Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

36 
əsərdə replikaların “mətni” ziddiyyətli ola bilər. Lakin hər 
bir halda zalda oturan dinləyici bu replikaları qulaqları ilə 
deyil, dinləməklə deyil, gözləri ilə müşahidə edəcək, 
gözlərini bir “tembr əkizi”ndən digərinə keçirəcək, çünki 
monotembrli ansamblları gözlərin köməyi ilə “dinləmək” 
daha maraqlıdır.   
 
3.3. Ansamblda  partiyalar üzərində individual iş barədə 
   
Ansambl partiyası üzərində  fərdi iş eynilə solo əsər 
partiyası üzərində aparılan iş kimidir. Bu o deməkdir ki, 
müəllifin mətndə ibarəyə, ştrixlərə, dinamikaya dair qeyd 
etdiyi bütün göstərişlər  ətraflı öyrənilməli, diqqətlə 
ölçülüb biçilməli və yerinə yetirilməlidir.    
Bildiyimiz kimi, ansambl ifası zamanı ansambl 
iştirakçısının diqqəti 
əsasən digər partiyaların 
dinlənilməsinə yönəlir. Belə olan halda onun öz 
partiyasının texniki cəhətdən düzgün ifası üçün əzələ ifa 
hərəkətlərinin “avtomatizmi” əldə edilməli, işlənilməlidir. 
Əvvəlcədən müəyyən edilmiş  applikatura  bu məsələnin 
həllini asanlaşdırır. Bu səbəbdən ansambl partiyası 
üzərində işin ilk anlarından  applikaturaya xüsusi diqqətlə 
yanaşılmalıdır. 
Partiyanın öyrənilməsi heç də onun əvvəldən 
axıracan, birinci xanədən axırıncıya qədər dəfələrlə 
təkrarından ibarət deyil. İlkin üzdən oxudan sonra texniki 
cəhətdən çətin parçalar, passajlar xüsusi diqqətlə 
öyrənilməlidir. Faktura və    çətinlik dərəcəsinə görə 
fərqlənən parçaların növbə ilə, biri digərini  əvəzləməklə  
öyrənilməsi daha faydalıdır: müxtəlif texniki məsələlərin 


37 
növbələşməsi,  tez-tez dəyişməsi onların həllini 
asanlaşdırır. Eynilə müxtəlif xasiyyətli və üslublu pyeslər 
üzərində  iş parallel aparılarsa, həmin pyeslərin 
öyrənilməsi, onların mənimsənilməsi daha sürətlə baş 
verir. 
Dinamika  məsələlərinə  gələndə, bu mərhələdə 
mətndə qeyd edilən nüansların tətbiqi hələ bir o qədər 
məqsədəuyğun deyil: partiya texniki cəhətdən hələ 
“çiy”dir.  Partiyanın zəif səslə öyrənilməsi isə daha 
məsləhətdir, çünki piano nüansı ilə ifa diqqəti cəmləmək 
üçün daha əlverişlidir, daha asandır, nəinki forte nüansı ilə 
ifa. 
Ansambl partiyası üzərində  işin ilk günündən  not 
mətni mükəmməl, səhvsiz oxunmalı və öyrənilməlidir: artıq 
öyrənilmiş  mətndə düzəliş etmək,  əzələlərin avtomatizm 
ilə ifa etdiyi passajlarda səhv notları düzəltmək – bütün 
bunlar  əsər üzərində  işi, çəkilən zəhməti ikiqat artırır, 
ifaçının əməyini səmərəsiz edir. 
Not mətni ibarəlik və ifadəlik üçün zəngin məlumat 
mənbəyidir. Lakin, nə  qədər qəribə görünsə  də, mətndə 
qeyd edilənlərin çoxuna şagirdlər fikir vermir, nəzərdən 
qaçırırlar. Not mətnində  əsas və ikinci dərəcəli materialı 
aşkar etmək, onları  dəqiqliklə oxumaq olduqca vacibdir. 
Musiqidə mövcud olan “durğu işarələri”nə - ibarələrin, 
motivlərin  əvvəli və axırına, pauzalara və s. – dəqiqliklə 
əməl edilməlidir: bu, ifa edilən musiqi fikirlərinin qaydaya 
salınmasına və təşkilinə köməklik edir. 
Ansambl partiyasının mükəmməl öyrənilməsi hər bir 
ansambl iştirakçısı üçün olduqca faydalıdır: mətn o qədər 
mükəmməl öyrənilməlidir ki, hər-hansı gözlənilməz kritik 


38 
hadisə baş verəndə ifanı istənilən xanədən başlamaq və ya 
davam etmək mümkün olsun.  
Ansambl iştirakçısı  həmçinin digər iştirakçıların 
partiyasını yaxşı bilməlidir. Məsələn,  ansambl 
iştirakçılarından biri   səhv edərsə, xanəni buraxıb irəli 
gedərsə və ya əksinə, geri qalarsa, qalan ifaçılar çevikliklə 
həmin xanəni “tutmağı”, ifasını  həmin xanədən davam 
etməyi bacarmalıdır. Bunun  üçün isə ansamblın hər bir 
iştirakçısı nəinki öz mətnini, həmçinin digər iştirakçıların  
partiyasını olduqca mükəmməl bilməlidir.   
Uğurlu ansambl ifaçılığının  əsas, təməl prinsipi 
ondan ibarətdir ki, hər bir  ansambl ifaçısı  öz partiyasının 
ifasından bədii zövq almalıdır.   
 
3.4. Ansambl əsəri üzərində birgə iş barədə 
 
Kamera ansamblı kollektivində yaradıcı  şərait 
yaranması üçün ansambl iştirakçıları bir neçə xüsusi 
keyfiyyətlərə malik olmalıdır: onların bəziləri üçün bu 
keyfiyyətlərdən əsası -  danışmaq, nəql etmək, digəri üçün 
isə - dinləmək bacarığıdır. Birgə ifa zamanı bu bacarıqlar  
– həm tərəf müqabilini öz fikir və niyyətləri ilə 
maraqlandırmaq,  musiqi obrazlarına öz nöqteyi-nəzərini 
ona çatdırmaq, onu ardınca aparmaq,   müəllif 
göstərişlərinin özü tərəfindən izahının düzgün və  təbii 
olmasını sübut etmək, inandırmaq bacarığı, həm də  tərəf 
müqabilinin niyyəti ilə maraqlanmaq, onun istək və 
niyyətlərini başa düşmək, dərk etmək və  qəbul etmək 
bacarığı olduqca vacib xüsusiyyətlərdir. 


39 
Kamera ifaçılığında musiqi obrazının kobud 
“rəngsaz fırçası” ilə deyil,   incəliklə, yumşaq rənglərlə 
təsviri, “akvarelliyi” ən böyük çətinlik təşkil edir.       
Səs – əsərin bədii obrazının açılmasına kömək edən 
əsas ifadəlik vasitələrindən biridir. Bədii obraz dərk 
edilməsə, səs üzərində  iş mümkün deyil. Yalnız 
müqayisələr, metaforalar, analogiyalar lazım olan səs 
çalarının tapılmasına köməklik edir.   
 Hər musiqi əsərində texniki cəhətdən çətin epizodlar 
var.  Əsərin ilkin öyrənilməsi zamanı ilk-öncə  məhz bu 
çətinlikləri ayrı-ayrı hissələrə ayırmaq, parçalamaq və  
mükəmməl öyrənmək lazım gəlir.   
Görkəmli sovet pianoçusu və pedaqoqu Qenrix 
Qustavoviç Neyqauz haqlı olaraq öyrənilən  əsərin 
detallarını  təkcə texniki epizodlar kimi deyil, həmçinin 
onun  əsas elementləri kimi – harmonik quruluşu, 
polifonik, melodik xətt və s. kimi qəbul edir.  
  
 O, “Fortepiano ifaçılığı  sənəti haqqında”  əsərində 
yazırdı: “Yalnız bir şey vacibdir: unutmaq olmaz ki, canlı 
musiqi materiyasını müvəqqəti olaraq hissəciklərə - 
“molukulalar və atomlar”a  böləndən sonra  onlar, bu 
hissəciklər (müvafiq işlənilmədən sonra)  yenə canlı 
musiqi orqanizmi olmalıdır” 
(Нейгауз  Г.  Г. Об  искусстве 
фортепианной игры. – М.: 1958.  – 244с.)
 
Ansambl iştirakçıları bir-birlərini çox yaxşı hiss 
etməli, tərəf müqabilinə qulaq asmalı  və biri birinin 
partiyasını  aydın eşitməlidir.   
 Musiqi  əsərində ibarələri həm “horizontal” – üfüqi  
eşitmək, həm bütün musiqi “lay, qatlar”ı “vertikal” - 
şaquli qurmaq vacibdir. Ansamblda bütün notların eyni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə