Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   2   3   4   5   6   7   8   9   ...   30

16 
Bu dövr musiqiçilərinin,  ələlxüsus Venesiya polifonik 
məktəbinin  ən yüksək nöqtəsi olan Covanni Qabrieli-nin 
(1555-1612) yaradıcılığı  registr partituralarının yaranmasına 
təkan verir. C.Qabrieli əsərlərində registr, alət qrupları  və 
xorun səslənmə ziddiyyəti   texnikasından geniş istifadə edirdi. 
Onun bəzi  əsərləri “əks-səda” texnikasında yazılıb. Bu 
texnikada yazılan  əsərlərdə alət qrupları biri digəri ilə “sual-
cavab” tərzində “səsləşir” və növbələşir.  Sonralar böyük  
Antonio Vivaldi öz yaradıcılığında bu üsuldan geniş istifadə 
edəcək.  
C.Qabrieli-nin  əsərləri arasında onun vəfatından sonra 
çap olunmuş kansona və sonatalar toplusu var. Xüsusi ilə qeyd 
edilməlidir ki, XVIII əsri sonu - XIX əsrin  əvvəllərinə  qədər 
“sonata” sözü   “instrumental pyes” mənasını daşıyırdı. Buna 
baxmayaraq C.Qabrieli-nin sonataları  instrumental musiqinin 
inkişafına olduqca böyük təsir göstərib. 
Eyni zamanda İngiltərədə insrtumental musiqinin geniş 
yayılmış  və böyük estetik nailiyyətlər  əldə etmiş digər 
istiqaməti  geniş vüsət alır. Bu musiqi “cоnsоrt” (ing. kоnsоt), 
yəni kiçik instrumеntal ansambl musiqisidir. Adətən bu 
ansambl bir qrup viola da qamba və klavişli alət – orqan və ya 
vircinel üçün nəzərdə tutulurdu. Bəzən bu tərkibə ud, kifara və 
ya  fleyta da daxil olurdu. Mahnı  və instrumental rəqslərdən 
təşkil edilmiş  bu əsərlər toplusu həmçinin kontrapunkt 
pyeslərdə mövzu və ya ya preambula kimi istifadə olunan 
fantaziya və prelüdləri də əhatə edirdi. 
Əsasən kilsədə səslənən orqan musiqisindən və sırf kübar 
cəmiyyətin musiqisi olan klavir musiqisindən fərqli olaraq 
ansambl musiqisi  hər yerdə - həm kilsədə, həm sarayda, həm 
kübar salonda, həm evdə-məişətdə, həm də küçədə səslənir.  
Maraqlıdır ki, XVI əsrin sonu – XVII əsrin  əvvəlində 
violino aləti kübar cəmiyyətdə ilk dəfə olaraq Fransa kralı  və 


17 
onu müşayiət edənləri  əyləndirən “Mehtər ansamblı”na (fr.
 
 Grande Écurie
) daxil edilərək səfərlərdə, gəzintilərdə  və kral 
ovu zamanı istifadə edilmişdir. 1577-ci ildə Katarina Mediçi 
sarayına görkəmli italyan virtuozu, violinoçu Baltazarini-ni və 
onun idarə etdiyi iyirmiyə yaxın violinoçudan ibarət qrupunu 
dəvət edir. Sarayda Baltazarininin  səhnələşdirdiyi təntənəli 
tamaşalarda violalar müğənniləri, violinolar isə demək olar ki, 
yalnız rəqsləri müşayiət edirdi. Violinonun rəqslə bağlılığı 
başqa ölkələr üçün də səciyyəvi idi.  
Baltazarini-nin bu ansamblı    məşhur “Kralın 24 
violinosu” orkestrinin prototipi olmuşdur.  
Belə ki, Fransız krallarının saraylarında hələ XV-XVI 
əsrlərdə  əyləncə  məqsədi ilə istifadə edilən müxtəlif tərkibli 
ansamblların mövcudluğuna baxmayaraq, Avropa musiqi 
mədəniyyətinin  ilk professional instrumental kamera 
orkestrinin  yaranmasını XVII əsrdə  hakimiyyətdə olmuş   
Louis XIV Le Roi Soleil”, yəni “Günəş Kral XIV Lui” kimi 
tanınan Fransa kralı  XIV Lüdovikin adı ilə bağlanılır.  
Dövrünün dəb qanunvericisi, ən qabaqcıl hökmdarı 
olmaq istəyən və bu istəyi həyata keçirmək üçün  saysız-
hesabsız təntənəli tədbirlər – ballar (rəqs gecələri), rəqslər, 
müxtəlif tamaşalar təşkil edən  XIV Lüdovik özünün Luvr 
sarayında “Kralın 24 violinosu” adlı daimi tərkibli ilk avropa 
ansamblı  yaradır və bu kollektivi səhvən “mənim orkestrim” 
deyə  təqdim edir. Əslində  “orxestra” Qədim Yunan teatrında 
tamaşaların daimi iştirakçısı – xor yerləşən   yarımdairəvi  
meydança deməkdir. Lakin məhz  XIV Lüdovik Avropada 
ilkin olaraq yaratdığı daimi tərkibli violino ansamblını 
orkestr”  adlandırdığından, sonralar da idarə edilən, məxsusi 
olaraq həmin tərkib üçün bəstələnən musiqini ifa edən  böyük  
ansamblların “orkestr” adlandırılması dəb halını alır.   
Qeyd:  əslində XIV  Lüdovikin iki orkestri olub: dəbdəbəli 
saray konsertləri üçün – “Kralın 24 violinosu” və kralı bütün 


18 
səfərlərində müşayiət edən daha yığcam tərkibli “Kralın 16 
violinosu” orkestri. Bu “kiçik” orkestrin rəhbəri və dirijoru isə 
məşhur fransız violinoçusu, bəstəkarı və dirijoru, italyan mənşəli Jan 
Batist Lülli olmuşdur.
 
Jan-Batist Lülli-nin (1632—1687) adı ilə XVII 
əsrin ikinci yarısı fransız violino sənətinin  ən parlaq səhifələri 
bağlıdır. Möhtəşəm violino, klavesin, orqan, gitara ifaçısı, gözəl 
dirijor, dahi bəstəkar, mahir rəqqas, aktyor, müəllim və  təşkilatçı 
olan Lülli bütün  Fransa musiqi qüvvələrini birləşdirməyə, Fransa və 
İtaliya violino ifaçılığının qabaqcıl nailiyyətləri  əsasında vahid 
violino stilinin bərqərar olmasına nail olub.  
XVII  əsrin ortalarında Fransada xalq instrumental 
sənətinin böyük inkişafı müşahidə olunur. Müğənni və 
violinoçu, müğənni və iki violinoçu tərkibli saysız-hesabsız 
küçə musiqiçiləri ansamblları yaranır. Həmçinin bu dövrdə 
mövcud olan çoxsaylı  rəqs müəllimləri violino alətindən 
müşayiət aləti kimi istifadə edir. Bu məqsədlə  poşett adlanan 
balaca “cib violinosu” yaradılır. Məhz bu dövrdə violino 
alətində  ənənəvi ifa üsullarının, həmçinin variasiyalı mahnı, 
romans, ariya, rəqs süitaları kimi erkən violino janrlarının 
formalaşması gedir. Məhz bu dövrdə  “Mersenn məktəbi”nin  
məşhur  qanunu  yaranır:  “xanənin birinci notunda kaman 
aşağı istiqamətdə, sonrakı notunda – yuxarı istiqamətdə 
hərəkət etdirilməlidir”  (
Marin Mersenne,
  “
L’Harmonie 
universelle”
 1636). Bu qanunun yaranması fransız violino 
sənətinin rəqs sənəti ilə  sıx bağlılığından irəli gəlmişdir: 
dərslərini və rəqs məclislərini violino alətində ifa ilə müşayiət 
edən rəqs müəllimi (tansmeyster) rəqsin həmçinin dirijoru 
olmaq, xanənin güclü təqtini kaman hərəkəti ilə göstərmək 
məcburiyyətində idi.   Göründüyü kimiviolino kamanı müasir 
dirijor çubuğunun bir növ sələfidir: violino kaman hərəkətinə 
aid bu qanun müasir dirijor çubuğuna da aid edilərək bu günə 
kimi dirijorluq məktəbinin əsas qanunu olaraq qalır. Həmçinin  
simli-kamanlı alətlər iştirak edən ansambllarda məhz violino 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə