Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə3/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   2   3   4   5   6   7   8   9   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

11 

 

Çəkdim hər qapıda ayrıca əmək.  



Üç qapı ya bu üç inciylə yenə  

Tökərəm dünyaya ağır xəzinə. 

  



_______________  

Milli Kitabxana

  ________________ 

12 

 

Burada qapı (dər)  ərəbcə "bab"ın (qapı, fəsil) tərcüməsidir. Bəzi  ədəbi 



mənbələrdə  əsərin ikinci hissəsinə "Xirədnamə" (əql, hikmət kitabı) adı da 

verildiyinə  təsadüf edirik (Məsələn, 1852-ci il "Biblioteka İndika" 

silsiləsindən çap olunan ikinci hissə məhz belə adlandırılmışdır). 

Bu mübhəm məsələnin dəqiq həlli üçün əlimizdə olan faktlar heç də kafi 

deyildir. Ona görə də hər cür fərziyyədən imtina etməyə məcburuq. Hər halda 

əsərin bu gün əlimizdə olan mətnində İskəndər surəti fateh, hakim, fəlsəfə və 

imanla qarışıq din carcısı  kimi  öz  səciyyəsini tapmışdır. Yaxın  Şərq, o 

cümlədən Azərbaycan  ədəbiyyatında geniş yayılmış janr ənənələrinə riayət 

edərək, Nizami əsərin baş  qəhrəmanı olan İskəndəri anadan olduğu gündən 

təsvirə başlayır. Məlumdur ki, İskəndərin milli mənşəyi barədə iki rəvayət 

var. 

Bu adi rəvayətlərin birində İskəndərin sadəcə bir tərki-dünya oğlu olması 



və Makedoniya hakimi Feyləqus (Filipp) tərəfindən oğulluğa götürülməsi, 

digərində isə onun İran şahı Daranın oğlu olması təsdiq edilir. Nizami hər iki 

rəvayət haqqında məlumat verir, lakin o təsdiq edir ki, İskəndər Feyləqusun 

oğludur. 

Beləliklə,  İskəndərin  İran taxtının varisi olması  məqsədilə quraşdırılan 

rəvayəti Azərbaycan  şairi rədd edir. Əslində Nizami İskəndərin rumlu 

olduğunu tarixi həqiqətə sadiq qalmaq naminə  təsvir edir; İskəndər 

Nizaminin sevdiyi, onun arzu və amallarını ifadə edən bir bədii surət, ədəbi 

qəhrəmandır. 

Bütün yaradıcılığı boyu onu daim düşündürmüş ictimai həyat 

həqiqətlərini aramış olan böyük mütəfəkkir  şair insan və  cəmiyyət 

münasibətlərini öz fəlsəfi konsepsiyası əsasında aydınlaşdırmağa cəhd etmiş

bu ictimai problemlərlə bağlı olan suallara isə  İskəndər vasitəsilə cavab 

tapmaq istəmişdir. 

Hələ ilk iri həcmli  əsəri olan "Sirlər xəzinəsi"ndən başlayaraq, Nizami 

feodal cəmiyyətində müşahidə etdiyi ictimai və  mənəvi nöqsanları ifşa 

edərək, onları hansı yollarla aradan qaldırmaq mümkün olacağı haqqında 

düşünmüşdür. Dövrünə görədir ki, Nİzami həmişə öz əsərlərinin bədii qüdrəti 

və ideya məzmunu ilə feodal hakimlərə  təsir göstərmək və onları  ədalətə 

çağırmaq, bir sözlə, onları "yaxşılaşdırmaq" istəmişdir. "Xosrov və  Şirin", 

"Yeddi gözəl' poemalarında da ideya istiqamətinin məhz bu hədəfə 

yönəldiyini biz asanlıqla görür və duyuruq. 

  



_______________  

Milli Kitabxana

  ________________ 

13 

 

Bu baxımdan İskəndər bir müsbət qəhrəman kimi şairin yaratdığı bu tipli 



surətlərdən çox yuxarıda durur. Nizami bir fateh olan qəhrəmanının müsbət 

cəhətlərini daha bariz şəkildə verməyə çalışmışdır. 

Əsərin "Şərəfnamə" hissəsində görürük ki, İskəndərin müharibələr 

aparmaqda məqsədi hər yerdə  ədaləti bərpa etməklə yanaşı, bu ölkələrdə 

yayılmış biliklərə sahib olmaqdır. Məsələn,  İran  şahənşahlığı  məğlubiyyətə 

uğrayandan sonra İskəndər atəşpərəstlərin hikmətlə dolu kitablarını yunan 

dilinə çevirməyə  fərman verir. İskəndəri biz bu yürüşlər  ərzində  həmişə 

məşhur yunan alimləri arasında görürük. O, Dərbənd qalasını yolkəsən 

quldurlardan xilas etdikdən sonra Dağıstanda yerləşən, vaxtilə İran şahlarının 

yay istirahət sarayı olan Sərir qalasına gedir, Keyxosrovun məqbərəsinin 

sirlərini öyrənmək istəyir. 

Doğrudur, Makedoniyalı  İskəndər haqqında yaranmış tarixi və  əsatiri 

mənbələrdə (məsələn, yəhudi dilində olan romanda) onu qədim padşahlardan 

olan Altinüsün məqbərəsində görürük. Nizami İskəndəri o vaxtkı oxuculara 

daha yaxın və tanış olan Keyxosrov məqbərəsinə getməyə məcbur edir. Şair 

öz qəhrəmanına bilici Bəlinasın diliylə başa salır ki, dünyada taxt-tac, şöhrət 

və dövlət hamısı müvəqqətidir, yaxşı ad isə daimidir. İnsan çalışmalıdır ki, 

özündən sonra yaxşı ad qoyub getsin, buna isə ancaq yaxşı  əməllərlə nail 

olmaq mümkündür. Padşahlar taxtına gəlincə: 

 

Faydasız olan bu taxt nəyə gərək?  



Üstündə başqası ömür sürəcək  

Faydasız bu taxta uyma, saxtadır,  

Yerimiz taxt deyil, quru taxtadır.  

Bu qızıl baxt deyil, versəniz fikir,  

Ayağa vurulmuş ağır kündədir.  

Bir taxt ki əbədi yer deyil sana,  

Onu ta dirisən parçalasana! 

 

Bu beytler şairin bütün ömrü boyu inam bəslədiyi "ədalətli  şah", "ideal 



hökmdar" konsepsiyasında dönüş əmələ gəldiyinə dəlalət edir, 

Humanist sənətkar tədricən "ədalətli" hakimlərin də  bəşər cəmiyyətinə 

insanların həmişə arzulamış olduğu səadəti gətirə biləcəyi fikrindən  əl 

çekməyə başlayır və  əsərin ikinci hissəsini təşkil edən "İqbalnamə"də 

İskəndəri azad cəmiyyət münasibətlərinin hökm sürdüyü xoşbəxtlər ölkəsinə 

gətirir və bununla da təsdiq edir ki, bəşər 

  



_______________  

Milli Kitabxana

  ________________ 

14 

 

cəmiyyətinin səadət dolu gələcəyi  ədalətli  şah konsepsiyası ilə deyil, ancaq 



maddi və mənəvi azadlıq ideyaları ilə bağlıdır. 

Şairin bu "sosial utopiyası", onun təsvir etdiyi azad cəmiyyət haqqında 

görüşləri o zamankı dünya ədəbiyyatında misilsiz bir hadisə idi. 

"İskəndərnamə" əsərində şairin yüksək vətənpərvərlik hissləri də öz əksini 

tapmışdır. Bu vətənpərvərlik ideyalarının ən bariz təmsilçisi şairin dərin sevgi 

duyğuları ilə yaratdığı  Bərdə hakimi Nüşabə surətidir. Nüşabə "Xosrov və 

Şirin" poemasında rast gəldiyimiz Məhinbanu surətinin davamıdır. Maraqlı 

burasıdır ki, Nizami İskəndəri öz doğma yurdu Azərbaycana gətirmək üçün 

bilərəkdən tarixi anaxronizmə yol verir. 

Bərdə hakimi Nüşabə eyni zamanda şairin "ədalətli hökmdar" haqqında 

görüşlərinin də ifadəçisidir. Nüşabənin rnüdrik bir hakim olmasını  eşidən 

fateh özü adi elçi sifətilə  Bərdə hakiminin sarayına gedir. Lakin İskəndərin 

adi elçi qayda-qanunları xilafına etdiyi hərəkətlər Nüşabənin nəzərindən 

yayınmır. Onu artıq tanımışlar. İskəndərin fütuhatının şöhrətini eşitmiş olan 

ağıllı qadın onun rəsmini öz xəzinəsində saxlayırdı. Amansız fateh insan 

əqlinin gücü qarşısında aciz qalır və Nüşabənin ölkəsi fəth olunmur. 

Nüşabə  İskəndərin qarşısında süfrə açır və onu cavahiratla doldurur. 

İskəndər  əlbəttə anlayır ki, var-dövlət uğrunda çalışmaq faydasız işdir. O 

deyir: 

Sənin xonçandakı bu daş-qaş daşır,  



Bu danlaq, bu töhmət kimə yaraşır?  

Süfrəyə cavahir saçmaq nə gərək?!  

Gövhərdən qaçmağı mənə öyrətmək?!  

Eşq olsun bu fikri sağlam qadına,  

Mərdliyin yolunu öyrədir mana.  

Ey uzaqgörən qız, gəl məni dinlə,  

Qızıl sikkəsini nəsihətinlə;  

Ataram bir kərə torpaqlara mən,  

Qızıla torpaqdır təbii mədən. 

 

Nizamimn vətənpərvərlik duyğularını doğma Azərbaycanın təbiət 



lövhələrinin təsvirində, xüsusilə  Bərdəyə  həsr olunmuş parçada hiss edirik, 

Şair qeyd edir ki, Bərdə vaxtilə  qədim mədəniyyət və elm ocağı olmuş, öz 

təbiətinin gözəllikləri ilə bütün Yaxın  Şərqdə tanınmışdır. Həmin hissləri o 

öz doğma diyarı olan qədim Gəncə haqqında da söyləyir, özünün qırılmaz 

tellərlə Gəncəyə bağlılığını bildirir. Nizami bö- 

  



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə