Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   22   23   24   25   26   27   28   29   30

109 
zamanı  ansambl ifaçıları musiqi incəsənəti vasitələri ilə 
həm auditoriya (dinləyici) ilə, həm də öz aralarında 
kommunikativ ünsiyyətə girirlər.  Müasir musiqi 
incəsənətində ansambl ifaçılığı rolunun artması, 
musiqiçilərin kommunikativ xüsusiyyətlərinə qarşı tələbləri 
artırır. Beləliklə  də “Kamera ansamblı” fənni ifaçı 
tələbələrin  kommunikativ xüsusiyyətlərini: ünsiyyət 
mədəniyyətini, bacarığını, birgə ifa prosesində həmkarını, 
“həmsöhbət”ini dinləmək və cavab vermək bacarığını 
formalaşdırır və inkişaf etdirir.  
 
Ansambl ifaçılığında kollektivin hər bir iştirakçısı ifa 
prosesinə yaradıcılıqla yanaşmalıdır.  
Ansambl ifaçılığında  yaradıcılıq  impulsunun  
təzahürü  üçün  bir  sıra  şərtlərin  mövcudluğu  labüddür:  
 
1) ansambl iştirakçısı yaradıcı şəxsiyyət olmalıdır;  
 
2) ansamblın bütün iştirakçılarının yaradıcılıq 
fərdiyyətləri,  şəxsiyyətləri  qarşılıqlı anlaşma  əsasında 
ansamblda  birləşməlidir;       
 
3) ansamblın bütün iştirakçıları öz tərəfdaşları ilə 
ünsiyyətdə açıq, qərəzsiz, xeyirxah olmalıdır.   
 
 
 
 
 
 


110 
9.1. Professional-kommunikativ vərdişlərin 
formalaşma üsulları  
 
Ansambl ifaçısı interpretator - yəni, musiqi əsərinin  
(yeni bədii reallıq yaradan)  şərhçisi olmaqla yanaşı eyni 
zamanda musiqi incəsənəti vasitələri köməyilə  auditoriya 
ilə informasiya mübadiləsi həyata keçirən kommunikator 
olmalıdır.  İfanın kollektiv, müştərək xasiyyəti, ansambl 
iştirakçılarının üzərinə xüsusi öhdəlik qoyur: onların hər 
biri özünü ümumi ifa prosesinə daxil olmuş hiss etməli, 
təkcə özünün deyil, həmçinin öz tərəfdaşlarının da 
partiyalarını bilməli, ansambl yoldaşlarının bədii niyyət-
fikirlərinə diqqət yetirməli, özlərində “ansambl hissi” 
yetişdirməlidirlər.  Bu o deməkdir ki, musiqinin birgə ifası 
zamanı  ansambl ifaçıları musiqi incəsənəti vasitələri ilə  
həm auditoriya (dinləyici) ilə, həm də öz aralarında 
kommunikativ ünsiyyətə girirlər. Beləliklə  də müasir 
musiqi incəsənətində ansambl ifaçılığı rolunun artması, 
musiqiçilərin kommunikativ xüsusiyyətlərinə qarşı 
tələbləri artırır.  
 
Ifaçı-musiqiçidə professional-kommunikativ 
(peşəkarlıq-ünsiyyət) vərdişlərin formalaşma prosesinin 
musiqi ifaçılığı  sənətinin müxtəlif növlərində  və onların 
təlimində özünə xas xüsusiyyətləri var.    
 
Kamera ansamblı sinfində  tələbələrdə professional-
kommunikativ vərdişlərin formalaşma üsulları  
aşağıdakılardır:  
 


111 
1. ansambl partiturasının kompleks mətn 
(tekstoloji) təhlili, analizi;  
 
2. ifanın sinxronlaşdırılması;  
 
3. musiqi “dialoqu”;  
 
4. səhnə situasiyalarının modelləşdirilməsi.  
 
Ansambl partiturasının kompleks tekstoloji təhlili 
musiqi mətninin  əsaslı surətdə  və müntəzəm 
(sistemləşdirilmiş) halda öyrənilməsini nəzərdə tutur
Bunun nəticəsində ansamblın hər bir üzvü nəinki özünün, 
həmçinin ansamblın digər iştirakçılarının partiyaları ilə 
tanış olur. Bu tanışlıq isə ifa edilən  əsərin bədii 
mahiyyətini, ideyasını anlamağa və onun əsasında 
dinləyicilərə yönəldilmiş vahid interpretasiya planının 
yaradılmasına kömək edir.  
Bu həmçinin ansambl uyğunlaşmasının inkişafını, 
həmrəylik hissinin və musiqi hadisələrini qabaqcadan  
duymaq bacarığının inkişafını  təmin edir, çünki 
tərəfdaşların ifa niyyətini yalnız o vaxt qabaqcadan 
duymaq olar ki,  onların ifa edəcəyi musiqi materialı 
ifaçıya bəlli olsun,  əvvəlcədən öyrənilsin, təhlil edilsin.  
Ansambl partiturasının kompleks tekstoloji təhlili ifa 
edilən mətnə şüurlu yanaşma formalaşdırır və bununla da 
ifanın bədii nəticəsini yaxşılaşdırır ki, bu da öz 
növbəsində səhnə-musiqi ünsiyyətini artırır.  
Ifanın sinxronlaşdırma üsulu musiqi  əsərinin 
zaman təşkili haqqında ansambl iştirakçılarında vahid 


112 
təsəvvür yaradılmasına yönəldilir,  qarşılıqlı ansambl 
əlaqələrinin metro-ritmik, temp və artikulyasiya tərəflərini 
nəzərə alır.   
Yuxarıda qeyd edilən kimi, sinxronluq – ansambl 
ifaçılığının ən vacib xüsusiyyətlərindən biridir. Ansambl 
partiturasının  ən kiçik uzunluqları (yalnız səslər deyil, 
həmçinin pauzalar da daxil olmaqla)  bütün ifaçılar 
tərəfindən eyni zamanda və son dərəcə  dəqiqliklə  dərk 
edilməlidir. Bu, həm ifada yüksək bədii nəticələr  əldə 
etmək üçün lazımdır, mütləqdir. Eyni zamanda bu  həm də 
musiqiçilərdə (biri digərlərinə) uyğunlaşma qabiliyyətini 
və  tərəfdaşların ifa niyyətlərini  əvvəlcədən duymaq 
bacarıqlarını formalaşdırır.  
“Musiqi dialoqu” üsulu  ansambl uyğunlaşmasının 
və fəal həmtəəssüratlılığın  yaradılmasına, yetişdirilməsinə 
və  təkmilləşdirilməsinə imkan yaradır, səbəb olur. 
“Musiqi dialoqu” təkcə musiqi replikalarının 
növbələşməsi deyil, həmçinin ifanın məna mərkəzinin  bir 
ansambl iştirakçısından digərinə keçməsini də  nəzərdə 
tutur.  Bu isə ansambl iştirakçılarında  biri digərinə qarşı 
incə emosional həmtəəssüratlılıq, həmduyğuluq tərəf 
müqabilinin mövqe və fikirlərini “qəbul etmək” bacarığını 
yaradır, formalaşdırır. Beləliklə də bu və ya digər musiqi 
əsərini ifa edərkən ansambl iştirakçıları daimi dialoqda 
(dialoq vəziyyətində), qarşılıqlı 
təsir dairəsində 
(vəziyyətində) olur, musiqi dialoqunun xasiyyəti isə 
partiyaların funksiyaları ilə müəyyən olunur, həmin 
funksiyalardan asılı olur.   
Səhnə hadisələrinin (situasiyasının) 
modelləşdirilməsi barədə əvvəlki bölmədə nəql edilibdir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə