Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

9

Əsgər bəy: Hacı, di pul hazır elə! 



Hacı Qara: Ha vaxt gedirsiniz? 

Əsgər bəy: Bu axşam gərək yola düşək! 

Hacı Qara: Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşam çağı gəlin bizim evə. Mən də 

atımı, əsbabımı tədarük edim, yola düşək. 



Bəylər: (ayağa durub) Xudahafiz, Hacı! (Gedirlər.

Hacı Qara: (dallarınca)Xoş gəldiniz, axşam vaxtı qayıdın! 

Bəylər: Xatircəm ol. (Uzaqlaşırlar.

Hacı Qara: A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan! 

Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdagərlik eliyirsən, 

qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu qızılbaş, rus malı bəs niyə satılmır? 

Xeyir, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum gedim evə, 

tədarükümü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dər-dəcər ollam. (Dükanı 

yığışdırıb bağlayıb gedir.

 

Bu vaxt məclisin vəzi dəyişilib Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara, əlində açar, 



sandığın ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, 

sonra gedir tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı 

Tükəz yetişir. 

 

Tükəz: A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən? 



Hacı Qara: Səfərim var, yola çıxacağam! 

Tükəz: De görüm, hara gedəcəksən? 

Hacı Qara: Sənə deməli deyil! 

Tükəz: Necə, deməli deyil? Quldurluğa ki getmirsən, məndən gizlirsən. 

Hacı Qara: Elə bir elə zaddır! 

Tükəz: Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına malını sat! 

(Yaraqları yığışdırır.



Hacı Qara: Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın 

çarəsin görüm? 



Tükəz: A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan? 

Hacı Qara: Dəxi nə gələcəkdir. Evim yıxılıb-gedib. Düz yüz manat indiyədək zərərim var. 

Boğazıma çörək getmir! 



Tükəz: Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan 

kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin 

pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən? 

Hacı Qara: Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd, nəsihət 

vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng, tapançanı dartıb alır.



Tükəz: Yəni, sən bu yaraqları qurşanıb onlar ilə adam qorxudacaqsan? Bu tüfəng, tapançanın 

iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına! 

(İki əlli başına qarıyır.

Hacı Qara: Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil buradan! 

Tükəz: Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən? 

Hacı Qara: Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istəyirsən məndən? 

Tükəz: Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram 

edəm. Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl 

cavanları qara torpaq altına yollayır! 

Hacı Qara: Yer üzündə qalan murdarların biri sən özünsən ki, tövqi-lənət olub keçibsən 

mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər 

yetirməmişəm! Mən niyə murdar oluram? 



 

10

Tükəz: Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz 

malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın 

doyunca çörək yeyər. 



Hacı Qara: Arvad-uşaq zəhirmar yesin! 

Tükəz: Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da qıyıb bizə verməzdin! (Bu halda 

bəylər çığırır.

Bəylər: Hacı! Hacı! 

Hacı Qara: Arvad, çəkil get, adamlar gəlir! (Tükəz tez uzaqlaşıb qapının dalısından qulaq 

asır.

Bəylər: (geyinmiş içəri girirlər) – Səlam-əleyk, Hacı! 

Hacı Qara: Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin! 

Əsgər bəy: Hacı, hazırsanmı? 

Hacı Qara: Bəli, başına dönüm, hazıram. Pulları da budur, ayırmışam; amma Hacı ağrını 

alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə 

tapşırram, gətirərsiniz! 

Əsgər bəy: Elə niyə, Hacı? Burda tapşıranda nə olar? 

Hacı Qara: O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur. 

Əsgər bəy: Eybi yoxdur, olsun. Di dur gedək! 

Hacı Qara: Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə. 

Əsgər bəy: Neçə at götürürsən, Hacı! 

Hacı Qara: Üç at, ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yuklərik, nökər 

başın çəkər. Siz neçə at göturürsünüz? 



Əsgər bəy: Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab 

sənindir, Hacı? 



Hacı Qara: Bəli! 

Əsgər bəy: Çox yaxşı. Di bəs geyin! 

Heydər bəy: Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq. 

Səfər bəy: Vallah, mənim Hacıya bu gümanım yox idi. 

Hacı Qara: Adam iş vaxtında tanınar, qadan alım! Siz məni elə arşın ölçən bilib saya 

salmırsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir 

para qaçaqçılara ki, hər yoldan yetənlərə mallarını verib boş qayıdırlar. 

Səfər bəy: Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki, 

adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt 

piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən. Deyirsən ki, fəqir yoldan ötəndir. 

Elə ki, qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç 

macal olmur; soyurlar, hər nəyin var alırlar. 

Hacı Qara: Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi 

gərək adam özünə yavuq qoymasın. İstər hər libasda olsa da. Bircə mənə rast gələlər, görələr 

onların başına nə gətirrəm! Hamısına tövbələtmə verrəm ki, dəxi heç qaçaqçının qabağın 

kəsməsinlər! 



Səfər bəy: Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya! 

 

Bu halda Kərəməli—Hacının nökəri və oğlu Bədəl içəri girirlər. 

 

Kərəməli: Ağa, atlar hazırdır, hara gedəcəksən? 

Hacı Qara: Təbrizə! 

Kərəməli: Təbrizə məni də istəyirsən aparasan? 

Hacı Qara: Bəli! 

Kərəməli: Nədən ötrü gedirsən, ağa? 

Hacı Qara: Sənin nə vecinə? 



Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə