Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

64 
(məsələn, harmonik fiqurasiya şəklində) təşkil edir. 
Kamera-instrumental ansambl partituralarında bu cür 
fiqurasiyalar adətən fortepiano partiyasında olur, lakin 
başqa alətlərin partiyalarında da buna rast gəlmək  olar.    
Qeyd: “ümumi hərəkət düsturu” barədə daha ətraflı 
A.Qotlib-in “Ansambl texnikasının  əsasları” (А.Готлиб, 
«Основы  ансамблевой  техники») monoqrafiyasında 
oxumaq olar.  
Ansambl iştirakçıları ilk növbədə bütün partiyalarda 
ritmik  şəklin dayaq təqtilərinin yerləşməsini özləri üçün 
dəqiqliklə aydınlaşdırmalıdırlar, metro-ritmik quruluşların 
ümumi miqyasını tapmalıdırlar və s. Yalnız ifa texnikasına 
yiyələnərək onu  bədii məqsədlərə tabe etmək 
mümkündür.  
 
6.3. Artikulyasiya sinxronluğunun formalaşma 
üsulları 
 
Ansambl artikulyasiyası motor-hərəki səviyyəsinin 
ən vacib elementidir.  
Qeyd olunmalıdır ki, XX əsrin axırlarında elmi 
ədəbiyyatda “ştrix” və  “artikulyasiya” anlayışlarına dair 
iki zidd mövqe formalaşmışdı. Belə ki, ştrixin 
instrumental texnikanın ifadəli elementi” kimi ənənəvi 
şərhi bəzi tədqiqatçılar tərəfindən yeni izahla - səsin 
xarakterik forması”, “səslənmə xüsusiyyəti”  kimi 
anlayışlarla əvəz edilməsinə cəhd göstərildi.  
Hal-hazırda müasir musiqi nəzəriyyəsində  nəticə 
etibarilə belə bir fikir formalaşmışdır ki, ştrix “fonetik” və 
“motiv artikulyasiyasının” mövcudiyyət üsuludur.  


65 
Məsələn, ansambl məsələlərinin ilk 
tədqiqatçılarından biri,  A.D.Qotlib “ştrix” termininə belə 
tərif vermişdi: “Müəyyən xasiyyətli səslənmə əldə etmək 
üçün tətbiq edilən müxtəlif ifa üsullarının şərti işarəsi”.  
Digər tanınmış  tədqiqatçı A.Y.Yuryev “Skripka ştrixləri 
təsnifatının artikulyasiya prinsipi haqqında” məqaləsində 
ştrixə belə  tərif verir: “Musiqi alətində  səs tələffüzü 
prinsipi  ştrix adlanır, deməli  ştrixlər artikulyasiya 
təzahürü kimi qiymətləndirilməlidir. Ştrixlərin seçimi ifa 
edilən musiqinin üslub xüsusiyytləri, onun bədii 
mahiyyəti və interpretasiyası ilə müəyyən edilir”.   
Birgə ifa prosesində ifa üslubları ilə müəyyən olunan 
ştrix kombinasiyalarının qarşılıqlı təsiri nəticəsində əmələ 
gələn  musiqi sintaksis elementlərinin birgə  tələffüz 
xasiyyəti ansambl artikulyasiyası adlanır.   
Ansambl artikulyasiyası professional ansambl 
vərdişlərinin ən vacib elementi  hesab olunur. Ansamblın 
tərkibindən asılı olaraq ansambl artikulyasiyasında - 
musiqi fikrinin tələffüzündə - ansambl iştirakçısı olan hər 
alətin spesifik ifa xüsusiyyətləri nəzərə alınmalıdır. 
Bu və ya digər  ştrixin seçilməsi bütövlüklə ifa 
olunan musiqinin məzmunundan və o məzmunun ifaçılar 
tərəfindən  şərhindən, interpretasiyasından asılıdır.  Ştrix 
üzərində  iş – musiqi fikrinin dəqiqləşdirilməsi, həmin 
fikrin ifadə edilməsi üçün daha yaxşı formanın 
tapılmasıdır.  
Ansambl  ştrixləri ayrı-ayrı partiyaların  ştrixlərindən 
asılıdır. Hər hansı  ştrix məsələsinin həlli və  həmin həllin  
bədii məqsədəuyğunluğunun və inandırıcılığının müəyyən 


66 
edilməsi yalnız  partituranın ümumi səslənməsi zamanı 
mümkündür.  
Yekdil ansambl ifası  şərtlərindən  ən  əsası -  bütün 
partiyaların not mətninin diqqətli redaktəsi, həmin 
partiyalarda  vahid ifa göstərişlərinin, o cümlədən, 
ştrixlərin müəyyən  edilməsidir.   
Lakin burada “vahid” heç də “eyni”, “oxşar” deyil. 
Bildiyimiz kimi, eyni not işarələri  müxtəlif alət ifaçıları 
üçün müxtəlif məna daşıyır. Bu səbəbdən  eyni məqsədə 
çatmaq üçün bəzən tam  başqa göstərişlər tələb oluna 
bilər. Not işarələrinin mexaniki təkrarlanması, təqlidi 
qəbulolunmazdır. Onların vahid şəklə salınması da bəzən 
yersiz olur. Lakin heç bir işarə, heç bir ştrix təsadüfü 
olmamalıdır,  onların hamısı vahid ifa fikrinə, ideyasına 
tabe olunmalıdır.  
Məsələn, liqa müxtəlif partiyalarda müxtəlif, heç də 
eyni olmayan məna daşıyır. Götürək üstündə nöqtə olan 
notları birləşdirən liqanı.  Pianoçu bu liqanı  “portamento 
ştrixi ilə ifa etmək” göstərişi kimi qəbul edəcək. Violino 
ifaçısı üçün isə bu staccato  ştrixinin, yəni “kamanın bir 
istiqamətdə (yuxarı  və ya aşağı) hərəkəti zamanı  martelé 
ştrixi ilə ifa olunan səs ardıcıllığı” işarəsidir.  
Fortepianoda ifa edilən portamento xasiyyətli ştrixin ifası 
üçün simli-kamanlı alətlərin partiyalarında liqa işarəsi 
mütləq deyil: bu ştrix  nöqtənin üstündə (və ya altında) 
xətlə qeyd edilir.  
Liqanın uzunluğu müxtəlif partiyalarda müxtəlif ola 
bilər və müxtəlif səbəblərdən asılı ola bilər. Simli-kamanlı 
alətlərin partiyalarında liqanın ölçüsü (uzunluğu) alət 
kamanının uzunluğu ilə  məhdudlaşır. Nəfəsli alətlərin 


67 
partiyalarında liqanın ölçüsü nəfəs imkanları ilə 
məhdudlaşır. Fortepiano liqası üçün isə texniki cəhətdən 
heç bir məhdudiyyəti mövcud deyil. Bu səbəbdən  simli-
kamanlı, nəfəsli alətlər və fortepiano partiyalarında üst-
üstə düşməyən liqaların mövcudluğu qaçılmazdır və bu 
heç də birgə ifa qanunlarının pozulması demək deyil.  
Simli-kamanlı alətlərin partiyalarında ifa rahatlığı 
nöqteyi-nəzərindən müəllif tərəfindən qeyd edilmiş 
liqaları “kaman liqaları” adlandırmaq olar. Ifaçılar onları 
adətən “ştrix liqaları” adlandırırlar.   Bu liqalar yalnız 
texniki xarakter daşıyır. “Kaman liqası”nın mövcudluğu 
səslənmənin kəsilməsini, yəni pauzanın mümkünlüyünü 
heç də istisna etmir, eyni zamanda  “kaman liqası”nın  
yoxluğu (olmamağı) səslənmənin fasiləsizliyini istisna 
etmir.   
Texniki təyinatlı analoji liqalara nəfəsli alətlərin 
partiyalarında rast gəlmək olur – onlar dəyişdirilməyən 
nəfəsin həddini qeyd edirlər.  
Bir çox bəstəkarlar  fortepianonun ansambl 
partiyalarında və hətta solo fortepiano əsərlərində “kaman 
liqa”ları qeyd edirdi. Pianoçular başa düşürlər ki, belə 
liqalar hər cümlənin axırında “mütləq olaraq əli 
qaldırmaq” göstərişi deyil. Bu səbəbdən onlar bir adət 
olaraq zehnən, fikrən bir neçə  qısa liqanı birləşdirir, bir 
ədəd  böyük liqa kimi ifa edirlər. Bəzən ixtiyarsız olaraq, 
“adət üzrə” qeyd edilmiş “kaman liqası”nın fortepianoda 
ifası faktiki olaraq imkansızdır, mümkün deyil.  
Bütün bu liqa növlərini: “kaman liqaları”nı, nəfəs 
alətləri partiyalarındakı analoji liqalar və fortepiano 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə