Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə29/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   25   26   27   28   29   30   31   32   ...   108

 
90
Əgər kalsiumun konsentrasiyasını 1-10 mkq/ml-ə çat-
dırmaq üçün məhlulu durulaşdırmaq lazım gələrsə, onda 1,0%-
li sulfat turşusu və 1,0%-li lantan məhlulu  əlavə etmək 
məsləhət görülür. 
Kalsium üçün kalibrləyici qrafiki 50 ml – də 0, 2, 5, 8, 10 
mkq kalsiuma malik məhlula görə qurulur ki, bu məhlulda 
tərkibundə 1,0 % lantan və (həcmə görə) 5,0 % xlorid turşusu 
mövcud olur. 
İş  şəraiti: dalğa uzunluğu 4227 Å; yarıq – 1 mm, 13 Å, 
alov – hava – asetilen, işıq mənbəyi – elektrodsuz və ya açıq 
katodlu lampa.  
 
2.4.6. Alovsuz spektroskopiya 
 
Analiz ediləcək elementləri atomlaşdırmaq üçün alovun 
istifadə olunması bərk halda olan tədqiqat obyektlərinin məhlul 
şəklinə keçirilməsini tələb edir. Bu hal ayrı – ayrı materialların 
analiz olunması zamanı olduqca böyük mürəkkəblik yaradır və 
sınaq nümunələrinin hazırlanması müddətini xeyli artırır. 
Uzun illərdir ki, alovun köməyi olmadan atom buxarının 
alınmasına təşəbbüs göstərilmişdir, lakin təklif edilən variant-
ların hamısı alovla ionlaşdırma metodundan xeyli geri qal-
mışdır.  
Hələ 1959-cu ildə ilk dəfə olaraq rus alimi B.V.Lvov 
tərəfindən birləşmələrin atom halınadək termiki parçalanması 
üçün qrafitdən hazırlanan küvetdən istifadə edilməsi təklif 
olunmuşdur. Lakin atomlaşdırmanın elektroyumşaltma üsulu, 
ölçmə texnikası və ölçmə metodikasını xeyli mürəkkəbləşdirir. 
XX əsrin ortalarında, 1967-ci ildə küvet üsulunun müəllifi ilk 
olaraq alovsuz atom absorbsiyalı spektroskopiya üsulunun 
həssaslığını xeyli miqdarda yüksəltməyə  və bir çox analitik 
məsələləri həll etməyə imkan verən termiki parçalanmanın 
elektrokontakt metodunu tətbiq etmişdir.  


 
91
Hazırda alovsuz analiz metodlarının tətbiqi kifayət qədər 
geniş miqyasda təşəkkül tapmış  və xeyli inkişaf etmişdir. Bu 
məqsədlə yeni qurğu və aparatlar yaradılmışdır ki, onlar ilbəil 
yenilənir və müasirləşdirilir.  
Əksər optika firmaları alovsuz analiz üçün atom absorb-
siya spektrofotometrlərinə xüsusi komplekt ehtiyat hissələri 
istehsal etməyə başlamışdır.  
Analiz aparmaq üçün müəyyən miqdar sınaq nümunəsi 
elektrik cərəyanı ilə qızdırılan qrafit küvetə yerləşdirilir. Tem-
peraturun proqramlaşdırılması  məhsulu qurutmağa, parçala-
mağa və atomlaşmanı  həyata keçirməyə imkan verir. Mono-
xromatoqrafik işıq  şüası küvetdən keçirilir və  təyin edilən 
elementin atom udulması ölçülür. 
Qrafitdən hazırlanan universal küvet bütün bioloji mate-
riallar üçün yararlıdır. Yağlar küvetdə miqdarca itkisiz par-
çalanır və  hər hansı bir sulu məhlul kimi analiz olunurlar. 
Küvetlərin kiçik ölçüləri onu qısa vaxt ərzində  qızdırmağa, 
atomların yüksək sıxlığını almağa imkan verir ki, bu da yüksək 
həssaslığı və tam dəqiqliyi şərtləndirir. 
Yuxarıda qeyd olunduğu kimi, müasir zamanda yeni 
hesab edilən bu metod bitki və heyvani mənşəli  əksər qida 
məhsullarının mineral tərkibinin tədqiq edilməsində daha geniş 
miqyasda tətbiq olunmağa başlamışdır. 
  


 
92
III BÖLMƏ   
 
QİDA MƏHSULLARININ XROMATOQRAFİK  
ANALİZ  ÜSULLARI 
 
 
3.1. Xromatoqrafiya nəzəriyyəsinin əsasları  
və xromatoqrafiya növləri 
 
3.1.1. Xromatoqrafik ayrılma prinsipi 
 
 X r o m a t o q r a f i y a – dedikdə daha effektiv və 
universal fiziki-kimyəvi ayrılma və maddələrin mürəkkəb 
qarışıqlarının analizi metodlarından biri başa düşülür. O, 
müxtəlif tədqiqat sahələrində istifadə edilir və son zamanlar, 
qida məhsullarının tərkibinin və keyfiyyətinin öyrənilməsində 
böyük müvəffəqiyyətlə tətbiq olunur.  
Xromatoqrafik analiz metodları, çox mürəkkəb kimyəvi 
tərkibə malik qida məhsulları qiymətləndirilərkən  əvəzedil-
məzdir, belə ki, çətinliklə həyata keçirilən, bir sıra hallarda isə 
yüksək dəqiqlik və tezlik dərəcəsi ilə ayırmanın digər labo-
ratoriya metodları ilə mümkün olmayan analizin aparılmasına 
imkan verir. Məhz xromatoqrafik metodlar, qida məhsulları 
istehsalı texnologiyasının və  əmtəəşünaslığının bütün sahələ-
rində tədqiqatların qeyri-adi şəkildə genişləndirilməsinə imkan 
yaratdı: qida məhsullarının kimyəvi tərkibi öyrənilərkən, 
qidanın tam dəyərliliyi və saxlanılarkən dözümlülüyü haqqında 
proqnoz verilərkən aromatın və ətrin təyini zamanı, qida məh-
sullarına qatılan  əlavələr təyin edilərkən, qida məhsullarında 
zəhərli kimyəvi birləşmələrin qalıq miqdarı müəyyənləşdi-
rilərkən, müxtəlif qablaşdırıcı materiallar tədqiq olunarkən 
xromatoqrafik tədqiqat üsullarından geniş miqyasda istifadə 
olunur. 
Maddələrin mürəkkəb qarışıqlarının dinamik şəraitlərdə 
sorbsiya metodlarının köməyi ilə komponentlərə ayrılması 


 
93
prosesi   x r o m a t o q r a f i y a   adlandırılır. Qatışıq kom-
ponentlərinin seçilmiş  hər hansı bir sorbentdə müxtəlif cür 
sorbsiyaolunma xassəsindən istifadə edilmə ideyası xromatoq-
rafiya metodunun əsasını təşkil edir.  
Bir ayırma metodu kimi xromatoqrafiyanın kəşfi dahi rus 
alimi – botanik M.S.Svetə  məxsusdur ki, o, 1903-cü ildə 
xlorofilin analizi üçün adsorbsiya prinsipini tətbiq etmişdir. 
Müasir zamanda   “x r o m a t o q r a f i y a”   termini bir 
çox ayırma metodlarını  əhatə edir. Bütün xromatoqrafiya 
metodları maddələrin iki qarışmayan (bir-birində həllolmayan) 
fazalar arasında paylanmasına  əsaslanır. Bu fazalardan biri 
hərəkətsizdir və digər hərəkət edən faza ilə  əhatə olunur. Hə-
rəkətsiz faza rolunda bərk cisim və ya mayelər çıxış edə bilər, 
hərəkət edən faza kimi isə maye və ya qazdan istifadə edilir. 
Beləliklə, xromatoqrafiya metodları  həmişə ayrılan 
maddələrin qatışığına malik olan qazşəkilli və ya maye fazanın 
sorbentin tərpənməz təbəqəsindən keçən hərəkəti ilə  əlaqədar 
olur. Qatışıq komponentlərinin hərəkətsiz və  hərəkətdə olan 
fazalar arasında müxtəlif cür paylanma xüsusiyyətlərinə əsasən 
onların ayrılması prosesi baş verir. 
 
3.1.2. Xromatoqrafiyanın əsas növləri və onların təsnifatı
 
 
Xromatoqrafiya metodlarını hərəkətsiz və hərəkətdə olan 
fazalar tipinin seçilməsinə uyğun olaraq təsnifatlaşdırmaq 
qəbul olunmuşdur. Qaz xromatoqrafiyası (QX) – hərəkət edən 
fazası qazdan ibarət olan metodları,  maye xromatoqrafiyası 
(MX) isə  hərəkət edən faza kimi maye xidmət göstərən me-
todları özündə birləşdirir. 
Hər iki fazanın aqreqat halından asılı olaraq, aşağıda 
göstərilən xromatoqrafiya növləri fərqləndirilir:  
1) b ə r k – m a y e   x r o m a t o q r a f i y a s ı (BMX),  
2) m a y e – m a y e   x r o m a t o q r a f i y a s ı (MMX),  
3) q a z – m a y e   x r o m a t o q r a f i y a s ı (QMX). 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə