Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?


Psixo-estetik səviyyəli sinxronluq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

89 
8. Psixo-estetik səviyyəli sinxronluq 
 
8.1. Səhnə sinxronluğu  
 
Psixo-estetik səviyyəli vərdişlər instrumental 
ansamblın səhnədə, dinləyici auditoriyası qarşısında çıxışı 
zamanı yaranan məsələlərlə bağlıdır. Burada aşağıdakı 
səhnə vərdişləri xüsusilə qeyd olunmalıdır: səhnəyə çıxış, 
ifa və səhnədən getmə mərhələləri.  
Birinci mərhələ - səhnəyə çıxış öz növbəsində dörd 
hissədən ibarətdir:  səhnəyə  çıxış, dinləyici-tamaşaçını 
salamlama, oturuş və alətlərin köklənməsi. Estetik təsirinə 
görə bu mərhələ ifanın özü qədər  əhəmiyyətlidir və 
bilavasitə dinləyici auditoriyasının estetik 
tərbiyələndirməsi funksiyasını yerinə yetirir. Xüsusi qeyd 
edilməlidir ki, bu mərhələ, yəni musiqiçilərin səhnəyə biri 
digərinin ardınca nizamlı qaydada çıxması, onların 
sinxronluqla dinləyicilərlə-tamaşaçılarla salamlaşması – 
baş  əyməsi, oturuşu və alətlərin köklənməsi bədii 
əhəmiyyət daşımadığına görə ansambl iştirakçıları bu 
mərhələyə mümkün qədər az vaxt sərf etməlidirlər.
 
Buna 
görə  də  bütün bu hərəkətlər məşq zamanı  işlənilməli, 
hazırlanmalıdır.  
Bu mərhələdə  musiqiçilərin səhnə oturuşu 
ansamblın dinləyici-tamaşaçı tərəfindən musiqi və estetik 
baxımından qəbul edilməsi, dərk edilməsi üçün böyük 
əhəmiyyət kəsb edir. Instrumental ansambl 
kollektivlərinin rəngarəngliyinə, müxtəlifliyinə 
baxmayaraq bütün ansambl kollektivləri üçün ümumi 
oturuş qaydaları mövcuddur.  


90 
Belə ki, oturuş  zamanı ilk növbədə  akustik faktor 
nəzərə alınmalıdır: 
musiqiçilər bir-birini yaxşı 
eşitməlidirlər.  
Ikincisi,  vizual, görünmə  və görmə faktoru
tamaşaçılar musiqiçilərin hamısını görməlidir, eyni 
zamanda musiqiçilərin də biri birini görmək imkanı 
olmalıdır. Vizual əlaqə musiqi ünsiyyətini asanlaşdırır, ifa 
zamanı müxtəlif kinetik və dramaturji təsirin  yaranması 
üçün, həmçinin səhnə  fəallığının nümayişi üçün  şərait 
yaradır. Bütün bunlar isə öz növbəsində musiqinin  bədii 
məzmununu zənginləşdirir. Bu səbəbdən trio və daha artıq 
tərkibli ansambllara səhnədə fortepianonun qarşısında 
yarımdairə  şəkildə oturmaları  məsləhət görülür. Oturuş 
çox sıx olmamalıdır, alətlərin  ölçüləri nəzərə alınmalıdır 
ki, ifa zamanı bir ifaçı digərinin kaman hərəkərinə mane 
olmasın.  
Eyni zamanda violino və viola alətlərinin ifaçıları – 
ansambl iştirakçıları üçün əsrlər  ərzində  işlənmiş  və 
təkmilləşdirilmiş, estetik və funksionallıq nöqteyi-
nəzərindən  ən əlverişli,  səlis oturuş qaydaları - “orkestr 
oturuş tərzi” mövcuddur.  
Belə ki, violino və viola ifaçıları ansambl və 
orkestrdə “orkestr oturuş  tərzi” adlanan  qaydada oturur: 
oturuş “dərin” olmamalıdır, yəni ifaçı kürəklərini 
oturduğu kürsünün (stulun) arxasına söykəmədən, 
kürsünün ön sağ  qırağında bir qədər yanakı  oturmalı 
(“səthi, dayaz oturuş”), onun sağ ayağı kürsünün sağında,  
bir qədər  arxaya çəkilmiş  vəziyyətdə yerləşdirilməlidir;  
bunun nəticəsində sağ ayağın dizi sol ayağın dizinə 
nisbətən bir qədər aşağı  səviyyədə olur ki, beləliklə  də 


91 
birinci simdə (violinoda – “mi”, violada – “lya” simində) 
ifa zamanı ifaçının sağ ayağı və sağ dizi onun kaman tutan 
sağ qolunun hərəkətinə mane olmur.      
Daha bir vacib məqam: violino və viola ifaçıları  
çalışmalıdır ki, alətin efləri dinləyiciyə tərəf olsun – belə 
olan halda hasil edilən səs dinləyici tərəfindən daha aydın, 
daha yaxşı eşidilir.    
Ansambl texnikasının psixo-estetik səviyyəsində  
səhnə  vərdişlərinin  ikinci mərhələsi – səhnədə ifa 
mərhələsidir ki, bu mərhələnin  əsas müddəaları yuxarıda 
təhlil edilmişdir. 
Lakin xüsusi ilə qeyd edilməlidir ki, açıq ifa – 
konsert ifası zamanı  səhnədə ifaçılar qarşısında yeni 
məsələlər ortaya çıxır ki, ifaçılar həmin məsələləri həll 
etmək məcburiyyəti  ilə qarşılaşırlar.  
Səhnədə,  auditoriya qarşısında, böyük zalda çıxış 
etmək  təcrübəsiz ansambl iştirakçısı üçün  bu və ya digər 
dərəcədə  stress, həyəcandır. Məşqlər adətən sinifdə, 
ansambl ifaçılığı üçün təbii olan kiçik məkan 
akustikasında keçirilir. Burada səslənmə gücünün həddi-
hüdudu müəyyən edilir ki, onu aşmaq estetik nöqteyi-
nəzərindən mümkün deyil. Sinifdə musiqi ifadələrinin, 
ibarələrinin ifa üsulu, replikalarının müvafiq tərzdə 
verilməsi öyrənilir və müəyyənləşdirilir, nüansların – forte 
və  piano-nun səslənmə gücü ölçülür və tutuşdurulur, 
tərəfdaşlar arasında sıx əlaqə yaranır, onlar nüansların ən 
incə çalarlarına dəqiqliklə cavab verir, yəni özlərini azad 
və  sərbəst hiss edirlər. Lakin zalda  ilk ifa ansambl 
iştirakçılarına məyusluq gətirə bilər: tanış olmayan böyük 
məkanda ifaçılar özlərini və bir-birini pis eşidir, bu 


92 
səbəbdən də açıq-aydın diskomfort, rahatsızlıq hiss 
edirlər.  Əvvəlki parlaq və inandırıcı ifadan əsər-əlamət 
qalmır: dinamika ətalətləşir, parlaqlığını itirir, replikalar 
süst, cansız səslənir, kulminasiyalar zəifləyir, hərəkət ya 
ləngiyir, ya da əksinə, həddən artıq tələskən olur. Yəni, 
yeni akustik şəraitdə  təbii, lakin kifayət dərəcədə  ağrılı 
çaşqınlıq, oriyentasiyanın itirilməsi baş verir.  
Bütün bunları aradan qaldırmaq üçün açıq ifadan 
(konsert ifasından)  əvvəl konsert zalında  ən azı iki dəfə 
məşq  etmək,  “səhnə situasiyasının modelini qurmaq” 
mütləqdir, ələlxüsus təcrübəsiz ifaçılar üçün.  
Səhnə situasiyası modelinin qurulması ifaçının 
bütün professional-kommunikativ xüsusiyyətlərini 
“model” üzərində yoxlamağa və onların çatışmayan 
elementlərini işləyib tamamlamağa, təkmilləşdirməyə 
imkan verir.  
Musiqiçinin konsert çıxışı zamanı yaranan və onun 
daxili hal-əhvalına, ifanın keyfiyyətinə  və dinləyici 
auditoriyası ilə  əlaqənin xasiyyətinə  təsir göstərən 
obyektiv və subyektiv halların  cəmi  səhnə situasiyası 
adlanır.  
Kamera ansamblı  iştirakçılarına gəldikdə isə  səhnə 
situasiyasının tərkib hissələri  aşağıdakılardır: konsert 
keçirilən məkanın, konsert zalının akustik və qeyri 
xüsusiyyətləri, ifaçıların özlərinə  məxsus olmayan, 
konsert zalında onların istifadəsinə verilən alətlərin
məsələn, fortepianonun keyfiyyəti, ifaçıların çıxışa 
professional və psixoloji hazırlıq dərəcəsi.
   
Yalnız zalda məşq və yekun məşq zamanı bir-birini 
eşitmə problemləri, dinamik, psixoloji və digər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə