Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

72 
yumşaq, parlaq, ya da tutqun olmağından) asılı olaraq bu 
ştrix  müxtəlif alətlərdə müxtəlif çoxsaylı üsullarla ifa 
edilir.  
 
Fortepianoda  staccato yalnız barmaqların hərəkəti 
ilə, pəncənin iştirakı olmadan da ifa edilə bilər (nəzərə 
alınmalıdır ki, açıq, uzadılmış barmaqlar  səsi tutqun edir, 
bükük, qatlanmış  barmaqlar isə - parlaq), səslənmənin 
gücü və dolğunluğu artanda pəncə, dirsək və bütün qol səs 
hasilinə qoşulur.    
Simli-kamanlı alətlərdə    staccato  ştrixinin bir neçə 
müxtəlif növü var:  spiccato, sautille, martelé  və 
başqaları. Ifaçılıq təcrübəsində qırıq, qısasəslənən ştrixlər 
adətən “nişanlanmış” (martelé) və “sıçrayan (hoppanan) 
ştrixlərə” (spiccatosautilléstaccato volantricochet  və 
s.) bölünür.  
Simli-kamanlı alətlərdə  pizzicato    səs hasili üsulu 
xüsusi yer tutur. Bu üsul adi ştrix təsnifatına aid olmasa 
da, ifaçı onun köməyi ilə  qısa, qırıq səslənməyə xüsusi, 
özünəməxsus xasiyyət verir. Tərəfdaşlar nəzərə almalıdır 
ki, pizzicato səsləri  kamanla hasil olan səslərdən daha zəif  
səslənir.  Pizzicato  həm sağ, həm sol əllə ifa edilə bilər. 
Pianoçular fortepiano alətində pizzicato-ya oxşar səslənmə 
tapa bilər və o səslənmədən təkcə imitasiya kimi deyil, 
həmçinin  müstəqil effekt şəklində də istifadə edə bilər.    
“Hazırlanmış fortepiano” barədə. Toxmaqcıqların 
üstündə  və ya simlərin aralarında yerləşdirilmiş müxtəlif 
əşyaların köməyi ilə tembri dəyişdirilən fortepiano 
hazırlanmış fortepiano” adlanır. Fortepianonun bu tərzdə 
“hazırlanması” nəticəsində fortepiano səslənməsi 


73 
perkussyon səslənməsi ilə bir araya sığışdırılır və bu vaxt  
xüsusi, təkrarolunmaz səs yaranır.  
Con Keyc “hazırlanmış fortepiano”nun ixtiraçısı  və 
bu termini musiqi dünyasında  təsdiqləyən insandır. O, 
özünün sələfiləri kimi  Henri Kouell-i və  Erik Sati-ni 
göstərirdi. Müasir bəstəkarlar, o cümlədən,  azərbaycan 
bəstəkarları Firəngiz  Əlizadə, Fərəc Qarayev və 
başqalarının yaradıcılıqlarında “hazırlanmış fortepiano” 
(“hazırlanmış royal”) üçün bəstələnən  əsərlərə kifayət 
qədər tez-tez rast gəlmək olur.   
Pedallı staccato  ştrixi səslənməni obertonlarla 
 
zənginləşdirən spesifik fortepiano ifa üsullarına aiddir. Bu 
ştrixin ifası zamanı  pedal, barmağı klavişdən qaldıran 
anda və ya bir qədər gec qaldırılır. Pedal  gec qaldırılırsa, 
pianoçu dempferləri simlərə  dəqiq və yumşaq  şəkildə 
endirməlidir, onların nə  sərt, kobud enməsinə, nə  də 
həddən ziyadə uzadılmasına, ləngidilməsinə yol 
verməməlidir, cünki  hərəkətin ləngidilməsi zamanı 
lazımsız əlavə səslər yaranır.   
Pedallı staccato üsulu ilə səslərin bir birinin ardınca 
ifa edilməsi zamanı intensiv, gərgin səslənmə effekti 
yaranır: səslər birindən digərinə keçəndə onların arasında 
pauza olmasada, onlar qırıq səs təəssüratı yaradır.  
Nişanlanmış, aksentli staccato bütün partiyalarda çiv 
xətti (
∇)
 
ilə nişanlanır. Xüsusi ilə qeyd edilməlidir ki, bu 
işarə not üstündə nöqtə ilə eyni deyil. Bir çox ifaçılar və 
hətta not mətninin redaktorları  çiv xətti ilə nişanlanmış 
staccato  və nöqtə ilə nişanlanmış  staccato arasında ifa 
fərqini lazımi qiymətləndirmirlər. Bu fərqin önəmliliyini  


74 
vaxtilə böyük bəstəkar Lüdviq van Bethoven dönə-dönə 
vurğulayırdı.  
Belə ki, Karl Hols-a ünvanlanmış  məktublarının 
birində  Bethoven notları köçürməklə məşğul olan  işçinin  
(notköçürənin) işi barədə belə yazır: “Allah xatirinə, 
Rampeldən xahiş edirəm ki, bunu sırğa edib qulağına 
taxsın: (əlyazmada) necə yazılıb, elə  də    köçürmək 
lazımdır... Notun üstündə 
 ö ə  işarəsi yazılıbsa, 
(köçürəndə) onun əvəzinə 
“∇” işarəsi yazmaq olmaz, və 
əksinə”. (Антонин Згоржик, «Один против судьбы»)  
Vurğulu  staccato simli-kamanlı alətlərdə    martelé 
ştrixini, fortepianoda isə martellato ştrixini nəzərdə tutur.  
Legato  və  staccato arasında  portamento  (yumşaq 
staccato) və  non legato (ayrı-ayrı, lakin qırıq-qırıq 
olmayan ifa) yer tutur.  Portamento  bəzən səsdən səsə 
eşidilən  glissando kimi başa düşülür. Axır vaxtlar simli-
kamanlı  və  nəfəsli alətlər ifaçıları (pianoçulara bu aid 
deyil)  portamento terminini   portato  termini ilə  əvəz 
edirlər.  
Bildiyimiz kimi, sıçrayan (hoppanan) ştrixlər yalnız 
Paqaninidən sonra geniş yayılıb və  Paqaninidən  əvvəl 
yazıb yaradan bəstəkarların  əsərlərində  həmin  ştrixlərin 
tətbiqi yersiz olardı. Bethovendən  əvvəl  sıçrayan 
(hoppanan) ştrixlərdən az istifadə olunurdu. Bu səbəbdən 
qədim bəstəkarların əsərlərində üstü nöqtəli notları yüngül  
martelé ştrixi ilə ifa etmək məslhət görülür.  
Həmçinin bəzi janr qanunauyğunluqları mövcuddur. 
Məsələn, sonata ədəbiyyatında trio və qeyri böyük tərkibli 
ansambllarına nisbətən  ştrixlər daha rəngarəngdir. Bunun 
səbəbi aydındır: bəzi  ştrixlər birgə ifa üçün olduqca 


75 
çətindir - bu haqda  K.Fleşin “Violino ifaçılığı  sənəti” 
kitabının 95-96-cı səhifələrində oxumaq olar.  
Not mətninin diqqətlə oxunması, onun daxili eşitmə 
qabiliyyəti ilə dinlənilməsi və ilk ifa təşəbbüsləri ansambl 
ifaçılarının yaradıcılıq fantaziyasını oyadır. Hər ibarənin 
daha ifadəli tələffüzünün birgə axtarışları musiqi obrazı 
üçün daha təbii olan ştrixlərin seçiminə  gətirib çıxarır. 
Ştrixlərin seçimi hər partiya ifaçısı  tərəfindən ayrı-
ayrılıqda edilə bilməz, çünki ansamblda ştrixlər biri digəri 
ilə  sıx bağlıdır. Musiqi ibarəsinin eyni zamanda və ya 
növbə ilə, ardıcıl ifası, ansambl iştirakçılarından səslənmə 
xasiyyəti baxımından eyni nəticə verən ştrixlərin tətbiqini 
tələb edir. Bu cür ştrixlər “ekvivalent ştrixlər” adlanır. 
Ekvivalent ştrixlər”in adları fərqlənsə də, səslənmə 
nəticəsi etibarilə identik, eyni olmalıdır. Müxtəlif 
ştrixlərin uzlaşdırılmamış istifadəsi ansambl ifasına 
lüzumsuz alabəzəklik gətirir, onu təsadüfü tembr 
tutuşdurmaları ilə pozur. Bəzən simli-kamanlı alətlərin 
détaché ifa etdiyi passajı  təcrübəsiz pianoçu
 
legato ifa 
edir. Bu halda fortepiano və violinonun səslənmələri 
arasında fərq, uyğunsuzluq kifayət qədər qabarıq 
görünəcək. Çox vaxt bu cür hallar təsadüfən baş verir. 
Səbəblər isə bunlardır: birincisi, pianoçu öz partiyasında 
liqaların olmamasına fikir vermir, çünki bilir ki,  rabitəli 
ifa çox vaxt nəzərdə tutulur və heç də hər vaxt işarələrlə 
göstərilmir. Olmayan yerdə liqaları fikrən, xəyalən 
nəzərdə tutmağa alışan tələbə, liqaların qəsdən 
yazılmadığı anı, rabitəsiz ifa tələb olunan anı gözdən 
qaçırır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə