Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   22   23   24   25   26   27   28   29   30

97 
diqqətini özünə  cəlb edir, onların birgə ifaya hazır 
olduğuna vizual surətdə    əmin olandan sonra ifa edilən 
əsərin tempini boş xanə saymaqla şifahi surətdə səsləndirir 
və başlanğıc işarəsini verir. Beləliklə  də musiqi mətnin 
ilkin birgə üzdən oxunması, ilkin tədqiqatı başlayır.  
 
Bundan sonrakı məşqlərdə artikulyasiya, intonasiya, 
ibarəlik, metro-ritmik, tembr-dinamik sinxronluğu, 
səslənmə tarazlığı məsələləri üzərində iş aparılır.      
   
 
Açıq ifaya hazırlıq mərhələsinin psixoloji məsələlər
aşağıdakılardır: 
 
1.  ən  əsası - ifaçılarda konsertə, açıq ifaya daxilən 
hazır olma hissinin, çıxışa optimal hazırlıq vəziyyətinin 
formalaşmasıdır; bu mərhələdə ifaçılar öz iş  və istirahət 
rejimlərini elə qurmalıdır ki, konsertə yaxşı fiziki və 
psixoloji durumda, ifanın uğurlu alınacağına inam hissi ilə 
çıxa bilsinlər; 
 
2. konsertdən  əvvəl konsert keçiriləcək zalda, 
səhnədə mütləq bir-iki məşq keçirilməlidir ki, ifaçılar 
zalın və  səhnənin akustikası ilə tanış olsun, ifaçıların 
oturma qaydası və yeri müəyyən edilsin, həmçinin ifaçılar 
keçirələcək konsert şəraitinə, abu-havasına qismən də olsa 
uyğunlaşsınlar.      
  
 
 


98 
8.4.   Səhnə məşqləri və yekun məşq 
  
Konsertdə yaxşı  çıxış etmək və ya dinləyişdə 
proqramı yaxşı ifa etmək üçün  musiqiçi çıxışa optimal 
hazırlıq vəziyyətində olmalı, yəni fiziki, emosional və əqli 
cəhətdən hazır olmalıdır.   
Fiziki hazırlıq  yaxşı olmaq üçün musiqiçi (hər bir 
normal insan kimi) sağlam həyat tərzi sürməli, iş və yuxu 
rejimini tarazlaşdırmalı, səhhətinə qarşı diqqətli olmalıdır. 
Musiqiçi qaçış, üzgüçülük, futbol kimi idman növləri ilə 
məşğul ola bilər. Lakin qol və çiyin nahiyələrində 
gərginlik və güc tələb edən idman növləri məsləhət 
görülmür, çünki əzələlərin həddən artıq gərginliyini tələb 
edən  gimnastika və ya ağır atletika kimi idman növləri 
musiqiçinin bilək, çiyin və döş  qəfəsi  əzələlərində 
gərginlik, əzələ sıxılması yarada bilər. İnsana möhkəm can 
sağlığı, güvvət, davamlılıq hissi və gözəl  əhvali-ruhiyyə 
verən yaxşı fiziki hazırlıq açıq konsertdə  çıxış zamanı 
yüksək emosionallığa yol açır,  olduqca zəruri olan 
diqqətin, zehnin cəmləşdirilməsi ilə bağlı  əqli prosesləri 
yaxşılaşdırır.  
Sirr deyil ki, bir çox məşhur ifaçılar  hətta səhhətinin 
zəif olduğu vaxt da səhnəyə  çıxa bilirdilər və buna 
baxmayaraq olduqca uğurlu çıxış edirdilər. Bu xüsusiyyət, 
möcüzəli cəhət Raxmaninova, Gilelsə, Azərbaycanın 
təkraredilməz dirijoru Niyaziyə xas idi. Maraqlıdır ki, 
səhnəyə çıxanda bu ifaçılar fiziki baxımdan özlərini daha 
yaxşı hiss etməyə başlayırdılar: konsert həyəcanı, konsert 
gərginliyi orqanizmin qoruyucu, mühafizəedici 
qüvvələrini fəallaşdırırdı  və musiqiçi öz azar-bezarlarını 


99 
unudurdu.   Lakin şagird və  tələbələr üçün  yaxşı fiziki 
formanın saxlanılması  professional vərdişlərin artırılması 
və təkmilləşməsi işində  olduqca önəmli amildir.  
Səhhət yaxşı olanda və ifa aparatı ifaya hazır olanda  
musiqiçilərin  əllərində, biləklərində, barmaqlarında 
klaviaturanın, kamanın, qrifin əlahiddə duyma hissi 
 
yaranır.  Bu vaxt pianoçular “yüngül” barmaqlardan, 
violinoçular – “pərvazlanan” əllərdən danışırlar. Bütün bu 
hissləri, duyğuları yadda saxlamaq, qələmə almaq – 
yazmaq, dəfələrlə yada salmaq məsləhət görülür ki, 
çıxışdan  əvvəl onları xatırlayıb, yada salıb   yenidən 
canlandırmaq mümkün olsun.  
Səhnə həyəcanının əsas məsələsi -   diqqəti ifa edilən 
əsər üzərində  cəmləmək qabiliyyəti, bacarığı  və 
iqtidarıdır. Fövqəladə musiqi istedadına, xüsusi səhnə 
qabiliyyətinə malik şəxslərdə  özünücəmləmək, 
özünütoplamaq bacarığı bu və ya digər dərəcədə intuitiv 
şəkildə  təzahür edir. Lakin belə bacarığı olmayanlar onu 
xüsusi surətdə inkişaf etdirməli, bu hissi özündə oyatmağı 
öyrənməlidir.  
Səhnə  həyəcanı ilə mübarizənin  ən təsirli üsulu -  
özünücəmləmək, özünütoplamaq bacarığıdır ki, bu da 
şagird və  tələbəyə sinifdə, konsertə hazırlıq prosesində 
aşılamaq lazımdır. Tələbə bilməlidir ki, onun əsas vəzifəsi 
– fikrini ifa edilən əsər üzərində cəmləməkdir. Heç kim və 
neç nə onu bu fikirdən yayındırmamalıdır: nə yad, kənar 
adamların otaqda (zalda) olması və ya içəri daxil olması, 
nə lazımsız fikirlərin  əmələ  gəlməsi, nə  hər-hansı  kənar 
səslər və ya kiminsə ucadan danışmağı  və s. Yeganə 
məqsəd – fikrin, alətin səslənməsi, ifadəlik, ibarəlik, 


100 
səslərin nisbəti və tarazlığı  və sairə bunun kimi ifa 
məsələləri üzərində son dərəcə cəmlənilməsidir.  
Bu tələb, yəni, fikrin ifa edilən  əsər üzərində 
cəmləşdirilməsi tələbi ümumiyyətlə bütün ifa hallarına 
aiddir: ifaçılar istənilən məkanda - sinifdə  və ya zalda – 
ifaya başlamazdan  əvvəl bir növ “özünə qapanmalı”, ifa 
ediləcək  əsərin tempini, metro-ritmik özəlliklərini 
xatırlamalı, xəyalən həmin  əsərin  əhvali-rühiyyəsini 
hafizələrində canlandırmalı və, beləliklə də, özlərini əsərin 
ifasına psixoloji baxımdan hazır vəziyyətə gətirməlidirlər.      
Məşqlər adətən sinifdə, ansambl ifaçılığı üçün təbii 
olan kamera (otaq) akustikasında keçirilir. Burada 
səslənmə gücünün bir növ hüdudları, forte və piano 
nüanslarının ölçüləri, səslənmə mütənasibliyi 
müəyyənləşir, replikaların ifasının müvafiq tərzi və tonu 
işlənilir,  partnyorlar arasında təmas,  əlaqə yaranır, onlar 
tərəf müqabilin ifa etdiyi ən xırda çalara dəqiqliklə cavab 
verir, yəni özlərini tamamilə  təbii və  sərbəst hiss edirlər. 
Lakin zalda, səhnədə ilk məşq bəzən sevincdən daha çox 
məyusluq gətirə bilər. Belə ki, böyük, akustikası tanış 
olmayan yeni məkanda partnyorlar biri birini pis eşidir və 
açıq-aydın psixoloji diskomfort hiss edirlər. Nəticə kimi 
dinamika solğunlaşır, replikalar dəqiqliyini və enerjisini 
itirir, kulminasiyalar zəifləyir, hərəkət ya ləngiyir, ya da 
əksinə, həddindən artıq tələsikdir, ansambl sanki dinləyici 
üçün yox, özü üçün ifa edir, bir sözlə, sinifdəki parlaq və 
inandırıcı ifadan əsər-əlamət qalmır. Bütün bu 
əlamətlərdən bəlli olur ki, ansambl iştirakçıları yeni 
akustik mühitdə özünü itirib.
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə