Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
1   ...   22   23   24   25   26   27   28   29   30

101 
Bu mərhələdə ilk növbədə ifanın tərzi 
dəyişdirilməlidir: ansambl iştirakçıları ifalarını yeni 
akustik  şəraitə uyğun olaraq qurmalı, dinamikanın 
kontrastını, replikaların dəqiqliyini və enerjisini artırmalı, 
kulminasiyaları daha parlaq etməlidirlər.  
Yuxarıda deyildiyi kimi, konsert çıxışına psixoloji 
hazırlığı yoxlamaq, səhnə  həyəcanını azaltmaq üçün  
həmin proqramı bir-iki dəfə nisbətən kiçik məkanda – 
dostların və tanışların qarşısında və ya başqa,  nisbətən az 
hazırlıqlı auditoriya (məsələn, məktəb şagidləri) qarşısında 
ifa etmək olduqca faydalıdır. Açıq konsert musiqiçidən 
böyük iradə, səy, fikri, diqqəti cəmləmək bacarığı, 
dinləyici ilə emosional təmas qurmaq bacarığı tələb edir.   
Qeyd edilməlidir ki, məşhur rus-sovet musiqiçilər və 
pedaqoqları L.A.Barenboym, D.D.Blaqoy, Q.M.Koqan, 
G.Q.Neyqauz, S.İ.Savşinski, S.Y.Feynberq və s. kitabları, 
məqalələri, metodiki tövsiyələrində konsert çıxışına 
psixoloji hazırlıq barədə çox dəyərli, ətraflı tədqiqatlar və 
məsləhətlər var.  
 
 
8.5.   Səhnə həyəcanı barədə 
 
Hər bir musiqiçi üçün səhnədə, dinləyici qarşısında 
çıxış bu və ya digər dərəcədə  həyəcandır. Təcrübəsiz 
ansambl üçün böyük səhnədə, zalda ilk çıxış isə ikiqat 
həyəcandır.
 
    
Səhnə həyəcanının yaranma səbəbləri bir neçədir.  
Bunlardan ən çox rast gələn səbəb – ifaçını narahat 
edən  “Mənim haqqımda nə deyəcəklər?”, “Nə 
düşünəcəklər?”, “İfanı nə cür qiymətləndirəcəklər?” və s. 


102 
bu kimi suallar, fikirlər və ya qeyri-şüurlu hisslərdir. Bu 
həyəcanın  əsas səbəbi – ifaçının öz çıxışına qarşı 
məsuliyyət hissidir. Lakin bu həyəcan həddən artıqdırsa, o, 
ifaçı üçün olduqca xoşagəlməz olmaqla yanaşı  həm də 
ifaya da ziyan vurur. Digər tərəfdən həyəcanın tamamilə 
olmaması ifaçı üçün daha ziyandır, daha arzuolunmazdır, 
çünki ifa etdiyi musiqiyə qarşı biganə olan ifaçı  səhnədə 
maraqlı və dəyərli heç nə yarada bilməz. Ifaçı  tərəfindən 
öz  şəxsinin, öz imkanlarının qiymətləndirilməsi, lazımi 
qədər qiymətləndirilməməsi və ya həddindən artıq 
qiymətləndirilməsi səhnə həyəcanı problemi ilə bilavasitə 
bağlıdır və ifaya eyni dərəcədə neqativ təsir edir. 
Səhnə  həyəcanının daha bir yayılmış    səbəbi - açıq 
çıxış üçün ifaçının texniki imkanlarına, texniki hazırlığına  
uyğun olmayan çətin materialın seçilməsidir ki, bu  halda 
səhnə  həyəcanı ikiqat arta bilər. Bu baxımdan ifaçının 
texniki hazırlığına cavab verməyən, onun üçün texniki 
cəhətdən həddən artıq çətin olan əsəri açıq ifaya çıxarmaq 
məsləhət görülmür. 
Dinləyici qarşısında özünü itirməmək bacarığının 
əldə edilməsi ev məşqləri zamanı özünə  nəzarətdən 
başlanılmalıdır: diqqət və fikri cəmləmək bacarığını  hər 
gün, hər saat məhz evdə məşq etmək lazımdır. 
Artıq ilkin təlimdən başlayaraq  şagirddə  səhnəyə, 
konsert çıxışlarına məhəbbət aşılanmalıdır. Ifaçı  səhnədə 
çıxışından zövq almalıdır – bu hiss səhnə  həyəcanının 
dağıdıcı, məhvedici gücünə qalib gəlməyə kömək edir. 
Səhnədə  çıxış zamanı  əsas məqsəd – ifaçının bütün 
fikrinin ifa edilən  əsər üzərində, alətin səslənməsi, 


103 
ifadəlilik, səslərin nisbəti və sairə ifa məsələləri üzərində 
cəmlənməsidir.  
Səhnədə ifa zamanı  ifaçının geyimi  də böyük rol 
oynayır: geyim rahat olmalı, ifaçını qıcıqlandırmamalı, ən 
əsası - ifaya mane olmamalıdır.  
Lakin səhnə  həyəcanının dərəcəsinə  təsir edən  ən 
vacib,  ən mühüm məqam – səhnəyə  çıxarılan ifa 
proqramının,  ifa edilən  əsərlərin ifaçı  tərəfindən nə 
dərəcədə öyrənilməsi, hazır olmasıdır. Proqram, əsər və ya 
əsərlərin öyrənilməsi prosesi nə  qədər diqqətli, 
mükəmməl, səliqəli və əsaslı olubsa, proqram nə dərəcədə 
öyrənilibsə, səhnə  həyəcanının kəskinliyi, gücü də bir o 
qədər də az olur.   
Daha bir mühüm məqam: ifaçı  bilməlidir ki, 
səhnədə ifa zamanı ayrı-ayrı səhvlərə yol verilərsə, diqqəti 
həmin səhvlərin üzərində  cəmləmək, ifa zamanı  həmin 
səhvlər barədə düşünmək olmaz, çünki bununla həmin 
səhvləri düzəltmək mümkün deyil. Həmçinin, səhnədə ifa 
zamanı yol verilən səhvlər barədə düşüncələr və 
mütəəssirlik ifaçıların diqqətini  dağıdır, onlar özünü 
itirirlər. Bu isə yeni səhvlərə  gətirib çıxarır.  Belə 
situasiyada  ən  əsas məqam ondan ibarətdir ki, ifaçılar 
buraxılan səhv barədə düşünməməli, diqqətlərini yalnız və 
yalnız ifa edilən  əsər üzərində  cəmləməlidir. Atalar 
demişkən, keçənə güzəşt deyərlər.  İfa zamanı,  ələlxüsus, 
açıq ifa – konsertdə  çıxış zamanı  ifaçı özünün və ya 
tərəfdaşının yol verdiyi səhv üçün özünü (və  tərəfdaşını 
həmçinin!) bağışlamağı bacarmalı, həmin səhvi 
“unutmalı” və fikrini əsərin sonrakı hissəsinin düzgün 
ifası üzərində cəmləməlidir.  


104 
Səhnə  vərdişləri  musiqiçinin açıq çıxışa ifa və 
psixoloji hazırlığı zamanı, həmçinin, konsert təcrübəsi 
zamanı formalaşır və təkmilləişir.   
Qeyd edilməlidir ki, müntəzəm konsert çıxışları 
ifaçılarda səhnə xofunu, səhnə qorxusunu azaldır, onlarda 
iradənin güclənməsinə, “estrada əhvalı”, “səhnə ruhu”, 
“səhnə abu-havası” adlanan emosional vəziyyətin 
tərbiyələndirilməsinə olduqca çox kömək edir.  Hər bir 
ifaçı mümkün qədər tez-tez açıq konsertlərdə çıxış etməyə 
can atmalıdır – bu çıxışlar musiqiçilərdə ifaçılıq 
fəaliyyətində yeni nəaliyyətlər qazanmaq üçün lazım olan 
ifa və psixoloji xüsusiyyətlərin formalaşmasına kömək edə 
bilər. 
Bütün tədqiqatçılar eyni fikirdədir ki, səhnə 
həyəcanına qalib gəlmək mümkündür, lakin bunun üçün 
özünü bilmək, tanımaq, dərk etmək,  müxtəlif özünətəsir 
üsul və vasitələrini sınamaq, yoxlamaq   bunlardan 
hansının nə vaxt və hansı şəraitdə kömək edəcəyi barədə 
anlayışa sahib olmaq lazımdır.   
Səhnə həyəcanını azaltmaq üçün müəllimin tələbə ilə 
konsertqabağı ünsiyyət prosesi olduqca vacibdir. Belə ki, 
müəllim tələbəni ruhlandırmalı, ona mənəvi dayaq 
olmalıdır. Müəllim tələbəni inandırmalıdır ki, 
müvəffəqiyyətli çıxış üçün onun kifayət qədər qüvvə  və 
bacarığı  var.  
Eyni zamanda qeyd edilməlidir ki, buna bənzər, 
lakin bir qədər fərqli ünsiyyət,  tələbədə öz qüvvə  və 
bacarığına inam aşılanması  təkcə konsert çıxışı 
ərəfəsində deyil, təlimin  əvvəlindən, demək olar ki, hər 
dərsdə yer almalıdır. Tələbəyə  birmənalı olaraq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə