Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?


Ansambl səslənməsinin sinxronluğu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

48 
Ansambl səslənməsinin sinxronluğu  üzərində  işin 
müvəffəqiyyəti ifa olunan əsərin xasiyyətindən çox 
asılıdır. Belə ki, fəal, iradəli xasiyyətli musiqi əsərində  
sinxronluğa nail olmaq daha asan məsələdir, nəinki sakit, 
passiv, xəyalpərəst xasiyyətli musiqidə. Eyni sözləri 
başlanğıc  barədə demək olar.  
Əsərin başlanğıcında dəqiq sinxronluq, başlanğıc 
sinxronluğunu  əldə etmək üçün ansamblın qeyri-formal 
lideri başlanğıc işarəsi verməlidir.  
 
Başlanğıc işarəsi (auftakt) – iki hissədən ibarət baş 
işarəsidir: başın bir balaca, yüngülvari yuxarı 
qaldırılması, sonra isə “bir” sayına olduqca dəqiq, kifayət 
dərəcədə  kəskin surətdə    aşağı salınması. Başın  aşağı 
istiqamətdə hərəkəti başlanğıca işarədir.   
Ansamblın qeyri-formal lideri violino ifaçısıdırsa, 
başlanğıc işarəsində  təkcə baş deyil, həmçinin ifaçının 
aləti (violino) və aləti tutan sol əli iştirak edir,  beləliklə də 
baş işarəsi bədən işarəsinə çevrilir. Belə ki, bu vaxt baş və 
aləti tutan sol əl alətlə birgə  yüngülvari yuxarı qaldırılır, 
sonra isə  “bir” sayına  ifaçının başı və aləti tutan sol əl 
(alətlə birgə) aşağı enir. 
Bu hərəkətlərin tempi ifa olunan əsərin xasiyyətində 
və tempində olmalıdır.  Işarə dinləyici-tamaşaçı üçün 
görünməz, hiss edilməz olmalıdır. Başlanğıc işarəsinin 
tamaşaçı üçün sezilməz surətdə, ansambl iştirakçıları üçün 
isə olduqca aydın, olduqca dəqiq və iradəli surətdə 
edilməsi və ansamblın digər iştirakçıları tərəfindən dərhal, 
ani surətdə qəbul edilməsi üçün bu hərəkəti dəfələrlə məşq 
etmək lazımdır.
 
 


49 
Başlanğıc səs və ya akkord xanənin güclü təqtisində 
yerləşəndə  başlanğıc sinxronluğu daha asan əldə edilir: 
məşq zamanı qeyri-formal lider ifanı başlamazdan  əvvəl 
ucadan boş xanə sayır.  
Əsərin  xanəxaricindən  və ya sinkopadan başlaması 
başlanğıc sinxronluğu prosesini mürəkkəbləşdirir və 
başlanğıc işarəsinin verilməsində qeyri-formal liderdən 
daha böyük məharət,  ustalıq tələb olunur. Xanəxaricindən 
başlayan  əsərdə başlanğıc işarəsi mahiyyəti üzrə eyni 
qalır, lakin bircə  fərqlə:  əgər birinci variantda başı 
qaldıran zaman pauza idisə, ilk not xanəxarici olan halda 
bu hərəkət bütün xanənin “səslənməsi” ilə, yəni səslənmə 
vaxtı ilə dolur. Dəqiq ifa üçün  məşq zamanı qeyri-formal 
lider ifanı başlamazdan  əvvəl boş xanə saya bilər,  yəni  
xanəxaricinin yerləşdiyi “yarımçıq”, “natamam” 
xanənin səslənməyən təqtiləri sayıla bilər. Məsələn, dörd 
çərəkli xanənin axırıncı  təqtisində yerləşən xanəxaricinin 
dəqiq birgə ifası üçün ifanın  əvvəlində “bir, iki, üç” 
sayılmalı və dörd sayında birgə xanəxarici ifa olunmalıdır. 
 
Səsin eyni zamanda dayandırılmasının da 
əhəmiyyəti olduqca böyükdür: səsin birgə 
dayandırılmaması, eyninən, birgə başlanmama kimi
 
“səliqəsiz” ifa təəssuratı bağışlayır.  Əsərin həlledici 
anlarında,  əlbəttə ki, səsin sonluğu qeyri-formal lider 
tərəfindən göstərilə bilər. Lakin bu cür “dirijorluğun” 
bütün  əsər boyu tətbiqi arzuolunmazdır və minimuma 
endirilməlidir.  
Tərəfdaşlar ifanı başlamazdan  əvvəl  əsərin tempini 
düzgün duyurlarsa, başlanğıcın və səsin dayandırılmasının 


50 
sinxronluğu daha  asan əldə olunur. Musiqi artıq 
auftaktda, hətta ondan da əvvəl, musiqiçilər öz 
diqqətlərini bədii vəzifənin icrasında cəmləyən qısa 
anlarda başlayır. 
 
 
Əsəri  birgə bitirmək  də vacib məqamlardan biridir. 
Əsərin (və ya əsərin hissəsinin) axırıncı notu (və ya 
akkordu) müəyyən uzunluqda olur, bu uzunluğu 
ansamblın hər iştirakçısı  həmin metrik təqtini “ürəyində” 
özünəməxsus tərzdə sayır və bitirir. Və ya axırıncı notun 
(akkordun) üstündə “fermata” işarəsi onun uzunluğunun 
qeyri-müəyyən olduğunu, ifaçı (ifaçılar) tərəfindən 
müəyyən edilməli olduğunu göstərir. Bütün bu məqamlar   
məşq prosesində işlənilir. Lakin axırıncı notun bitməsinin, 
səsin kəsilməsinin oriyentiri kimi  həmçinin baş və bədən 
işarəsi ola bilər  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


51 
6. Motor-hərəki  səviyyəli ansambl vərdişləri 
 
6.1. Temp və ritm sinxronluğu 
 
Ansambl ifaçılığının çoxsaylı problemləri arasında 
ən çətini musiqi vaxtı ilə, yəni temp, metr, ritm, aqogika, 
başlanğıc və bitmə auftaktları, pauzalarla bağlı 
məsələlərdir. Musiqi  ifasının bu vacib parametrləri ilə 
bağlı yaranan çətinliklər insan psixikasının obyektiv və 
subyektiv xüsusiyyətləri və  hər bir ansambl iştirakçısının 
musiqi mədəniyyəti ilə sıx əlaqəlidir. 
Obyektiv çətinliklər ansambl janrının özünə xas 
xüsusiyyətindən  əmələ  gəlir. Həmin xüsusiyyət isə 
ansambl iştirakçısının rolundan ibarətdir. Belə ki, solo 
ifada hər  şey solistin iradəsindən asılıdır; orkestr 
musiqisində ifaçılar bütövlüklə dirijora tabedir, burada 
dirijor – solist, orkestr isə - onun alətidir. Solo və orkestr 
ifasından fərqli olaraq ansamblda hər bir ifaçı bir tərəfdən 
öz partiyasını solist kimi ifa edir, öz fərdliliyini saxlayır, 
digər tərəfdən orkestrdə olduğu kimi o, əsərin ümumi 
hərəkətinə  məharətlə qatılmalı, lazım gələndə digər 
ifaçılara tabe olmalı, onların müşayiətçisi rolunu 
oynamağı bacarmalıdır.  
Subyektiv çətinliklərə isə hər bir ansambl iştirakçının 
vaxt hissinin individual olması aiddir.  Bu hiss ansambl 
iştirakçısının xasiyyəti, yaşı, ifaçılıq təcrübəsi,  onun fərdi 
mədəni və professional bilik və bacarıqları ilə bağlıdır.  
Vaxt hissinin indivaduallığı ansambl ifaçılığının mühüm 
çətinliklərindən biridir. Bu səbəbdən  vaxt ilə  əlaqəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə