Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

32 
digərinə yönəlirsə, bu artıq qeyri-rəsmi, dinləyicinin 
iştirakını  nəzərdə tutmayan özfəaliyyət, “ailəvi” ifa olur. 
Halbuki, hər bir əsərin, o cümlədən, kamera ansamblı 
əsərlərinin dinləyici qarşısında açıq ifası zamanı ifa edilən 
əsərə dinləyicinin marağını oyatmaq, diqqətini cəlb etmək 
– ifaçıların əsas vəzifələrindən biridir.   
Interpretasiya – “izah, şərh, təfsir” deməkdir. 
“Əsərin interpretasiyası” deyiləndə  əsərin izahı,  şərhi, 
təfsiri nəzərdə tutulur. 
Əsərin interpretasiyasının ümumi planının, bədii 
obrazının yaradılması – olduqca individual və qeyd 
edilməsi, müşahidə edilməsi və ya tədqiq edilməsi, demək 
olar ki,  mümkün olmayan bir prosesdir. Musiqi ifaçısı öz 
fikrinin, niyyətinin mahiyyətini sözlə olduqca səthi, 
təxmini izah edə bilər. Bu səbəbdən bunları o, əsas musiqi 
ifadəliyi vasitələrindən –  ibarəlik, temp, dinamika və 
sairədən istifadə edərək, bilavasitə ifası ilə göstərir, izah 
edir. 
Yeni  əsərin ilkin birgə ifasından – mətnin birgə 
oxunuşundan sonra məşqlər dövrü başlayır və ansambl 
iştirakçıları öz yaradıcılıq təkliflərini irəli sürür. Bu vaxt 
ansambl iştirakçılarının hər birinin fəallıq dərəcəsi və 
ifaçıların bədii mövqeyi, bədii nöqteyi-nəzəri aydın olur. 
Bildiyimiz kimi, orkestrdən fərqli olaraq, kamera-
instrumental ansamblında məşqlər ifaçıların bərabərliyi 
prinsipi  əsasında qurulur. Həmçinin  kollektiv məsuliyyət 
hissi və dinləyici ilə bilavasitə ünsiyyət hissi ansambl 
ifaçılığının xüsusiyyətlərindən biridir.   
 


33 
3.2. Kamera ansamblının dramatik tamaşa  təbiəti 
barədə 
Yuxarıda dediyimiz kimi, kamera ansamblı  əsərləri 
nisbətən kiçik tərkiblər üçün yaradılır. Bəstələnəndən 
sonra instrumentallaşdırılan orkestr musiqisindən fərqli 
olaraq, kamera musiqisi lap əvvəldən bəstəkar tərəfindən 
konkret alətlər üçün bəstələnir. Kamera ansamblı 
musiqisini digər musiqi janrlarından fərqləndirən bir 
xüsusiyyəti də odur ki, bu musiqi janrında  partiyaların 
“hüquq bərabərliyi” daha çoxdur, hər bir partiya həm 
solo, həm də akkompanement funksiyasını daşıyır və hər 
bir partiyada bu funksiyalar biri digərini müəyyən 
dərəcədə müntəzəmliklə    əvəzləyir.  Ansambl 
partiturasının bu xüsusiyyəti danışıq dialoqunu xatırladır. 
Ansamblda  “solo-akkompanement”  funksiyaları, bu 
fuksiyaların biri digərini  əvəzləməsi danışığın, dialoqun 
“danışan-dinləyən” funksiyaları ilə, onların yerdəyişməsi 
ilə eynidir.   
Kamera ansamblı dialoqunu çox vaxt “dost 
söhbəti”nə, “mübahisə”yə oxşadırlar. Doğrudan da, 
ansambl musiqisi sanki həqiqi danışıq ünsiyyətinin 
müxtəlif  əlamətləri ilə “yoğrulub”: burada adi “sual-
cavab”dan tutmuş sükut etmək, susmaq, şübhə etmək, 
inandırmaq, mübahisə etmək, sözləşmək, sövdələşmək, 
etinasızlıq, istehza, lağa qoymaq və s. kimi hiss və 
hərəkətləri ifadə edən  əlamətlər mövcuddur. Lakin 
ansambl dialoqu adi ünsiyyət, yəni hər hansı informasiya 
mübadiləsi etmək və ya biri digəri ilə “dil tapmaq”, 
“razılığa gəlmək” ehtiyacı deyil. Əksinə, ansambl 


34 
“replikaları”nın məqsədi – musiqi dili ilə danışılan hər-
hansı bir əhvalatı, hadisəni başlanğıcdan sona qədər irəli 
çəkmək, aparmaq, inkişaf etdirməkdir.
 
  
Eyni zamanda kamera ansamblının 
əsas 
qanunlarından biri – özünüidarədir.  Bu janrda, teatr 
dramasında olduğu kimi, əsərin müəllifi 
“gözəgörünməz”dir, tamaşanın gedişinə-əsərin ifasına 
müdaxilə etmir.  Onun bütün personajları və qəhrəmanları 
sanki müstəqil hərəkət edir. 
Göründüyü kimi, kamera ansamblını və teatr dramı 
janrını birləşdirən, eynitəbiətli edən  bir neçə mühüm amil 
var: hərənin öz rolu-partiyası olan bir neçə “iştirakçı”nın 
– alətlər və ifaçıların,  özünüidarə prinsipinin 
mövcudluğu,  musiqinin tamaşaçı-dinləyici qarşısında, 
açıq səhnədə ifa edilməsi, həmçinin ansambl partiyalarının 
dialoq prinsipi əsasında qurulmuş qarşılıqlı əlaqəsi. Bütün 
bunlar  kamera ansamblının teatr dramı janrına çox yaxın 
olduğunu, eyni təbiətli olduğunu iddia etməyə imkan 
verir.   
 Adı  çəkilən bu  əlamətlər  kamera ansamblının 
struktur-semantik mahiyyətini təşkil edir. Və  məhz bu 
əlamətlərə  əsasən dinləyici qeyri-şüuri olaraq, eyni 
zamanda yanılmadan ansambl dramını orkestr eposundan 
və solo lirikasından ayıra bilir.  
 Bununla  bərabər kamera ansamblı, tərkibinə 
müxtəlif  ansambl növləri daxil olan mürəkkəb janr  
sistemidir.   
Müxtəlif  ansambl  növlərində dram xüsusiyyətləri 
müxtəlif dərəcədə olur: bir növdə - daha çox, digərində - 
daha az. Belə ki, royalın iştirakı olmayan ansambllarda 


35 
(məsələn, simli kvartetlərdə) dram xüsiyyətləri daha 
parlaq görünür. Dinləyicinin burada alətlərin öz 
aralarında apardığı  qızğın dialoqu izləmək imkanı var.  
Hətta ifaçıların “üzbəüz” oturuşu da teatralcasınadır.   
 
Bildiyimiz kimi, fortepiano öz təbiətinə görə 
melodik-harmonik  alətdir. Bu səbəbdən o, ansamblda ikili 
funksiya daşıyıcısıdir - həm melodik, həm harmonik 
fuksiyalarını  yerinə yetirir.   
Melodik alət olaraq, fortepiano  ansambl dialoqunda 
digər alətlərlə yanaşı, onlarla bərabər iştirak edir. Lakin 
onun faktura-harmonik imkanları başqa alətlər üçün imkan 
xaricində olduğundan,  fortepiano öz partiyasında xeyli 
“informasiya artıqlığı” – bütövlüklə müəllifin  
səlahiyyətində olan  remarkalar və dekorasiyalar, müxtəlif 
növ izah və  şərhlər, lirik və epik haşiyələr cəmləyir, 
toplayır.     Fortepiano  səhnədə  də digər ansambl 
iştirakçılarının “arxasında”  iş görməyi üstün tutur, 
pianoçu isə  təkbaşına partituranın sahibi olaraq bir növ 
“müəllif hüququ”nu  qəsb edir.  
Bu səbəbdən inkişaf prosesində fortepianonun 
iştirakı olan ansambllar get-gedə nəzərə çarpacaq dərəcədə 
“roman” tipli “nəql”ə, “epos daxilində dram”ın mürəkkəb 
poetikasına meyl edir.   
Monotembrli ansambllarda (məsələn, violinoçular 
ansamblında) dram xüsusiyyətləri nəzərəçarpan dərəcədə 
zəifləyir. Burada ilk növbədə  ansambl dialoqunun 
dramatik gərginliyi itir. Alət tembri dinləyici üçün 
olduqca vacib funksiyasını – bir personajı digərindən 
ayırmağa imkan verən  əlamət funksiyasını artıq yerinə 
yetirmir. Düzdür, monotembrli ansambl üçün bəstələnmiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə