Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

13

Sərkis: (qayıdıb) Yüzbaşı, evinə od düşsün, qaçaqlar gəlirlər! Amma qabaqlarınca bir uca 

boylu, qıvraq geyinmiş yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır. 

Ohan: Doğru deyirsən? 

Sərkis: Allah bilir ki, doğru deyirəm! 

Ohan: De ki, sən öləsən! 

Sərkis: Sən öləsən, sənin başın üçün! 

Ohan: Üstündə doğrudan tüfəng və tapança gördün? 

Sərkis: Vallah gördüm! 

Ohan: Necə idilər? 

Sərkis: Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz. 

Ohan: Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap 

üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvəqt olaq. 



 

Adamları geri durğuzur, bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər. 

 

Heydər bəy: (əlində tüfəng irəli yeriyir) Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan! 



Ohan: Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəkli danışırsan? 

Heydər bəy: Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə, 

kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (tüfəngi qalxızır.) A gedə, 

Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə bunları qırmırsınız? Vursanız buları yıxılalar! 

Ohan: (yoldaşlarilə yoldan yan durub) Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan 

eləməyə, gümanam, çox örgənibsiniz, amma, balam, biz qırılası adamlar deyilik. 



Heydər bəy: Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmıyasınız? Al gəldi! (Tüfəngi 

uzadır.

Ohan: A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq 

qan yiyəsi olma, bizim sizlə işimiz yoxdur! 



Heydər bəy: Olmaz qırışmal, o öyünməyə səni öldürməmiş qoymuyacağam! 

Ohan: A canım, mən ki, qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik; mən 

dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz? 



Heydər bəy: Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur 

soruşursan? Silistçisən? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!! 



Ohan: Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! 

Bunlardan qan iysi gəlir! 



Sərkis: A yüzbaşı, bəs murova nə deyək? 

Ohan: Olan, nə deyəcəyik? Görünür bular quldurdular. Qaçaqçı belə olar? Qaçaqçı yarım 

ağaclıqda qaraltı görəndə, malın tökür qaçır, bular ha bizi də soymaq, qırmaq istəyirlər. 

Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! (Qayıdırlar.

Sərkis: A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək? 

Ohan: Deyərik ki, heç qaçaqçıya rast gəlmədik! 

Sərkis: Bəs deyəkmi quldura rast gəldik? 

Ohan: Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın da görmədim. 

Karapet: Xeyir, yüzbaşı, deyərik, quldura rast gəldik, çox idilər, girişə bilmədik. 

Ohan: Yaxşı, onu sonra fikir edərik, hələ gəl! 

Sərkis: Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür.

Heydər bəy: Erməni, genə geri dönürsən? Vallah sizin əcəliniz yetib, mən sizi qırmasam, siz 

burdan itməzsiniz! (Ermənilərin üstə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə 



başından düşür.

Ohan: (diltəng) A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama! 

Sərkis: Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim göturüm. 

Ohan: (darıxmış) A gədə, qoy gəl, qoy qalsın! 


 

14

 



Sərkis tez dönür, hamı gedirlər. 

 

Heydər bəy: (dallarınca) Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, 

xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! 

Özünüz bilin! 



Ohan: (uzaqdan) Olan nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var 

xəbər verək. Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi 

murov göndərib, görək siz nə deyərsiniz. Biz Hadrutluyuq. Gəlmişdik şahsevənlərdən camış 

almağa, sövdamız baş tutmadı, qayıdıb gedirik. 



Heydər bəy: Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb.) Tez, tez gedin! 

 

Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdən itirlər. Bundan sonra. 

 

Hacı Qara: (irəli yeriyib yoldaşlarına) A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların 

bağlayıb bu qamışlara salmadınız? 



Heydər bəy: Nədən ötrü, Hacı? 

Hacı Qara: Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər. 

Heydər bəy: Camış alanın nəyinə lazımdır gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə? 

Hacı Qara: Sən bilmirsən, şəksiz bular camış alan deyillər! Onların sözünə necə inanmaq 

olar? Eşitmədin, Səfər bəy deyirdi ki, bunların yüz hiyləsi olur. 



Heydər bəy: Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin. 

Hacı Qara: Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə 

tənbih oluna ki, qaçaqçının qabağına çıxmıyalar. Hər qabağa gələni adam sağ-salamat 

buraxsa, dəxi bunların əlindən qaçağa gedib gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə 

qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, 

yoxsa bulara zərbi-dəstimi göstərib bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim! 

Əsgər bəy: Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi. 

Hacı Qara: Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə 

Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm 

Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam. 

Heydər bəy: Hacı, oradan o yana yalqız gedə bilərsənmi? 

Hacı Qara: Oradan o yana dəxi ki, kazak yoxdur. 

Heydər bəy: Kazak yoxdur, amma murov yasavuluna tuş gələrsən, onda yaxşı olmaz. 

Hacı Qara: Mən özüm tarıdan istəyirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir 

qisas alam! 



Heydər bəy: Barakallah, Hacı, maşallah, çox qoçaq imişsən! 

Hacı Qara: Bir-iki yasavul mənə rast düşsün, onların başına bir iş gətirim ki, qiyamətədək 

dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar! Ta bu 

yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz! 

Heydər bəy: Əcəb olar, Hacı biz də hünərini eşidərik. 

 

Başlayırlar getməyə, bir az gedib gözdən itirlər. 

 

Pərdə salınır. 



 

DÖRDÜNCÜ MƏCLİS 

 

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, biri 

eşşək üstə gəlirlər. 


Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə