Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

19

pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. İndi xeyrini gördünmü? Gedib gətirən 



kimi Qarbağ bazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. 

Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xarc çəkib el adətincə toy 

edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, 

ya indiyədək gərək atan evində qalaydın. 



Sona xanım: Bəs deyirlər ki, axır qadağandır, gedib gələnlərə tənbih edirlər. 

Heydər bəy: Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim 

yavuq gələ bilər! 



Sona xanım: Bəs sənin qabağına heç çıxan olmadı? 

Heydər bəy: Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. 

Sona xanım: Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razı 

deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. 

Vallah bu işi də fikir edəndə ürəyim əsir! 

Heydər bəy: A qız, nə var ki, ürəyin əsir? (Sona xanımın boynunu qucaqlayıb üzündən öpür.

A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım? 



Sona xanım: (başlayır ağlamağa) Əl çək, bu işdən də əl çək! Mən atam evindən gətirdiyim 

cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil! 



Heydər bəy: Bəs qoy, bir-iki dəfə də gedim, yoldaşlarımın borcun verim, sonra deyərsən dəxi 

getmənəm. 



Sona xanım: (ağlaya-ağlaya) Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy 

yoldaşların gözləsinlər! 



Heydər bəy: Axır şərtimiz belə idi. Getməsəm, pullarını istəyirlər, gözləməzlər. 

Sona xanım: Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, onları sakit edər. 

Heydər bəy: Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən? 

Sona xanım: Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günü 

qara olam. 



Heydər bəy: Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz! 

Sona xanım: Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm ki, səni 

əlimdən alacaqlar. 

 

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girir. 

 

Tükəz: A başına dönüm, mənim ərimi neylədiniz, mənim ərimin başına nə iş gəldi? Siz 

hamınız gəlibsiniz. Onun nə özü var, nə nökəri var! 

Heydər bəy: Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır? 

Tükəz: Xeyir. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub aparıb avara saldınız! Yoxsa 

ölümə verdiniz? 



Heydər bəy: Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir 

eləmə! 


Tükəz: Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən 

istəyirəm! Gərək mənim ərimi necə ki, aparıbsınız, elə də mənə tapşırasınız! 



Heydər bəy: Bizə məhsil vaqe oldun? Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovluyub 

aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi hər yerdə muğayat 

olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, 

başımı ağrıtma! 



Tükəz: Gedirəm murova, naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz! 

 

Bu halda qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçığı çevirirlər. 

 

Murov: Naçalnikin buyuruğudur ki, heç kəs yerindən tərpənməsin. 



 

20

Heydər bəy: (qabağa çıxıb) Murov, naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli 

yoxdur ki, ondan qaça. 

Murov: Təqsirli var, ya yoxdur, ancaq naçalnik Heydər bəyi görmək istəyir. 

Heydər bəy: Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun! 

Naçalnik: (irəli yeriyir) Heydər bəy, sən mənim nəsihətimi eşitməyib genə yaman işə 

qoşuldun? İndi gərək mənim ilə qalaya gedəsən! 

 

Sona xanım başlayır titrəməyə, ağlamağa. 

 

Heydər bəy: Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən 

sənin sözündən çıxmışam, mənim yerim Sibirdir. 

Naçalnik: Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub 

ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna 

götür, yoldaşlarını nişan ver. 

Heydər bəy: Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı 

soymamışam. Əgər bir kəs məmim üzümə durub bu sözü desə, mən qanımı sənə halal 

eylədim. 

Naçalnik: Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır! 

 

Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir. 

 

Naçalnik: Ohan yüzbaşı, bu idimi sizə rast gələn? 

Heydər bəy: Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin! 

Ohan: Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq 

edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın, bu 

kağızları bir oxuyun, görün! (Kağızları göstərir.

Naçalnik: Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə! 

Ohan: Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun!  

 

Şəhadətnaməsini cibindən çıxarıb uzadır naçalnikə. 

 

Naçalnik: Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın! 



Heydər bəy: Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz 

həsəbləri üçün şəhadətnamə qayırarlar. 



Ohan: Bu sözü naçalnik hüzurunda deməyib bir başqa yerdə mənə desəydin, bu tüfəng ilə 

sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəvəcceh olub) Başına 

dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istəyir 

batırsın. Haqq elə, mən bədbəxt olmuyum. 



Naçalnik: Bu saatda buyuraram sənə əlli çubuq vurarlar. Bəyliyi lap unudarsan, əgər sualıma 

cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn? 



Ohan: Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi 

yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin 

dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar. 

Heydər bəy: Naçalnik, tamam danışdığı sözlər böhtandır! 

Naçalnik: Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək 

müşgüldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyliyib soyurmuş. İndi aşkara yalan 

deyir ki, guya ermənilər onu soymaq istirlərmiş. 

Heydər bəy: Mən bilmirəm ki, o kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların 

tanıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki

həqiqətini ərz eylərəm! 



 

21

Naçalnik: Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! (Xəlil yüzbaşı gedib Hacı Qaranı 



hüzura gətirir.

Naçalnik: De görüm, bu kimdir, necə adamdır? 

Heydər bəy: Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adam soyan deyil, 

ermənilər xilaf ərz ediblər. 



Naçalnik: Xəlil yüzbaşı, erməniləri gətir. 

 

Xəlil yüzbaşı tuğluları gətirir. 

 

Naçalnik: Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir elə: bu 

ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bunlar onu soymaq istəyirlərmiş! 



Heydər bəy: Belə deyil, bu kişi də yalan danışır. 

Naçalnik: (acıqlanmış) Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız! 

Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam! 



Heydər bəy: İxtiyar sənindir. 

 

Sona xanım başlayır titrəməyə. 

 

Naçalnik: (Hacı Qaraya) A kişi, sən axır nə səbəbə bu erməniləri əyləmişdin? 

Hacı Qara: Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam, heç vaxt yol kəsmək 

mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm. 



Naçalnik: Padşaha sən nə qulluq etmisən, a kişi? 

Hacı Qara: Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm. 

Naçalnik: Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə nail imişsən! 

Hacı Qara: Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi, 

nəinki... 



Naçalnik: Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları da gərək verib qızıl 

medal qayıtdıraq, genə özünüzə dağıdaq. Cəfəngiyyat danışma! De görüm, erməniləri niyə 

əyləmişdin?! 

Hacı Qara: Başına dönüm, onlar məni əyləmişdilər. 

Mkrtıç: Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istəyirdi! 

 

Bu halda Cavanşir murovun yasavulu yetişib. 

 

Yasavul: (naçalnikə) Ağa, murovunuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, 

özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı 

yazı ilə bildirəcək. 

Murov: Yəqin ki, genə tatardırlar. 

Yasavul: Bəli. 

Naçalnik: Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər? 

Ohan: Başına dönüm, quldur həmişə tatardan olar. Bizlərdən heç vaxt quldur olmaz! 

Naçalnik: Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötru ki, cürət edə bilmirsiniz və 

bacarmırsınız! 



Yasavul: Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir. 

 

Hacı Qaranın rəngi qaçır. 

 

Naçalnik: Hardadır? Hüzura gətir! 

 

Yasavul gedir 




 

22

 



Heydər bəy: Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm? 

Ohan: Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar. 

Naçalnik: Həqiqət olunar. 

 

Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi «vay» edib özündən 



gedir. 

 

Naçalnik: (təəccüblə) Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək! 

 

Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, Hacı Qara gözün açır. 

 

Naçalnik: A kişi, sənə nə gəldi özündən getdin? 

 

Hacı Qaranın dili tutulur. 

 

Naçalnik: A gədə, doğrusunu de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi? 



Kərəməli: Bilmirəm, başına dönüm. 

Naçalnik: Sən kim ilə, haçan qaçaq mala getmişdin? 

Kərəməli: Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim. 

Naçalnik: Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən? 

Kərəməli: Mənim o yükdən heç xəbərim yoxdur. 

Naçalnik: Bəs o mal kimindir? 

Kərəməli: Bilmirəm. 

Naçalnik: Bəs sən at üstündə deyildin? 

Kərəməli: Bəli. 

Naçalnik: Bəs yükü atın üstünə kim qoyubdur? 

Kərəməli: Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur. 

Naçalnik: Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma o qaçaq 

mal alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram. 



Heydər bəy: Naçalnik, bir ərzim var. 

Naçalnik: De görüm. 

Heydər bəy: Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu 

kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün 

bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının 

qorxusundan yolda əyləmiş imiş. 



Naçalnik: (Heydər bəyə) Mətləb məlum oldu. Bəs yoldaşların kim idi? 

Heydər bəy: Əsgər bəy, Səfər bəy. 

Naçalnik: (murova) Onları çağır, gətir! 

Murov: Bu saatda! (Murov bir yasavul göndərir.

Naçalnik: (Heydər bəyə) Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır? 

Heydər bəy: Ohan həqiqətdə yalan danışdı. Ondan ötrü ki, hamı bir yerdə altı adam idik, 

qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bunlara rast gəlib qorxudub qovduq, çıxıb 

getdik. Sənin başın üçün. Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! (Bu 

halda yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.

Naçalnik: Heydər bəy, yoldaşların bulardımı? 

Heydər bəy: Bəli, bulardır! 

Naçalnik: Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün 

başbortsuz sərhəddən o taya keçib, qaçaq mal keçirib, murov göndərən qarovulların üstünə 

qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saat sizi dustaq edib qalaya aparam. 



 

23

Heydər bəy: İxtiyar sənindir, naçalnik! 



Sona xanım: (yeriyib naçalnikin ətəyindən tutur) Qurbanın olum, məni öldür, onu aparma! 

Məni bisahib qoyma! 



Naçalnik: Heydər bəy, bu kimdir? 

Heydər bəy: Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə 

bais budur! 



Naçalnik: Necə məgər? 

Heydər bəy: Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini 

çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, 

bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim. 

Sona xanım: Başına dönüm, padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu 

işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, 

bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam. 

Heydər bəy: Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın 

düşmənlərinin qabağında yuyam. 



Naçalnik: (murova) Vallah yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən 

bu işi yuxarı bildirənədək bunları zaminə vermək olarmı? 



Murov: Olar. 

Əsgər bəy: Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq! 

Naçalnik: (murova) Bunları zaminə ver, ta yuxarıdan cavab gəlincə. 

Murov: Baş üstə! 

 

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, naçalnikin ayağına düşüb 

 

Tükəz: Başına dönüm, mənim ərimi mənə ver! 

Naçalnik: (Hacı Qaraya) Kişi, dəxi qaçaq mala getməzsən ki? 

Hacı Qara: Tövbə olsun, naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni 

bu əməldən qaytardın! 



Naçalnik: (murova) Bunu da zaminə ver. 

Hacı Qara: Başına dönüm, bəs malım necə olsun? 

Naçalnik: O barədə səbr elə. 

Hacı Qara: Qurbanın olum, malım yetişməsə ölləm! 

Naçalnik: Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərin və tuğluları da burax getsinlər. 

(Bəylərə) Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllərlə özünüzü bədnam edib 

ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək 

dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan—allahın əmrindən çıxan kimidir. 

Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər; padşahın əmrindən çıxana bu dünyada; 

allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayi-

dövlətin rəhmi çoxdur; olur ki, sizin bu təqsirinizi bağışlanlar. Amma bundan sonra gərəkdir 

niyyəti-xalis ilə dövlətə sədaqətəndiş olub, hər bir xüsusda yaman xəyalları başınızdan 

çıxardasınız! 

Bəylər: Can-baş ilə nəshətini qəbul edirik, naçalnik! 

Naçalnik: (Sona xanımın əlindən tutur) Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi 

səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın! Ta yuxarıdan cavab 

gəlincə. 

Sona xanım: Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə 

qoymanam. 



Naçalnik: Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz! 

(İstiyir getsin.



Hacı Qara: Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım 


 

24

abbasımı çıxardıblar, buyur versinlər! 



Naçalnik: (murova) Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə 

əməlləri tərk ola! 



Hacı Qara: Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, 

sənin bu şəfəqqətini unutmayacağam! 

 

Naçalnik uzaqlaşır, dalısınca da adamlar. 

 

Pərdə salınır. 



 

TAMAM OLDU 

 

______

  

Mənbə: AZERİ.org, 2005 



Kitabı skanerdən keçirdi: Şaiq Səfərov 

Yoxladı və veb üçün hazırladı: Aynurə Hüseynova 



 

Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə