Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

25 
ansambl musiqisi əmələ  gəlir. Rus bəstəkarları P.İ.Çaykovski, 
A.P.Borodin,  A.K.Qlazunov, S.V.Raxmaninov ümumdünya 
ansambl repertuarını yüksək bədii səviyyəli  əsərləri ilə 
zənginləşdirmişlər.     
XX əsrin əvvəlindən ən rəngarəng və müxtəlif növlü alət 
tərkiblərinə meyl yaranır və  bu cür tərkiblər üçün yazılmış 
əsərlərdə  hər xəttin və  hər  ştrixin qabarıq göstərilməsi, 
vurğulanması ilə tembral təfsilatlı yazının rolu kəskin surətdə 
artır.
 
1930-50-ci illərdə XX əsrin  əvvələrində  cərəyan edən 
bədii avanqardın “sol”, radikal yönəmli istiqaməti, təmayülü 
A.Vebernin,  İ.Stravinskinin yaradıcılığında öz davamını tapır. 
Bu dövr musiqisinin urbanistik budağı da (B.Bartok, A.Jolive, 
B.Britten) radikallığı ilə seçilir, çox vaxt zərb alətlərinin 
intensiv enerjisinə müraciət edir. Bu dövrdə ara-sıra subyektiv 
romantik xüsusiyyətləri qeyri-adi adlarda əksini tapan əsərlər 
də peyda olur, məsələn,  P.Arm, “31 an”, H.Eysler, “Yağış 
təsvirinin 14 üslubu”, R.Leybovits, “Metaforaların izahı” və s.. 
Eyni zamanda bu dövrün bir sıra  əsərlərində  (F.Pulenk, 
B.Martinu, Q.Batseviç) obyektivliyə meylliliklə, insanın və 
dünyanın saf, pozitiv nöqteyi-nəzərdən qiymətləndirməsi ilə 
fərqlənən  əsərlər yaranır ki, bütün bunlar da izharın daha 
tarazlaşdırılmış forması  və aydın  üslubunda, həmçinin geniş, 
demokratik auditoriyaya müraciət edilməsində özünü göstərir. 
Buna bənzər  ənənələrə meyllilik və qayıdış dalğasında artıq 
“klassiklik” anlayışı ümumestetik harmoniya, gözəllik, aqillik 
prinsiplərinin bərqərar olması  və  hətta köhnə üslub 
 
musiqisinin bu və ya digər stilistik ifadələrindən istifadə 
edilməklə  əvvəlki
 
bəstəkarlıq modellərinə riayət etmə kimi 
şərh edilir (buna gözəl nümunə kimi D.D.Şostakoviçin 
Fortepiano kvintetini göstərmək olar).  
XX əsrin ikinci yarısında kamera ansamblı janrında əsas 
olaraq iki istiqamət – birincisi“yeni folklor dalğası”nın 


26 
davamçıları, ikincisi, “ekstremal avanqard”a  əks-təsir olaraq 
neoromantizm  özünü daha parlaq göstərir. Belə ki, bu dövrün 
təxminən 60-80 illərində  əvvəlki mərhələnin aparıcı 
istiqamətinə qarşı kifayət qədər kəskin ideya-bədii ayrılığı ilə, 
qarşıdurma ilə xarakterizə edilir və bu qarşıdurmanın 
təşəbbüskarları kimi o vaxtın cavan bəstəkarları çıxış edir. Bu 
yeniləşmə pafosunun ən kəskin, hətta ekspansiv təzahürü 
“ikinci avanqard” nümayəndələri  A.Şnitke, E.Denisov, 
S.Qubaydulina kimi bəstəkarlarının yaradıcılığında daha parlaq 
əksini tapır. XX əsr musiqisinə xas olan üslub təmayüllərinin 
rəngarəngliyi öz cəmlənmiş izharını lokal janr olan kamera-
instrumental ansamblı janrında daha parlaq, daha dolğun halda 
tapır. Bu dövrün estetik tendensiyalarının, təmayüllərinin  
musiqi səsləri ilə  ifadə edilməsi yollarının axtarışı  tembral, 
koloristik, texniki imkanların sərhədlərini hədsiz dərəcədə 
genişləndirir və ifadə üsulları sahəsində yeni, görünməmiş 
irəliləyiş yaradır.  
XXI  əsrin sosial-mədəni  şəraiti kamera ansamblının 
ənənəvi anlayışına öz təsirini göstərir. Bu gün biz ifa 
təcrübəsində XIX-XX əsrlərdə mövcud olmayan rəngarəng 
musiqi  tərkibləri ilə  qarşılaşırıq. Belə ki, kamera ansamblı 
təcrübəsində  əvvəllər biri digəri ilə heç cür uzlaşmayan 
alətlərdən ibarət müxtəlif tərkibli – klavişli, simli, nəfəsli, zərb 
və xalq çalğı alətlərini birləşdirən qarışıq ansambllarla 
rastlaşırıq. Buna misal kimi müasir Azərbaycanın görkəmli 
bəstəkarı Firəngiz 
Əlizadənin kamera-instrumental 
yaradıcılığından nümunələrini - bəstəkarın soprano, klarnet, 
violino, violonçel və fortepiano üçün "İtirilmiş zaman 
axtarışında",  qiraətçi, solo-violonçel, violino və xalq çalğı 
alətləri  üçün "Dərviş" Septeti,  tar (ud) və kamera ansamblı 
üçün “Miraj” (“İlğım”), violino, violonçel, çin xalq musiqi aləti 


27 
pipa və fortepiano üçün  “Sabah” və s. əsərlərini misal 
göstərmək olar.   
Kamera ansamblı janrının təkamülünə ardıcıllıq və 
dialektiklik  əlamətləri məxsusdur. Musiqi sənətinin inkişaf 
qanunlarına uyğun olaraq Barokko dövrünün ansambl 
mədəniyyəti rəngarəngliyi klassik dövrdə “ali nizam, aqilliyin 
son dərəcəsi”nin təzahürü olan hərtərəflilik,  universallığa və 
normativliyə meylliliyi ilə  əvəz olunur və romantik bədiilik 
(gözəllik, canlılıq,  əyanəlik) dünyasından keçərək, XX əsr 
üslub təzahürünün“plüralizm”inə yönəlir.  
Bu gün ansambl ədəbiyyatı olduqca zəngindir. Burada 
səmimi,  şəxsi dairəni  əhatə edən  əsərdən epik-monumental 
həcmli  əsərə  qədər istənilən diapazonlu məzmun-məna 
mənbələri mövcuddur.    
 
2.3.  Ansamblı orkestrdən  fərqləndirən məqamlar    
  
 
Yuxarıda qeyd edildiyi kimi, XVIII əsrin ortalarında 
kamera musiqisi simfonik musiqinin, simfonik orkestrin 
yaranmasına əsas, bünövrə olmuşdur. Lakin bu iki olduqca sıx 
bağlı olan janrlar biri digərindən  əsaslı surətdə  fərqlənir və 
həmin fərqlər aşağıdakılardır:
  
1. Kamera əsərində  hər partiyanı  adətən  yalnız bir alət
bir səs ifa edir. Orkestr musiqisində isə, kamera musiqisindən 
fərqli olaraq, tərkib genişlənmiş, artıq  hər partiyanı  bir nəfər 
deyil, unison şəklində qruplar ifa edir.
  
2. Müasir dövrdə adətən  orkestr musiqisi  bəstəkar 
tərəfindən fortepianoda bəstələnir və yalnız  işin axır 
mərhələsində müxtəlif alətlər üçün orkestrləşdirilir.  
 Kamera ansamblı  əsəri  əvvəlcədən  bəstəkar tərəfindən 
konkret alətlər üçün yazılır. Bu vaxt  partiyaların bərabərliyi və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə