Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   2   3   4   5   6   7   8   9   ...   30

10 
noktürn, prelüd və etüdları, A.N.Skryabinin, 
S.V.Raxmaninovun fortepiano üçün kiçik formalı  əsərləri, 
S.S,Prokofyevin “Aniliklər” və “İstehzalar”ı, D.D.Şostakoviçin 
prelüdləri, Y.Rəetsin “Haşiyələr”i, P.İ.Çaykovskinin 
“Melodiya” və “Skerso” tipli violino pyesləri, Tsintsadzenin 
müxtəlif alətlər üçün prelüdləri və s. bu qəbildəndir. XVIII 
əsrin sonunda və  ələlxüsus XIX əsrdə vokal kamera 
musiqisinin mahnı  və romans janrları musiqi incəsənətində 
xüsusi yer tutur. Romantik üslubda yazan bəstəkarlar bu 
janrlara müstəsna diqqət yetirirdilər. Onlar musiqiyə vokal 
miniatürü janrını daxil etdilərvə  həmçinin eyni ideya ilə 
birləşdirilən vokal-mahnı silsiləsi yaratdılar (F.Şubertin “Qış 
yolu”, R.Şumanın “Qadının məhəbbəti və  həyatı” və s.). XIX 
əsrin ikinci yarısında  İ.Brams gözəl vokal kamera musiqisi 
nümunələri yaradır. XIX əsrin sonu- XX əsrin  əvvəllərində 
fəaliyyət göstərən bəzi bəstəkarların yaradıcılığında kamera 
vokal janrı aparıcı yer tutur (Avstriyada H.Volf, Fransada 
H.Düpark). Rusiyada  XVIII əsrdən başlayaraq mahnı  və 
romans janrı geniş vüsət alır; M.İ.Qlinka, A.S.Darqomıjski, 
P.İ.Çaykovski, A.P.Borodin, M.P.Musorqski, İ.A.Rimski-
Korsakov, S.V.Raxmaninov kimi bəstəkarlar kamera vokal 
əsərlərində görünməz bədii zirvələr fəth ediblər. Sovet 
bəstəkarlarından A.N.Aleksandrov,  Y.A.Şaporin, 
V.N.Salmanov, G.V.Sviridov və başqaları çoxsaylı romans və 
kamera vokal silsilələri yaratmışlar. XX əsrdə janrın təbiətinə 
cavab verən kamera-vokal ifaçılıq üslubu yaranər. Bu üslub 
deklamasiyalıq və musiqinin ən incə intonasiya-məna 
detallarının açıqlanması üzərində qurulub. ... XIII əsrdə kamera 
musiqisi yalnız evdə, məişətdə musiqi bilicilərinin və 
musiqisevərlərin dar çərçivəsində musiqi  məşğələləri üçün  
istifadə olunurdu. XIV əsrdə artıq  camaat qarşısında açıq 
kamera konsertləri keçirilir (bunlardan ən birinciləri – 1314-cü 


11 
ildə Parisdə violinoçu P.Bayyo-nun konsertləri olub); XIX 
əsrin ortalarında bu konsertlər artıq Avropa musiqi həyatının 
ayrılmaz tərkib hissəsinə çevrilir (Paris konservatoriyasının 
kamera axşamları, Rusiyada RMC-nin konsertləri və s.); 
Kamera musiqisinin pərəstişkarları  cəmiyyətləri yaranır 
(Kamera musiqisinin Peterburq cəmiyyəti 1872-ci ildə 
yaranıb). Sovet filarmoniyaları xüsusi zallarda mütəmadi 
olaraq kamera konsertləri təşkil edirdi (Moskva 
konservatoriyasının Kiçik Zalı, Leninqradda M.İ.Qlinka adına 
Kiçik Zal və s.). 1960-cı ildən başlayaraq isə bu konsertlər 
böyük zallarda da keçirilirdi.  
Vasina-Qrossman V.A., XIX əsr rus klassik romansı, 
Moskva, 1956; Rааbеn L., Rus musiqisində instrumental 
ansambl,  Мoskva, 1961;  Rааbеn L., Sovet kamera-
instrumental musiqisi,  Leninqrad, 1963; Rааbеn L., XX əsrin 
1-ci yarısının kамera-instrumental musiqisi. Avropa və 
Amerika ölkələri, Leninqrad, 1986 L.N.Raaben. 
(Музыкальная 
энциклопедия, 6-титомник, 
изд. 
«Советская энциклопедия», 1973-82, 2-ой том, стр. 671)  
  
 
Kamera ansamblı – 1) vahid bədii kollektiv kimi çıxış 
edən kamera musiqisi ifaçılar qrupu.
   
Kamera ansamblının 
instrumental tərkibləri arasında  ən geniş yayılanları – 
fortepiano triosu (fortepiano, violino, violonçel), simli kvartet 
(2 violino, viola, violonçel), fortepiano kvinteti (fortepiano və 
simli kvartet), nəfəsli alətlər kvinteti (fleyta, qoboy, klarnet, 
faqot, valtorna). Qarışıq tərkibli müxtəlif kombinasiyalı kamera 
ansambllarına da rast gəlinir (fortepiano, simli, nəfəsli, zərb 
alətləri, arfa və s.). 2) Bir neçə instrumental ifaçılardan və ya 
vokalistlərdən ibarət, həmçinin vokal-instrumental ansambllar 
üçün (adətən sonata silsiləsi formasında) yazılan musiqi 
əsərləri. 
    (Музыкальный  энциклопедический  словарь, 
Москва, «Советская энциклопедия», 1990, стр.229-230) 


12 
2.1. Tərif 
 
 Müasir musiqi nəzəriyyəçiləri tərəfindən qəbul edilmiş 
təriflərə əsaslanaraq, müəllif azərbaycan dilində “ansambl” və 
“kamera musiqisi” anlayışlarına aşağıdakı tərifləri  təklif edir:  
 
Ansambl – qədim zamanlarda insanlar arasında yaranmış 
birgə yaradıcılıq ünsiyyətinin ilkin formasıdır (fransızca 
“ensemble” – “birgə, cəm halında” deməkdir).  Ansamblın, 
yəni birgə yaradıcılığın əmələ gəlməsi, individualizmdən (solo 
ifaçılığından) kollektiv yaradıcılığa keçid olaraq  insanların 
daha yüksək mədəni-mənəvi inkişafına təkan vermişdir.  
 
Kamera  musiqisi – kiçik bir məkanda (zalda, otaqda) 
kiçik musiqiçi kollektivi  (instrumental və ya vokal kollektivi) 
tərəfindən ifa edilən musiqidir (camera [it. kámera] – italyanca 
“otaq” deməkdir).  
 
2.2. Kamera musiqisinin yaranması və inkişafı  
barədə  qısa məlumat 
 
Birgə ifa, yəni  ansambl ifaçılığı  qədim zamanlardan 
mövcuddur. Hələ  qədim Misir və Assuriya barelyeflərində bir 
qrup musiqiçilərin və onlara əlində  əsa
 
ilə  rəhbərlik edən 
insanın təsvirlərinə rast gəlmək olur. Instrumental musiqi 
Qədim Misirin ibadətxanalarında, Qədim Romanın saray 
şənliklərində və məbəd bayramlarında, Orta əsrlərdə cəngavər 
yarışlarında və kənd yarmarkalarında səslənirdi. Qədim musiqi 
ansamblları  tərkibcə müxtəlif idi:  Qədim Misirin saray 
ansambllarının tərkibinə  müğənnilər, instrumentalist 
musiqiçilər, bəzən rəqqasələr daxil olurdu,  bəzi hallarda 
onların ümumi sayı 500 nəfərə çatırdı. Qədim yəhudi tarixçisi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə