Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   2   3   4   5   6   7   8   9   ...   30


yaradır. Ansambl ifaçılığının püxtələşməsində, 
təkmilləşməsində 
və ümumiyyətlə bütün ifaçılıq 
mədəniyyətinin artmasında bu janrın rolu əvəzsizdir. Məhz bu 
səbəbdən kamera ansamblı fənni bütün professional və xüsusi 
musiqi tədris müəssisələrinin tədris planına, həmçinin musiqi 
tədris müəssisələrinin buraxılış və dövlət imtahanları siyahısına 
daxildir.    
 
Kamera ansamblı sinfində  təlimin yüksək professional 
səviyyəsini təmin etmək üçün şagird və  tələbələr tərəfindən 
aşağıdakı  nəzəri və praktiki biliklərin baza hissəsi 
mənimsənilməlidir:  
1) ansambl ifaçılığı tarixi;  
2) mövcud olan  əsas musiqi üslub və cərəyanlarının ifa 
xüsusiyyətləri;   
3) kamera ansamblı  tərkibinə daxil olan alətlərin səs-
koloristik imkanları; 
4) ansambl ifaçılığı texnikasının tərkib hissələri və 
onların formalaşması; 
5) ansambl ifaçılığının kommunikativ və pedaqoji 
aspektləri. 
 
Təqdim olunan işdə yuxarıda sadalanan mövzular öz 
əksini tapmışdır. 
 
Müasir pedaqogikada  müxtəlif dillərdə,  ələlxüsus rus 
dilində “kamera ansamblı” fənninin tədrisinə dair bir çox 
metodiki tövsiyələr mövcuddur. Lakin azərbaycan dilində belə 
bir dərs vəsaitinin olmaması təqdim olunan işin  yaranmasına, 
yuxarıda sadalanan məsələlərin 
azərbaycan dilində 
açıqlanmasına səbəb olmuşdur.  
  



2. “Kamera musiqisi” və  “Kamera ansamblı”   
anlayışları barədə 
“Kamera musiqisi” və “Kamera ansamblı” anlayışlarına 
dair açıqlamalar sovet dövrünün 6 cildlik Musiqi 
Ensiklopediyasında və Musiqi ensiklopedik lüğətində olduqca 
ətraflı və dolğun şəkildə verilmişdir. Rus dilini lazımi həcmdə 
bilməyən və bu səbəbdən adı çəkilən mənbələrlə tanış olmaqda 
çətinlik çəkən tələbələr üçün həmin ensiklopediya məqalələri  
Arzuxanım Əlizadənin tərcüməsində təqdim olunur:  
 
Kamera musiqisi: (camera (orta əsr.lat. kamera) – otaq; 
musica de camera (it. muzika da kamеra); musique de chambre 
(fr. müzik dе  şanbr);  chamber music (ing. çеymbе myuzik);  
Kammermusik  (alm. kammеrmuzik) –  musiqi incəsənətinin 
kiçik məkanda, otaqda və ya ev şəraitində ifa edilmək üçün 
nəzərdə tutulmuş növü.  
Kamera musiqisi üçün xas olan cəhətlər aşağıdakılardır: 
1) spesifik alət tərkibi (bir solistdən başlayaraq ansamblda 
birləşən bir neçə  nəfərədək); 2) musiqinin ifadə edilməsinin 
özünəməxsus xüsusiyyətləri: səslərin (partiyaların) bərabərliyə 
meylliyi, melodik, intonasiya, ritmik və dinamik  vasitələrinin 
detallaşdırılması (təfsilatı, təfərrüatı ilə göstərilməsi), tematik 
materialın ustalıqla və müxtəlifliklə, çeşidli surətdə işlənilməsi.              
K.m. lirik emosiyaların və  ən incə insan hisslərinin 
ötürülməsi üçün böyük imkanlara malikdir.  K.m-nin mənbəyi 
orta  əsrlərə gedib çıxsa da, “kamera musiqisi” termini yalnız 
16-17-ci  əsrlərdə  bərqərar olmuşdur. Bu dövrdə “kamera 
musiqisi” deyəndə kilsə və teatr musiqisindən fərqli olaraq, ev 
şəraitində  və ya kübar cəmiyyətdə  və kral saraylarında ifa 
edilən dünyəvi musiqi nəzərdə tutulurdu. Saray musiqisi 
“kamera musiqisi” adlanırdı, saray ansambllarında işləyən 



musiqiçilər isə “kamer-musiqiçi” rütbəsini daşıyırdılar. K.m-
nin bu günə gəlib çatan ən erkən nümunəsi  - N.Vinçentino-nun 
"L'antica musica ridotta alia moderna" əsəridir (1555).  1635-ci 
ildə Venesiyada  C.Arriqoni   "Concert da camera" adlı vokal 
əsərlərini dərc etdirmişdir. 17-ci əsrin sonu -18 əsrin 
əvvəllərində kamera vokal janrı kimi  kantata (cantata da 
camera) və duet inkişaf etmişdir. 17-ci əsrdə “kamera 
musiqisi” adı  həmçinin instrumental musiqiyə  də  tətbiq edilir 
və bu vaxt instrumental musiqinin ən yüksək  forması kimi 
silsilə sonata çıxış edir.  17-ci əsrdə trio-sonata və onun növləri 
– kilsə  və kamera sonatası daha geniş vüsət alır, yayılır. 
Müşayiətsiz Solo sonata və ya basso continuo   (it. bassо 
kоntinuо – rəqəmlənən (aramsız) bas) müşayiətli sonatalar 
nisbətən az yayılır. Trio-sonataların və solo (basso continuo 
ilə) sonataların klassik nümunələrini A.Korelli yaratmışdı. 17-
ci  əsrdə    concerto grosso (it. kоnçеrtо qrоssо – «böyük 
kоnsеrt») janrı əmələ gəlir, bu janr da əvvəllər kilsə və dünyəvi 
növlərə bölünür. 18-ci əsrin ortalarında bu bölünmə  tədricən 
əhəmiyyətini itirir, lakin kamera musiqisi və konsert (orkestr 
və xor) musiqisi arasında fərq daha aydınlıqla görünür. 18-ci 
əsrin ikinci yarısında İ.Haydn, K.Dittersdorf, L.Bokkerini, V.-
A.Mosartın yaradıcılığında  instrumental ansamblın klassik 
növləri – sonata, trio, kvartet və s. –yaranır, bu ansamblların 
tipik instrumental tərkibləri  formalaşır, hər partiyanın ifadəsi 
və onu ifa edən alətin imkanları arasında sıx  əlaqə qurulur . 
Zəngin ifadə vasitələrinə malik olan instrumental ansambl 
(ələlxüsus simli kvartet) demək olar ki, 19-cu əsrin 1-ci 
yarısının bütün bəstəkarlarının (L.Bethoven, F.Şubert, 
F.Mendelson, R.Şuman və b.) diqqətini cəlb edirdi. 19-cu əsrin 
2-ci yarısında  İ.Brams, A.Dvorjak, B.Smetana, E.Qriq, 
S.Frank, 20-ci əsrdə - K.Debüssi, M.Ravel, M.Reqer, 
A.Şönberq, A.Berq, P.Hindemit, L.Yanaçek, B.Bartok, 



B.Britten və başqaları instrumental kamera musiqisinin 
görkəmli nümunələrini yaratmışlar. Rusiyada kamera 
musiqisinə marağın yaranması 18-ci əsrin 70-ci illərinə təsadüf 
edir; ilk rus instrumental ansamblları D.S.Bortnyanski 
tərəfindən bəstələnmişdi. Sonralar kamera musiqisi 
A.A.Alyabyevin, M.İ.Qlinkanın yaradıcılığında inkişafını tapır 
və P.İ.Çaykovskinin və A.P.Borodinin yaradıcılığında  ən 
yüksək bədii səviyyəyə çatır. A.K.Qlazunov və 
S.V.Raxmaninov kamera ansamblına çox böyük diqqət 
yetirirdilər. S.İ.Taneyev üçün isə kamera ansamblı  əsas 
yaradıcılıq növü olmuşdur.  Sovet bəstəkarlarının kamera-
instrumental yaradıcılığı olduqca zəngin və rəngarəngdir; onun 
əsas xətti – lirik–dramatik (N.Y.Myaskovski), lirik-fəlsəfi və 
faciəvi (D.D.Şostakoviç), lirik-epik (S.S.Prokofyev) və xalq-
məişət (S.F.Tsintsadze, Q.Qarayev, B.N.Lyatoşinski, X.Eller 
və s.). 60-cı-80-ci illərdə yaradılan  əsərlərdə    (А.Q.Şnitke, 
B.İ.Tişşenko,S.M.Slonimski, S.А.Qubaydulina, B.А.Çaykovski 
və s.) mənəvi-etik  əhəmiyyətli ideyalar inkişafını tapır. Tarixi 
inkişaf prosesində kamera musiqisi stili gah simfonik, gah 
konsert üslubu ilə yaxınlaşaraq böyük dəyişikliklərə  məruz 
qalıb (L.Bethovenin, İ.Bramsın, P.İ.Çaykovskinin simli 
kvartetlərinin “simfonikləşdirilməsi”, L.Bethovenin “Kreytser” 
sonatasında, S.Frankın violino sonatasında, E.Qriqin 
ansambllarında konsertlik cizgiləri). XX əsrdə tam əks 
tendensiya -  kamera musiqisinin simfonik və konsert janrları 
ilə yaxınlaşma meyli əmələ  gəlir. Bu meyl ələlxüsus insanın 
daxili dünyasının tətqiqini tələb edən lirik-psixoloji və  fəlsəfi 
mövzulara müraciət edən zaman artır (bax: Kamera 
simfoniyası). Kamera-instrumental miniatürlar kamera 
musiqisinin xüsusi janrıdır. XIX-XX əsrlərdə onlar çox vaxt 
birləşib silsilə  şəklini alır. Mendelsonun fortepiano üçün 
“Sözsüz mahnılar”ı, R.Şumanın pyesləri, F.Şopenin vals, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə