Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

81 
insan danışıq intonasiyalarının  - vurğuların, vergüllərin və 
s. - təqlidi, təkrarıdır. 
  
 
Mahiyyəti üzrə  hər bir melodiya musiqi nitqindən  
əmələ  gəlir və müvafiq olaraq ibarələrə, cümlələrə 
bölünür, onun kulminasiyaları  və  tamamlamaları, məna 
mərkəzləri və kiçik əlavələri olur.  Bir qayda olaraq hər 
ibarə  və ya cümlənin bir məna mərkəzi və bir 
kulminasiyası olur.  
Hər bir musiqi tonların ritmik, melodik və harmonik 
əvəzlənməsindən, növbələnməsindən ibarətdir. Nəsrdə - 
“cümlə”, nəzmdə – “mənzum sətir”  adlandırılan məfhum 
musiqidə “ibarə” adlanır. 
Danışıqda bir və ya bir neçə cümləninin ayırma 
vasitəsi kimi durğu işarələri çıxış edir. Musiqidə bu 
funksiyanı ibarələrin əvvəlini və axırını göstərən sezuralar 
yerinə yetirir. 
İbarəlik” anlayışı genişdir və kifatət qədər 
çoxmənalı məfhumdur.   
Musiqi fikrinin inkişafı mürəkkəb prosesdir, lakin 
bütün musiqi materialı bütövlükdə, tamlıqda 
qavranmalıdır. Bu baxımdan ibarəliyin iki, ilk baxışdan 
biri digərinə zidd funksiyaları var. Belə ki, bir tərəfdən 
ibarəlik cümlələri birini digərindən ayırır, cümlələrin 
daxili quruluşunu formalaşdırır, digər tərəfdən onları 
vahid məkanda birləşdirir, əsərin bədii obrazının hərtərəfli 
inkişafını  təmin etməyə, yaratmağa kömək edir. Bu 
səbəbdən “ibarəlik”  anlayışı bir neçə məna daşıyır.  
Belə ki,   
1) bəzən “ibarəlik” deyəndə ümumilikdə “şüurlu ifa” 
bacarığı nəzərdə tutulur. 


82 
2) bir başqa halda “ibarəlik” sözü dar mənada 
işlədilir və yalnız musiqi cümləsinin ifa tərzini nəzərdə 
tutur.  
3) nəhayət, bəzi hallarda “ibarəlik” melodiyanın hər 
hansı hissəsinin hüdudunun müəyyən edilməsi mənasında, 
sezuralarla bu hissənin digərlərdən ayrılması kimi başa 
düşülür. 
Ibarəlik ilk növbədə musiqi əsərinin bədii obrazının 
ifadə vasitəsidir.  Ibarəliyin təbiiliyi təhrif ediləndə, 
pozulanda əsərin məzmunu, mənası təhrif edilir.  
İbarəlilik hər zaman fərqlidir, individualdır, çünki 
ibarəlik ifanın individual xasiyyəti, fərdi tərzi ilə  sıx 
bağlıdır. Ibarəliyin mənimsənilməsi əsər üzərində bütün iş 
prosesinin mahiyyətini təşkil edir. 
 Əsər üzərində  iş zamanı ilk növbədə ibarənin 
hüdudları  və onun kulminasiya nöqtələri müəyyən 
edilməlidir: bununla ifaçı ifadəli interpretasiyanın  əsas 
faktorlarının - dinamik və aqogik çalarların tətbiq edilməsi 
üçün etibarlı oriyentir  əldə edir.  
Unutmaq olmaz ki, ayrı-ayrılıqda götürülmüş  hər 
melodik ibarə  və ya fikir, eynilə kitabdakı ibarələr kimi, 
ümumi melodik xəttin yalnız bir hissəsidir. Bu ibarələrin 
vaciblik dərəcəsi, lüzumluğu onların ümumi melodik 
xəttdə    tutduğu yerdən asılıdır. Belə ki,  köməkçi və ya 
törəmə, budaq ibarələrin səslənmə və ekspressiya dərəcəsi 
əsas ibarənin səslənmə  və ekspressiya  dərəcəsindən 
yüksək olmamalıdır. Bu asılılığın müəyyən edilməsi – 
ibarəliyin birinci, əsas  prinsipidir. Ansambl  əsəri 
üzərində  işə başlayanda ifaçılar  əsərin xasiyyəti barədə 
qəti təsəvvür, anlayış yaratmazdan əvvəl  həmin  əsərin 


83 
ideyasını,  əsas fikrini bütövlükdə  dərk etməli,  əsərin 
ümumi strukturu, həmçinin bir ibarənin digərinə qarşı 
nisbəti barədə aydın təsəvvür əldə etməlidirlər.  
Pianoçu üçün ibarəli ifa onun ustalığının  əsas 
elementlərindən biridir. Simli-kamanlı alətlərdə ibarəlik 
və artikulyasiya fortepianoya nisbətən biri digəri ilə daha 
sıx bağlıdır: məntiqsiz artikulyasiya mütləq olaraq ardınca 
yanlış ibarəliyə  səbəb olur və  əksinə, düzgün ştrix və 
applikatura məntiqli,  şüurlu ibarəliyin  ən etibarlı 
zəmanətləridir.  
 
Ibarəlik intonasiya prosesinin tipik olmayan hadisəsi 
kimi məşq zamanı aydınlıqla uyğunlaşdırılmalı  və 
möhkəmləndirilməlidir.  Motiv   ibarələrin eyniliyi 
musiqi  əsərinin bədii mənasını, məzmununu  əks etdirən 
polifonik əsərlərin ifası zamanı bu qayda xüsusi ciddiliklə 
gözlənilməlidir.    Hər hansı ansambl iştirakçısının 
partiyasında motivin (mövzunun) ifasında improvizə 
dəyişikliklər yaranarsa, digər ansambl iştirakçısı  əmələ 
gələn sapmaları, dəyişiklikləri maksimal dəqiqliklə təkrar 
etməlidir. Ansambl iştirakçısının məhz belə reaksiyası ən 
dəyərli ansambl xüsusiyyətidir, həmçinin sürətli təfəkkür 
proseslərinin və musiqi həmrəyliyinin göstəricisidir.  
 
 
 
 
 
 


84 
7.3. Dinamik sinxronluq. 
 Tembr-dinamik çalarlama (nüansirovka)  
 
Dinamika  (səslənmənin gücünün və ucalığının, 
gurluğunun dəyişməsi)  ən təsirli ifadə vasitələrindən 
biridir. Dinamikadan bacarıqlı istifadə musiqinin ümumi 
xarakterini, onun emosional məzmununu açmağa və əsərin 
formasının konstruktiv xüsusiyyətlərini göstərməyə 
kömək edir.  
İfadəlik sahəsində dinamika xüsusən vacib 
əhəmiyyət əldə edir –  müxtəlif  məntiqi vurğular musiqi 
parçasının mənasını köklü surətdə dəyişir.    
Ifaçılıq sənətində dinamikanın rolunu tanımaqla, 
musiqinin digər ifadəlik vasitələrini unutmaq olmaz. Səs 
gücünün artmasına oxşar təəsüratı  həmçinin  fakturanın 
sıxlaşması, yeni registr və tembrlərin meydana çıxması, 
ümumi hərəkət düsturunun  dəyişməsi də  yaradır.  
Fərqli, orijinal ritmik şəkil və ya  səciyyəvi ştrix hər 
hansı  səsi ümumi səslənmədən (heç də dinamikadan az 
olmayaraq) qabarda bilər. Bəzən instrumentləşdirilmə 
üsulları  özü özlüyündə  dinləyiciyə çox şey deyir. Onların 
təsir gücü qurtaranda o vaxta qədər “ehtiyatda” qalan 
dinamik ziddiyyətlərə (kontrastlara) müraciət etmək olar.  
 
7.4. Alətlərin səslənmə tarazlığı 
 
Kamera ansambllarında  müxtəlif dinamik imkanlara 
malik olan alətlər birləşir. Alətlərin səslənmə gücünün 
ümumi diapazonu, müxtəlif tessiturada  səslənmə 
gərginliyi üst-üstə düşmür.  Məşq prosesində    aydın olur 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə