Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   22   23   24   25   26   27   28   29   30

105 
aşılanmalıdır ki, onun öyrəndiyi hər bir əsərin  ifası ilk 
növbədə onun özü üçün, onun özünün bir şəxsiyyət və 
musiqiçi kimi inkişafı üçün, onun öz zövqünü oxşamaq 
üçündür və bu əsərin açıq ifası yalnız ikinci plandır: 
ifaçının uzunmüddətli, gərgin  əməyinin yekunu, onun 
bacarıq və qabiliyyətinin,  gərgin  əməyinin nəticəsinin 
nümayişidir.  
Istənilən ifaçının, o cümlədən, tələbənin çıxışı 
kiminsə xoşuna gələ bilər, kiminsə,  əksinə, xoşuna 
gəlməyə bilər. Lakin bu prosesdə ən önəmli odur ki, ifaçı 
– tələbə olsun, və ya professional musiqiçi – bu musiqi 
əsərinin öyrənilməsinə, onun texniki çətinliklərinin dəf 
edilməsinə böyük əmək sərf edib, əsəri bacardığı  qədər 
mükəmməl öyrənib, bu musiqinin gözəlliyini,  
özünəməxsus estetik xüsusiyyətlərini aşkar edib. Eyni 
zamanda  o, əsərin ifa prosesindən  zövq alır. Beləliklə də 
ifaçı konsert çıxışında gərgin əməyinin nəticəsinin,  estetik 
dəyərlərin nümayişi ilə yanaşı həmçinin həmin musiqinin 
ifasından  əldə etdiyi böyük şövq və  həvəs hisslərini 
dinləyici ilə bölüşür, bilik və bacarığının nəticəsini 
dinləyiciyə  təntənəli surətdə bağışlayır,  ənam edir. 
Konsert çıxışına belə “eqoistik” nöqteyi-nəzər,  həmçinin, 
mükəmməl öyrənilmiş proqram, yüksək  əhvali-ruhiyyə, 
özünəinam hissi, ifadan alınan zövq və bu zövq hissini 
dinləyici ilə  bölüşmək istəyi – bütün bunlar səhnə 
qorxusu, səhnə həyəcanı ilə mübarizənin ən yaxşı üsulu və 
müvəffəqiyyətli konsert çıxışının əsasını təşkil edir. 
 
 
 


106 
8.6. Konsert günü əməl edilməli qaydalar. 
 
Konsert günü ifaçılar bəzi qaydalara əməl 
etməlidirlər.  
Ifaçının açıq çıxışdan  əvvəl vaxtını necə keçirməsi 
olduqca önəmli məsələdir.  Konsert günü riayət edilən 
qaydalar, bu günün rejimi barədə müxtəlif fikirlər və 
rəylər mövcuddur. Əksər  metodikalara əsasən, konsert 
günü iki və ya üç saatdan çox məşq etmək məsləhət 
görülmür. Belə  məşq zamanı proqramı  tələsmədən, sakit 
tərzdə ifa etmək,  əsərin ifasına dair  fikir və niyyətləri 
diqqətlə yenidən nəzərdən keçirmək məsləhət görülür.  
Ifaçıların psixoloji vəziyyəti sakit və rahat olmalıdır. 
Bu baxımdan konsertdən əvvəl dincəlmək, bir az yatmaq 
olduqca faydalıdır – yuxu əsəb sistemini sakitləşdirir, 
insanın beynini lazımsız fikir və qayğılardan azad edir.  
Məşhur kəlamda deyilən kimiuğuru  ən ağıllılar 
deyil, emosional cəhətdən  ən dayanıqlı,  ən sabit, özünə 
inanan insanlar əldə edir. Bu fikrin müdrikliyinə riayət 
edərək, tövsiyə olunur ki,  səhnəyə çıxmazdan əvvəl rahat 
vəziyyətdə, hətta  əzələləri bir qədər zəif, gücsüz hala 
gətirərək oturmaq, bununla da çıxış üçün vacib olan 
iradəli səbir, dözüm bacarığını möhkəmləndirmək 
lazımdır. Bununla yanaşı ifaçı (ifaçılar) fikrini cəmləyib 
yalnız və yalnız ifa olunacaq əsərə, onun xasiyyəti, tempi, 
ifa çətinlikləri və xüsusiyyətlərini daxilən xatırlamağa 
yönəltməlidir. 
 
 
 


107 
 9. Kamera ansamblının kommunikativ xüsusiyyətləri 
  
Kamera ansamblı ifaçılığının mühüm 
funksiyalarından biri –  birgə ifa, birgə yaradıcılıq bacarığı 
ilə yanaşı  şəxsiyyətin kommunikativ xüsusiyyətlərini
psixoloji kompromisə  gəlmək bacarığını formalaşdıran 
pedaqoji funksiyadır.  
Kamera ansamblı  fənni tələbələrin  kommunikativ 
xüsusiyyətlərini daha intensiv inkişaf etdirən fəndir, çünki 
bu fənn mahiyyətinə görə bir neçə musiqiçinin şəxsi 
ünsiyyətini nəzərdə tutur.    İfaçılığın xor və orkestr 
formalarında da həmçinin musiqi ifaçılığı prosesinin 
iştirakçıları arasında kommunikasiya, ünsiyyət həyata 
keçirilir. Lakin burada müəllim (dirijor) böyük kollektivlə 
işləyir. Kamera ansamblı məşqləri isə individual məşqlərə 
daha yaxındır:  burada müəllim iki, üç, dörd və daha çox 
tələbə ilə  işləyir və beləliklə  də  tələbələrin lazımi  şəxsi 
xüsusiyyətlərinin inkişaf etdirilməsi üçün daha əlverişli 
şərait yaranır.  
Mahiyyət etibarilə “ansambl”, “musiqiçilərin adi 
birgə ifası, musiqiçilərin birləşmələri” deyil, bu anlayış 
daha dərin, daha çox məna daşıyan  böyük  mövhumdur.
 
Bu musiqiçi birləşmələri həmçinin ictimai həyat 
məktəbidir, çünki birgə ifaçılıq -  nöqsansız, qüsursuz ifa 
naminə başqaları ilə  sıx birlikdə olmaq, səslərin və 
alətlərin harmonik həmahəngliyini tapmaq üçün 
təşkilatçılıqda və  əlaqələndirmədə olduqca sərt nizam-
intizama riayət etmək  deməkdir. Beləliklə də musiqiçilər 
öz aralarında həmrəylik və qardaşlıq ruhu yaradır, 


108 
özünəhörmət hissini inkişaf etdirir, özündə musiqi ilə 
bağlı etik və estetik dəyərləri tərbiyə etdirirlər.  
 
Birgə ifa zamanı ansamblın hər bir iştirakçısı digər 
iştirakçının (iştirakçıların) partiyasını  eşitmək, ifa edilən 
partiyanın funksiyasından asılı olaraq onu qabartmaq və 
ya arxa plana çəkmək, bu və ya digər  şəkildə  tələffüz 
etmək və sairə bu kimi sırf ansambl ifaçılığı bacarıqları ilə 
yanaşı, eyni zamanda bu və ya digər məsələlərin həlli 
üçün  öz  nöqteyi-nəzərini, öz fikrini digər iştirakçılara 
korrekt formada çatdırmaq bacarığını,  tolerantlıq, 
səbirlilik bacarığını, digər ifaçıların fikirlərinə hörmətlə 
yanaşmaq  bacarığını öyrənir. Ansambl iştirakçıları 
arasında psixoloji maneələrin aradan qaldırılması üçün, 
məsələnin optimal bədii həllini tapmaq üçün musiqiçilər 
arasında ünsiyyət diskussiya, müzakirə formasını 
daşımalıdır. Ünsiyyətin məhz bu forması zamanı qarşılıqlı 
tərbiyə prosesi baş verir, hər musiqiçinin daxili dünyası 
həm 
 
zənginləşir, həm də
 
digər iştirakçıları zənginləşdirir, 
insan münasibətləri mədəniyyəti inkişaf edir.  
Ansambl ifaçısı interpretator, yəni musiqi əsərinin   
şərhçisi olmaqla yanaşı, eyni zamanda musiqi incəsənət 
vasitələrinin köməyilə    auditoriya ilə informasiya 
mübadiləsi həyata keçirən kommunikator olmalıdır
İfanın  müştərək, kollektiv  xasiyyəti, ansambl 
iştirakçılarının üzərinə xüsusi öhdəlik qoyur: onların hər 
biri özünü ümumi ifa prosesinə daxil olmuş hiss etməlidir, 
təkcə özünün deyil, həmçinin  tərəfmüqabillərinin də 
partiyalarını bilməli, ansambl yoldaşlarının bədii niyyət-
fikirlərinə diqqət yetirməli, özlərində “ansambl hissi” 
yetişdirməlidirlər.  Bu o deməkdir ki, musiqinin birgə ifası 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə