Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

76 
Ikinci səbəb isə  pianoçu tərəfindən violino 
partiyasının səslənməsinə lazımi qədər diqqətli 
olmamasında, xarakterik violino détaché-si ştrixinin ifadə 
əhəmiyyətinin düzgün qiymətləndirməməsindədir. Bəzən 
də, hətta violinoçunun burada détaché  ştrixindən istifadə 
etdiyini bilən tələbə    başqa bir səhv buraxır: lazım olan 
uyğunluğu  əldə etmək üçün passajı staccato ştrixi ilə ifa 
edir. Lakin əldə edilən nəticə heç də  əvvəlkindən yaxşı 
olmayacaq.  
Polifonik tərzdə yazılmış  əsərlərin ifası simli-
kamanlı alət ifaçılarından  détaché  ştrixinin bütün 
növlərinə mahiranə yiyələnməsini xüsusilə tələb edir.   
Yuxarıda qeyd edildiyi kimi, simli-kamanlı alətlərin 
détaché ştrixinə fortepianonun non legato ştrixi – ayrı-ayrı 
səslər arasında cüzi, demək olar ki, hiss edilməyən pauzası 
olan xüsusi ştrix növü daha çox uyğun gəlir.  Pianoçu bu 
ştrixə mükəmməl yiyələnməlidir, çünki bu ştrixə ansambl 
repertuarında tez-tez rast gəlinir. Simli-kamanlı alətlərin  
détaché  ştrixinə ekvivalent olan bu fortepiano ştrixi 
İ.S.Bax-ın və onun sələflərinin  əsərlərində xüsusi 
əhəmiyyət daşıyır.  
Ansamblda  ştrixlər üzərində  iş    yalnız səslənmə 
nəticəsi ilə biri digərinə oxşar üsulların axtarışı ilə bitmir. 
Əksinə, kamera musiqisi  instrumental ansamblın bütün 
tembr imkanlarından, onların  ən müxtəlif, çox vaxt 
kontrast birləşmələrindən istifadəsini tələb edir. Birgə ifa  
səslənməni yeni ansambl rəngləri ilə  zənginləşdirir, 
onlardan bacarıqlı istifadə musiqi məzmununun daha 
dolğun açılmasına gətirib çıxarır.   


77 
Ansambl musiqisində  müxtəlif xasiyyətli  ştrixlərin 
birləşməsi, uyğunlaşması  səslənmənin xüsusi, çoxqatlı 
fakturasını yaradır. Eyni zamanda səslənən və aydın 
eşidilən belə  ştrixlər “kompleks  ştrixlər” adlanır.  Ştrixlər 
kompleksi musiqi nitqində bir neçə  səsin - hərəsi öz 
obraz-emosional  məzmununa malik səslərin birləşdiyi  
hallarda  əmələ  gəlir. Məsələn, Bethovenin violino və 
fortepiano üçün 7 №-li sonatasının I hissəsinin köməkçi 
partiyasında  hər iki səs staccato ştrixi ilə ifa olunur.  
 
 
 
 
Lakin yuxarı səsin qətiyyətli, tələbkar intonasiyaları  
bir  xasiyyətli  ştrix nəzərdə tutursa, müşayiət edən ikinci 
səsin düz, hamar hərəkəti  tam başqa xasiyyət tələb edir. 
Səslənmənin tarazlaşdırılması, hamarlaşdırılması ifanı 
səthi, relyefsiz edər. Bu səbəbdən üst (yuxarı) səsi 
dəqiqliklə, kəskin və aydın,  müşayiət edən səsi isə -  daha 
yumşaq ifa etmək lazımdır. Musiqinin məğzi inkişaf 
etdikcə ifaçıların qarşısında duran məsələlər də 
mürəkkəbləşir  – melodiya aşağı səsə keçir.   


78 
 
 
Indi violino ştrixi  orta səslə  dəqiq surətdə 
eyniləşdirilməlidir, uyğunlaşdırılmalıdır, aşağı (bəm) səsin 
ştrixi isə  əvvəl violinoda keçən melodiyanın ifasına 
dəqiqliklə uyğun olmalıdır. Beləliklə  də,  burada 
 
ekvivalent və kompleks ştrixlərin axtarışı birləşir.  Bu 
misal aydın göstərir ki, kompleks ştrixlər heç də biri 
digərindən asılı olmayan iki ifa tərzinin mexaniki 
“toplanması” deyil. Hər səs xasiyyətcə ona uyğun olan 
ştrixlə ifa olunmalıdır, lakin bu ştrixin seçilməsi birgə 
ahəngdar səslənmədə dəqiqləşdirilir və dəyişdirilir.  
 
 
 
 
 
 
 
 
 


79 
7.  Ansambl vərdişlərinin eşitmə səviyyəsində 
sinxronluğu 
 
7.1.  İntonasiya    
 
Eşitmə    səviyyəli ansambl vərdişləri deyəndə biz 
ansambl ifaçılığında eşitmə qabiliyyətinin tabeliyində olan 
və  eşitmə qabiliyyəti ilə tam şəkildə idarə edilən  
prosesləri nəzərdə tuturuq.  
Musiqiçilərin eşitmə  səviyyəsində  vərdişlərinin 
keyfiyyəti, həmin keyfiyyətın təkmilləşdirilməsi  
bilavasitə onların bu səviyyədə bacarıqları kompleksinin 
inkişaf dərəcəsindən asılıdır.   
Ansamblda eşitmə qabiliyyətinin  intonasiya və 
tembral-dinamik  növləri prioritet növlər sayılır.   
Intonasiya –  dilçilikdə  səs tonunun ucalıb 
alçalması; ton, tələffüz xüsusiyyətimusiqi ifasında tonun 
(səsin) düzgün və ya yanlış götürülməsidir
Ansambl intonasiyası  musiqinin məna funksiyasını 
nizamlayan sintaksis element rolunu oynayır.
  
Səs mədəniyyəti, dolğun mənalı, məzmunlu ifa,  
musiqi fikrinin şüurla və ilhamla tələffüz edilməsi ansambl 
peşəkarlığının qiymətləndirilməsində  əsas meyarlardır. 
Bütün bunların  əldə edilməsi, eyni zamanda pedaqoji 
prosesin ən vacib məqsədidir. Ansamblda oxşar intonasiya 
musiqi dialoqunun əsasıdır, musiqi dramaturgiyası 
inkişafının ansambl iştirakçıları  tərəfindən eyni tərzdə 
anlanılmasının, dərk edilməsinin göstəricisidir.  
Intonasiya ilə ifa etmə daxili təəssuratların ifadə 
prosesi olaraq təkcə musiqiçinin texniki vasitələrə malik 


80 
olması, mükəmməl yiyələnməsi ilə deyil, həmçinin onun 
daxili dünyasının  zənginliyi ilə  sıx bağlıdır. 
Dünyagörüşünün genişləndirilməsi, intonasiyanın 
müxtəlif  musiqi dövrlərinə xas olan stilistik 
xüsusiyyətlərinə yiyələnmək  - bütün bunlar əlavə  zəhmət 
tələb edir.  
Intonasiya vərdişlərinin formalaşması 
və 
təkmilləşdirilməsi, lazımi professional və daxili tələbat 
olaraq, ifaçıların individual bacarıqlarına söykənməlidir.  
Ansambl ifaçıları tərəfdaşlarının temperamentlərində 
olan fərqləri, xasiyyətlərinin, ifa bacarıqlarının 
xüsusiyyətlərini bilməlidir ki,  bu xüsusiyyətlər intonasiya 
ilə kollektiv ifaya nəinki mane olmasın, əksinə, köməklik 
etsin. Assosiativ hafizədən, bədii təfəkkürdən, zehni 
texnikadan, intonasiya ilə daxili ifadan istifadə edilməsi 
hər konkret əsərdə intonasiya ilə ifa prosesinin 
möhkəmləndirilməsinə  kömək edir.  
 
7.2.   İbarəlik (frazirovka) 
 
Müasir   musiqi ifaçılığı metodikalarında işlədilən 
frase, phrasé “frazirovka”,  Phrasierung      terminin 
azərbaycan dilinə  tərcüməsində  bəzi fikir ayrılığı  
mövcuddur.  
 Hazırki işin müəllifi bu termini “ibarəlik”  kimi 
tərcümə edilməsini düzgün hesab etdiyindən, hazırki işdə 
adı gedən terminin məhz bu tərcüməsindən istifadə edir.    
Məşhur kalamda deyildiyi kimi, “musiqi, sözlər 
bitəndə    başlayır”. Yəni sözlər ifadə edə bilmədiyini 
musiqi deyir, musiqi ifadə edir. Musiqidə “ibarəli ifa” – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə