Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

_______________ Milli Kitabxana _______________ 
101 
 
Camalı güllərə olsun yaraşıq. 
Boy atmaq öyrətsin sərvə özündən
Utansın yasəmən onun üzündən. 
Qönçənin ətrindən min bac istəsin, 
Çəmənlər mülkündən xərac istəsin. 
Boyu kölgə salsın çəmən üzünə 
Gülsün o sərv ilə səmən üzünə, 
Yox, yox onun qəsdi bu deyil, bilsən, 
Nə güldür, nə sərvdir, nə də nəstərən. 
Onun məqsədi də, eşqi də təkdir, 
Bir bucaq axtarıb, min ah çəkməkdir. 
Bülbülə sirrini açmaq istərdi, 
Bəlkə təzələnə yenidən dərdi. 
Bəlkə gülüstanda əsən küləklər 
O qərib aşiqdən verə bir xəbər. 
Bəlkə də açıla qəlbinin bağı. 
Qalxa sinəsindən ayrılıq dağı. 
O yerdə bir gözəl xurmalıq vardı, 
Çin nəqqaşlarından bir yadigardı. 
Onun cərgə-cərgə xurmalıqları 
Sanki yol salmışdı behiştə sarı. 
Bu xoş seyrangaha - başdan, binadan 
Ayaq basmamışdı canlı bir insan. 
Leylinin yanında bir bölük nigar 
Gəlib o çəmənə yetişdi onlar. 
Leyli yaşıllıqda oturdu gül tək, 
Otlardan belinə kəmər çəkərək, 
Hayana dəydisə onun nəfəsi, 
Açıldı süsənin, gülün qönçəsi. 
Hansı çəmənə ki, əli çatardı, 
Şümşad göyərərdi, sərv boy atardı. 
O sərv boylular, o gül üzlülər 
Şadlanıb güldülər orda bir qədər. 
Bir an qoşuldusa şadlığa Leyli, 
Çox da bağlanmadı məclisə meyli. 
Tutu quşu kimi o sövdalı qız 
Bir sərvin altına oturdu yalnız. 


_______________ Milli Kitabxana _______________ 
102 
 
Gizlicə sızladı mehribanlıqla, 
Sonra dilə gəldi bir xoş qılıqla: 
"Sən ey eşqə layiq, əziz dildarım, 
Sən mənə layiqsən, mən sənə, yarım. 
Ey sərv qamətli, coşqun həvəsli
Ey atəş ürəkli, sərin nəfəsli, 
Nolar ki, görəsən sən də bu bağı! 
Gəlib qaldırasan sinəmdən dağı. 
Nolar, bir tapasan bu bağda məni! 
Sən sərvi görərsən, mən də narvəni. 
Tutaq ki, dözmürsən məni görməyə, 
Mənim bu bağçamdan qaçırsan niyə? 
Söylə, sifarişin gəlməyir nədən? 
Layiq deyiləmmi bu vəfayə mən?" 
Söz sona çatmamış eşitdi bir səs, 
Elə bil bir anlıq kəsildi nəfəs. 
Qəzəl oxuyurdu yolda bir nəfər
Məcnunun şeriydi o gözəl əsər: 
"Ey mənim pərdəmi açan cananım, 
Qoy olsun umudun pərdə tutanım. 
Məcnunu boğmuşdu qan dalğaları, 
Leyli o yazığı anırmı barı? 
Məcnunun bağrını yandırır ələm, 
Leyli hansı qəlbə su səpir bu dəm? 
Məcnunun qəlbini dəlmiş ox, tikən,  
Leyli nə naz ilə yatır, görəsən? 
Məcnun min ah çəkib ağlayır burda, 
Leyli necə şadlıq axtarır orda? 
Məcnun dərd içində, dağ içindədir, 
Leyli hansı bahar, bağ içindədir? 
Məcnun qəm zənciri vurmuş özünə, 
Leyli gülümsəyir kimin üzünə? 
Məcnunun ürəyi ürkmüş hicrandan
Leylinin xəyalı nədir bu zaman?" 
Bunu dinlədikcə, qızın göz yaşı - 
Tökülüb, yumşaltdı torpağı, daşı. 
Bağdakı qızlardan birisi bu an 


_______________ Milli Kitabxana _______________ 
103 
 
Leyliyə baxaraq gözünün altdan, 
Gördü ki, dərd çəkir o gözəl pəri, 
Eşqə mehribandır onun gözləri. 
Sonra evlərinə qayıtdı qızlar, 
Sədəfə dürr kimi girdi o nigar
85

O qızın qəlbində qalmadı bu sirr, 
Gedib anasına söylədi bir-bir. 
Məqsədi buydu ki, anası yenə 
Bir çarə axtarsın onun dərdinə. 
Bu nakam gözəlin anasına bax, 
Qəfəsdə quş kimi o çırpınaraq, 
Dedi: "Özbaşına qalsa bu nigar, 
O, Məcnun olmuşdur, bu da məst olar. 
Onu səbr etməyə çağırsam əgər, 
Qorxuram məhv olub əlimdən gedər". 
Onun həsrətiylə hey yana-yana 
Səbr edib dözürdü yenə də ana. 
Leyli dörd divarda bir xəzinə tək, 
Ay kimi çadırda yaşayırdı tək. 
Bulutdan tutqundu çəkdiyi ahlar, 
Qında qılınc kimi olmuşdu qəmxar. 
Əzab içindəydi o nazlı mələk 
Varmı məhəbbətlə şad olan ürək? 
 
 
İBN-SƏLAMIN LEYLİNİ İSTƏMƏSİ 
 
Bağın calalını yaradan usta 
Böylə nəql edirdi dastan xüsusda: 
O gün ki, o bağa girdi aypara, 
Yaydı şəfəqini asimanlara. 
Gül sərvin başında dəstə bağladı, 
Gülün və gülabın alçaldı adı. 
Zəncir halqası tək biri-birinə 
Keçmişdi Leylinin saçları yenə. 
Yolda Bəni-Əsəd qəbiləsindən 
Bir nəfər, Leyliyə rast gəldi birdən. 


_______________ Milli Kitabxana _______________ 
104 
 
Böyükdü ondakı vüqar və hünər, 
Ehtiram saxlardı ona ərəblər. 
Çoxdu qəbiləsi və qohumları, 
Hörmətlə keçərdi bütün ruzgarı. 
Xalq da baş əyərdi o gəncə müdam
Ona ad vermişdi bəxt-Ibn-Səlam. 
Gümüşlə, arxaydı ondakı hünər, 
Onu barmaq ilə göstərərdilər. 
O parlaq çırağı-Leylini görcək, 
Bir çarə tapmağa əsdi külək tək. 
Lakin o baxmadı heç də gərdişə 
Ki, çıraq küləklə gəlməz sazişə. 
Vətənə qayıdıb, cumdu xəyala, 
Qəlbi can atırdı onun visala. 
Ayı qucaqlaya bilməmiş heç kəs, 
Bəlkə xəbərsizdi bu işdən o şəxs. 
Başında gəzirdi visalın dərdi, 
O pəri qızına elçi göndərdi. 
Istəyi buydu ki, getsin elçilər,  
Versin öz könlünü ona bu dilbər. 
Hiylələr düzəldib düşdü ayağa, 
Qızılı gül kimi tökdü torpağa. 
Min xəzinə yığıb göstərdi elə, 
Sürüsü, ilxısı səs saldı çölə. 
Könül ovçusuydu o gözəl mələk, 
Onun arxasınca elçi gedərək
Ələ gətirməkçin haman gəlini, 
Ata, anasının öpdü əlini. 
Ata da, ana da cüt əyləşdilər, 
Onlara xoş gəldi bu xeyir xəbər. 
Dedilər: "Başqa bir məsləhət olmaz, 
Ancaq ki, gözləmək lazımdır bir az. 
Çünki pərişandır bizim novbahar, 
Leylinin azacıq xəstəliyi var. 
Qoyun yaxşılaşsın, şadlanaq biz də, 
Kəbin kəsərsiniz o zaman siz də. 
Bu kəbin, qəlbaçan bu xeyir xəbər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə