Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

28  
 
 
 
damar tutulmaları aradan qalxır. Nikotin turşusunun qidada çatışmaması oksid-
ləşmə-bərpa reaksiyasını və hüceyrə tənəffüsünü həyata keçirən fermentlərin əmələ 
gəlməsi prosesini pozur. Bu vitaminə olan gündəlik tələbat 15-20 mq-dır. Orqa-
nizmdə bu vitamin amin turşularından sintez olunur. Nikotin turşusunun təbii 
mənbələri maya, qaraciyər, yağsız ət, paxlalı bitkilər, qarabaşaq yarması, kartof və 
qozdur. 
E vitamini 
– bu vitamin ən güclü fizioloji antioksidant hesab olunur. Bu 
xüsusiyyət vaxtından tez qocalmanın profilaktikası üçün böyük əhəmiyyət kəsb 
edir. Çünki ehtimal olunur ki, qocalmanın səbəblərindən biri də hüceyrə arası 
mühitin oksidləşmə  məhsulları ilə tutulmasıdır. E vitamini isə bu prosesi 
dayandırır. Bu vitamin temperatur təsirlərinə qarşı dayanıqlıdır bir sıra bitki 
mənşəli qida məhsullarında, xüsusən bitki yağlarında (günəbaxan, zeytun, 
qarğıdalı, pambıq, kətan və digər), itburnunun meyvəsində, yumurta sarısında, 
noxudda həmçinin, buğda və çovdar kimi dənli bitkilərdə vardır. E vitamininə 
gündəlik tələbatın həcmi 20-30 mq-dır. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
İnsan sağlamlığının möhkəmləndirilməsi üçün zəruri amillər 
hansılardır? 
2.
 
Məktəblilərin gündəlik hərəki fəallığının minimum həddi nə 
qədərdir? 
3.
 
Fiziki hazırlıq və sağlamlığın təmin olunması üçün həftədə 
minimum neçə məşğələyə ehtiyac vardır? 
4.
 
Qida hansı mühüm komponentlərdən ibarət olmalıdır? 
5.
 
Vitaminlərin orqanizm üçün əhəmiyyəti nədən ibarətdir? 
6.
 
Boyun uzanmasına təsir göstərən hansı vitamindir? 
7.
 
Hansı vitaminlər hərəkət tezliyinin yaxşılaşmasına kömək edir? 
8.
 
Vitamin çatışmazlığı hansı xəstəliklərin yaranmasına səbəb olur? 
9.
 
Nəyə görə az hərəkətlilik müxtəlif xəstəliklərin meydana gəlməsinə 
şərait yaradır? 
 
 
Tənəffüs sisteminin möhkəmləndirilməsi 
 
Tənəffüs sistemi insan orqanizminin yaşamasında və fəaliyyət göstərməsində 
mühüm rol oynayır. Ağciyərlərdən keçən qan oksigenlə zənginləşir və hüceyrələrə, 
toxumalara daşınır. Toxumalara daşınan oksigen burada enerji daşıyan maddələrin 
– sulu karbonların, yağların, zülalların oksidləşməsində iştirak edir və beləliklədə, 
orqanizmin yaşaması  və  fəaliyyət göstərməsi üçün enerji ayrılır. Məhz bu enerji 
müqabilində biz hərəkət edirik, düşünürük və yaşayırıq. 
Çap üçün deyil


 
29 
 
Tənəffüs aktı  nəfəsvermə  və  nəfəsalmadan ibarətdir. Bu hərəkətin həyata 
keçirilməsi tənəffüs əzələlərinin iştirakı ilə mümkün olur. Bu səbəbdən də tənəffüs 
əzələləri nə  qədər yaxşı inkişaf etmiş olarsa, tənəffüs aktı da bir o qədər uğurla 
yerinə yetirilir. Bu əzələlər tənəffüs hərəkətləri vasitəsilə möhkəmləndirilir. Dərin, 
asta, əlavə gərginlik olmadan yerinə yetirilən tənəffüs daha effektli hesab olunur. 
Bu zaman hava kütləsi alveollara çatır, ağciyər toxumaları yaxşı ventilyasiya 
olunur, tənəffüs  əzələləri qənaətlə  işləyir və onların iş qabiliyyəti tez bərpa olur. 
Süni olaraq ağciyərin ventilyasiyasının gücləndirilməsi (dərin və tez tənəffüs) 
orqanizmdən karbon qazının həddindən artıq xaric olunmasına gətirib çıxarır. Bu 
isə qanın turşu-qələvi balansını pozur, damarların daralmasına, beynin və orqa-
nizmin bütün toxumalarının qanla təchizinin azalmasına səbəb olur. Sakit halda və 
ya çox da böyük olmayan fiziki yüklərin yerinə yetirilməsi zamanı  nəfəsalma 
burunla edilir. Bu zaman burun boşluğundan keçən hava isinir, toz və mikroblardan 
təmizlənir. Bundan başqa burun boşluğunda olan sinir ucluqları  qıcıqlanır və 
beləliklə, bütün tənəffüs aparatı nəfəsi almaq üçün hazır vəziyyətə gəlir, baş-beyin 
qabığının tonusu yüksəlir ki, bu da onun inkişafına  şərait yaradır. Xeyli böyük 
fiziki yük zamanı ağciyərlərin ventilyasiyası bir neçə dəfə artır və bu səbəbdən də 
burunla tənəffüs kifayət etmir. Belə halda nəfəsalma və  nəfəsvermə eyni vaxtda 
burun və  ağızla həyata keçirilir. Orta intensivlikli fiziki yük və ümuminkişaf 
hərəkətlərinin icrası zamanı  nəfəsalma  üçün  əlverişli anatomik şərait  ətrafların 
yuxarı qaldırılması, gövdənin açılması  və düzəldilməsi, bükülü və düz qolların 
arxaya aparılması, qolların çiyinə və belə qaldırılması və s. ola bilər. Nəfəsvermə 
gövdənin əyilməsi, dönməsi, qolların aşağıya endirilməsi, qıçların aşağı bükülməsi 
və bu kimi digər bədənin ümumi sahəsinin azalması zamanı icra edilməlidir. 
Xeyli böyük əzələ  gərginliyi tələb olunan hərəkətlər nəfəsvermə ilə uz-
laşmalıdır. Nəfəsalma isə  çıxış  vəziyyətində yerinə yetirilir. Məsələn, üzü üstə 
uzanaraq gövdənin yuxarı hissəsini qaldırmaq, qollar yuxarıda – tənəffüsü 
saxlamaq və  nəfəsvermə. Bu onunla izah olunur ki, əhəmiyyətli  əzələ  gərginliyi 
zamanı bir sıra tənəffüs  əzələləri (qabırğaarası, qarının çəp  əzələləri, sinə, çiyin 
əzələləri) bilavasitə hərəkətin icrasına cəlb olunur. Beləliklə, nəfəsvermə əzələ işin 
şərait yaradır. Hərəkətin sonunda nəfəsvermə  və  nəfəsalma arasında fasilə 
olmalıdır. Bu an tənəffüs normallaşır. Kiçik, sürətli hərəkətlər adi tənəffüsdə yerinə 
yetirilir. Adi çoxda dərin olmayan tənəffüslə çoxsaylı  təkrar olunan fiziki yük – 
yerində  sıçrayışlar, gimnastika ipi ilə tullanmalar və s. icra olunur. Tənəffüs 
hərəkətlərinin tempi sakit olmalıdır, nəfəsvermə isə bir qədər uzanmalıdır. Çünki 
tam nəfəsvermə  ağciyərləri işlənmiş havadan təmizləyir, bu da reflektor olaraq 
nəfəsalmanı gücləndirir. Bu səbəbdən də  hərəkətlərin icrası zamanı daha çox 
nəfəsverməyə diqqət yetirmək lazımdır. O nisbətən davamlı icra olunmalıdır. 
Davamlı  tənəffüslə yerinə yetirilən hərəkətlər tənəffüsün tempini və ritmini 
normallaşdırır, tənəffüs əzələlərini möhkəmləndirir. Belə hallarda müqaviməti dəf 
etməklə (dodaqları  və dişləri sıxmaqla, kiçik borucuqlarla üfürməklə  və s.) icra 
olunan nəfəsvermə hərəkətləri çox xeyirlidir. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə