Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

28 
onların solo və müşayiət funksiyalarının az-çox müntəzəm 
dəyişməsi prinsipinə əməl olunur. 
3. Orkestr ifaçılığında  bəstəkarın yeganə və səlahiyyətli 
nümayəndəsi, bəstəkardan sonra musiqinin ikinci yaradıcısı – 
dirijordur: musiqinin tempini, nüanslarını, aqogik hərəkətlərini  
dirijor öz zövqünə, öz istəyinə görə müəyyən edir. Burada 
orkestrin ifaçıları  yalnız və yalnız dirijorun iradəsinə tabe olan 
orkestrin - nəhəng canlı musiqi alətinin dilləridirlər.  
Kamera ansamblı iştirakçılarının hər biri  həm ifaçı, həm  
dirijor, həm də musiqinin həmyaradıcısıdır. Beləliklə  də, 
ansambl ifaçılığının 
əsas qanunlarından biri – 
özünüidarəetmədir. 
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində baş verən 
tarixi çaxnaşmalar, Rusiya imperiyasında baş verən inqilab, 
şəxsiyyətin və kollektivin cəmiyyətdə  və tarixdə roluna, 
əhəmiyyətinə yeni baxışın yaranması 
 
 birgə musiqi 
ifaçılığında Persimfans (Первый Симфонический Ансамбль  
Моссовета), yəni Mossovetin (Moskva Şurasının) Birinci 
Simfonik Ansamblı adlanan kollektivinin yaranmasına gətirib 
çıxarır. Persimfans - Birinci  dirijorsuz simfonik orkestr, 1922-
ci ildən  1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Bu orkestrin 
fərqli xüsusiyyəti ondan ibarət idi ki, orkestrin dirijoru yox idi. 
Kollektivin hər üzvünün  yaradıcı  fəallığı Persimfansın  əsas 
prinsipi olmuşdur. Persimfansın məşqləri kamera ansamblı 
məşqləri üslubunda keçirdi, interpretasiya məsələlərinə dair 
qərarlar kollektiv tərəfindən qəbul edilirdi. Orkestrin ifası 
parlaq virtuozluq və ekspressivliyi ilə fərqlənirdi.  Persimfans 
simfonik ansamblının prinsipləri bu gün də yaşayır və 
dünyanın bir çox tanınmış kollektivləri və ifaçıları, məsələn, 
Finlyandiyanın tanınmış  bəstəkarl və dirijoru Leyf Selim 
Segerstam, məşhur  İsrail pianisti və dirijoru Daniel 
Barenboym  və digərləri  tərəfindən
 
vaxtaşırı tətbiq edilir. 


29 
3. Ansambl  iştirakçılarının  vəzifələri  
  
Birgə ifa zamanı ansamblın hər iştirakçısı mütləq 
olaraq ansambl ifaçılığının aşağıdakı  əsas qanunlarına 
əməl etməlidir: 
 
1. ansamblın hər iştirakçısı əsərin ümumi dramaturji 
xəttini, bu xəttdə öz partiyasının fuksiyalarını dərk etməli, 
əsərin ümumilikdə formasını, onun bölmələrini, 
kulminasiyalarını və tamamlanmalarını hiss etməlidir;  
 
2.  hər iştirakçı    həm bütövlükdə bütün partituranı, 
həm də bu ümumi səslənmədə  öz    partiyasını    eşitməyi 
bacarmalıdır; 
 
3. ansamblın bütün iştirakçıları vahid temp və metr 
seçməli, həmçinin bütün ritmik fiqurları, aqogik 
sapmaları, auftaktları birgə və  dəqiqliklə ifa etməlidir;  
 
4. həm partiyaların biri-biri ilə səslənmə nisbətində
həm də ümumi nüansın ifasında düzgün dinamika 
seçilməlidir;  
 
5. ifa edilən əsərdə bütün ştrixlər eyniləşdirilməlidir, 
bunun üçün isə ansambl ifaçıları ifa edilən  əsərin 
stilistikasını  və ansamblda iştirak edən hər alətin 
xüsusiyyətlərini, həmçinin həmin alətlərdə ifa edən 
musiqiçilərin ştrix imkanlarını, ştrix mədəniyyətini bilməli 
və nəzərə almalıdırlar. 
 


30 
3.1. Ansambl (birgə  ifa) xüsusiyyətləri 
 
Yuxarıda deyildiyi kimi, solo və orkestr ifasından 
fərqli olaraq kamera ansamblı ifası zamanı əsərin ümumi 
planı, interpretasiyanın bütün detalları bir deyil, bir neçə 
ifaçının, yəni ansambl iştirakçılarının hamısının 
hisslərinin, düşüncələrinin və yaradıcılıq fantaziyasının 
bəhrəsidir və bütün bunlar ansambl iştirakçılarının  
ümumi səyləri nəticəsində həyata keçirilir.  
Əsərin bədii fikrinin, bədii mənasının yetişməsi 
prosesi və onun konkret səs obrazlarında həyata 
keçirilməsi prosesi solist və ansambl iştirakçısında 
müxtəlifdir.  Əgər solist bütün əsəri təkbaşına 
səsləndirirsə, ansambl iştirakçısı yalnız öz partiyasını ifa 
edir. Bununla belə ansambl ifaçısının öz partiyasını  əla 
bilməsi hələ onu yaxşı    tərəfdaş etmir. Yalnız ansamblın 
digər iştirakçısı və ya iştirakçıları ilə birgə iş prosesində o, 
yaxşı tərəfdaş ola bilər.   
Solist  qiraətçiyə  bənzəyir,  ansambl ifaçısı isə - 
tamaşada iştirak edən aktyora. Qiraətçi bütün əsəri tək ifa 
edirsə, aktyor yalnız öz rolunu, yəni bütövün (əsərin) bir 
hissəsini ifa edir. Qiraətçi öz çıxışını bilavasitə 
auditoriyaya ünvanladığı halda, aktyor sözünü, replikasını 
ilk növbədə tərəfdaşına, tərəf müqabilinə və eyni zamanda  
– tamaşaçıya ünvanlamalıdır.  Yəni, aktyor (“bütövün bir 
hissəsini ifa edən” ansambl iştirakçısı) əsərin bir hissəsini 
ifa edərkən, əsərin ümumi planının tam şəkildə tamaşaçıya 
(dinləyiciyə) çatdırmağa çalışmalıdır. 
Ansambl  partiturasının quruluşu nitq dialoqunun 
“danışan-dinləyən”  funksiyalarını xatırladır:  solo və 


31 
müşayiət partiyaları daima ansambl iştirakçılarının 
birindən digərinə keçir. Kamera ansamblı dialoqu çox 
vaxt dost söhbətinə  bənzəyir. Lakin bu dialoqların 
məqsədi – adi ünsiyyət, hər-hansı  xəbərin ötürülməsi 
deyil. Burada ansambl replikalarının məqsədi – musiqi 
fikrinin, musiqi dramaturgiyasının inkişafını, onun 
başlanğıcdan sonluğa  hərəkətini təmin etməkdir.    
Bu baxımdan ansambl ifaçılığında tərəf müqabilini 
dinləmək, onunla dialoq aparmaq bacarığı, yəni vaxtı-
vaxtında replikaları qabartmaq, bir növ sual vermək  və 
vaxtı-vaxtında  tərəfdaşının həmin suala verdiyi cavabı 
dinləmək,  öz partiyasını ikinci plana çəkmək bacarığı 
olduqca vacibdir.  
Musiqi dialoqunun aparılması öz xarakterik 
xüsusiyyətləri ilə  fərqlənir. Belə ki,  ansambl ifaçılığı 
təcrübəsində tez-tez tətbiq edilən  imitasiya üsulu zamanı 
ansambl iştirakçısı qarşı  tərəfi dinləyərkən  çox vaxt 
“susmur”, ifasını davam edir. Bundan başqa, ansambl 
əsərində iki müstəqil melodik xəttin qarşıdurması üzərində 
qurulmuş musiqi dialoquna da tez-tez rast gəlinir. Bəzi 
epizodlarda replikalar vahid emosional axında verilir: qısa 
motivlər biri digərini tamamlayır, musiqi fikrini inkişaf 
etdirir, dramatik gərginliyi artırırlar. Deməli, ansambl 
iştirakçıları müxtəlif musiqi situasiyalarında şəraitdən asılı 
olaraq ümumi ifa niyyətindən irəli gələn  ştrixlərini, 
ibarəlik xüsusiyyətlərini, ümumi dinamik planlarını biri 
digərinə tabe etməyi bacarmalıdırlar.  
Eyni zamanda musiqi dialoqları iki istiqamətə: həm 
bir ifaçıdan digər ifaçıya, həm də ifaçıdan dinləyiciyə 
yönəldilməlidir, çünki dialoq yalnız ifaçıların birindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə