Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

30  
 
 
 
Düzgün nəfəsalma üçün tənəffüs  əzələlərini idarə etmək, onları inkişaf 
etdirmək və möhkəmləndirmək lazımdır. Üç tənəffüs tipi mövcuddur: sinə, qarın 
və qarışıq. 
Sinə  tənəffüsü zamanı  nəfəsalma vaxtı döş  qəfəsi irəliyə, arxaya və yan 
istiqamətlərə genişlənir; nəfəsvermədə qabırğalar aşağı enir, döş  qəfəsinin həcmi 
kiçilir.  Qarın tənəffüsündə  nəfəsalma diafraqmanın təqəllüsü və  aşağı enməsi 
hesabına baş verir. Beləliklə, döş  qəfəsinin həcmi yuxarıdan aşağıya genişlənir
nəfəsvermə isə diafraqmanın yuxarı qalxmasına, döş qəfəsinin həcminin azalması 
hesabına icra olunur. Nəfəsalma zamanı qarının ön divarı irəliyə çıxır, nəfəsvermə 
zamanı isə arxaya dartılır.  Qarışıq tip tənəffüsdə  nəfəsalma və  nəfəsvermə döş 
qəfəsinin bütün istiqamətlərdə – irəliyə, arxaya, yanlara və yuxarıdan aşağıya 
genişlənməsi hesabına həyata keçirilir. Bu tənəffüs tipi daha çox təbii hesab olunur. 
Bu tənəffüs tipi uşaqlarda və yaşlılarda adi həyat tərzində  və  hərəkətlərin icrası 
zamanı rast gəlinir. Lakin xüsusi məşq və  təlim olmadan bu tənəffüs tipini 
qənaətedici hesab etmək olmaz. Sinə və qarın tənəffüs tipləri tənəffüs əzələlərinin 
möhkəmləndirilməsi, mütəhərrikliyin inkişafı üçün tövsiyə olunur. 
Aşağıda 9-cu sinif şagirdləri üçün AHT göstəriciləri verilir. Siz ağciyər-
lərinizin hava tutumunun həcmini bilirsinizmi? 
 
Cədvəl 2 
Yaş 
Аğciyərin həyat tutumu, litr 
Oğlanlar Qızlar 
14 2750-2900 2150-2300 
15 2950-3100 2350-2500 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Tənəffüs aktı nədən ibarətdir? 
2.
 
Tənəffüs əzələlərini möhkəmləndirmək üçün nələrdən istifadə 
etmək lazımdır? 
3.
 
Hansı tənəffüs formaları mövcuddur? 
4.
 
Sizin AHT göstəricisi neçədir və yaş qrupuna uyğundurmu? 
 
 
Ürək-damar sisteminin möhkəmləndirilməsi 
 
Ürəyin işinin yüksək funksional səviyyəsi çox ciddi ardıcıllıqla növbələşən, 
asta lakin, güclü təqəllüs və boşalma prosesləri ilə təyin olunur. Ürəyin təqəllüs və 
boşalma proseslərinin müəyyən vaxt fasilələrlə (nisbətən az nəbz vurğusu) baş 
verməsi ürək əzələlərinin qidalanması və bərpası üçün əlverişli şərait yaradır. Məhz 
Çap üçün deyil


 
31 
 
bu səbəbdən də  nəbz vurğuları göstəricisi, onun ritmi, davamlılığı ürək-damar 
sisteminin funksional vəziyyətinin ən informativ göstəricisi hesab olunur. 
Ürəyin ritmi ürək  əzələlərinin gücündən, onun qanla təchizindən, sinir 
impulslarının tənzimlənməsindən, yerinə yetirilən fiziki yükün intensivliyindən və 
həcmindən asılıdır. Ürək məşq olunan orqandır. O, yerinə yetirilən fiziki yükün 
intensivliyinə müvafiq ani olaraq öz işini tənzimləyir. Ürək  əzələlərinin güclən-
dirilməsinə müsbət təsir göstərən  ən effektli fiziki yük orta intensivlikdə yerinə 
yetirilən uzun müddətli yeriş, qaçış, üzgüçülük, veloidman və xüsusi ümumin-
kişafetdirici hərəkətlərdir. Qeyd olunan hərəkət qruplarının təsiri altında ürək 
əzələləri güclənir, təqəllüs ritminin sayı azalır, təqəllüslər arası pauza uzanır və 
beləliklə ürək  əzələləri daha qənaətlə  işləyir. Təsadüfi deyildir ki, ürək-damar 
sistemi güclü olan insanlarda ürək vurğularının sayı daha azdır. 
Ürək fiziki yükün intensivlik və çətinlikliyinin orqanizm qarşısında yaratdığı 
tələbləri: daha çox oksigen və enerji məhsullarına olan ehtiyacı ödəmək üçün 
dərhal yüksək iş rejimini keçir, ona uyğunlaşır. 
Yuxarıda sadalanan fiziki hazırlıq vasitələrindən sağlamlıq qaçışı xüsusi 
qeyd olunmalıdır. Sağlamlaşdırıcı qaçış ürək-damar sisteminə olduqca müsbət təsir 
göstərir. Belə qaçış zamanı ilk növbədə ürəyin özünü qanla təchiz edən damarlar 
şəbəkəsi genişlənir, onların keçiricilik qabiliyyəti yüksəlir. Eyni zamanda ətraflarda 
qan dövranı yaxşılaşır. Bundan başqa qanın qırmızı kürəciklərinin sayı artır, 
hemoqlabin yüksəlir, bu da ağciyərlərdən oksigenin orqanizmin müxtəlif orqan və 
toxumalarına daşınmasını asanlaşdırır. 
Sağlamlaşdırıcı qaçışla məşğul olarkən fiziki yük intensivlik dərəcəsindən 
asılı olaraq üç zonaya bölünür: 
I zona – bu zonada qaçış sürəti elə olmalıdır ki, nəbz vurğularının sayı 100-
130 vurğu/dəq. arasında olsun. Bu rejimdəki qaçış gövdə, xüsusən də  qıç 
əzələlərinin kapilyar sisteminin işini fəallaşdırır və daxili orqanların qanla təchizini 
yaxşılaşdırır. Bu rejimdə ürəyin iş qabiliyyəti artır. 
II zona – bu zonada qaçış tempi elə olmalıdır ki, ürək vurğularının sayı 130-
150 vur/dəq. arasında yerləşsin. Mütəxəssislər belə intensivlikdə olan sağlam-
laşdırıcı qaçışı  «əsas və ya kompensator» zona adlandırırlar. Bu rejimdə ürək 
əzələlərinin iş qabiliyyəti sürətlə artır və əzələlərin kapilyar sisteminin güclənməsi 
baş verir. Belə sağlamlıq qaçışının ürək  əzələlərinə  təsiri kifayət qədər inkişaf-
etdirici olub, ilk növbədə ürəyin bir dəqiqəlik həcminin artmasına gətirib çıxarır ki, 
bu da ürək əzələlərinin güclənməsinə dəlalət edir. 
III zona – bu zonaya daxil olan qaçış intensivliyi ürək vurğularının 150-170 
vur/dəq. arasında olmasını təmin etməlidir. Belə fiziki yük ürək-damar sisteminin 
submaksimal iş qabiliyyətini artırır. Qeyd etmək lazımdır ki, III zonaya aid olan 
qaçış rejimindən daha çox idmançılar ümumi hazırlıq vasitəsi kimi istifadə edirlər. 
Qeyd etmək lazımdır ki, sağlamlıq qaçışı ürək-damar sisteminin iş qabiliy-
yətini yüksəltməklə yanaşı tənəffüs aparatının möhkəmlənməsinə şərait yaradır. Bu 
da özünü ağciyərin həyat tutumunun yüksəlməsində büruzə verir. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə