Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?


Səslənmə sinxronluğu barədə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

44 
 5.Səslənmə sinxronluğu barədə.
 
 
Ansambl səslənməsinin sinxronluğu   deyəndə 
əsasən  
1)  vaxt məkanında hər xanənin güclü və  zəif 
təqtilərinin sinxronluğu, üst-üstə düşməsinin dəqiqliyi;  
2) ansamblın bütün iştirakçıları tərəfindən ən xırda 
uzunluqlu notların və pauzaların son dərəcə  dəqiq 
surətdə eyni ifası   nəzərdə tutulur.  
 
Səslənmə sinxronluğu nöqteyi-nəzərindən ansambl 
ifasında üç mərhələ xüsusən qeyd olunmalıdır:  
başlanğıc (musiqi əsərini necə başlamalı),  
əsərin birgə ifası (əsəri birgə necə ifa etməli),  
ifanın yekunu (əsəri bir yerdə necə bitirməli).   
 
Bu mərhələləri müvəffəqiyyətlə ifa etmək üçün 
ansamblda  qeyri-formal lider - dirijor funksiyalarını 
yerinə yetirən ifaçı olmalıdır: o, başlanğıcları, tempin 
tezləşdirilməsini və ya yavaşıdılmasını, səsin 
dayandırılmasını göstərməlidir.  
 
Yuxarıda qeyd edilən kimi, tarixən bu rol, yəni 
ansamblda qeyri-formal lider rolu violino ifaçısının 
üzərinə düşüb: buna təsdiq olaraq XVII əsrdə yaranan 
“Mersenn məktəbi”nin  məşhur  kaman istiqaməti 
qanununu, bu qanunun yaranma səbəblərini, onun 
dirijorluq sənətinin yaranmasında rolunu və bu günədək 
dirijorluğun əsas qanunu olaraq qalmasını göstərmək olar 
(bax: səhifə 18). Həmçinin qeyd edilməlidir ki, simli-


45 
kamanlı alət ifaçılarının,  ələlxüsus violino ifaçılarının 
eşitmə qabiliyyətləri  digər ixtisaslı ifaçılara nisbətən - 
anadangəlmə  və ya simli-kamanlı alətlərdə ifa 
vərdişlərinin çoxillik mənimsənilməsi nəticəsində  əmələ 
gələn “məcburi inkişaf”  şəklində - daha yüksək olur. Bu 
onunla bağlıdır ki, simli-kamanlı alətlərdə ifa başqa 
alətlərə nisbətən daha mürəkkəb, daha çətin prosesdir: 
burada, fortepiano və  nəfəsli alətlərdən fərqli olaraq, hər 
hansı bir səsi hasil etmək üçün hazır klaviş və ya klapan 
yoxdur. Simli-kamanlı alət ifaçısı istənilən bircə (tək) səsi 
hasil etmək üçün həm əla eşitmə qabiliyyətinə, həm qrifdə 
cüzi məsafələri gözəyarı təyin etmək bacarığına, həm eyni 
səsi müxtəlif pozisiyalarda ifa etmə variantları arasından 
ən  əlverişlisini ani olaraq seçim etmə bacarığına, həm 
yaxşı  əzələ yaddaşına malik olmalıdır. Digər tərəfdən, 
simli-kamanlı alətlərdə ifa zamanı qolların biri digərinə 
zidd, fərqli funksiya daşıdığına görə, tam başqa istiqamətli 
və fərqli hərəkətlər etdiyinə görə, simli-kamanlı alət ifaçısı 
həm də mükəmməl koordinasiyaya-qol hərəkətlərinin 
uyğunlaşdırılması bacarığına  malik olmalıdır. Bu 
səbəbdən adətən simli-kamanlı alətlər sinfinə yalnız 
eşitmə qabiliyyəti, ritmi, koordinasiyası, musiqi yaddaşı 
və digər musiqi göstəriciləri  əla səviyyədə olan uşaqlar 
qəbul edilir və  həmin alətlərdə ifa vərdişlərinin 
mükəmməl mənimsənilməsinə  yalnız bu uşaqların  ən 
yaxşıları, “seçilmişlərin seçilmişləri” nail olur. 
Yuxarıda  qeyd edilənlər  simli-kamanlı alətlərə 
yiyələnən musiqiçilərin qeyri musiqiçilərə nisbətən daha 
istedadlı, daha zəhmətkeş, daha çevik, analitik və 
təşkilatçı qabiliyyəti daha çox inkişaf etmiş, lider roluna 


46 
daha çox münasib olduqlarını ehtimal etmək üçün ciddi 
əsasdır. 
Bundan başqa, simli-kamanlı alətlərdə  təhsil alan 
bütün  şagird və  tələbələr fortepiano alətində ifanı da 
“ümumi fortepiano” adlanan fənn kimi öyrənir, bu alətə 
kifayət qədər yaxşı yiyələnir,  onun xüsusiyyətlərini, 
incəliklərini yetərincə əsaslı bilir, mənimsəyir, beləliklə də 
bir növ ikinci ixtisas yiyəsi olurlar. 
Ümumdünya musiqi mədəniyyətində silinməz izlər 
qoymuş bir sıra böyük musiqi ustadları ilk musiqi təhsilini 
məhz simli-kamanlı alətdə    almış  və bu təhsil onların 
gələcək uğurlarının  əsası olmuşdur. Belə ki, dünyanın 
demək olar ki, bütün tanınmış dirijorları - Arturo 
Toskanini, Lorin Maazel, ilk təhsilini atasından, məşhur 
violinoçu Mikelancelo Abbadodan almış Klaudio Abbado
əslən Hindistanın Mumbay şəhərindən olan violinoçu və 
dirijor Mehli Meta və onun oğlu Zubin Meta,  ser Saymon 
Rettl, Andre Ryo, Arvid Yansons və Maris Yansons, Yuriy 
Başmet, Yuriy Temirkanov, Qustavo Dudamel,    tanınmış 
bəstəkarlar  Nikkolo Paqanini, İohann  Ştraus, Antonin 
Dvorjak, Yan Sibelius, Paul Hindemit, Kşiştof 
Penderetskiy,  Üzeyir Hacıbəyli, Müslüm Maqomayev
Niyazi, Azər Rzayev, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, 
Cövdət Hacıyev və başqaları  ilk musiqi təhsillərini simli-
kamanlı alətlərdə almışdır.  
 
Dahi bəstəkar  V.-A.Mosart ilk musiqi təhsilini 
atasından, tanınmış violinoçu pedaqoq Leopold Mosartdan 
almış  və  zəmanəsinin gözəl violino və piano ifaçısı 
olmuşdur.  Böyük bəstəkar və pianoçu kimi tanınmış 
L.van Bethoven həmçinin ilk təhsilini violinoçu kimi almış 


47 
və 12 yaşından Köln kurfürstu Maks-Fridrixin saray 
orkestrində violaçı kimi işləmişdir.  Əsrimizin böyük 
violonçelisti və dirijoru Mstislav Rostropoviç  həmçinin 
gözəl piano ifaçısı olub və  dəfələrlə möhtəşəm 
konsertlərdə  həyat yoldaşı, tanınmış müğənni Qalina 
Vişnevskayanı pianoçu kimi müşayiət edib. Böyük rumın 
bəstəkarı, violinoçusu Corce Enesku eyni zamanda gözəl 
pianoçu idi.  Lakin indiyə  qədər ilk musiqi savadını 
fortepiano və ya nəfəsli alətlər ixtisası üzrə alan hər-hansı 
bir tanınmış pianoçunun və ya digər alət ifaçısının 
sonradan ikinci ixtisas kimi violino və ya digər simli-
kamanlı aləti mənimsəməsi və bu alətlərdə mükəmməl 
ifaçı olması barədə hələlik heç bir məlumat və ya nümunə 
yoxdur.  
  
Azərbaycanın tanınmış kamança ifaçılarından biri, 
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın 
Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş 
Ağacəbrayıl Abasəliyevin bir qədər məzəli, eyni zamanda 
toxunduğumuz məsələnin mahiyyətini  olduqca düz, 
sərrastlıqla açıqlayan  bir kalamı var. O, deyir: “Biz, simli-
kamanlı alət  ifaçıları, dərisi soyulmuş insan kimi  
həssasıq və bizim hər bir səsə, hər bir hərəkətə, hətta hər 
bir baxışa belə  həddən ziyadə  həssaslığımız onunla 
bağlıdır ki, biz ömrümüz boyu təmiz not axtarışındayıq”.  
 
Beləliklə, adət və  ənənələrə, təşkilatçılıq məntiqinə 
uyğun olaraq bu gün də kamera ansamblının qeyri-formal 
lideri vəzifəsini əsasən məhz ansamblın  violino ifaçısı öz 
üzərinə götürür.   
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə