Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

40 
zamanda səslənməsi ilə yanaşı, hər xəttin əhəmiyyəti, hər 
layın  tembr çaları olduqca vacibdir. Yəni hazırki 
məqamda hansı  səsin aparıcı, hansının isə - aparılan səs 
olduğunu və arxa plana çəkilməli olduğunu müəyyən 
etmək lazımdır. Bu “vertikal” bir  “arxitektur tikili” kimi 
həqiqi mənada hər təqtidə qurulmalıdır. Ilk vaxtlar ifanı 
dayandırmaq və bütün səslərin “yerində” olmasını 
yoxlamaq lazımdır.    
Kantilen xasiyyətli  əsər  üzərində  iş  şagird və 
tələbələrin musiqi qabiliyyətinin inkişafına, onların bədii 
ifaçılıq təşəbbüsünə müsbət təsir göstərir.  Kantilen 
əsərlərin melodikasında janr çalarlarının müxtəlifliyi, 
zəngin obrazlar dairəsi, kulminasiya anlarının parlaq 
ifadəliyi, melodik inkişafın həcmli xətti aşkar edilir, üzə 
çıxır. Melodiyanın ifası zamanı onun ritmik çevikliyini, 
yumşaqlığını, lirikliyini aşkarlamaq və daha dolğunluqla 
göstərmək lazımdır. Melodiyanın  şərhi – interpretasiyası 
özündə kiçik musiqi qurumlarını cəmləndirən geniş nəfəs 
duyğusu, nəfəs hissi tələb edir.  
Kantilen xasiyyətli əsərlərin öyrənilməsi bütövlükdə 
şagirdlərin musiqi təfəkkürününün müxtəlif tərəfli 
inkişafına,  ahəgdar, lətif ifa vərdişlərinin təkmilləşməsinə 
fəal  şəkildə  təsir edir. Musiqi ifaçılığında musiqi 
alətlərinin köməyi ilə insan səsinə xas olan ifadəlik və 
hərarəti dinləyiciyə çatdırmaq, ayrı-ayrı “musiqi 
hecaları”nın ifadəli ifasına nail olmaq lazımdır. Hər 
musiqi ibarəsi bir nəfəsə ifa edilir ki, bu nəfəsi məharətlə 
bütün ibarə boyu paylaşdırılmalıdır. Ayrı-ayrı ibarələrin 
ifadəli səslənməsinə nail olandan sonra, onları bütöv bir 
cümləyə birləşdirmək lazımdır.  


41 
Kantilena – melodiya, təranə, mahnıdır, mahnılar isə 
müxtəlif olur. Melodiya sözlə ifadə edilməyi mümkün 
olmayan daxili mahiyyətə malikdir. Ifada ən əsas məqam 
– melodiyada səlis, axar, rəvan  kantilen oxumanı hiss 
etməkdir. 
Ahəngdarlıq, lətiflik “avazla oxumaq, nəfəs, fikir və 
duyğuların ifadəsi, izharı”, insan səsinə xas emosional 
ifadəliyin musiqi alətində axtarışı kimi anlanılmalıdır. 
Başqa sözlə desək, elə bir ahəngdarlığa can atılmalıdır ki, 
o, instrumental ifada vokallıq ideyasının saxlanılmasına 
imkan verə bilsin.  
Musiqi ibarəsinin alətdə    düzgün  ifası üçün onu 
əvvəl səslə ifa etmək, sonra isə onun dinamik xəttini 
alətdə  təkrar etmək olduqca faydalıdır. Bu üsul melodik 
xətt üzərində iş zamanı xüsusən kömək edir. Belə demək 
olar ki, instrumental səslənməyə, alətdə səs hasilinə  vokal 
yanaşma tərzini formalaşdıranda ifaçı vokal tərzdə 
düşünməyi öyrənir,  əsərin xasiyyətinə, ifadəliyinə qarşı  
münasibəti dəyişir, onda intonasiya ilə ifanın vokal 
məntiqi, vokal qanuna uyğunluğu əmələ gəlir. Bu mənada 
görkəmli vokal ifaçıları  və musiqiçilərini dinləmək 
olduqca faydalıdır.  
Ansambl ifaçılığında pedal barədə  qısa  şəkildə onu 
demək olar ki, sağ pedal olduqca lakonik istifadə 
olunmalıdır: lazımi yerdə  və lazımi dərəcədə, lazımi 
miqdarda. Bu tələb xüsusən məşqlərə aiddir. Pedaldan 
istifadə zamanı solo alətin  dinamikası, səs imkanları, 
səshasili üsulu, istifadə edilən  ştrix, musiqi əsərinin 
stilistikası və digər amillər nəzərə alınmalıdır.
   
 


42 
4. Ansambl texnikasının tərkib hissələri barədə 
  
Birgə ifanın, o cümlədən, kamera ansamblında ifanın 
əsasını hər bir ansambl ifaçısının ansambl texnikası təşkil 
edir.   
Ansambl  texnikasının  əsasları artıq janrın özünün 
adı ilə müəyyən edilir və birgə ifa bacarığından ibarətdir.   
Texniki  cəhətdən  savadlı ansambl  ifası ilk 
növbədə bütün partiyaların sinxron səslənməsini, yəni  
əsərin tempinin və ritminin vahidliyini,   
bütün partiyaların  ştrix yekdilliyini,   
ifadəlilik yekdilliyini,   
dinamik eyniliyini,  
səslənmə gücünün tarazlığı
  
nəzərdə tutur ki, bütün bu texniki tələbləri yalnız  
yaxşı inkişaf etmiş  dinləmə bacarığına malik olan 
musiqiçi həyata keçirə bilər. 
  
 
Ansambl texnikası – çoxqatlı professional vərdişlər 
sistemidir. Bu sistemin inkişafı musiqiçinin ifaçılıq 
ustalığının,  musiqi təfəkkürünün yaranması  və inkişafı 
üçün, estetik zövqünün formalaşması üçün, onun 
şəxsiyyət kimi inkişaf etməsi üçün vacib  şərtdir.  
 
Ansambl texnikasının əsasını səslənmə sinxronluğu 
- ansambl iştirakçıları  tərəfindən  eyni ifa üsullarının 
sinxron,  eyni vaxtda həyata keçirilməsi təşkil edir. Məhz 
sinxronluq  instrumental ansamblda ifa prosesinin 
keyfiyyət göstəricisidir.  Səslənmə sinxronluğu ansambl 
texnikasının hər bir  növündə olmalıdır.  


43 
 
Ansambl texnikası  şərti olaraq aşağıda göstərilən 
sinxronluq növlərindən ibarətdir:  
 
1 - metro-ritmik sinxronluq,  
2 - temp (ifa sürəti) sinxronluğu; 
3 - artikulyasiya sinxronluğu,  
4 - dinamik sinxronluq,  
5 - tembral sinxronluq  
6 - intonasiya sinxronluğu; 
7 - emosional-psixoloji sinxronluq 
8 - səhnə sinxronluğu  
 
Mahiyyət  və    yaxınlıq etibarilə bunlar üç qrupa 
bölünür:  
 
I. motor-hərəki səviyyəli sinxronluq;  
II. eşitmə səviyyəsinda sinxronluq;  
III.  psixo-estetik səviyyəli sinxronluq.    
 
- Motor-hərəki  səviyyəli sinxronluq qrupuna metro-
ritmik, temp və    artikulyasiya sinxronluğu daxildir. 
 
- Eşitmə  səviyyəsində  sinxronluq özündə  dinamik, 
tembral  və    intonasiya sinxronluğunu birləşdirir. 
 
- Psixo-estetik səviyyəli sinxronluq qrupuna isə 
emosional-psixoloji  və   səhnə sinxronluğu daxildir.
  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə