Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   2   3   4   5   6   7   8   9   ...   30

13 
İosif Flaviy “Yəhudi qədimilikləri”  əsərində bizim eramızdan 
əvvəl I əsrdə  Fələstində keçirilən belə  qədim təmtəraqlı 
bayramlardan biri haqqında nəql edir. Onun sözlərinə görə
həmin bayramda 200 min müğənni, 200 min zurnaçı, 40 min 
arfa ifaçısı  və 40 min sistr ifaçısı  iştirak edib (sistr  və ya 
sistrum (lat. sistrum) – əsasən Aralıq dənizi ölkələrində 
yayılmış  şax-şaxa bənzər qədim zərb aləti). Qeyd etmək 
lazımdır ki, o vaxtlar musiqiçilərin çıxışları heç də müasir 
dünyadakı kimi birmənalı qarşılanmırdı. Yunan tarixçisi 
Polibiy b.e.ə. III əsrdə baş vermiş komik bir hadisə barədə 
yazıb. Onun dediyinə görə, on üç yunan artisti Romaya gedib
lakin onların çıxışı  təcrübəsiz tamaşaçılara  darıxdırıcı 
gəldiyindən, tamaşaçılar musiqiçiləri bir-biri ilə vuruşmağa 
məcbur ediblər. Bundan belə bir qənaətə  gəlmək olur ki, o 
vaxtlar əyləncə musiqidən daha çox sevilirdi. Lakin artıq Orta 
əsrlərdə vəziyyət dəyişir. Bu dövrün miniatürlərindən görünür 
ki, orta əsrlərdə mövcud olan kiçik səyyar musiqiçi qrupları 
insanlar tərəfindən böyük sevinclə qarşılanır.   
 
Müasir akademik ansambl janrlarının yaranması,  
tərkiblərin formalaşması, təkamülü və inkişafı Avropa musiqi 
mədəniyyətinin inkişafı ilə bağlıdır və Avopa tarixinin Orta 
əsrlər və    İntibah dövrünə  təsadüf edir. Bu təkamül 
instrumental və vokal çoxsəsliliyinin təşəkkülü ilə bağlıdır. 
Məhz bu dövrdə Avropada instrumental musiqinin müxtəlif 
janrları inkişaf etməyə başlayır.  
Artıq XIV əsrdə musiqiçilər tez-tez müxtəlif qruplarla 
yığışıb musiqi ifaçılığı ilə  məşğul olur, adətən yarmarkalarda, 
el şənliklərində rəqs və küçə yürüşləri üçün musiqi, yəni tətbiqi 
musiqi ifa edirdilər. Intibah dövründə musiqi olduqca geniş 
yayılmışdı, ələlxüsus Florensiya və Venesiyada hər vaxt və hər 
yerdə səslənirdi. Bu növ musiqi yığıncaqları o qədər dəbdə idi 
ki, o dərəcədə sevilmiş  və yayılmışdı ki, hətta Florensiyada 


14 
axşam icma zəngindən səhər zənginə qədər musiqi ilə sakitliyi 
pozmaq, serenada və matinadalar ifa etmək rəsmi qərarla 
qadağan edilmişdi. Lakin bu qruplar özfəaliyyət  şəklində 
mövcud idi və  daimi tərkibli deyildi.  
Bu dövrdə mahnı və rəqslərin instrumental müşayiəti get-
gedə mürəkkəbləşir:  əvvəllər bu sahədə yalnız akkordlardan 
istifadə edilirdisə,  artıq müşayiətdə yeni, özünəməxsus 
melodiyalar yaranır. Ansambllar müxtəlif  insan səs tiplərini – 
diskant, alt, tenor, bas kimi səsləri  təkrarlayaraq həmin səslərə 
uyğun yığılır. XV əsrin sonunda səs və alətlər arasında  əsl 
“səhnə dialoqları” tamaşa etdirən  fleyta, viola və ya ney 
kvartetlərinin yaranması məhz bununla izah olunur. Belə ki, bu 
kvartetlər vokal partiyasını davam edərək, ilkin musiqi 
melodiyasını təkmilləşdirə, tamamlaya, inkişaf etdirə bilirdi.  
Bu cür yenilik yeni alətlərin  əmələ  gəlməsinə  və 
istehsalına böyük təkan verir: XV-XVI əsrlərdə bütün 
Avropada,  ələlxüsus  İtaliya və Fransada çoxsaylı musiqi 
alətləri emalatxanaları, musiqi alətləri ustaları  fəaliyyət 
göstərir. Klavişli alətlərdən daha çox istifadə olunur ki, 
bununla da instrumental janrların sayı daha da artır və 
özünəməxsus, təkrarolunmaz simasını  əldə edir. Bu vaxt 
musiqi  əsərlərinin  ən geniş yayılan formaları - riçerkar, 
tokkata, kansona və fantaziya idi. 
Qeyd edilməlidir ki, XVI-XVIII əsrlərdə kamera-
ansambl musiqisinin janr differensiasiyası – ayrılması, 
fərqləndirilməsi ilə yanaşı həmçinin ansambl musiqisinin kilsə 
(dini) və dünyəvi - kamera musiqisinə  bölünməsi baş verir, 
“kamera musiqisi” termini (italyanca musica da camera) hər 
hansı dünyəvi musiqiyə  tətbiq edilir və kilsə musiqisinə 
(italyanca musica da chiesa) qarşı qoyulur. Sonralar, daha çox 
kütlələrə qulluq edən simfonik musiqinin əmələ  gəlməsi və 
inkişafı ilə kamera musiqisi əsasən kübar cəmiyyətdə dinlənilir 


15 
və bu baxımdan “seçilmişlər üçün musiqi” sayılır, “kamera 
musiqisi” termini isə “kiçik ifa tərkibli və  məhdud dinləyici 
dairəsi üçün nəzərdə tutulmuş  əsərlər” kimi anlanılır.  XIX 
əsrdən başlayaraq kamera musiqisinin dinləyici auditoriyası 
genişlənir, bu musiqi artıq “seçilmişlər musiqisi”  əhəmiyyətini 
tədricən itirir və “kamera musiqisi” termini “kiçik ifa tərkibli 
və çox böyük olmayan dinləyici dairəsi üçün nəzərdə tutulmuş 
əsərlər” tərifini saxlayır. 
XVI-XVIII  əsrlərdə  dəqiq ansambl tərkibləri hələ 
bərqərar olmayıb, yəni müasir duet, trio, kvartet və s. kimi 
müəyyənləşməyib, ifaçıların istəyinə görə ansambl tərkibi hər 
hansı başqa tərkibə  dəyişdirilə bilir, çünki ansambl səslərinin 
sayı ifaçıların sayına  heç də uyğun gəlmir.  Bu ansamblların 
daimi tərkibi hələ müəyyənləşdirilmədiyindən, ansambllarda 
çox vaxt simli-kamanlı, klavişli və dartımlı alətlər birləşərək 
“alabəzək”, qarışıq tərkib təşkil edir. Məsələn,  o vaxt  geniş 
yayılmış trio-sonataların ifaçı  tərkibində birdən beşə  qədər 
instrumental partiyaya rast gəlinir.    
Bununla yanaşı artıq XVI əsrin ortalarında bəzi 
musiqiçilər yeni instrumental janrların nəzəri əsaslandırmasına 
cəhd edir. Belə ki, bu sahədə tanınmış əsərlərdən biri – Toledo 
şəhərində 1510-1570-ci illərdə yaşamış  Diyeqo Ortis-in  viola 
da qamba (ispanca “vihuela de arco”) alətinə  həsr etdiyi 
məhşur “Trattado de glosas sobre clausulas y otros generos de 
puntos en la musica de violones” (“Violalar musiqisində 
bəzəklərin və başqa xırdalıqların şərhi”) əsəridir. 1533-cü ildə 
Romada çap olunmuş bu əsərdə Ortis improvizasiya 
incəsənətini təhlil edir, praktiki məsləhətlər verir və formaların 
təkmilləşməsinə dair yeni fikirlər irəli sürür. Bu dövrün 
praktiki olaraq bütün bəstələri Ortis-in bu traktatında izah 
edilmiş prinsiplərə əsaslanırdı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə