Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?


partiyalarındakı “qrafika cəhətdən məqsədəuyğun liqalar”ı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

68 
partiyalarındakı “qrafika cəhətdən məqsədəuyğun liqalar”ı  
ümumi olaraq “texniki liqalar”  qrupuna  daxil etmək olar.  
Bununla yanaşı    liqalar    daha  böyük  əhəmiyyət 
daşıyır və digər funksiyaları yerinə yetirirlər: onlar musiqi 
dilinin quruluşunu – onun “sintaksis”ini, ibarələrə 
bölünməsini müəyyən edə bilir və motivin intonasiyasını 
göstərə bilirlər
.
 Belə liqaları adətən “ibarə liqası” və ya 
məna liqası” adlandırırlar. Onlar bəzən texniki liqalarla 
üst-üstə düşür, lakin bu onları heç də eyniləşdirmir, 
eyniəhəmiyyətli etmir.  
Ansambl iştirakçıları  hər bir konkret liqanın 
əhəmiyyətini aydın anlamalıdır, hər bir konkret halda 
liqanın daşıdığı  vəzifəni, funksiyanı  bilməlidir. Violino, 
viola, violonçel kimi oxşar alətlərin partiyalarında texniki 
liqalar mütləq surətdə vahid hala salınmalıdır, unifikasiya 
olunmalıdır. Eyni liqaların ifası zamanı kamanların 
müxtəlif istiqamətdə hərəkəti ansambl bütövlüyünə böyük 
zərər vuran, xələl gətirən yolverilməz səliqəsizlik, 
pintilikdir.  
Müxtəlif, qeyri-oxşar alətlərin partiyalarında texniki 
liqaların vahid hala salınması bir o qədər vacib deyil, lakin 
bəzi hallarda olduqca məqsədəuyğun və xeyirli ola bilər. 
Kamanlı-simli alətlərin və fortepianonun partiyalarında 
texniki liqaların vahid hala salınması ansambl ifasının 
daha artıq bitişikliyinə kömək edər, tərəfdaşların 
ibarələrinə ümumi nəfəs verə bilər.  
Bəzən müəllif tərəfindən qeyd edilmiş texniki liqalar 
ifaçılar tərəfindən dəyişdirilə bilər. Əgər simli-kamanlı və 
ya nəfəsli alətlərin partiyalarında liqalar həmin alətlərin 
texnikasını bilməyən bəstəkar tərəfindən qeyd edilibsə, 


69 
həmin partiyaların müfəssəl surətdə  və daha  səlis 
redaktəsi mütəxəssisə həvalə edilir.  
Məna və ibarə liqalarının funksiyaları texniki 
liqaların funksiyalarından prinsipial surətdə  fərqlənir. 
Məna və ibarə liqaları bütün partiyalarda mütləq üst-üstə 
düşməlidir (təbii ki, ifaçılar tərəfindən eyni və ya oxşar 
ibarələrin  şüurlu surətdə müxtəlif tərzdə ifa edilməsi 
halları istisna olmaqla). Müəllif tərəfindən qeyd edilmiş 
texniki liqalar şübhə altına alınaraq daha 
məqsədəuyğununa dəyişdirilə bilərsə, bəstəkar tərəfindən 
qeyd edilmiş məna liqalarına çox ciddi riayət edilməlidir, 
çünki onlar bilavasitə musiqi məzmununu ifadə edirlər.  
Musiqi  əsərinin bədii quruluşunu dərk etməyə 
çalışan ifaçı  not mətnini diqqətlə gözdən keçirir, orada 
mümkün interpretasiya yollarından hansının daha düzgün 
olması barədə qeydlər axtarır. Dərc olunmuş 
redaksiyalardan heç biri, hətta  ən nüfuzlu musiqiçilər 
tərəfindən edilmiş redaksiya,  bütün sualları cavablandıra 
bilməz,  o redaksiyalardan heç biri son, qəti surətdə inkar 
edilməz sayılmamalıdır. Ifaya dair müəllif qeydlərinə 
əlavələr və düzəlişlər bir qayda olaraq redaktor tərəfindən 
əsaslandırılır. Buna baxmayaraq hətta  əsaslandırılmış  
əlavə və düzəlişlər də fikir və şübhələr üçün kifayət qədər 
əsas verirlər.  
Beləliklə,    məşq prosesinin birinci mərhələsi - not 
mətninin dəqiqləşdirilməsidir
Fortepiano, simli-kamanlı və nəfəsli alətlərdə ən çox 
yayılmış ştrixlərə nəzər salaq.  
Bütün alətlərdə rabitəli ifanın işarəsi eynidir – bu 
işarə      legato adlanır. Legato ştrixinin  əsas xüsusiyyəti  - 


70 
səslənmənin fasiləsizliyi, səslər arasında qulaqla eşidilən 
pauzaların olmamasıdır.  Legato  rəvan, ahəngdar da ola 
bilər, qeyd olunmuş,    enerjili və  hətta səsin kəskin 
başlanğıcı ilə  də ifa oluna bilər – bunun üçün müxtəlif 
işarələr mövcuddur, məsələn,  tenuto  (not üstündə  qısa 
xətlə qeyd olunur), aksentlər,  sforzando və s.  
Fortepianoda  legato  ştrixi ilk növbədə barmaqların 
rəvan, səlis hərəkəti ilə, keçidlərin işlənilməsi ilə  əldə 
edilir. Rəvan keçidlərin ifası zamanı    əvvəlki not 
saniyənin hissedilməz hissəsi  ərzində sonrakı notla birgə 
səslənir.  İti tempdə baş barmağın digər barmaqdan sonra 
işlədilməsi zamanı baş barmaq digər barmağın altından 
keçəndə  praktiki olaraq səsin kəsilməsinə də icazə verilir 
bu şərtlə ki, həmin səs kəsilməsi eşidilməsin.  
Fortepianoda  legatonun  əldə edilməsinin digər yolu  
– pedaldan istifadədir. Qeyd edilməlidir ki, şagird və 
tələbələrin  əksəriyyəti  bu yolu yeganə yol hesab etməyə 
meyllidir və   “barmaq legatosu”na daha etinasız yanaşır, 
bununla da böyük səhvə yol verirlər: “pedal legatosu” heç 
də “barmaq legatosuilə eyni deyil, hər vaxt onu əvəz edə 
bilməz və hədsiz-hüdudsuz tətbiq edilməməlidir.  
Simli-kamanlı alətlərdə legato ştrixi, liqa nişanı  ilə 
nişanlanmış notların rabitəli, kamanın bir istiqamətdə 
hərəkəti ilə ifasını nəzərdə tutur.    
Nəfəsli alətlərdə legato  bir nəfəsə ifa olunur, həm də 
nəzərə alınmalıdır ki, dil yalnız birinci səsin hasilində 
iştirak edir.  
Simli-kamanlı alətlərdə  əsas  ştrixlərdən biri – 
détaché, rabitəli legatodan fərqli olaraq, kamanın növbə 
ilə yuxarı  və  aşağı istiqamətdə    hərəkətləri ilə, hər notun 


71 
ayrı-ayrı (istiqamətdə) ifa edilməsini nəzərdə tutur, yəni 
burada hər səs kamanın hərəkət istiqamətini dəyişərək ifa 
olunur.  Détaché heç bir işarə ilə qeyd olunmur. Adətən  
notalar üzərində hər hansı bir işarənin olmaması, yoxluğu 
həmin notların bu ştrixlə ifa olunmasını  nəzərdə tutur.  
Détaché  ştrixinin səslənmə xasiyyəti bir sıra  şərtlərdən 
asılıdır:  ştrixin bütöv kamanla, yoxsa onun bir hissəsi ilə 
ifa edilməsindən, iti tempdə  və ya asta tempdə ifa 
edilməsindən asılı olaraq ştrixin səslənməsi dəyişir.  
Nəfəsli alətlərdə    détaché  ştrixi ayrı-ayrı  səslərin 
başlanğıcında dilin aydın “zərbəsi”, vurğusu ilə, rəvan 
nəfəs vermə zamanı isə uzun səslənmə ilə xarakterizə 
olunur.  
Fortepianoda  détaché  ştrixi yoxdur; bu termin 
lazımi hallarda oxşar səslənmə  əldə edilməsi üçün simli-
kamanlı alətlərin təcrübəsindən alınma söz kimi işlədilir. 
Simli-kamanlı alətlərin détaché  ştrixinə ən çox non legato 
adlı fortepiano ştrixi uyğundur.  Non legato ştrixinin ifası 
zamanı  hər səsin növbə ilə ayrı-ayrı  səslənməsi üçün 
sonrakı notu səsləndirmədən  əvvəl ondan əvvəl basılan 
barmaq  klavişadan qaldırılır. Beləliklə də səslər arasında 
cüzi pauza əmələ gəlir. Məhz bu məqam  non legato adlı 
fortepiano  ştrixini kamanı simdən ayırmamaq  şərtilə ifa 
edilən  détaché adlı simli-kamanlı alətlər  ştrixindən 
fərqləndirir.  Pianoçu nəzarət etməlidir ki, non legato 
ştrixinin ifası zamanı  səsin  əvvəlində,  “atakasında”  
pauzalar  mümkün qədər kiçik olsun. 
 
Qırıq səslə ifa staccato adlanır.  Staccato  ştrixinin 
növləri çoxdur. Tələb olunan səslənmə xasiyyətindən 
(güclü və dolğun, ya da zəif və yüngül, kəskin, ya da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə