Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

7

Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap 



boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb 

doldurmuşam. (Qəlyanı verib əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına.) Hacı 

qadanızı alsın, hər nə qədər istəyirsiniz, seçin. Getdiyim kəbəyi-beytüllah haqqı, Qurana and 

olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam 

Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə 

qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, bunların birin də 

dükanda görməzsiniz. Alın, aparın! 

Əsgər bəy: Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma! 

Hacı Qara: (Təəccüb və məlal ilə) Necə nəyinizə gərəkdir? Bəs sövda eləməyəcəksiniz? 

Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi? 



Əsgər bəy: Xeyir, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var. 

Hacı Qara: Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövda edərəm. Bəşərti ki, xalis inək 

yağı ola. 



Heydər bəy: A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı

 

var və nə qoyun yağı.



 

Qulaq as, 

görək Əsgər bəy nə deyir. 

Hacı Qara: (qaşqabaq ilə) Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt 

gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz! 



Əsgər bəy: Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı, biz səni deyib 

gəlmişik! 



Hacı Qara: Vallah, indi macalım yoxdur. Sonra danışarıq. Hələ zəhmət çəkin, gedin! 

Heydər bəy: A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan! 

Hacı Qara: A başına dönüm, mən ki qovmuram. Təvəqqə edirəm. Axı kasıb adamam, siz 

mənim zərərimə razı gərək olmayasınız! İndiyədək siz gəlməsəydiniz, beş-on top çit, qədək 

satmışdım. 

Heydər bəy: Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan fayda yoxdur! 

Əsgər bəy: Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver çəkək, bu saatda 

gedərik. 



Hacı Qara: Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, silkələdim, 

doldurdum. Xoş gəldiniz! 



Əsgər bəy: Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə vermək ilə dövlət 

olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır, üç top çit, qədək satmıyıbsan, dərya zərərin 

vardır. Biz gəlmişik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin 

işləmədi, xudahafiz! 

 

Ayağa durub çevrilirlər getməyə. 

 

Hacı Qara: Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat? 



Əsgər bəy: Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun. 

Hacı Qara: A kişi, nə vaxt mən sizi qovdum? Oturun, oturun aşağı, allahı sevirsiniz, 

cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcəksiniz, yoxsa yüz 

tümən zərərə düşsəydim də, sizə heç deməzdim. Məndən bir kimsənə güldən ağır söz eşitdiyi 

yoxdur! 


Əsgər bəy: İndi ki belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir. 

 

Hamısı təzədən otururlar. 

 

Hacı Qara: Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu 

xeyiri yetirən kimdir? 



Əsgər bəy: Bu xeyri yetirən Heydər bəydir. (İşarə edir Heydər bəyə.


 

8

Hacı Qara: Hardan yetirəcək? Vay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu? 

Ağrın mənə gəlsin! 

Heydər bəy: Tənbəki yoxdur, nədən dolduracaqsan? 

Hacı Qara: Torbada var. Sən təki qəlyan çək! (Tez əlin uzadıb torbadan tənbəki çıxarıb, 

qəlyanı doldurub Heydər bəyə təvazö edir, üzün çevirir Əsgər bəyə.) Di söylə görüm, necə 

yetirəcək? 



Əsgər bəy: Hacı bu qədər mal ki, bura tökübsən, heç bir qazanc bundan varmı? 

Hacı Qara: Nə bilim, varmı, yoxmu, sözünü de! 

Əsgər bəy: Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi? 

Hacı Qara: Bəli, deyirlər ki, qoçaq adamdır! 

Əsgər bəy: Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salar! 

Hacı Qara: Bu zəmanədə çox qoçaqlıqdan isə, ağrın alım, adamın cibi pul ilə dolu olsa 

yaxşıdır. 



Əsgər bəy: Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi firəng malı 

görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit burda altı şahıya satılır. 

Girvənkəsi bir manata alınan çay burda manat yarıma göydə gedir, heç bilirsənmi bunun 

səbəbi nədir? 



Hacı Qara: Xeyir, bilmirəm! 

Əsgər bəy: Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrükxana qaravullarının 

və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir. 



Hacı Qara: Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? 

Əsgər bəy: Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim 

yanımızda ola, qaravul bizə nə eyliyə bilər! 



Hacı Qara: Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar olmasa, vallah, ayda iki yol 

Təbrizə gedib qayıdaram! Qaravul, yasavul mənə nə eliyəcək? Mən allahın lütfü ilə yalqız 

oların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır. Oların qılınc-

tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. Doğrusu, 

kazaklardan çox xəta var! 

Əsgər bəy: Eh, biz əlli yolun bilirik, kazakları alladıb elə yerdən keçərik ki, izimizi-tozumuzu 

görməzlər. 



Hacı Qara: Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? 

Əsgər bəy: Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qazanacaqsan? Dur, 

çoxlu pul götür, bizə də ver, özün də saxla, gedək. Bizim alış-verişdən başımız çıxmaz. 

Təbrizdə sən bizə də, özünə də xirid ələ. Biz də səni sağ-salamat malın ilə gətirək bura 

çıxardaq. On beş günə yüz qızıla əlli qızıl qazanc olur. Bizə verdiyin pulun qazancın bizə ver, 

öz pulunun qazancın özün götür. 

Hacı Qara: Yaxşı, sizə verdiyim pulun faydası necə olsun? 

Əsgər bəy: Axı, faydasının əvəzinə biz də sənə yaxşılıq edirik; səni quldurdan ötürürük, 

qazanc yetiririk, dəxi artıq nə istəyirsən? On beş günə bizdən puluna fadla istəmək sənə ayıb 

deyilmi? Bizsiz ki, sən nə gedə bilərsən, nə mal gətirə bilərsən! 

Hacı Qara: Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm. Heç kəs də məndən bir çöp ala 

bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava eləmişəm. 



Əsgər bəy: A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib gələ bilməzsən! Biz ki, sənin 

rəşidliyini danmırıq. 



Hacı Qara: Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər pulumun faydasın 

çıxarsanız, sözünüzə qulaq asaram. 



Əsgər bəy: Adama yüz qızıl versən, on beş günə nə qədər fayda istəyəçəksən? 

Hacı Qara: Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız sizin olsun. 

Əsgər bəy: (Heydər bəyə, Səfər bəyə üzün çevirib) Yoldaşlar, nə deyirsiniz, razısınızmı? 

Heydər bəy və Səfər bəy: Dəxi nə eyliyək, razıyıq! 


Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə