinə ticarət debitor borclarının ümumi məbləği 18 AZN təşkil edir. Ticarət debitor borclarının heç biri 

dəyərsizləşməmişdir və gözlənilir ki, tam müqavilə məbləği alinacaqdır.

 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(73) 


36 Müəssisələrin birləşməsi, qeyri-nəzarət paylarının alınması, biznes olmayan törəmə 

müəssisənin alınması və qudvil (davamı) 

 

SOCAR Petroleum QSC-nin alışı (davamı). Qrup Azərbaycan bazarında neft məhsullarının topdan və 

pərakəndə satış payını genişləndirmək məqsədilə SOCAR Petroleum QSC-ni əldə etmişdir. 

 

Star Gulf FZCO və BosŞelf MMC-nin alınması. 2013-cü ilin iyul ayında Qrup əvvəllər onun birgə nəzarət 

altında olan müəssisələri  Star  Gulf  FZCO  və BosŞelf MMC üzrə  nəzarəti  əldə etmişdir. Alış tarixində Star 

Gulf FZCO və Bosshelf MMC-nin xalis aktivlərinin  ədalətli dəyəri və ödənilmiş  cəmi məbləğ Qrup üçün 

əhəmiyyətli deyil. 

 

Alış tarixindən etibarən Star Gulf FZCO Qrupa 10 AZN məbləğində gəlirlər və 2 AZN məbləğində mənfəət 



gətirmişdir. Alış 2013-cü ilin əvvəlində baş versəydi Qrupun gəlirləri 38,441 AZN və davam edən 

əməliyyatlardan mənfəəti 1,017 AZN olardı.  

 

Alış tarixindən etibarən BosŞelf MMC Qrupa 45 AZN məbləğində  gəlirlər və 1 AZN məbləğində  zərər 



gətirmişdir. Alış 2013-cü ilin əvvəlində baş versəydi Qrupun gəlirləri 38,449 AZN olardı  və davam edən 

əməliyyatlardan mənfəət Konsolidasiya edilmiş  Mənfəət və ya Zərər və Digər Məcmu Gəlir haqqında 

Hesabatda tanınan müvafiq məbləğdən fərqlənməzdi.  

 

Qudvil. Qudvilin balans dəyərinin hərəkəti aşağıdakı cədvəldə göstərilir: 

 

 

2013 2012 



 

 

 



1 yanvar tarixinə balans dəyəri

 

203 103

Törəmə müəssisələrin alışı

7 114 


Dəyərsizləşmə

 

– (3) 



Məzənnə fərqləri

 

(19) (11) 



 

 

 



 

 

 



31 dekabr tarixinə balans dəyəri

 

191 203

 

 

 



 

31 dekabr 2013-cü və 2012-ci il tarixlərinə qudvilin balans dəyərinə 3 AZN məbləğində yığılmış qudvil üzrə 

dəyərsizləşmə daxildir. 

 

31 dekabr 2013-cü və 2012-ci ildə qudvilin PVYV üzrə analizi belə olmuşdur: 



 

 

2012 2012

 

 

 



Petkim 

71 85 


SOCAR Switzerland 

59 58 


SOCAR Trading 

48 49 


Sair 

13 11 


 

 

 



 

 

 



31 dekabr tarixinə balans dəyəri 

191 

203 

 

 



 

 

Petkim-in alınmasına aid olan qudvilin balans dəyərinin yoxlanılması.  31 dekabr 2013-cü il tarixinə 

qudvilin balans dəyəri onun bərpa dəyəri ilə müqayisə edilərək, dəyərsizləşmə üzrə yoxlanılmışdır. Bərpa 

dəyəri Petkim şirkətinin istifadə dəyərinə əsasən müəyyən edilmişdir. Həmin hesablamalar zamanı rəhbərlik 

tərəfindən təsdiqlənmiş 11 illik maliyyə büdcələrinə əsaslanan vergidən əvvəl pul vəsaitlərinin hərəkəti üzrə 

proqnozlardan istifadə edilmişdir. 11 illik dövrü əhatə edən pul vəsaitlərinin hərəkəti 2023-cü ilədək qüvvədə 

olan hazırkı layihələrə  əsaslanmışdır. 11 ildən artıq müddətə pul vəsaitlərinin hərəkəti üzrə proqnozlar 

gözlənilən artım dərəcələri ilə ekstrapolyasiya edilib və sonra onların xalis cari dəyəri ilə diskontlaşdırılmışdır. 

Qudvilin dəyərsizləşmə testində həssas olan mühüm fərziyyələr aşağıdakılardır: 

 

Qiymətləndirmə əməliyyatları Qrupun 2014-2024 illər üzrə nəzərə aldığı, müvafiq olaraq, 4.7-10.3 faiz 



və 8.7-9.9 faiz civarında olan Faizlər, Vergilər, Köhnəlmə  və Amortizasiyadan Əvvəlki Mənfəət 

(EBITDA)/Xalis Satışlar və WACC əmsallarına yüksək dərəcədə həssasdır; 

 

EBITDA/Xalis Satışlar əmsalı Qrupun 2013-cü il və sonrakı illər üçün tərtib etdiyi büdcəsinə uyğundur; 



WACC isə makroiqtisadi və sektor üzrə spesifik parametrlərə əsaslanır. 

 

Aparılmış yoxlamaya görə dəyərsizləşmə olmamışdır. 



 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(74) 


36 Müəssisələrin birləşməsi, qeyri-nəzarət paylarının alınması, biznes olmayan törəmə 

müəssisənin alınması və qudvil (davamı) 

 

Petkim-in alınmasına aid olan qudvilin balans dəyərinin yoxlanılması (davamı).  Həssaslıq Petkimin 

istifadə  dəyərinin balans dəyəri qiymətləndirilərkən aşağıda təsvir olunan əsas parametrlərlə  əlaqədar 

istifadə edilmiş fərziyyələri dəyişməklə təhlil edilir: 

 

WACC-ın baza WACC dərəcələrindən 0.4 faiz yuxarı və ya aşağı olması təxmin edilir; 



 

Artım dərəcəsinə dair proqnozlar uzunmüddətli artım dərəcəsinə dair təxminlərdən 0.5 faiz yuxarı və 

ya aşağı təxmin edilir. 

 

Həssaslıq təhlili nəticəsində Petkimin istifadə  dəyərinin balans dəyəri 737 AZN və 866 AZN arasında 



qiymətləndirilir. 

 

SOCAR Switzerland-ın alınmasına aid olan qudvilin balans dəyərinin yoxlanılması. 31 dekabr 2013-cü 

il tarixinə qudvilin balans dəyəri onun bərpa edilə bilən məbləğlə müqayisədə  dəyərsizləşmə baxımından 

yoxlanılmışdır. Bərpa edilə bilən dəyər SOCAR Energy Holdings AG və onun törəmə müəssisələri tərəfindən 

istifadə dəyərinin hesablamalarına əsaslanaraq müəyyən edilmişdir. Bu məqsədlə istifadə edilmiş vergidən 

əvvəl pul vəsaitlərinin hərəkətinin proqnozları  rəhbərlik tərəfindən 3 illik müddəti  əhatə edən maliyyə 

büdcələrinə  əsaslanır. Rəhbərlik hesab edir ki, bu təxmin olunan pul vəsaitlərinin hərəkəti daha dəqiq və 

etibarlı proqnozları təmsil edir. 3 illik müddətdən kənara çıxan pul vəsaitlərinin hərəkətinə dair proqnozlar ildə 

1 faiz gözlənilən artım dərəcələri ilə ekstrapolyasiya edilir və sonra onların xalis cari dəyərinə diskont edilir. 

Aşağıdakı əsas fərziyyələr qudvilin dəyərsizləşmə baxımından yoxlanılması üçün istifadə edilmişdir: 

 

EBITDA/Xalis Satışlar əmsalı, yekun dəyərlə – ildə 2.5 faizdir; 



 

EBITDA/Ümumi marja əmsalı, yekun dəyərlə – ildə 9 faizdir; 

 

Təxmin olunan pul vəsaitlərinin hərəkəti üzrə artım dərəcəsi ildə 1 faizdir; 



 

Diskont dərəcəsi kimi istifadə edilmiş WACC – ildə 6.76 faiz. 

 

Aparılmış yoxlamaya görə dəyərsizləşmə olmamışdır. 



 

Hesablama zamanı istifadə edilmiş təxmin edilən diskont dərəcəsi rəhbərliyin təxminlərindən 0.25 faiz çox/az 

olsaydı, təxmin edilən istifadə dəyərinin məbləği müvafiq olaraq 8 AZN az /14 AZN çox olardı. 

 

Hesablama zamanı istifadə edilmiş artım diskont dərəcəsi rəhbərliyin təxminlərindən 1 faiz çox/az olsaydı, 



təxmin edilən istifadə dəyərinin məbləği müvafiq olaraq 58 AZN çox /36 AZN az olardı. 

 

SOCAR Trading-in alınmasına aid olan qudvilin balans dəyərinin testi: 31 dekabr 2013-cü il tarixində  

SOCAR Trading-in alınmasına aid olan qudvilin balans dəyəri bərpa edilə bilən dəyərlə müqayisə aparmaqla 

dəyərsizləşmə baxımından test edilmişdir. Bərpa oluna bilən məbləğ SOCAR Trading-in və onun törəmə 

müəssisələrinin istifadə dəyərinin hesablamaları əsasında müəyyən edilmişdir. Bu məqsədlə istifadə edilmiş 

vergidən əvvəl pul vəsaitlərinin hərəkətinin proqnozları 6 illik dövrü əhatə edən və rəhbərlik tərəfindən təsdiq 

edilmiş maliyyə proqnozuna əsaslanır. Bu dövr üçün pul vəsaitlərinin hərəkəti mövcud olan və yeni layihələrə 

əsaslanır və xalis cari dəyərədək diskont edilir. Rəhbərlik hesab edir ki, bu pul vəsaitlərinin hərəkətinin 

proqnozları  dəqiq və realistikdir. 6 illik dövrdən kənara çıxan pul vəsaitlərinin hərəkətinin proqnozlarının 

yekun artım tempi 1 faizdir. Qudvilin dəyərsizləşmə testi üçün aşağıdakı fərziyyələr istifadə edilmişdir: 



 

► 

Qiymətləndirmə  əməli Qrupun 11-12 faiz nəzərdə tutduğu Kapitalın hesablanmış orta dəyəri 



göstəricisinə həssasdır; 

► 

Qiymətləndirmə həm də Qrupun 1 faiz nəzərdə tutduğu yekun artım tempi göstəricisinə həssasdır. 



 

Yerinə yetirilmiş testin nəticəsində dəyərsizləşmə aşkar edilməmişdir. 

 

Hesablamada istifadə edilmiş diskont dərəcəsi rəhbərliyin qiymətləndirməsindən 0.25 faiz yuxarı /aşağı 



olsaydı, istifadə dəyərinin məbləği, müvafiq olaraq, 11 AZN aşağı / 10 AZN yuxarı olardı.

 

 



 


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(75) 


37 Mühüm 

qeyri-nəzarət payı olan törəmə müəssisələr 

 

Mühüm qeyri-nəzarət payı olan törəmə müəssisələr üzrə maliyyə məlumatları aşağıda təqdim edilir: 



 

Qrupun əhəmiyyətli qeyri-nəzarət payları olan törəmə müəssisəsi Petkim Petrokimya Holding A.Ş. şirkətidir. 

Petkimin təsis edildiyi və fəaliyyət göstərdiyi ölkə Türkiyədir.  

 

Mühüm qeyri-nəzarət payı olan göstərilən törəmə müəssisənin maliyyə məlumatı aşağıda təqdim edilir: 



 

2013 2012

  

 



 

Qeyri-nəzarət payların saxladığı kapital payının proporsiyası 31% 

31% 

Mühüm qeyri-nəzarət payın yığılmış qalıqları 444 



540 

Mühüm


 

qeyri-nəzarət paya aid edilən (zərər) /mənfəət (96) 

36 

  

 



 

 

Törəmə müəssisənin ümumi maliyyə məlumatı aşağıda göstərilir. Bu məlumat şirkətlərarası silinmələrdən 



əvvəlki məlumatlara əsaslanır. 

 

2013 2012

Gəlirlər 

1,714 1,900 

Satışların maya dəyəri (1,635) 

(1,900) 


Ümumi və inzibati xərclər (36) 

(44) 


Paylama xərcləri 

(14) (16) 

Sair əməliyyat gəliri 

43 65 


Sair əməliyyat xərci 

(84) (55) 

Maliyyə gəliri 

27 25 


Maliyyə xərcləri 

(35) (24) 



Vergidən əvvəl mənfəət (20) 

(49)

Təxirə salınmış vergidən gəlir 6 



Davam edən əməliyyatlardan il üzrə mənfəət

(14) (41)

Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnif ediləcək digər ümumi 

gəlir – məzənnə fərqi (295) 

158 


Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnif edilməyəcək digər 

ümumi gəlir 

– – 

Cəmi ümumi gəlir 

(309) 117

Qeyri-nəzarət paylarına aid olan 

(96) 

36 


Qeyri-nəzarət paylarına ödənilmiş dividendlər – 

– 

 



 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(76) 


37 Mühüm 

qeyri-nəzarət payı olan törəmə müəssisələr (davamı) 

 

Ümumi maliyyə vəziyyəti haqqında hesabat: 



 

2013 2012

Cari aktivlər: 

619 633

O cümlədən: 



Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 

102 128 


Ticarət və digər debitor borcları 

315 278 


Mal-material ehtiyatları 

169 203 


Digər cari aktivlər 

33 24 


Uzunmüddətli aktivlər: 1,495 

1,762

O cümlədən: 

Əsas vəsaitlər 

1,178 1,380 



Qeyri-maddi aktivlər 

301 373 


Digər uzunmüddətli aktivlər 

16 9 


Cari öhdəliklər: 

(444) (447)

O cümlədən: 

 

Qısamüddətli borc vəsaitləri və uzunmüddətli borc vəsaitlərinin cari hissəsi 

(69) (116) 

Ticarət və digər kreditor borcları 

(375) (331) 



Uzunmüddətli öhdəliklər:

(238) (206)

O cümlədən: 

Uzunmüddətli borc vəsaitləri 

(60) (11) 



Təxirə salınmış gəlir 

(19) (2) 



Öhdəliklər və xərclər üzrə digər ehtiyatlar 

(32) (37) 



Təxirə salınmış vergi öhdəliyi 

(127) (156) 



Cari kapital 

1,432 1,742

Aiddir: 

Əsas şirkətin kapital sahibləri 988 

1,202 

Qeyri-nəzarət payı 



444 540 

 

Pul vəsaitlərinin hərəkəti haqqında ümumi məlumat: 



 

2013 2012

  

 

Əməliyyat 

96 113 


İnvestisiya 

(97) (28) 

Maliyyə 

(4) (25) 

  

 

 



  

 

 



Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis (azalma)/artma

(5) 

60

  

 

 

 



 


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(77) 


38 Hesabat 

dövründən sonra baş vermiş hadisələr 

 

İnvestisiya 



 

Hesabat tarixindən sonrakı dövr ərzində Qrup Statoil-dən 882 AZN məbləğinə  Şah Dəniz HPBŞ-də  və 

CQBKŞ-nin kapitalında 6.7 faizlik iştirak payını almışdır. Bu payın alınması haqqında müqavilə 2014-cü il 

ərzində başa çatmış və 1 yanvar 2014-cü ildən qüvvəyə minmişdir. 

 

Hesabat tarixindən sonrakı dövr ərzində Qrup Şah Dəniz qaz və kondensat yatağının işlədilməsinin ikinci 



mərhələsinə aid olan layihələrin effektiv idarə edilməsi üçün yaradılmış, nizamnamə kapitalı 100 milyon ABŞ 

dolları olan Cənubi Qafqaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətində 49 faizlik mülkiyyət payını əldə etmişdir.  

 

Sualtı tikinti gəmisi haqqında razılaşma 

 

Hesabat tarixindən sonrakı dövr ərzində Qrup Şah Dəniz 2-ci mərhələsi üçün istismar ediləcək Sualtı Tikinti 

Gəmisini layihələşdirmək və tikmək məqsədilə BP Exploration (Şah Dəniz) ilə 378 milyon ABŞ dolları 

məbləğində müqavilə imzalamışdır.  

 

Yeni kreditlər 



 

2014-cü ilin fevral ayında Qrup ARDNF-dən 2 faiz dərəcəsi ilə 2015-ci ilin mart ayınadək ödəniləcək 250 

milyon ABŞ dolları (196 AZN) məbləğində qısamüddətli kredit almışdır.  

 

2014-cü ilin mart ayında Qrup “Sberbank Russia”dan 2.5 faiz üstəgəl LİBOR faiz dərəcəsi ilə 2016-cı ildən 



2019-cu ilədək müddətdə 43 milyon ABŞ dolları (34 AZN) məbləğində  bərabər hissələrlə ödəniləcək 

150 milyon ABŞ dolları (118 AZN) məbləğində uzunmüddətli kredit almışdır.  



 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə