Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   2   3   4   5   6   7   8   9   10   ...   30

22 
qrupları  və orkestrin bütün digər iştirakçılarından ibarət  tutti 
adlanan orkestr kütləsi arasında gedən rəqabət üzərində 
qurulmuş əsər. Solo konsertdən fərqli olaraq, solistlər ansamblı 
üçün bəstələnmiş konsert. Çox vaxt concertino  adlanan 
solistlər qrupu iki violino və violonçeldən, yəni  adi trio 
tərkibindən, bəzən isə iki qoboy və faqotdan ibarət olurdu. 
Qısa müddət  ərzində  trio-sonata  və    concerto grosso 
İtaliyadan bütün Qərbi Avropa ölkələrinə - Almaniya, Fransa, 
İngiltərəyə yayılır. Trio-sonatanın ən məşhur, ən böyük, ustad 
bəstəkarlarından biri Ingiltərəli Henri Pörsell olub. 
A. Korelli yaradıcılığında solistlərin partiyaları  hələ 
nisbətən sadədir, digər orkestr partiyalarından bir o qədər də 
fərqlənmir. Sonralar, ələlxüsus 
Antonio Vivaldinin 
yaradıcılığında solistlərin, yəni  concertino partiyaları daha 
parlaq, daha virtuoz xarakter daşıyır. Concertino  partiyalarının 
çətinləşməsi, mürəkkəbləşməsi,    solistlərin rolunun artması 
solist və orkestr üçün bəstələnmiş    solo konsertlərin 
yaranmasına gətirib çıxarır. Bu janrın yaranmasında aparıcı rol 
Antonio Vivaldiyə məxsusdur. 
Əslən Venesiyalı olan Antonio Vivaldi  hələ yeniyetmə 
yaşından burada gözəl, virtuoz violino ifaçısı kimi tanınmış, 
şöhrət qazanmışdı. Təqribən iyirmi yaşlarında  o, Venesiyanın 
ən yaxşı konservatoriyalarından birinə  dəvət alır  və burada 
otuz ildən artıq qulluq edərək xor və orkestrə başçılıq edir. 
Müasirlərinin  fikirlərinə görə,  Vivaldinin orkestri heç də 
Lüllinin Fransada başçılıq etdiyi  “
Kralın 16 violinosu
” 
orkestrdən geri qalmırdı. Məşhur italyan dramaturqu Karlo 
Qoldoni memuarlarında yazır ki,  Vivaldi daha çox “kürən 
keşiş” adı ilə tanınırdı  (
Карло  Гольдони. «Мемуары, 
содержащие  историю  его  жизни  и  его  театра».  Перевод, 
введение 
и 
примечания 
С.С.Мокульского. 
Изд.  
"Academia", 1933
). Bəstəkar doğrudan da abbat 
rütbəsini 


23 
qəbul etmişdi, lakin o, din xadiminə heç oxşamır,  onlardan   
fərqlənirdi. Olduqca mehriban, ünsiyyəti sevən,  şövqlü insan 
olaraq o, ibadət zamanı  ağlına gələn bir melodiyanı  vərəqə 
köçürmək üçün mehrabı  tərk edə bilərdi. Onun bəstələdiyi 
əsərlərin sayı çox böyükdür: Vivaldi həqiqətən dahi Mosart 
yüngüllüyü və sürəti ilə    yaşadığı dövrdə mövcud olan bütün 
janrlarda əsərlər bəstələyirdi. Lakin bu janrlar arasında ən çox 
sevgi və  məhəbbətlə yaratdığı  əsərlər – konsertlər idi ki, 
bunların sayı görünməz dərəcədə çoxdur: Antonio Vivaldi 43 
Concerto  grosso  və müxtəlif alətlər üçün 447 solo konsert 
bəstələyib. Eyni zamanda Antonio Vivaldini proqram 
simfonizminin banisi saymaq olar. Belə ki, onun bəstələdiyi bir 
çox konsertlərin musiqinin məzmununu izah edən proqram 
adları var. Bunun parlaq nümunəsi  kimi    “İlin fəsilləri” adlı 
dörd violino konsertindən ibarət silsiləni göstərmək olar.  
XVIII  əsrin birinci yarısında yaşayıb yaratmış    Cuzeppe 
Tartini-ni (1692-1770) Italyan violinoçularının öndəri, rəhbəri 
adlandırmaq olar. Sonata və konsertin XVIII əsr klassik 
üslubuna doğru  inkişafında Tartini yaradıcılığının çox böyük 
rolu olub. Əlli il Paduya şəhərinin kilsə kapellasında çalışan 
Cuzeppe Tartini müasir kamantutma üslubunu yaradıb. Mahir  
violino ifaçısı  və böyük bəstəkar kimi tanınan C.Tartini  
özündən sonra bu günə kimi əhəmiyyətini itirməyən böyük 
bədii irs qoyubdur. Onun violino sonataları, ələlxüsus  məşhur 
“Şeytan zəngulələri” adlı sonatasına məxsus melodik ifadəlik, 
virtuozluq,  ştrix və melizm zənginliyi, bu əsəri XVIII əsr 
violino musiqisinin zirvələrindən biri adlandırmağa  imkan 
verir. Bəstəkarın müasirlərindən birinin dediyinə görə,  həmin 
əsərin yaradılmasına səbəb Tartininin yuxuda gördüyü 
violinoçu  şeytanın ecazkar ifası olub. Coşqun, çılğın, 
ramedilməz təbiətli Tartini dinamik, emosional, incə  çalarlarla 


24 
və  rəngarəng  ştrix texnikası ilə  zəngin violino üslubu 
yaradıbdır.    
 
 
XVII-XVIII  əsrlərdə ansambl ifaçılığı kamera və ev-
məişət məşğuliyyəti şəklində inkişaf edir. Bu isə tədricən ayrı-
ayrı ansambl janrlarının  əmələ  gəlməsinə  və formalaşmasına 
təkan verir.  
Klassisizm  dövründə  (XVII-XIX  əsrlər) birgə ifaçılıq 
növləri və formaları özünəməxsus spesifika əldə edir, əsas 
kamera-instrumental janrlarının – simli trio və kvartetlərin,  
fortepiano duetlərinin, simli  və ya nəfəsli alətlər və fortepiano 
üçün sonataların və trioların formalaşması baş verir. Kamera 
instrumental ansambllarının əsas növləri klassisizm dövrünün 
ən yüksək inkişaf  nöqtəsi olan Vyana klassik məktəbinin 
nümayəndələri  Yozef Haydn,  Volfqanq Amadey Mosart  və 
Lüdviq van Bethovenin yaradıcılığında formalaşır. Məhz bu 
bəstəkarlar kamera ansamblının məzmunca dolğun, forma 
baxımından mükəmməl nümunələrini yaratmışlar.  Əvvəlki 
dövrlərdən fərqli olaraq ifaçılıqda improvizə epizodları 
nəzərəçarpan dərəcədə  məhdudlaşır, təsbit edilmiş, yazılmış 
bəstəkar mətninin həcmi artır. 
Klassisizmin ardınca gələn  romantizm kamera musiqisi 
sahəsində Karl Mariya fon Veber,  Frans Şubert, Feliks 
Mendelson-Bartoldi, Robert Şuman,  İohannes Brams, Edvard 
Qriq, Antonin Dvorjak kimi  bəstəkar-romantiklərin 
yaradıcılığında inkişafını tapır. Romantizm dövründə kamera-
instrumental ansamblın klassik janr xüsusiyyətləri tətbiq və 
təsbit edilir, bəstəkarlar simli alət və fortepiano üçün duetlər – 
sonatina və sonatalar, triolar yazır, bu vaxt həmçinin daha 
böyük həcmli ansambllara – kvintetlərə, sekstetlərə, oktetlərə 
də daha çox rast gəlmək olur.       
XIX  əsrin ikinci yarısında instrumental ansambllarının 
ümumavropa inkişafı  çərçivəsində olduqca güclü “qol” - rus 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə