119
Örtülən piklərin hesablanması zamanı da həmçinin
onların maksimumlarından perpendikulyarlar buraxmaq və elə
hesab etmək olar ki, hər bir pikin sahəsi onun örtülən hissəsinə
toxunmayan xarici sahəsinin iki mislinə bərabərdir (şəkil 8).
Göstərilən hesablama üsulları simmetrik xromatoqrafiya
piklərinə aid edilir. Örtülən qeyri-simmetrik piklər göstərilən
üsullarla yalnız “quyruqlar” olmadıqda və çox cüzi asimmet-
riya şəraiti zamanı hesablana bilər.
Şəkil 9. Qarışığın kiçik pikinin sahəsinin hesablanması
Qarışığın kiçik piki sahəsini hesablayarkən (bu pik, əsas
komponentin böyük pikinin arxa tərəfinə meylli vəziyyətdə,
yəni onun “quyruğunda” yerləşir) (şəkil 9), daha dəqiq nəticə-
ləri, əsas pikin konturunun davamını onun üçün sıfır xətti hesab
edərək kiçik pikin sahəsini bilavasitə ölçdükdə alınır.
Bu hal, sıfır xəttinin əyilməsi zamanı yazılan pik
sahəsinin təyini problemi ilə sıx əlaqədardır (şəkil 10).
120
Şəkil 10. Sıfır xəttinin əyilməsi zamanı pikin sahəsinin
hesablanması
Hər iki halda piklərin sahəsini, pikin hündürlüyünün 9-cu
və 10-cu şəkillərdə göstərdiyi kimi, hündürlüyə perpendikulyar
istiqamətdə onun orta xəttinin proyeksiyasına vurma hasilinə
bərabər qəbul edilir.
121
Şəkil 11. Şkaladan çıxmış pikin sahəsinin hesablanması
Xromatoqrama görə qatışıq tərkibinin hesablanması.
Xromatoqramların hesablanmasının və miqdarca nəticələrin
alınmasının əsas metodları daxili standart, daxili normallaş-
dırma və mütləq kalibrləmə metodlarıdır.
D a x i l i n o r m a l l a ş d ı r m a m e t o d u qatışıq
komponentlərinin konsentrasiyaları arasındakı nisbətin təyininə
əsaslanır.
122
Buna görə də, qatışıqdakı hər hansı bir maddə miqdarının
təyininin vacib şərti, sınaq nümunəsinin bütün kompo-
nentlərinin elyurə olunması və onlardan hər birinə detektorun
həssaslığının eyni dərəcədə olmasıdır.
Xromatoqramın bütün piklərinin cəm sahəsi 100% qəbul
edilir, hər bir pik üçün sahəni isə, ümumi sahənin faizi kimi
hesablanır. Hesablama aşağıdakı bərabərliyə əsasən yerinə
yetirirlər:
%
100
1
n
i
i
i
i
S
S
X
. . . . . (27)
burada: X
i
– i – komponentinin faiz miqdarı;
S
i
– i – komponenti pikinin sahəsi;
n
i
i
S
1
– bütün piklərin sahələrinin cəmi.
Daxili normallaşdırma metodu o üstünlüyə malikdir ki,
daxil edilən nümunənin miqdarının bilinməsi vacib deyildir,
lakin bu, heç də həmişə dəqiq və obyektiv nəticələr vermir.
Ayrılmış komponentlərə uyğun gələn piklərin sahələrinin
doğru nəticələrini almaq üçün detektorun həssaslığı ilə təyin
edilən kalibrləmə əmsallarını, bu sahələrin ədədi qiymətlərinə
vurmaq lazımdır.
Piklərin sahələrinin kalibrləmə əmsallarına vurma hasil-
ləri, daxili normallaşdırmanı hesablamaq üçün istifadə edilən
gətirilmiş sahələrin ədədi qiymətlərini verir.
%
100
1
n
i
i
i
i
i
i
S
K
S
K
X
. . . . . . . (28)
123
burada: K
i
– detektorun həssaslığının verilən komponentə
olan həssaslığı ilə təyin edilən əmsal.
Şəkil 12. Mütləq kalibrləmə qrafiki
M ü t l ə q k a l i b r l ə m ə m e t o d u pikin hündür-
lüyünün və ya sahəsinin qarışıqdakı uyğun maddənin miqdarın-
dan asılılığının istifadəsinə əsaslanır. Bu asılılığı xromatoqrafa
tədqiq edilən komponentin dəqiq ölçülmüş müxtəlif miqdar-
larını ardıcıl daxil edərək eksperiment yolu ilə müəyyən edir,
onların S
1
, S
2
, S
3
sahələrini ölçür (şəkil 12) və pikin sahəsi –
maddənin kolonkaya daxil edilmiş miqdarı koordinatlarında
qrafik qurulur. Sonra məchul tərkibli qatışığın dəqiq miqdarı
ayrılır və maraq doğuran komponentin pikinin sahəsinə görə
(S
x
) qrafikdən onun qatışıqdakı konsentrasiyası təyin edilir.
Çox yüksək zəhmət tələb etməsinə baxmayaraq (ciddi
təyin olunmuş miqdarların dozalaşdırılması müəyyən çətin-
liklər yaradır) bu metod həqiqi, beləliklə də daha obyektiv
124
informasiya almağa imkan verir. Bu səbəbdən mütləq kalibr-
ləmə metodu, xromatoqramların miqdarca işlənməsinin digər
üsullarının yoxlanılması üçün istifadə olunur. Mikroqatışıqların
analizi zamanı, habelə bir və ya bir neçə komponentin təyin
edilməsində bu metod əsas hesab edilir.
Praktiki məsələlər həll edilərkən mütləq kalibrləmə meto-
dunun verdiyi məlumatların bir çoxunu, daha az zəhmət tələb
edən daxili standart metodunun köməyi ilə əldə etmək olar.
D a x i l i s t a n d a r t m e t o d u analiz edilən
qarışıq nümunəsinə “daxili standart” adlandırılan maddənin
dəqiq məlum olan miqdarının əlavə edilməsinə əsaslanır. Bu
metod, həmçinin, “nisbi kalibrləmə” adı ilə də tanınır. Daxili
standart kimi istifadə olunan maddə elə seçilir ki, onun (seçilən
maddənin) piki tədqiq edilən qarışığın komponentlərinin
piklərindən tamamilə ayrılsın, sahəsi digər piklərin sahəsi ilə
müqayisə edilə bilən olsun və həm də analiz edilən qarışıqda
həll olsun.
İş aşağıdakı kimi yerinə yetirilir:
Tədqiq edilən sınaq nümunəsinin və daxili standartın
ayrı-ayrı komponentlərinin dəqiq məlum olan miqdarına malik
süni qarışıqlar hazırlayır və onlar xromatoqrafiya edilir. Qatı-
şığın verilən komponentlərinə uyğun gələn piklərin sahələri
ölçülür və verilən maddə üçün düzəliş əmsalı aşağıdakı tənliyə
görə hesablanır:
.
.
.
.
st
t
t
st
q
S
q
S
K
. . . . . . . . . . (29)
burada: K – verilən maddənin düzəliş əmsalı;
S
st.
və S
t.
– uyğun olaraq standart maddənin və təd-
qiq olunan maddənin piklərinin sahəsi;
q
st.
və q
t.
– süni qarışıqdakı standart maddənin və
tədqiq olunan maddənin kütlələri.
Dostları ilə paylaş: |