Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   2   3   4   5   6   7   8   9   ...   30

19 
ifaçısına bir növ ansamblın  qeyri-formal lideri rolu ayrılır: 
məhz  violino ifaçısı  bədən, alət və kaman hərəkəti ilə ifanın 
başlanğıcını göstərir, ansamblı idarə edir.  
Qeyd edildiyi kimi, artıq qədim Misir və Assuriya 
barelyeflərində bir qrup musiqiçilərin və onlara əlində  əsa
 
ilə 
rəhbərlik edən insanın  şəkillərinə rast gəlmək olur. Həmçinin 
Qədim Yunan teatrında tamaşanı müşayət edən xoru koriféy 
adlanan rəhbər idarə edirdi. O, ayağına geyindiyi altı  dəmirlə 
nallanmış ayaqqabı-sandaliya ilə musiqinin ritmini 
vurğulayırdı. Orta əsrlərdə kilsə dirijorları böyük nüfuz və 
hörmət sahibi idilər. Onlar əllərində musiqi səlahiyyətlərinin 
rəmzini - ağır, gözəl naxışlarla bəzədilmiş  əsa tuturdular. 
Sonralar ansambl ifaçılarının daha dəqiq  ritmik təşkilinə 
tələbat yaranır. XVIII əsr operasında dirijor italyanca “battúta” 
adlanan  əsa ilə musiqiçiləri idarə edirdi. Battuta əvvəllər yekə, 
uzunluğu 1 metr 80 santimetr olan və kifayət qədər ağır  əsa 
şəklində olub; ansambl rəhbəri – dirijor onu yerə vuraraq 
xanəni nişanlayırdı. Bu səbəbdən XVIII əsr opera dirijorunu 
zarafatla “odunyaran”,  “odundoğrayan” adlandırırdılar. Qeyd 
etmək lazımdır ki, bu tərzdə dirijorluq heç də  təhlükəsiz 
deyildi. Belə ki, məşhur “Kralın 16 violinosu” orkestrinin 
rəhbəri Jan Batist Lülli dirijorluq edərkən battutanın ucu ilə öz 
ayağını yaralamış və bu yara onun ölümünə səbəb olmuşdur.    
Eyni zamanda artıq XVII əsrdə italyan operasında daha 
səssiz, daha mütərəqqi dirijorluq üslubu da mövcud idi. Belə 
ki, italyan operasında tamaşanı iki dirijor idarə edirdi: klavesin 
ifaçısı - müğənniləri, orkestr ifaçılarından biri isə - adətən 
violinoçu -  kaman ilə və başının işarələri ilə orkestrə rəhbərlik 
edirdi. Bu adət violino kamanının transformasiyası nəticəsində 
müasir dirijor çubuğunun əmələ gəlməsini bir daha təsdiqləyir. 
Həmçinin bu adət bu gün müasir ansamblda  violino ifaçısının 
qeyri-rəsmi aparıcı rolunun da məntiqi izahıdır.  


20 
Müasir ansambl   orkestrdən  təkcə tərkibinin azlığı ilə 
deyil, həmçinin  musiqiyə    rəsmən dirijorluq edən rəhbərin 
olmaması ilə də fərqlənir. 
XVII əsrin əvvəlində instrumental ansamblların hər hansı 
müəyyən olunmuş  daimi tipi, daimi tərkibi hələ  də 
formalaşmamışdı - demək olar ki, hər bir əsərin özünəməxsus 
instrumental tərkibi olurdu.  Lakin tədricən iki violino və bas-
dan ibarət ansambl tərkibi üstünlük əldə edir. Bəm səs  klavesin 
və ya orqan alətində ifa olunur, bəzən  violonçel  və ya faqot 
aləti ilə  təkrar edilirdi. Bu vaxt klavesin  (orqan) partiyası 
xüsusi üsulla – rəqəmlənən bas  (general-bas, və ya basso 
continuo) üsulu ilə yazılırdı. 
Rəqəmlənən bas – müşaiyyətin xüsusi yazı üsuludur. 
Rəqəmlənən və ya general bas tam olmayan, qısaldılmış 
şəkildə, yalnız onların  əsasında götürülməli akkordları 
göstərən rəqəmlərlə nişanlanmış (rəqəmlənmiş)  bəm səslərlə 
yazılır.
 O vaxtlar bütün bəstəkarlar və ifaçılar rəqəmlənən 
basın yazısı  və ifa şərhini bacarırdı. Bu növ not yazı üsuli 
ifaçının istəyindən, ixtiyarından asılı olaraq müşayiətin 
müxtəlif variantlar ilə oxunmasına imkan verir.   
XVII  əsrdə ansambl musiqisi bütün Qərbi Avropa 
bəstəkarlarının yaradıcılığı nəticəsində inkişaf edirdi. Lakin bu 
prosesin önündə  İtaliya bəstəkarları dururdu, çünki məhz 
İtaliyada violino alətinin təkmilləşməsi baş verir,  XVI əsrin 
ikinci yarısından başlayaraq burada böyük violino ustaları 
meydana gəlir. 
XVI-XVIII  əsrlərdə  İtaliyanın Breş, Kremona 
şəhərlərində  fəaliyyət göstərən violino ustaları  məktəblərində: 
Breş  şəhərində  Qasparo de Salò (1540-1609), Covanni Paolo 
Macini (1580-1632), Kremona şəhərində Andrea Amàti (1520-
1580) və  Nikkolo Amàti (1596-1684), Antonio Stradivàri 
(1644-1737),  Cuzeppe Qvarneri-del Cezu (1698-1744) kimi 
ustaların emalatxanalarında klassik violinonun quruluşu, onun 


21 
spesifik səs tembri və sair xüsusiyyətləri formalaşır. 
Bununla 
da kamanlı alətlər, ələlxüsus violino istehsalı sənəti ən yüksək 
zirvələrə çatır.
  Həmçinin məhz bu dövrdə kübar cəmiyyətin 
sevimlisi olan mülayim, alicənab səsli violalar və güclü zil 
səsinə görə xalq arasında daha çox bəyənilən violino alətləri 
arasında gedən “savaş” violinonun qalibiyyəti ilə tamamlanır. 
Bu səbəbdən XVII əsr violino tarixində “qızıl dövr” adlanır.
 
Italyan violino musiqisinin klassiki, müasirləri tərəfindən 
“Musiqinin Kolumbu” adlandırılan 
Arkancelo Korelli (1653-
1713) bəstəkar olaraq violinonun aparıcı rol oynadığı 
instrumental musiqi janrlarında işləyir, əsasən trio-sonatalar və  
concerto grosso (it. konç
é
rto qr
ó
sso)-lar  bəstələyir. Məhz 
Arkancelo Korellinin yaradıcılığında bu janrlar öz mükəmməl 
klassik formasını əldə edir.
 
 Trio-sonata  üç instrumental partiya: iki – soprano və bir 
bas – bəm tessituralı alətlər üçün bəstələnmiş  əsərdir. Lakin 
trio-sonatanı faktiki olaraq dörd iştirakçı ifa edirdi, çünki bəm 
səs  general-bas sistemi ilə  həmçinin  orqan  və ya klavesində 
ifa edilirdi. 
 
Adətən   trio–nun tərkibi  iki violino və violonçeldən
bəzən – fleyta, qoboy və faqotdan ibarət olurdu.   
Trio-sonatanın iki növü mövcud idi: evdə, otaqda ifa 
edilməsi nəzərdə tutulan kamera trio-sonatası  və ifası yalnız 
kilsədə nəzərdə tutulan 
  kilsə trio-sonatası. Bunların arasında 
fərq ondan ibarət idi ki,  kilsə trio-sonatasının musiqisi kamera 
trio-sanatasının musiqisinə    nisbətən daha təntənəli xasiyyətli 
idi və burada orqan alətinin iştirakı mütləq idi.  
Kamera trio-sonatası forma etibarilə  ənənəvi rəqs 
süitasını  təşkil edir, kilsə trio-sonatası isə  gələcəyin sonata-
simfonik silsiləsini qabaql
ayır, ona  sələflik edirdi.  
Concerto grosso (it.  konç
é
rto qr
ó
sso, hərfi mənada 
“böyük konsert”) – concertino (konçert
í
no) adlanan solo alətlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə