Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   22   23   24   25   26   27   28   29   30

93 
çatışmazlıqlar aradan qaldırılandan sonra ansambl açıq ifa 
ilə çıxış edə bilər.  
Üçüncü mərhələ - səhnədən gediş  mərhələsidir ki, 
bu mərhələ iki hissədən ibarətdir: ifadan sonra baş  əymə 
və səhnəni tərk etmə. Baş əymə zamanı aşağıdakı qaydaya 
əməl  edilməlidir: ifaçı düz dayanmalı, başını tələsmədən, 
ləyaqətlə  sinəsinə tərəf əyməlidir. Bu zaman onun bədəni  
əyilməməlidir.   
Alqışlara cavab olaraq ifaçılar mümkün qədər 
sinxron baş  əyməli, estetik nöqteyi-nəzərindən gözəl 
hərəkətlərlə onlara təqdim edilən gülləri qəbul etməli, 
səhnəni nizamlı  şəkildə  tərk etməlidirlər. Bütün bu 
hərəkətlər dərsdə öyrənilməli və məşq edilməlidir.  
 
 
8.2. Kinetik hərəkətlər - jest və mimika 
 
Musiqi ifaçılığında,  ələlxüsus, ansambl ifaçılığında 
musiqiçilərin səhnədə etdiyi kinetik hərəkətlər – jest və 
mimika - böyük əhəmiyyət daşıyır. Estetik cəhətdən ifa 
edilən musiqinin bədii mənası ilə bağlı olduqda, 
uzlaşdırılmış olduqda  bu hərəkətlər  eşitməni   görmə, 
müşahidə ilə tamamlayaraq,  musiqi fikrinin daha qabarıq 
ifadəsinə, dinləyiciyə daha aydın çatdırılmasına kömək 
edir.     
Bu baxımdan tamaşaçılara təsirinin qeyri-musiqi 
üsullarından biri olan  kinetik hərəkətlərin inkişafına və 
yadda saxlanılmasına, möhkəmləndirilməsinə daha artıq 
diqqət yetirmək lazımdır.   


94 
Mimik proseslər  həm müsbət, həm də  mənfi 
əhəmiyyətli ola bilər: bu  onların  bədii  məna ilə, bədii 
obrazla bağlılıq dərəcəsindən asılıdır.  Mimik 
ziddiyyətlərin, mimik sinxronluğun və mimik ardıcıllığın 
tətbiqi musiqini canlandırır, onun qavranılmasını 
asanlaşdırır, musiqinin oyun mənbəsinin göstərilməsinə, 
oyun mənşəli elementlərinin  təzahürünə yol açır. Lakin 
bu prosesdən həddindən artıq istifadə olunması, onun 
süniliyi və  əsərin bədii mənası ilə uzlaşmaması ifa 
estetikası baxımından mənfi məna daşıyır və akademik 
ifada qəbuledilməzdir.  Mimik aparatın formalaşması üzrə 
məşqlər təbii və müntəzəm olmalıdır, şagird və tələbələrə 
müntəzəm olaraq bu və ya digər mimik prosesin estetik 
cəhətdən qəbuledilən və ya qəbuledilməz olduğu 
aşılanmalıdır. Bu proseslər həmçinin ansambl 
iştirakçılarının daxili dünyasının açıqlanmasına, 
göstərilməsinə kömək edir.  
Ifaçıların səhnədə etdiyi bütün hərəkətlər  kinetik 
proseslər adlanır və   funksionallığından asılı olaraq 
müsbət və  mənfiyə bölünür.  Kinetik proseslərin 
müsbətliyi    onların tətbiqinin məqsədəuyğunluğu və 
təbiiliyi ilə müəyyən edilir.  Bu hərəkətlər ifaçılarda 
emosional təəssürat oyatmaq imkanına malikdir. Reflektor 
hərəkətlər – başın qeyri-iradi kəskin dartılması, dodaqların 
dişlənilməsi, çeynənilməsi, ağız-burun  əymə, üz-gözünü 
büzüşdürmə,  ayaq şaqqıltısı, bədənin yırğalandırılması və 
sairə buna bənzər, estetik cəhətdən xoşagəlməz, musiqi ilə 
heç bir əlaqəsi olmayan reflektor hərəkətlər isə  mənfi 
kinetik  proseslərdir ki,   bu növ kinetik proseslərdən xilas 
olmaq, onları tərgitmək üzərində iş aparılmalıdır.  


95 
 
8.3. Açıq çıxışa hazırlıq mərhələsi  
 
Açıq  ifaya hazırlıq mərhələsində ifaçılar bir sıra 
ifaçılıq və psixoloji məsələlərini həll etməlidirlər.  
Həll edilməli ifaçılıq məsələləri aşağıdakılardır: 
1. musiqi materialının bütün ifaçılar tərəfindən əsaslı 
surətdə öyrənilməsi;  
2.  əsərin bədii məzmununun açılması, onun 
kompozisiyasının,  ayrı-ayrı hissələrinin və bütövlükdə 
lad-harmonik inkişafının aydınlıqla dərk, edilməsi;    
3. hər ifaçı  tərəfindən nəinki öz partiyasının, 
həmçinin ansamblın digər iştirakçılarının partiyalarının 
olduqca mükəmməl öyrənilməsi: hər ansambl iştirakçısı 
partiyasını o dərəcədə mükəmməl öyrənməlidir ki, 
ansamblın hər-hansı  iştirakçısı gözlənilməz səhvə yol 
versə, irəli getsə  və ya geri qalsa, ifanı dayandırmadan, 
musiqini kəsmədən həmin səhvi aradan qaldırmaq 
mümkün olsun. 
Bu məsəllərin bir qismi ümumi məşqlərdə, bir qismi 
isə ev məşqləri zamanı həllini tapmalıdır. 
Bildiyimiz kimi, ilk birgə  məşq - ansambl üzdən 
oxusudur. Lakin eyni zamanda qeyd edilməlidir ki, 
ansambl (birgə ifa) üzdən oxusunu solo üzdən oxusundan 
fərqləndirən vacib bir məqam var: ansamblda birgə ifadan 
əvvəl bütün ansambl ifaçıları öz partiyalarını araşdırmalı, 
kifayət qədər mükəmməl öyrənməlidir, çünki yalnız belə 
olan halda birgə ifa zamanı ansambl iştirakçılarının bütün 
diqqəti yalnız ansambl məsələləri üzərində  cəmlənir və 
ansambl ifası nəzərəçarpan dərəcədə asanlaşır.  


96 
Beləliklə, birgə ifaya, ələlxüsus, ilk məşqə 
başlamazdan  əvvəl hər bir ansambl iştirakçısı öz 
partiyasını, onun üzərinə düşən not mətnini mükəmməl 
surətdə öyrənməlidir – bu ansambl iştirakçısı qarşısında 
duran ən vacib məsələlərdən biri, bəlkə də birincisidir və 
keyfiyyətli ansambl məşqlərinin əsasını təşkil edir. Hər bir  
ifaçı bilməli, dərk etməlidir ki, onun birgə  məşqə hazır 
olması, not mətninin öyrənilmə  dərəcəsi, həmin  ifaçının 
professionallıq dərəcəsinin göstəricisidir. Hər bir ifaçı öz 
partiyasını    kifayət qədər mükəmməl öyrənməsə, birgə 
məşq zamanı ansambl iştirakçıları birgə ifa məsələlərinin 
həlli  əvəzinə    tərəf müqabillərinin heç də  qənaətbəxş 
olmayan “üzdən oxu” səviyyəli ifasını dinləməyə məcbur 
olur. Bu isə  əsər üzərində  işi ləngidir, bir çox hallarda 
ümumiyyətlə mümkünsüz edir. 
İlkin ifa – birgə üzdən oxuma zamanı ilk növbədə 
xanələrin, təqtilərin bir-biri ilə üst-üstə düşməsinə xüsusi 
fikir verilməlidir. Mətn üzərində  işin bu mərhələsi  əsərin 
çətinlik dərəcəsindən asılıdır: təbii ki, texniki  (metro-
ritmik, intonasiya və s.) cəhətdən çətin  əsər üzərində 
tədqiqat işi daha uzunmüddətli olur.  
İlk məşq,  əsərlə ansamblda ilk tanışlıq zamanı  əsər 
(müəllifin temp qeydinə zidd olsa belə) asta tempdə  və, 
demək olar ki, emosiyasız ifa edilməlidir - bu şərt olduqca 
vacib şərtdir. Asta temp ifaçılara digər  partiyalar ilə tanış 
olmaq, öz partiyalarını digər ifaçıların partiyaları ilə 
uyğunlaşdırmaq imkanı yaradır. 
Tempi müəyyən etmək üçün ansamblın qeyri-formal 
lideri  (dediyimiz kimi, bu funksiyanı öz üzərinə adətən 
violino ifaçısı götürür) ilk-öncə bütün ansambl ifaçılarının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə