Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə125/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   120   121   122   123   124   125   126   127   128

343 
 
14.1.9.Azərbaycan  ərazisində halqavarı  strukturların  parametrləri  ilə  
faydalı  qazıntı  yataqları  arasında  əlaqə 
 
 Məlum olduğu kimi, Azərbaycanın  ərazisi struktur-formasion zonaların  
fərdi inkişafı ilə xarakterizə olunan zonaya daxildir ki, o da əksər hallarda  
regionun  qırışıqlıq-qayma quruluşu ilə izah olunur. Alpaqədərki özül bütün alp 
silsiləsində  dərin yarılmalarla məhdudlaşmış  və zonanın müasir strukturunu  
qabaqlayan diferensial hərəkətlərə məruz qalan ayrı-ayrı bloklara parçalanmış-
dır. Erkən alpaqadərki dövrdə yaranmış və hüdudlarında metamorfizmin  müx-
təlif pillələrinə, o cümlədən maqmatik əmələgəlmələrə məxsus süxurların  ya-
yılması müşahidə olunan mərkəz tipli iri halqavarı vulkan-tektonik strukturlar  
uzun geoloji dövr ərzində - arxeydən dördüncü dövrə  qədər - mis, molibden, 
mərgümüş, sink, qızıl və s. yataqlarının lokallaşmasında böyük rol oynayan  
kiçik ölçülü halqavarı əmələgəlmələrlə mürəkkəbləşmişdir. Bu növ “interferen-
siya”- müxtəlif genezisli halqavarı strukturların sıxlaşması və ya üst-üstə  yığıl-
ması Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Gədəbəy, Daşkəsən, Ordu-
bad və s. filiz rayonlarında müşahidə olunur. Belə xırda strukturların nisbətən  
iri strukturların üzərinə yığılması halı  təbiətdə kifayət qədər geniş yayılmışdır  
və onlar dəqik metallogenik analizin aparılmasını kifayət qədər çətinləşdirir. 
Bununla belə, lokal miqyasda halqavarı strukturların və kiçik ölçülü lineament-
lərin faydalı qazıntı yataqları ilə  hər hansı bir əlaqəsinin olması, daha dəqiq  
desək, filizləşmənin bu strukturların konkret sahələrinə aid olması haqqında fi-
kir söyləmək olar. Bunlar halqavarı strukturların yarılmaların sıxlaşma zonası  
ilə xarici konturları (Xarxar), halqavarı strukturlar və radial lineamentlərin  
(Qızılbulaq)  kəsişmə  düyünləri  və  s.  hesab  olunur.
 
 
14.2. Qeyri-filiz faydalı qazınt yataqlarınını axtarışı və 
proqnozlaşdırılmasında  distansion zondlama materiallarının istifadəsi 
 
14.2.1. Bərk qeyri-filiz faydalı qazıntı yataqlarının axtarışı 
 
 Bu kateqoriyada olan faydalı qazıntılar öz mənşəyi və çökmə süxurların 
yayılması, formasiya və aşınma qabığı ilə (boksitlərlə) əlaqədardır. Buna görə 
də onların axtarışında kosmik üsulların tətbiqinin  əsası sonuncuların inkişafı 
üçün əlverişli hesab olunan formasiya və ya yer hesab olunur. Bu tip xammal 
yataqlatının (daş kömür, duz, boksit, tikinti materialları  və s.) strukturlarının 
öyrənilməsi və axtarışı üçün kosmik materialların məqsədəuyğun istifadəsinin 
mövcud təcrübələri göstərir ki, bir sıra hallarda bu üsullar yeni məlumatlar verir 
və digər geoloji meyarlarla birlikdə perspektivdir. 
Kosmik şəkillərin deşifrələmə nəticələrinə görə, əvvəllər məlum olan bir 
sıra yataqların yeni tektonik xüsusiyyətləri aşkar olunur. Məsələn, müəyyən 
olunmuşdur ki, Moskvaaltı kömür hövzəsinin cənub hissəsi Moskva halqavarı 


344 
 
strukturnnun xarici zonasına uyğunlaşmışdır, onun ayrı-ayrı çökəkliyi-qrabenlər 
isə bu strukturun radial elementləri hesab olunur. 
Dördüncü dövr çöküntülərinin və struktur-geomorfoloji ele-mentlərin de-
şifrə olunması bu çöküntülərlə  əlaqədar olan yataqların axtarışı  və proqnoz-
laşdırılması üçün istifadə olunur. Kosmik şəkillər flüvioqlasial, allüvial və pro-
lüvial çöküntülərə uyğunlaşmış tikinti materiallarına münasibət baxımdan daha 
məlumatlı hesab olunur. Məsələn, Rus plitəsi daxilində qumdaşı-qravimaterial-
ların əsas yataqları vadilər və yarğanlar daxilində yerləşmişdir. Qara-ağ şəkil-
lərdə hər iki tip struktur bitki örtüyü ilə şərtlənmiş tünd uzunsov konturla ayrı-
lır. Bir çox vadi və yarğanlar lineamentlərə uyğun gəlir. Vadi və yarğanlar daxi-
lində perspektivli yerlər daşınma konusu əmələ  gətirən kənar vadilər hesab 
olunur. 
 
14.2.2. Daş kömür yataqlarının öyrənilməsi 
 
Müxtəlif miqyaslı KŞ-lərin tətbiqi nəticəsində qalın kömürlü çöküntülərin 
qalın qatı gizlənmiş regional dərinlik qırılmalarının, kömürlü qatların toplanma 
şəraitinə  təsir edən lokal lineamentlərin və halqavarı strukturların ax-tarışı  və 
öyrənilməsinə imkan yarandı. Lineamentlər sistemi torf yatağı bünövrəsinin 
enmə sürətini nəzarətləndirən və ya kömür laylarının yatım  şəraitini 
mürəkkəbləşdirən qırılmalara uyğun gəlir.  İlk dəfə Donetsk və Peçore hövzə-
lərində ayrılmış  halqavarı strukturlar 8-10 km-dən 70-100 km-ə kimi ölçüyə 
malikdir: kiçik strukturlar həm daş kömür, həm də mezokaynozoy çöküntülərin-
dəki izometrik qalxımlara; irilər isə (məsələn, Qukovskaya) qravitasion, maqnit, 
istilik və s. anomaliyalara uyğun gəlir. Kömürlü hövzələrin strukturunda 
kəsişmə düyünləri böyük əhəmiyyətə malikdir. Burada daha mürəkkəb 
quruluşlu kömürlü çöküntülər və bəzi (məsələn, Qukovskaya) dairəvi struktur-
lar yerləşir ki, bunlarla da kömür qatlarının tərkib və quruluşunda geoloji kütlə-
lərin qalınlığının dəyişməsi, kömür laylarının haçalanması, qırılma pozulmaları 
və digər anomaliyalar əlaqədardır. 
 
14.2.3 Hidrogeoloji və geotermal  sərvətlərin öyrənilməsi 
 
Kosmik  şəkillərin deşifrələnməsinin nəticələri  ərazinin hidrogeoloji ra-
yonlaşdırılmasında və hidrogeoloji xəritələrin tərtibində tətbiq olunur. Müxtəlif 
miqyaslı kosmik şəkillərdən istifadə artezian hövzələrinin aşkar edilməsi və sər-
hədləndirilməsini, landşaft-indikasion  əlamətlərə görə müxtəlif sulu horizont-
ların xəritələnməsini, lay sularının qidalanma və boşalma sahələrinin təyinini və 
s.  şərtləndirdi. KŞ-lərin deşifrə  nəticələrinin struktur-geoloji interpretasiyası 
yüksək çatlılıqla seçilən zonaların axtarışına və aşkarına imkan ya-ratdı. Nəzərə 
alsaq ki, sonuncular yeraltı suların hərəkətini nəzarətləndirən regional 
qırılmalar boyunca yerləşir, onda yeraltı suların dinamika elementlərinin 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə