Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

_______________ Milli Kitabxana _______________ 
93 
 
Filin vücudundan milçəyə qədər, 
Bu zülmü çəkməyən varmıdır məgər? 
Xalqın istəyincə olsaydı hər iş, 
Bir iş qalardımı xalq istəməmiş. 
Daşları əridir çəkdiyim kədər
Kim öz ürəyinə sıxıntı istər. 
Məni pis taleim təqib edir, bil, 
Heç kəs bədbəxtlikdən qurtaran deyil. 
Neyləyim, olsaydı əlimdən tutan, 
Ya günəş, ya da ay olardım, inan. 
Bizdən ixtiyarsız yaranmış hər iş, 
Insan iradəsi ona dəyməmiş. 
Başım bəlalıdır, ürəyim xal-xal, 
Dünyada varmıdır bir nəfər xoşhal. 
Vətən tozu kimi mənəm sərgərdan, 
Axır gözlərimdən yaş yerinə qan. 
Bükdüm ildırım tək dodağımı mən, 
Qorxub gülmədim ki, od tutar bədən. 
Deyirlər, nə üçün gülməyirəm bir? 
Ağlamaq qəmginlik əlamətidir. 
Ömrümdə şadlanıb gülsəm bircə gün, 
Qorxuram ağzımdan alov püskürsün. 
Kəklik qarışqanı dimdikləyərək, 
Onu dimdiyində sıxırdı bərk-bərk. 
Qarışqa kəkliyə gülərək bu an, 
Dedi ki: "Sən gülmək bacarmayırsan" 
Yazıq qarışqaya baxaraq dik-dik; 
"Bu mənim peşəmdir" söylədi kəklik. 
Sonra qəhqəhəylə o güldü birdən
Saldı qarışqanı öz dimdiyindən. 
Hər kim bu dünyada gülərsə artıq, 
Ondan uzaqlaşar məncə xoşbaxtlıq. 
Yersiz bir gülüşün nə mənası var? 
Yerində ağlamaq daha xoş olar. 
Mənim ki, nəsibim oldu əziyyət, 
Hansı bir günümlə mən olum rahət? 
Belində yük olan qoca bir eşşək 


_______________ Milli Kitabxana _______________ 
94 
 
Nə qədər ömrü var əzab çəkəcək, 
Rahat olmayacaq o əziyyətdən, 
Bir ölüm qurtarar onu bu dərddən. 
Demə məhəbbətə qılıncdan iti, 
Ürəkdir yaradan bu məhəbbəti. 
Qılınc oyunundan kim qaçsa, gerçək, 
Başı bir qılıncla vurulsun gərək, 
Eşqin qılıncından qorxmaz ki, heç kəs, 
Aşiqin başından qılınc əksilməz. 
Aşiq olan kimsə canından qorxmaz 
Cananını sevən cahandan qorxmaz. 
Girdi bulutlara o ay sirdaşım, 
Qoy qılınc altına qoyulsun başım.  
Bir baş verilməsə canana qurban
Qılınca və teştə layiqdir, inan. 
Bu odlara düşən canım naxoşdur, 
Bu naxoş canımın yanması xoşdur. 
Mən ki, söz olmuşam ağıza, dilə, 
Sən də unut məni bu gündən belə". 
Ata dinlədikcə yazıq oğlunu, 
Ağladı, ağladı, yaş boğdu onu. 
Bir yanda atası dayanmış giryan, 
Bir yanda balası yıxılmış üryan. 
Sonra evlərinə onu apardı, 
Təsəlli verərək öpdü, yalvardı. 
O sinəsi dağlı, o bəxti qara 
Qəfəsdə quş kimi düşmüşdü dara. 
Evdə iki-üç gün qara bağladı 
Bu acı səhnəni görən ağladı. 
O pərdəni yırtıb, ah çəkdi yenə, 
Baş alıb yollandı çölün düzünə. 
Əzab içindəydi həyatı ancaq, 
Ölümdən pis idi ona yaşamaq. 
Məhəbbət coşdurdu onun ruhunu
Yenə Nəcd dağına apardı onu. 
Əli daş kimiydi, ayağı dəmir, 
Dağı dolaşırdı o havalı şir. 


_______________ Milli Kitabxana _______________ 
95 
 
Orda gurladıqca Məcnunun səsi, 
Bir qəzəl deyirdi hər zümzüməsi. 
Ellər, obalar da yığışıb səf-səf 
Gəlirdi heyrətlə o dağa tərəf. 
Eşitdikdə ondan nadir bir inci, 
Xatirə qələmə tutub birinci. 
Töhfə apardılar diyarbədiyar, 
Aşiqlər nəğmədən varlanırdılar. 
 
LEYLİNİN ƏHVALI HAQQINDA 
 
Murad dastanının ilk səhifəsi
Gözəllik mülkünün baş sərkərdəsi, 
Yeddi ulduz kimi gözəl camallı, 
O göylər duruşlu, göylər calallı, 
Gözəl camalına ay həsəd çəkən, 
Hüsnüylə sərvin də bağrını sökən, 
Umudu, qorxunu mars qoyan hünər, 
O aydan, günəşdən irs alan dilbər, 
O, bütpərəstlərin səcdə mehrabı, 
O, saray qəndili, gülşən gülabı, 
Eşqin yatağına, nazına bir yar, 
Həm xəzinə olan, həm xəzinədar, 
Hüsnün, gözəlliyin zinət mayəsi, 
Şəkər dillilərin naz sərmayəsi, 
Özünə min aşiq qəlbi bağlayan
Min Məcnun zənciri qırıb ağlayan 
Leyli parladıqca min təmtəraqla, 
Aləm göstərirdi onu barmaqla. 
Daradı saçını o təzə sünbül, 
Yırtdı qönçəsini o növrəstə gül. 
Boyu sərv kimi qalxıb, ucaldı, 
Yaqut dodaqları nə canlar aldı! 
O, könül bağında boy atan pəri, 
Qəmzə oxlarına tutdu elləri. 
Ah, o baxışları nə sehirkardı! 


_______________ Milli Kitabxana _______________ 
96 
 
Yüz könül mülkünü birdən talardı. 
Qəmzəsi ox kimi süzüb gedərdi, 
Ərəb, türk yurduna hücum edərdi. 
Atdığı kəməndin bir sirri vardı, 
Qəmzəsi ov tutar, zülfü bağlardı. 
Sonra da atardı damın üstündən, 
Müşgə bənzəyirdi ahu gözləri, 
Ahular ovlardı o gözəl pəri. 
Şikar zamanında şirləri belə 
Tutub zəncirlərdi hörüklərilə. 
Üzü gül, dodağı baldan da şirin, 
Şəkər görüb onu, dedi afərin, 
O gül yanaqlara, bal dodaqlara 
Min nazənin baxıb, düşmüşdü tora. 
Saçı öpüş üçün yol təmizlərdi, 
Kirpiyi "qoy allah versin" deyərdi. 
Zülfü kəmənd olub, aşiq ovlardı. 
Kirpiyi ox kimi onu qovlardı. 
Aydan gözəl olan o iki yanaq 
Güldən iki addım düşmüşdü qabaq. 
Bir sərv boyluydu o qızın özü, 
Sərv üstə qırqovul kimiydi üzü. 
Dodağı şəkərdən şirə çəkmişdi, 
Xurmanın üstünə qələm çəkmişdi. 
Öpüş yaraşırdı o gül dodağa, 
Şəkərin tüngünü qoymuşdu lağa. 
Açıq quyu kimi zənəxdanına 
Yüz könül düşmüşdü, aldanıb ona. 
Zülfünü ip kimi atmışdı canan, 
Bəlkə, aşiqləri çəksin quyudan. 
Aşiqlər halına o yana-yana, 
Özünün qəlbi də dönmüşdü qana. 
O, dustaq qalmışdı bir pərdədə tək, 
Ürəyi sınmışdı onun pərdə tək. 
Bəzən oğrun-oğrun dam üstündə qız. 
Səhərdən axşama baxardı yalnız. 
Bəlkə də, Məcnunu görə bir təhər, 
Bari, bir dəqiqə deyib gülələr. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə