Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

17

Mkrtıç: Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən? 



Hacı Qara: Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub) A gədə, Kərəməli, mən buları 

əyləmişəm, tez qaç qurtar! 



Kərəməli: Ay ağa, geri qaçım, ya irəli? 

Hacı Qara: Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə 

qaç, qurtar, tez! 



Kərəməli: Yəni yük ilə qaç demirsənmi? 

Hacı Qara: Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən? 

Kərəməli: Mən özüm də belə bilirəm. (Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel 

istəyir ayağa dursun.

Hacı Qara: (qaim sövt ilə) Ay, tərpənmə, yoxsa vurdum!  

 

Arakel genə yerə enir. Bu əsnada murov, üstüncə bir dəstə adam yetişir. 

 

Xəlil yüzbaşı: (murova) Ay ağa, burdadırlar, tapmışam, gəlin! 

Mkrtıç: Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın! 

Arakel: (ayağa durmuş) Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nicat verin! 

Hacı Qara: Gözünüzə dönüm, hər kimsiniz gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. 

Buların qolun bağlıyın, eliyin, mən çıxım gedim. 

 

Bu halda murov adamları ilə bulara tərəf çevrilir. 

 

Murov: Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca 

gəlmişəm! Xəlil yüzbaşı, qoyma! 

Xəlil yüzbaşı: (irəli yeriyib ermənilərə) Ey, vallah tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı 

salın! 


Mkrtıç: Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir. 

 

Hacı Qaraya işarə edir. Xəlil yüzbaşı onun tərəfinə çevrilir

 

Xəlil yüzbaşı: A kişi, tərpənmə, yarağını sal! 

Hacı Qara: A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni 

qabaqlayıb eyliyiblər, istəyirdilər soyalar, çalışıb özümü soydurmamışam. 



Murov: Xəlil yüzbaşı, buyur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum 

olar! 


Mkrtıç və Arakel: Ay ağa, vallah bizim yarağımız yoxdur! İstəyirsən, yaxın gəlin, baxın. 

Xəlil yüzbaşı: (Hacı Qaraya) A kişi, sən yarağını sal, murov buyurur! 

Hacı Qara: A başına dönüm, murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və 

malım murova peşkəşdir. Amma bunlar yalan deyirlər, yaraqları gizliyib. (Yaraq-əsbabın yerə 



salır, sonra murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya

Murov: A kişi, mən səni üç kecədir, axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların! (Xəlil 

yüzbaşı Hacı Qaranın qolların bağlayıb.

Hacı Qara: A başına dönüm, mənim təqsirim nədir? 

Murov: Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram! 

Hacı Qara: Ağa, məni niyə dar ağacından asdırırsan? Mən quldur deyiləm, yol kəsən 

deyiləm. Quldur, yol kəsən dar ağacından asılar. 



Murov: Necə quldur deyilsən? Bəs sən Əylis ermənilərini soyub ipəklərini aparanların 

yoldaşı deyilsən? 



Hacı Qara: Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdagərlikdir. Adam 

soymaq bacarmanam. 




 

18

Murov: Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayrırsan? Düz adam burda gəzməz. Ay 

uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir. (Üzün çevirir ermənilərə) A kişi, siz 

kimsiniz? 



Mkrtıç: A qurbanın olum, biz tuğlu fağır biçinçiyik, əkindən evimizə qayıtdığımız yerdə bu 

kişi bizi əyliyib, qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik. 



Murov: (Hacı Qaraya) A kişi, buları sən burda saxlamışdın? 

Hacı Qara: Mən buları saxlamışdım? Yalan isə allah buların evin yıxsın! A başına dönüm, 

bular mənim yolumu kəsib məni soymaq istəyirdilər. 



Mkrtıç: Ağa, yalan deyir, o bizi soymaq istəyirdi! 

Hacı Qara: Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin 

yasavullarınızdırlar. İndi öz sözlərini gizlirlər. 



Mkrtıç: Ay ağa, vallah bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra 

özümüzə tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var 

idi qaçdı. 

Murov: Xəlil yüzbaşı, di gəl qan ki, bunların hansı doğru deyir. Şeytan da bunların sözündən 

baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah 

naçalnikə göstərrik, silist olunar. Hər necə buyursa, əməl edərik. 

 

Xəlil yüzbaşı hamısını dustaq edir. 

 

Hacı Qara: (başlayır ağlamağa) Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana 

çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, 

yenə silistə düşdüm! Cibindən birəyədək başlayacaqlar soruşmağa. Di gəl boş-boş suallara 

cavab ver! Gözlə ki, axırı nə olacaq! 



Ermənilərdən birisi: A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə 

müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaraçağıq! Urusun silisti beş ilə 

qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. Ax-ax! 

Xəlil: A kişi, az danışın, yeriyin! 

 

Hamı gedirlər, gözdən itirlər. 



 

Pərdə salınır. 

 

BEŞİNCİ MƏCLİS 

 

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib 

gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar. 

 

Heydər bəy: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaq-

qabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin 

şükrünü yerinə yetirə bilmənəm. 



Sona xanım: Heydər bəy, səni allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə 

getməyəsən! Vallah, dəxi mənim ayrılığa tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir 

iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra 

səni bir gün görməsəm, öləcəyəm! 



Heydər bəy: Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə 

dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane 

olmazsan. Bir artıq iş deyil. 

Sona xanım: De görüm, necə işdir? 

Heydər bəy: Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan 



Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə