Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

24  
 
 
 
mininin orqanizmdə  əmələ  gəlməsinin  əsas komponenti olan karotinin çiy yerkö-
kündən adi halda orqanizmə sorulması çox cüzi faizlə baş verir. Lakin bitki yağı 
əlavə edilmiş yerkökündən bu maddənin orqanizmə sorulması 60-90% həcmində 
olur. Optimal qidalanma şəraitində gündəlik qida rasionunda qəbul olunan yağların 
60-70%-i heyvani tərkibli, 30-40 %-i isə bitki mənşəli olmalıdır. 
 
Vitaminlər.  
Aşağı siniflərdə vitaminlər haqqında qısa məlumat verilmişdir. Bu bölmədə 
orqanizmdə maddələr mübadiləsinin normal getməsi və sağlamlığın qorunmasında 
xüsusi  əhəmiyyət daşıyan bir sıra vitaminlər haqqında daha geniş  məlumat 
verilməsini zəruri hesab edirik. 
Vitaminlər qida maddələrinin sorulması  və orqanizmdə biokimyəvi reak-
siyaların baş verməsində çox mühüm rol oynayırlar. Onların bir çoxu orqanizmə 
qida vasitəsilə daxil olurlar, bəziləri bağırsaqların mikrob florası tərəfindən sintez 
olunaraq yaradılır və qana sorulur. Hər hansı vitaminin qida rasionunda çatış-
maması hipovitaminoz adlanan xəstəliyin yaranmasına səbəb olur. Vitaminlərin 
orqanizmə sorulmasının pozulması və ya bir sıra xəstəliklər zamanı hipovitaminoz 
vəziyyəti hətta normal qidalanma rejimində belə yarana bilər. Orqanizmdə 
vitaminlərin azlığı qida maddələrinin düzgün olmayan kulinariya metodları ilə 
hazırlanmasından yarana bilər: qidanın həddindən artıq yüksək temperaturda 
hazırlanması, düzgün olmayan konservləşdirmə, qurutma və dondurma qeyd olu-
nan vəziyyətin yaranma səbəbləri ola bilər. Digər səbəb insanın bəsit bir istiqamətli 
qidalanması da ola bilər. Məsələn, yalnız karbohidratlarla qidalanma orqanizmdə B 
qrup vitaminlərin çatışmamazlığını yaradır. Bir sıra vitaminlər çox tez parçalanırlar 
və onlar orqanizmdə  zəruri miqdarda toplanmırlar. Bu səbəbdən də  həmin 
vitaminlərin qida vasitəsilə daim orqanizmə qəbulu zəruridir. Bu xüsusən A, D, B, 
PP və C vitaminlərinə aiddir. 
Orqanizmdə maddələr mübadiləsinin normal getməsi bir sıra vitaminlərdən 
asılıdır: 
A vitamini (retinol)
 – insan orqanizmində gedən oksidləşmə-bərpa 
proseslərində, görmə funksiyasının təmin olunmasında, uşaqların boyunun artma-
sında və müxtəlif infeksion xəstəliklərə qarşı orqanizmin müqavimətinin for-
malaşmasında iştirak etdiyi üçün insanın normal həyat fəaliyyəti üçün böyük 
əhəmiyyət kəsb edir. 
A vitamininin çatışmaması «toyuq korluğu» adlanan və alaqaranlıq şəraitdə 
görmənin pozulmasına səbəb olan hipovitaminoz xəstəliklərinin meydana 
çıxmasına şərait yaradır. Bu xəstəliyin davam etməsi gözün buynuz qişasında tez-
tez infeksiyaların yaranmasına gətirib çıxarır. Bundan başqa retinolun çatışmaması 
daxili orqanlarda iltihablı xəstəliklərin inkişafına şərait yaradır. 
A vitamini çatışmamasının ən nəzərə çarpan əlamətlərindən biri dərinin quru 
olması, dırnaqların kövrəkliyi və onlarda xətlərin əmələ gəlməsi, iştahın azalması 
və tez yorulmadır. 
Çap üçün deyil


 
25 
 
İnsan orqanizminə A vitamini hazır formada ancaq heyvani mənşəli qida ilə 
daxil olur. Bu vitamin daha çox balığın və heyvanların qaraciyərində rast gəlinir. 
Bu vitamin nisbətən az miqdarda süddə, qaymaqda, kərə yağında, yumurtada 
mövcuddur. Bitki mənşəli qida məhsullarında bu vitamin karotin şəklində möv-
cuddur ki, bu da nazik bağırsaqlarda və qaraciyərdə asanlıqla A vitamininə çevrilir. 
Karotinin  əsas mənbəyi göyərti və  tərəvəzlərdir: yerkökü, boranı, cəfəri, qırmızı 
istiot, şüyüd, pomidor, şomu, göy soğan; həmçinin, meyvə və giləmeyvələrdə: ərik, 
narıngi, portağal, limon, şaftalı, itburnu, qara qarağat, moruqda kifayət qədərdir. 
Karotinin müvafiq qida maddələrindən orqanizmə daha yaxşı sorulması üçün onlar 
bitki yağları və ya xama ilə qəbul edilməlidir. 
Sağlam insanın A vitamininə olan sutkalıq tələbatı 1,5 mq., karotinə olan 
tələbatı isə 3 mq-dır. 
Vitamin B1 (tiamin) 
– yağ, mineral, karbohidratların və su mübadiləsinin 
tənzimlənməsində böyük rol oynayır. Bu vitamin eyni zamanda sinir, ürək-damar 
sistemi, həzm orqanlarına, həmçinin, hüceyrə  tənəffüsünə müsbət təsir göstərir. 
İnsan orqanizmində tiamin nazik bağırsaqlarda yaranır, lakin onun miqdarı kifayət 
qədər olmadığından qida ilə orqanizmə daxil edilməsi zəruridir. 
B

vitamininin çatışmaması zamanı karbohidratların oksidləşməsi axıra kimi 
getmir və toxumalarda mübadilənin ara məhsulları – üzüm və süd turşusu yığışır 
nəticədə sinir impulslarının ötürülməsi prosesi pozulur, hərəkətin icra tezliyi 
ləngiyir. 
B

vitamininin hətta cüzi çatışmazlığı mərkəzi sinir sisteminin funksiyasının 
pozulmasına gətirib çıxarır ki, bu da özünü əhval-ruhiyyəsinin aşağı düşməsində, 
tez yorulmada, baş  ağrısında, yuxusuzluqda, konsentrasiyanın (diqqətin) azalma-
sında büruzə verir. 
B

vitamininin kəskin çatışmazlığı orqanizmdə «beri-beri» adlanan ağır 
xəstəliyin yaranmasına səbəb olur. Bu xəstəlik ətrafların hissiyatının azalması, ürək 
fəaliyyətinin pozulması (ürək vurğularının artması) və orqanizmin infeksiyalara 
qarşı müqavimətinin azalması ilə müşayiət olunur. 
Sağlam insanın B

vitamininə olan gündəlik tələbatı 2 mq-dır. Bu vitaminə 
iri buynuzlu heyvanların qaraciyərində, böyrəyində, arpa və qarabaşaq yarma-
larında rast gəlinir. Tiominin ən yaxşı  mənbəyi qoz və paxlalı bitkilər (araxis, 
fındıq,qoz) hesab olunur. Bu vitaminin çatışmaması zamanı profilaktik tədbir kimi 
çörək kvasının və mayanın qəbul edilməsi tövsiyə olunur. 
Vitamin B2 (riboflavin)
 – görmə funksiyasına müsbət təsir göstərir, gözün 
rəng fərqləndirmə itiliyini artırır və gecə görməni xeyli yaxşılaşdırır. Bu vitamin 
karbohidratların, mübadiləsində zülal və yağların sintezində  iştirak edən bir sıra 
fermentlərin tərkibinə daxildir. 
B

vitaminin çatışmaması zamanı zülal sintezi və süd turşusunun oksidləş-
məsi prosesi pozulur, qan dövranı və ürək fəaliyyətinin pozulması meydana çıxır. 
Bu vitaminin çatışmamasının  ən diqqət çəkən  əlaməti ağzın kənarlarında çatların 
əmələ gəlməsidir. 
İnsanın B

vitamininə olan sutkalıq tələbat 2,5-3 mq-dır. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə