Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

85 
ki,   forte nüansında bəzi partiyaların səsi  ümumi 
səslənmədə  eşidilmir və  musiqi mətninin vacib 
elementləri dinləyici üçün itir. Adiləşmiş  təsəvvürlərin 
düzəldilməsinə, dəyişdirilməsinə ehtiyac yaranır.  Forte 
anlayışı artıq üç məna  əldə edir: 1)  hər alətdə ayrı-
ayrılıqda forte; 2) ansamblda  forte nüansı  və  3) bütün 
ansamblda  forte. Əgər birinci anlayış izah tələb etmirsə, 
ikincisi bir əhəmiyyətli xüsusiyyətə malikdir: o, ən zəif 
alətin dinamik imkanları ilə müəyyən olunur. Başqa alətlər 
üçün  ən zəif alətdə      forte  bir növ etalon olur: onlar bu 
səslənmə gücünə müvafiq olaraq öz partiyalarının 
səslənmə gücünü “kökləyirlər”. Ansamblda bu  forte 
etalonu ifa edilən musiqi parçasının məna  əhəmiyyəti ilə 
və ümumi instrumentləşdirilmə ilə bağlı müəyyən 
sapmalara yol verir. Hər hansı partiyanın ifa dinamikası 
eynilə başqa tərəfdaşların ifa etdiyindən, partiyaların ifadə 
edilməsi üslubunun xüsusiyyətlərindən, alətlərin spesifik 
xüsusiyyətlərindən asılıdır. Belə ki, ansamblda fortepiano  
forte-si  instrumental tərkibdən və  mətnin fakturasından 
asılıdır: ansamblda pianoçu öz partiyasını  solo əsərdə ifa 
etdiyi güc ilə ifa edə bilməz, çünki violino və violonçel 
fortepianoya nisbətən zəif səsli alətlərdir. Həmçinin 
fortepiano partiyasının fakturası da nəzərə alınmalıdır – 
əgər faktura sıxdırsa, o vaxt simli-kamanlı alətlərin səsi 
eşidilməyəcək. Belə hallarda nüansın real əhəmiyyətinin  
dəqiqləşdirilməsi tələb olunur.    
Belə bir yanlış fikir geniş yayılıb ki, ansamblda 
pianoçu  ən güclü səsi olan alətdə ifa etdiyindən, öz 
partiyasını “bir nüans aşağı” ifa etməlidir.  Təəssüflər 
olsun ki,  səslənmənin bədii tarazlığını  əldə etmək üçün 


86 
belə “sadə və universal resept” tətbiq etmək düzgün deyil. 
Axı aparıcı partiyanın forte-si  müşayiət  forte–sinə 
nisbətən daha intensiv, daha gərgin olacaq; şəffaf 
fakturada  forte  daha sıx fakturaya nisbətdə başqa cür 
olacaq; parlaq registrlərdə  səslənən  forte  daha tutqun 
registrlərdə səslənən forte-dən fərqlənəcək və s. Buna görə 
yuxarıda fortepianonun digər alətlərə nisbətən daima “bir 
nüans aşağı” ifa tərzi barədə  fikir olduqca yanlış fikirdir. 
  
Fortepiano  öz təbiətinə görə melodik-harmonik  
alətdir. Bu səbəbdən o, ansamblda ikili funksiya: həm 
melodik, həm harmonik fuksiyaları  yerinə yetirir.   
Melodik alət olaraq, fortepiano  ansambl dialoqunda 
digər alətlərlə yanaşı, onlarla bərabər iştirak edir.  
Fortepianonun faktura-harmonik imkanları    başqa 
alətlər üçün imkan xaricində olduğundan,  fortepiano öz 
partiyasında xeyli “informasiya artıqlığı” – bütövlüklə 
müəllifin  şübhəsiz səlahiyyətində olan  remarkalar və 
dekorasiyalar, müxtəlif növ izah və  şərhlər, lirik və epik 
haşiyələr toplayır.     
Fortepiano  səhnədə də digər ansambl iştirakçılarının 
“arxasında”  iş görməyi üstün tutur, pianoçu isə təkbaşına 
partituranın sahibi olaraq “müəllif hüququ”nu  qəsb edir.  
Bu səbəbdən inkişaf prosesində fortepianonun 
iştirakı olan ansambllar get-gedə gözə çarpacaq dərəcədə 
“roman” tipli “nəql”ə, mürəkkəb poetikaya meyl edir.      
Bu maraqlı mövzu bir neçə  tədqiqatçının, o 
cümlədən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 
professoru Fəridə Əhmədbəyovanın “Роль фортепиано в 
камерно-инструментальном 
творчестве 


87 
азербайджанских композиторов” adlı monoqrafiyasında  
tədqiqat obyekti olmuşdur.   
Ansambl forte-si terminini daha aydın anlamaq üçün 
forte nüansında ifa edən tərəfdaşa həmin o nüansda ifa 
edən digər tərəfdaşın, sonra ikinci, üçüncü və s. 
qoşulduğunu təsəvvür etmək yetər.  Bütün alətlərin eyni 
vaxt səslənməsi həmin alətlərin ayrı-ayrılıqda 
səslənməsindən xeyli güclü olacaq. Beləliklə  də, bütün 
ifaçılarının təbii, həddən ziyadə gücləndirilməmiş    forte 
nüanslı səs ilə ifası nəticəsində həmin nüansın yeni növü -  
ansambl forte–si əmələ gəlir.  
Digər nüans – piano barəsində  də analoji qeydlər 
edilməlidir. Zərif  piano  və olduqca incə  pianissimo çox 
alətlərə ifa edilə bilər. Birgə ifa zamanı piano etalonu  
həm alətlərin xüsusiyyətlərindən, həm də ifaçıların 
məharətlərindən asılıdır. Bəzi alətlərdə    piano nüansının 
və bundan daha da çox -  pianissimo  nüansının müəyyən 
tessiturada ifası texniki cəhətdən çətindir. Məsələn, yuxarı 
registrlərdə    pianissimo violino alətində asan ifa edilir, 
lakin klarnetdə ifaçıdan böyük məharət tələb edir. Buna 
görə  bəzi hallarda ümumi səslənmə tarazlığı naminə  
piano nüansı bir qədər yüksəkdən ifa olunacaq, lakin bu 
qətiyyən ansambl piano-sunun kobudlaşmasına gətirib 
çıxarmamalıdır.  
Bəzi alətlərin ansamblda birləşməsi nəticəsində 
dinamikada spesifik qanunauyğunluqlar  əmələ  gəlir ki, 
ifaçılar bunları  nəzərə almalıdır. Sonata ansambllarının 
əksəriyyətində  orta və yuxarı registrlərdən daha çox 
istifadə edilir: pianoçunun sağ  əlinin və fortepiano ilə 
birgə ifa edən digər alətlərin partiyaları  məhz bu 


88 
registrlərdə  səslənir. Ümumi səslənmənin dinamik 
tarazlığı  pianoçudan sol əlinin partiyasına daha cox diqqət 
tələb edir, çünki sol əlin partiyası  həmin bu ümumi 
səslənmənin özülünü – harmoniyanın bəm səslərini 
yaradır (təşkil edir).  Bəm səsli, aşağı tessituralı alətlərlə, 
məsələn, violonçel ilə birgə ifa zamanı da fortepianonun 
bəm registrləri vacib rol oynayır. Fortepianonun yüksək 
registri özü özlüyündə violonçel səsinə o qədər 
ziddiyyətlidir ki, onun daha güclü olması barədə aldadıcı 
təsəvvür yaranır. Fortepianonun bəm registri violonçel 
partiyasının registrləri ilə üst üstə düşür, bu səbəbdən  
fortepiano baslarının dayaq səsləri  aydın tələffüz 
olunmalı və hətta bir qədər gücləndirilməlidirlər.  
Nəfəs alətlərinin xarakterik tembrləri səslənməni 
aydın edir və bu səbəbdən tematik materialın göstərilməsi 
üçün səsin əlavə gücləndirməsinə ehtiyac yaranmır.  
Bütün partiyaların dinamik nüansları biri biri ilə sıx 
bağlıdır. Səsin tədricən yüksəlməsi və ya  enməsi, 
səslənmə gücünün  artması, azalması  və ya gözlənilməz 
təzadları  nəinki ifadəliliyə, həmçinin bütövlükdə  əsərə 
əhəmiyyətli dərəcədə 
təsir edir. Tərəfdaşlarla 
uyğunlaşdırılmadan,  ətraflı düşünülmədən hər hansı bir 
dinamik nüansın tətbiqi ümumi ifanı boş, mənasız edə 
bilər.  Bu səbəbdən bütün detallarında vahid olan 
dinamikanın yaradılması texniki cəhətdən savadlı birgə 
ifanın mütləq şərtidir.   
Ansambl ifaçılığında 
tembral-dinamik 
nüanslandırma  əsasən ifaçılar tərəfindən  musiqi  əsərinin 
məzmununun emosional təəssüratının subyektiv ifadəsi, 
izhar edilmə prosesidir.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə