Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə26/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   22   23   24   25   26   27   28   29   ...   108

 
81
 Cədvəl 6 
Əsas mineral elementlərin təyini zamanı həssaslıq
 
 
Elementlərin 
adı 
Dalğa 
uzunluğu 
Optimal 
işçi 
hədləri, 
mkq/ml 
1% absorb-
siyaya ciha-
zın həssaslığı 
Aşkar- 
edilmə 
həddi, 
mkq/ml 
K   .   .   .   . 
Na   .   .   .   . 
Ca   .   .   .   . 
Mg   .   .   .  .  
Fe   .   .   .   . 
Cu   .   .   .  . 
Mn   .   .   .  .  
Zn   .   .   .   . 
7665 
5890 
4227 
2852 
2483 
3247 
2795 
2138 
1 – 10 
0,3 – 3,0 
1,0 –10,0 
0,2 – 2,0 
2,0 – 20,0 
2,0 – 20,0 
2,0 – 20,0 
0,2 – 3,0 
0,1 
0,04 
0,1 
0,01 
0,15 
0,15 
0,1 
0,04 
0,005 
0,005 
0,01 
0,003 
0,02 
0,01 
0,005 
0,005 
 
Metalların müəyyən konsentrasiyalı standart məhlulları 
analiz olunan nümunə  həll edilən həlledicidə hazırlanır. Kon-
sentrasiyalar, işçi məhlulda gözlənilən konsentrasiyaya bə-
rabərləşdirilməlidir.  Əgər standart məhlulların absorbsiyası 
konsentrasiyadan xətti asılı olursa, onda qrafik – bu standart 
məhlullar üçün olan göstəricilərə görə qurulur. Əgər işçi  əyri 
xətti xarakterə malik olmayıb, qeyri-xətti asılılığa malik olarsa, 
onda arzuedilən dəqiqliklə konsentrasiyaları müəyyən etmək 
üçün daha dəqiq standartlardan istifadə etmək lazım gəlir. Belə 
ki, işçi  əyri eksperimentin keçirildiyi şəraitdən asılı olaraq 
dəyişilə bilər, buna görə  də  işçi  əyrini hər yeni analizlər seri-
yasından əvvəl yoxlamaq vacibdir.   
 
2.4.3. Alovun seçilməsi
 
 
Tədqiq edilən elementlər olan məhlul odluqdan çıxan 
alova daxil edilir və bu zaman atom buxarı əmələ gəlir. Sadə-
liyi baxımından heç bir üsul, alovla atomlaşdırma üsulu ilə mü-
qayisə oluna bilməz. Lakin metalı əmələ gətirən birləşmələrin 
dissosiasiya dərəcəsi alovun temperaturundan asılı olur. Bəzi 


 
82
hallarda metalı atomlaşmış vəziyyətdən çıxaran istiyə davamlı 
oksidlərin  əmələ  gəlməsinin qarşısını almaq üçün, alovu 
müxtəlif bərpaedicilərlə  zənginləşdirmək lazım gəlir. Yanan 
qaz seçilərkən, bu halı nəzərə almaq vacibdir.  
Qələvi metalların analizi üçün hava ilə qarışdıqda 1925
o
С 
istilik  əmələ  gətirən adi məişət qazından (propan) istifadə et-
mək yaxşıdır. Qələvi-torpaq metalları və eləcə də bir çox digər 
metallar üçün daha yüksək istilik tələb edilir. Hava-asetilen 
qarışığının yanmasından alınan alov 2300
o
С malik olur. Lakin 
bu alovun özündə  də qalay və alüminium kimi bəzi metallar 
oksidlərin  əmələ  gəlməsi ilə  əlaqədar pis dissosiasiya edilir. 
Alüminium duzlarının 8 – oksixinolinli turş sulu məhlulları isə 
hava-asetilen alovunda güclü absorbsiya siqnalı verir. Bu, 
metalın oksigenlə qarşılıqlı  təsirinə mane olan, yaxşı disso-
siasiya edən kompleks üzvi birləşmənin əmələ gəlməsi ilə izah 
oluna bilər. Alüminium və qalayın adi məhlullarından onlar, 
azot oksidi + aseton alovunda (3000
o
С) təyin olunur.  
Temperaturun artırılması  əlavə kimyəvi maneələrin ya-
ranmasını aradan qaldırır, bir çox elementlər üçün ionlaşmanı 
gücləndirir və bunun nəticəsi olaraq həssaslığı da artırır. Buna 
baxmayaraq, asetilenlə qarışıq  şəklində azot oksidi və ya 
oksigenin istifadə edilməsi işdə bir sıra  əlavə  çətinliklər, o 
cümlədən partlama təhlükəsi yaradır.  
 
2.4.4. İşıq mənbəyi
 
 
Atomlu adsorbsiyada işıq mənbəyi kimi açıq katodlu 
lampalar daha geniş miqyasda tətbiq olunur. Bu lampalar ensiz 
spektral zolaqlara malik parlaq işıq verir, onlarla işləmək və 
habelə bu şüaların konstruksiyası olduqca sadədir.  Əksər 
lampaların iş müddəti 1000 saat təşkil edir. Amma açıq katodlu 
lampalar, onların hazırlandığı metalların təmizliyinə olan 
yüksək tələbatla, ölçmə həssaslığını azaldan radiasiya sahəsinin 
əmələ  gəlməsi ilə  əlaqədar olan bir sıra çatışmayan cəhətlərə 


 
83
malikdir. Kiçik ərimə istiliyinə malik metallar (qalay, qurğu-
şun) üçün intensiv işıqlanmaya malik lampalar almaq çətindir. 
Açıq katodlu lampaların istismarı prosesində qaz hissəcik-
lərinin lampa səthi tərəfindən adsorbsiyası (udulması) ilə şərt-
lənən lampadakı qazın təzyiqinin azalması  nəticəsində  işıq-
lanma intensivliyi azala bilər.  
Müasir dövrdə bir çox firmalar və istehsal müəssisələri 
bu növ lampaların uzunömürlülüyünü və stabilliyini yüksəlt-
mək məqsədilə bir sıra təkmilləşdirici və  səmərələşdirici tək-
liflər irəli sürür. İlk dəfə elektrodsuz yüksəktezlikli lampaların 
tədqiq edilməsi və istehsalata tətbiqi ilə  əlaqədar təcrübələr 
Rusiya Federasiyasında həyata keçirilmişdir. Belə arasıkə-
silməz spektrli şüalanma verən işıq mənbəyinin qeyd edilən 
məqsəd üçün tətbiq olunması sınaqdan çıxarılmışdır. Bu isə bir 
neçə elementi eyni zamanda, təyin etməyə imkan verir. Buna 
baxmayaraq, monoxromotorun ayırdığı xətlərin (zolaqların) eni 
udulma zolaqlarının enindən böyük olduğundan, analizin həs-
saslığı azalır. 
Analizin aparılma müddətini, ixtisar edilməsinə imkan 
verən çoxelementli lampaların yaradılması  üzrə bir çox kons-
tuktiv fikirlər irəli sürülmüşdür. Lakin onların da həssaslığı 
xeyli aşağı olur və qatışıqların daha uçucu komponentlərinin 
spektri istifadə olunarkən, tədricən yox olur. əgər iki element 
monoxromotorla  icazə verilməyən rezonans zolaqlara malik 
olarlarsa, maneələr yarana bilər. buna görə də tədqiqatçılar adi 
birkomponentli lampalarla işləməyə üstünlük verirlər. 
 
2.4.5. Ayrı-ayrı elementlərin  
təyinolunma xüsusiyyətləri 
 
Atom-absorbsiyası qida məhsullarının tədqiq olunan 
məhlulunda konsentrasiyası   
ml
mkq
1
 
 
həddində olan bir çox 
metalların analizi üçün istifadəyə yararlıdır. Belə elementlərə 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə