Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

52 
bütün məsələlər xüsusi diqqət və xüsusi yanaşma tələb 
edir.  
Ilk növbədə bu tempə - ifa sürətinə aiddir. Bu 
məsələnin  də  həmçinin həm obyektiv, həm subyektiv 
tərəfləri var. Belə ki, bir tərəfdən hər stilistik dövrə    aid 
ənənələr və müəllifin temp göstərişləri mövcuddur. Digər 
tərəfdən, biz XXI əsrdə yaşayırıq və, məsələn, XVIII əsr 
üçün təbii olan templər bizə daha asta, daha ləng görünür. 
Belə olan halda ən  əsas məsələlərdən biri –  musiqi 
nəfəsinin təbiiliyini və musiqinin  nəbzini itirməyən,  həm 
bəstəkarın, həm də ifaçı ideyasını qoruyub saxlayan, bədii 
cəhətdən daha ifadəli tempo-ritmin tapılmasıdır. Unutmaq 
olmaz ki, ifa edilən  əsərdə vahid bədii obrazın 
yaradılması,  musiqinin bütün xırda və texniki detallarında 
vahidliyin gözlənilməsi, yəni bütün ansambl iştirakçıları 
tərəfindən  musiqinin vahid interpretasiyası-şərhi məhz 
temp seçimindən asılıdır.  
Temp seçimi həmçinin  əsərin  metrik təqtisini, 
pulsunu (nəbzini)  müəyyən edir. Adətən  əsərin metrik 
təqtisi açar yanında göstərilən ölçü ilə üst-üstə düşür, lakin 
bəzən fərqli də ola bilir. Unutmaq olmaz ki, sakit, ağır 
temdə  daha    xırda ölçülü “döyüntü”yə, nəbzə - metrik 
təqtiyə ehtiyac olur, iti tempdə isə metrik təqti daha böyük 
olur, iriləşir. Belə ki, temp hissinin sinxronluğunu təmin 
etmək üçün əsərə birgə dirijorluq etmək lazımdır. Bu vaxt 
metrik təqti  bütün iştirakçılarda eyni olmalıdır, bir-birinə 
uyğun olmalı,  üst-üstə düşməlidir. Əsərə birgə dirijorluq 
edilən zaman ansambl iştirakçılarından biri yarım notlarla, 
digəri – çərəklərlə, üçüncüsü səkkizliklərlə sayarsa, hətta 
bəzi təqtilər üst-üstə düşsə belə, vahid temp hissi əmələ 


53 
gəlmir, ifaçıların temp hissləri müxtəlif olacaq, hərə 
özünün duyduğu tempdə sayacaq, ifa edəcək.    
Ansambl ifaçılığında  temp və ritm sinxronluğu 
ansambl iştirakçılarının  ən vacib xüsusiyyətlərindən, 
keyfiyyətlərindən biridir. Temp və ritm sinxronluğu – 
tərəfdaşlar tərəfindən  əsərin  temp və ritmik nəbzini, 
pulsunun eyni anlanması və hiss edilməsinin nəticəsidir.   
Temp və ritm sahələrində ifaçıların individual 
xüsusiyyətləri olduqca aydın görünür. Solo ifada tempin 
yüngülvari dəyişməsi və ya ritmdən cüzi dəqiqsizlik  hiss 
edilmir, ansamblda isə  hər-hansı bir ansambl iştirakçısı 
tərəfindən tempin dəyişdirilməsi və  ya  ritmik    sapmalar 
sinxronluğu  kəskin surətdə pozur, dağıdır: belə hallarda 
ansambl iştirakçısı irəli gedərək və ya geri qalaraq 
tərəfdaşlarından “ayrılır”. Birgə ifa zamanı sinxronluğun 
cüzi surətdə pozulması isə dinləyici tərəfindən o saat hiss 
edilir. Musiqinin məğzi parçalanmış olur, harmoniya 
pozulur və nəticə etibarilə auditoriya ilə əlaqə itir. 
Ifanın həm tempi, həm ritmi ansamblın bütün 
iştirakçıları üçün təbii olmalıdır: bir tərəfdaşın digərinə 
passiv  “uyğunlaşması”  ifanı canlı nəfəsdən məhrum edir. 
Vahid temp və vahid ritmik puls hissi  yalnız musiqi 
həmtəəssüratının təbiiliyi və möhkəm, ayrılmaz musiqi 
ünsiyyəti nəticəsində yaranır.    
Tempin müəyyən edilməsinin yekdilliyi hələ tempin 
tərəfdaşlar tərəfindən hiss edilməsinin ümumiliyi deyil. 
Bütün ifaçılar Adagio tempinin ağır, Allegro tempinin isə 
tez, iti temp olduğunu təsdiq edir. Lakin bu templərin nə 
dərəcədə  ağır və  nə  dərəcədə iti olmasının müzakirəsi 
zamanı fikir ayrılığı  əmələ  gələ bilər.  Аmma tempin 


54 
ağırlığının və itiliyinin bu mübahisəli dərəcəsi  adətən 
musiqinin xasiyyəti üçün həlledicidir, olduqca böyük 
əhəmiyyət kəsb edir. Həmçinin  tempin müəyyən edilməsi 
zamanı    bədiilik tələblərindən başqa  tərəfdaşın alətinin 
texniki imkanlarını da, yəni çevikliyini, səslənmənin 
uzunluğunu və s. nəzərə almaq lazımdır.    
Ansamblın hər iştirakçısının qəbul edilmiş tempdən 
sapmamağı olduqca vacibdir. Ansamblda bir dəfə  təyin 
edilmiş tempi saxlamaq və lazım olanda yeni tempə 
keçmək kimi ifaçı bacarıqları xüsusi əhəmiyyət kəsb edir; 
temp dəyişəndə    tənasübün, nisbətin gözlənilməsi üçün 
düzgün “gözəyarı ölçmək” bacarığı (və  əsas tempdən 
sapma ilə tempin dəyişdirilməsi arasında mühüm fərqin 
dərk edilməsi); bir sıra temp sapmaları  və ya temp 
dəyişmələrindən sonra ilkin tempə qayıtmaq üçün lazım 
olan “temp yaddaşı”  (bu növ yaddaşın lazımınca inkişaf 
etməməsi  ekspozisiya və repriza templərinin üst-üstə 
düşməməsinə səbəb olur).  
Ritmik məsələlərinin kollektiv həlli üçün 
tərəfdaşların individual ritminin möhkəmliyi, dayanıqlığı 
və çevikliyinin hərtərəfli inkişafı, “ritmik eşitmə 
qabiliyyəti”nin həssaslığı bərabər dərəcədə vacibdir.   
 Musiqiçinin ansambl ifasında iştirakı  ona xas olan 
bir sıra çatışmamazlıqların, nöqsanların aradan 
qaldırılmasında kömək edir (tempi saxlaya bilməmək
solğun, ətalətli və ya həddən artıq  sərt ritm), onun ifasını 
daha  parlaq, daha inamlı etməyə kömək edir.   
Çox vaxt  ansambl ifası zamanı tempin artırılması, 
tezləşdirilməsi problemi əmələ gəlir. Bu problemə, adətən, 
dinamik, parlaq, texniki hissələrdə daha çox rast gəlinir. 


55 
Ifa sürətinin artırılması  həmçinin dinamikanın artması, 
güclənməsi müşahidə olunan yerlərdə  də baş verir. 
Tempin sürətləndirilməsi əsərin o hissələrində baş verir ki, 
orada dinamika artır.  Bu səbəbdən tələbələrin diqqəti bu 
məsələyə  cəlb edilməsi və müəllifin tempə dair 
göstərişlərinə əməl edilməsi olduqca vacibdir.  
 
6.2. Metro-ritmik  və temp  sinxronluğunun 
formalaşması barədə 
 
Motor-hərəki səviyyəsində  metro-ritmik  və  temp 
vərdişlərinin, metro-ritmik və temp sinxronluğunun 
formalaşma prosesi ən mühüm və eyni zamanda ən ağır 
fəth edilən ansambl çətinliyi hesab olunur. Bu çətinlik 
onunla bağlıdır ki, temp nisbətləri improvizə xasiyyəti 
daşıyır.  Metro-ritmik sinxronluğa gəldikdə isə ansamblın 
hər iştirakçısı  fərdi “ritm hissi” və “temp hissi”nə 
malikdir. Məhz bunların aralarında mövcud olan fərqlilik 
vahid metro-ritmik vərdişlərin formalaşmasında çətinliklər 
yaradır.  
Ritmik fiqurların həm birgə, həm də növbə ilə ifası 
xüsusi çətinlik təşkil edir. L.Auer qeyd edirdi ki, “Heç 
vaxt iki artist eyni passajı tam oxşar ifa etmir”  («Никогда 
два  артиста  не  играют  один  и  тот  же  пассаж 
абсолютно  одинаково».  Л.Ауэр).  Ola bilsin ki, 
musiqiçinin fərdiyyəti, individuallığı musiqi əsərinin 
ritmik fiqurunun ifasında olduğu kimi daha heç yerdə belə 
aydınlıqla eşidilmir və görünmür. Lakin bütün yaxşı 
ifaçılara xas olan  individual üslubu, tərzi ansamblda 
mütləq olaraq  vahiq tərzlə  əvəz etmək lazımdır.  Bəzən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə