Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

26  
 
 
 
B

vitamininin mənbəyi süd, qatıq, pendir, yağsız  ət, qaraciyər, yumurta 
sarısı, göbələklər hesab olunur. 
B6 vitamini (pridoksin) 
– amin turşularının, doymamış yağ turşularının, 
xolestrinin mübadiləsində iştirak edən çoxsaylı fermentlərin tərkibinə daxildir. Bu 
vitamin ateroskreloz ürək-damar sistemi xəstəliyi zamanı yağ mübadiləsini 
yaxşılaşdırır. 
B

vitamininin kəskin çatışmazlığına çox az hallarda rast gəlinir. Çünki bu 
vitamin nazik bağırsaqda olan mikroblar tərəfindən sintez edilir. Lakin bəzi 
hallarda düzgün qidalanmamaq nəticəsində bu vitaminin çatışmamazlığı hiss 
olunur. Bu da özünü boyun ləng uzanmasında, mədə-bağırsaq pozuntularında, 
əsəbilikdə biruzə verir. 
B

vitaminə olan gündəlik tələbat təxminən 2-2,5 mq-dır. Onun mənbəyi 
dənli bitkilər, ət, balıq, süd, iri buynuzlu heyvanların qaraciyəri, yumurtanın sarısı 
və daha çox mayada rast gəlinir. Bu vitamin termik təsirlərə qarşı dayanıqlıdır. 
Lakin işığın, xüsusən də ultrabənövşəyi şuaların təsirindən tez parçalanır. 
B12 vitamini
 – insan orqanizmində bu vitamin yüksək bioloji fəallığa 
malikdir. Orqanizmdə boyun inkişafı, qan yaranması, eritrositlərin formalaşmasına 
müsbət təsir edir, sinir sistemi və qaraciyərin funksiyasını normallaşdırır. 
B
12 
vitamininin orqanizmdə çatışmaması ilk növbədə  mədə-bağırsaq sis-
temindəki xəstəliklərlə  əlaqədar yaranır. Çünki bu zaman qidadan B

vitamininin 
qana sorulması pozulur. Bunun da nəticəsi kimi qan azlığı xəstəliyi yarana bilər. 
İnsan orqanizmində B
12 
vitamini bağırsaqlarda cüzi halda sintez olunur. Bu 
əsasən heyvani mənşəli qida maddələri ilə orqanizmə daxil olur. Bu vitamin daha 
çox qaraciyərdə,  ətdə, yumurtada, balıqda, mayada, həmçinin, heyvanların 
qaraciyərindən alınan maddələrdə olur. Onun çox mühüm mənbəyi süd və qatıqdır. 
Çünki bu mühitdə olan bakteriyalar vitaminin sintez olunmasına şərait yaradır. B
12 
vitamini temperatur təsirlərinə dayanıqlıdır. Lakin işığın təsirinə çox həssasdır. 
BC (feol turşusu) 
– B
12 
vitamini ilə birlikdə feol turşusu qan yaranma, 
eritrositlərin, leykositlərin, trambositlərin  əmələ  gəlməsində  iştirak edir, boy 
artımını sürətləndirir, daxili orqanlarda piy təbəqəsinin yaranmasını azaldır. Feol 
turşusu təzə meyvə, tərəvəzdə – pomidorda, paxlalı bitkilərdə, yerkökündə, gül 
kələmdə, şomuda, cəfəridə, kərəvizdə, həmçinin heyvanların qaraciyərində kifayət 
qədər vardır. Qida hazırlanması prosesində temperatur təsirindən qidada olan feol 
turşusunun 50-90%-i parçalanır. Feol turşusunun çatışmamazlığı nazik bağırsaqın 
xəstəliyi ilə əlaqədar ola bilər. Eyni zamanda, qidadan feol turşusunun orqanizmə 
sorulması üçün B
12
 vitamininin olması zəruridir. Feol turşusuna gündəlik tələbatın 
həcmi 0,2-0,3 mq-dır. 
B15 vitamini
 – yağ mübadiləsini yaxşılaşdırır. Toxumalara oksigen 
sorulmasını yüksəldir. Ürək, sklet əzələləri və qaraciyərdə enerji daşıyan mad-
dələrin (kreotinfosfat və qlikogen) miqdarını artırır. 
C vitamini (askorbin turşusu) 
– insanın qida rasionunda ən mühüm 
vitaminlərdən biridir. Onun orqanizmdə fizioloji əhəmiyyəti olduqca müxtəlifdir. 
Çap üçün deyil


 
27 
 
Askorbin turşusu bir sıra fermentləri fəallaşdıraraq orqanizmdə  dəmirin 
sorulmasını (dəmir ionlarını) asanlaşdırır və bununla da hemoqlabinin yaranmasını, 
eritrositlərin formalaşmasını sürətləndirir. C vitamini orqanizmdə çox mühüm 
zülalın – kollagenin əmələ gəlməsinə şərait yaradır. Bu zülal ayrı-ayrı hüceyrələri 
birləşdirərək vahid toxuma şəklində formalaşdırır. Onun çatışmaması zamanı 
orqanizmdə yaralar çox gec sağalır. Askorbin turşusu qan damarlarının elastikliyini 
və keçiriciliyini artıran digər bir zülalın da sintez olunmasına  şərait yaradır. Bu 
zülal ifraz olunmadıqda damaqlardan qan axması baş verir. Askorbin turşusu 
orqanizm üçün fövqaladə xüsusiyyətə malikdir. O, orqanizmin təbii imunobioloji 
müqavimətini artırır. 
İnsan orqanizmində C vitamini sintez olunmur. Ona görə  də onun qida 
maddələri ilə orqanizmə daxil edilməsi zəruri amildir. C vitamininə olan gündəlik 
tələbat 70-100mq-dır. Uzun müddət C vitaminin çatışmaması qan damarlarının 
xüsusən də kapilyar damarların sıradan çıxmasına gətirib çıxarır. Bu da kapilyar 
damar sisteminin keçiriciliyinin və kövrəkliyinin artmasına gətirib çıxarır. Kapilyar 
damarlarının keçiriciliyinin artması isə  dəridə,  əzələlərdə, oynaqlarda qan 
yığılmasına səbəb olur. Bu zaman damaq iltihablaşır, dişlər laxlıyır və düşür, qan 
azlığı yaranır, qanın arterial təzyiqi aşağı düşür. Dodaqlar, burun və  dırnaqlarda 
göyərmə nəzərə çarpır. 
Askorbin turşusu daha çox göyərtidə, meyvə və tərəvəzlərdə olur. Bu vita-
min xüsusən itburnuda, qara qarağatda, limonda, tam yetişməmiş qozda və sitrus 
meyvələrində daha çox olur. 
D vitamini
 – bu qrup vitaminlər orqanizmdə kalsium və fosfor mübadi-
ləsində  iştirak edir. Mərkəzi sinir sisteminin fəaliyyətində mühüm rol oynayan 
fosfor turşusu mübadiləsini sürətləndirir. Bundan başqa D vitamini boy artımına 
müsbət təsir göstərir. Qalxanabənzər və cinsi vəzilərin funksional vəziyyətini 
yaxşılaşdırır. Bu vitamin daha çox balıq və kərə yağında, süddə, yumurta sarısında, 
balıq kürüsündə rast gəlinir. Bitki mənşəli qidalarda D vitamini fəal formada 
olmur. Lakin bu vitamin mayada xeyli çoxdur. Onun çatışmaması uşaqlarda raxit 
(sümük boşluğu) xəstəliyinin inkişafına səbəb olur ki, bu da dayaq-hərəkət 
aparatında müəyyən deformasiyaların yaranmasına gətirib çıxarır. Bu vitaminə 
olan gündəlik tələbat 500 beynəlxalq vahidlə ölçülür. Apteklərdə satılan balıq 
yağının bir çay qaşığında 1000 beynəlxalq vahid qədər D vitamini olur. 
K vitamini 
– bu vitamin qanın laxtalanma qabiliyyətini arıtırır. Onun 
çatışmaması zamanı kapilyarların dayanıqlılığı, möhkəmliliyi azalır. K vitamini 
yaraların sağalmasını sürətləndirir, ağrıkəsici və antibakterial təsirə malikdir. Bu 
vitaminə olan gündəlik tələbat 1-2 mq-dır. K vitamini ağ  və gül kələmdə, yerkö-
kündə,  şomuda, pomidorda rast gəlinir. Yüksək temperatura davamlıdır, yağda 
yaxşı həll olunur. 
PP vitamini (nikotin turşusu) 
– bu vitamin orqanizmdə toxuma 
tənəffüsünə nəzarət edən fermentlər sisteminin tərkibinə daxildir və zülal, sulu kar-
bonlar, su-duz mübadiləsinin tənzimlənməsində iştirak edir. Nikotin turşusu arterial 
və kapilyar damarların keçiricilik qabiliyyətini artırır və bununda nəticəsində 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə