Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

_______________ Milli Kitabxana _______________ 
85 
 
Yarın öyüd verən o halqasından. 
Cananın meyiylə dolsun piyaləm, 
Sikkəsi düşməsin adımdan bir dəm. 
Qoy alsın canımı yarın camalı. 
Qanımı içsə də olsun halalı. 
Qəmindən şam kimi yansa bədənim, 
Bir günüm olmasın o qəmsiz mənim. 
Bu eşq aləmində ürək düz olsun
Eşqim yaşadıqca, birə yüz olsun". 
Ata dinlədikcə oğlunu, yenə 
Dərin bir susqunluq çökdü qəlbinə. 
O indi bildi ki, nədir məhəbbət, 
Dərmansız, davasız yaranmış bu dərd. 
Baş alıb qayıtdı öz evlərinə, 
Bütün qohumlarla görüşdü yenə. 
Dedi: "Bu zənciri qırılmış bədbəxt 
Kəbə halqasına əl atdığı vaxt 
Qulağım titrədi zəmzəməsindən, 
Mən də Zəmzəm kimi coşdum səsindən
80

Deyirdim, əl açar oğlum Kəbəyə
Leylinin dərdindən qurtarsın, deyə. 
Osa öz canına qarğadı yalnız, 
Dualar etdi ki, yaşasın o qız". 
 
 
MƏCNUNUN ATASININ LEYLİ QƏBİLƏSİNİN  
QƏSDİNDƏN XƏBƏR TUTMASI 
 
Yayıldı aləmə bu acı xəbər, 
Bu sirri yadlar da açıq bildilər. 
Dedilər: "Can alan bir eşq ucundan 
Divanə olmuşdur gözəl bir cavan". 
Ondan danışdıqca hər oba, hər kənd. 
Gah təəssüf etdi, gah da məzəmmət. 
Leyliyə güldükcə istehzaçılar, 
Girdi qəm evinə o dərdli nigar. 
Leyligil tərəfdən bir-iki nəfər 


_______________ Milli Kitabxana _______________ 
86 
 
Qəbilə şahına belə dedilər: 
"Filan biyabandan çıxan bir sarsaq 
Bizim qəbiləni rüsvay edir, bax. 
Yanında it kimi bir sürü adam
Baş açıq buraya gəlir o müdam. 
Gəzir sızıltıyla bizim yerləri, 
Gah atılıb düşür, gah öpür yeri. 
Yaxşı şer deyir, şeri gözəldir, 
Dəqiqə başına qəzəl düzəldir. 
Onun qəzəlləri oxunan yerdə 
Yırtılıb dağılar yüzlərcə pərdə. 
Bütün sözlərini el deyir əzbər, 
Bizi də, səni də rüsvay edirlər. 
Leyli də olmuşdur sinəsi dağ-dağ, 
O yeldən sönəcək bizim bu çırağ. 
Bir qulaq burması göstər ona sən, 
Bizim ay qurtarsın onun şərrindən". 
Oğru yorğun idi, darğa qan tökən 
Işdən xəbər tutub qopdu yerindən. 
Qılıncı çəkərək, dedi, müxtəsər: 
"Onun cavabını bu qılınc verər". 
O yerdə bir nəfər amiri vardı, 
Öz qəbiləsinə xəbər apardı. 
Dedi atasına Məcnunun dərhal: 
"Gözlənən bəlanın qarşısını al. 
Yoxdur o darğanın qəlbi, duyğusu. 
Alovlu bir oddur, sürətli bir su. 
Məcnun xəbərsizdir, qorxuram ki, mən, 
Bilsin, ayrılanda başı bədəndən. 
Onun qarşısında boş bir quyu var
Quyuya düşməmiş edək xəbərdar". 
Sən yazıq atanın taleinə bax! 
Atalıq eşqiylə qəlbi yanaraq, 
Dostlara əmr edib, buyurdu qoca: 
Yel kimi düşsünlər onun dalınca, 
Nəsihət diliylə onu bir təhər 
Təsəlli tapmağa dəvət etsinlər. 


_______________ Milli Kitabxana _______________ 
87 
 
Axtarıb gəzdilər onu hər yandan, 
Nə bir iz tapdılar, nə də bir nişan. 
Dedilər: "Bəlkə də əcəl yetmişdir, 
Vəhşilər əlində ölüb getmişdir". 
Hər dost ürəyindən qopdu bir nalə, 
Qaranlıq çökmüşdü hissə, xəyalə. 
Ondan nə iz vardı, nə də yadigar, 
Bütün ailəsi qalmışdı ağlar. 
Eşqin halqasını qulağa taxan, 
Dünyanın işinə biganə baxan, 
Bir xəzinə kimi küncdə qalaraq, 
Nə səs eşidirdi, nə də ki, soraq. 
Belə bir ovlaqda o Məcnun yazıq 
Yolun tozuna da qanedi artıq. 
Şir güclü olsa da tox bir canavar
Ondan qoçaq olar ovda çaqqallar. 
Aclığı olmasa şahinin bir az, 
Turacın üstünə uçub şığımaz. 
Ac üçün kəpək də yağlı çörəkdir, 
Tox üçün yağ-çörək sanki kəpəkdir. 
Iştah qızışanda baş alıb gedər, 
Çovdar çörəyini mum tək əridər. 
Halva çox şirindir, şəkər kimidir, 
Kəkliyi azmışa zəhər kimidir, 
Məcnun dolaşdıqca o baldan kənar, 
Yediyi olmuşdu tamam zəhrimar. 
Başından aşdıqca aşiqin dərdi, 
Kasad mətaına rəvac verərdi. 
Yox, yox, əridəcək bu sövda onu, 
Yoxdur bu qüssənin, bu dərdin sonu. 
Məcnuna üz verən hər ölçüsüz qəm 
Olmuşdu dərdini dağıdan həmdəm. 
Bir yol tapmasa da o xəzinəyə, 
Axtarıb gəzərdi, xəzinə deyə. 
Bəni-Səd adlanan yad bir tayfadan 
Bir nəfər Məcnuna rast gəldi bu an. 
O gördü aşiqi xərabəzarda, 


_______________ Milli Kitabxana _______________ 
88 
 
Əhvalı pozğundur, xəyalı darda. 
Qalmış öz beyti tək tənha, giriftar, 
Mənası genişdir, qafiyəsi dar, 
Yəni ki, məhrumam yardan, yoldaşdan, 
Qafiyəsiz şerdir, kimsəsiz insan. 
Öz talei kimi dönmüş kamana
Vəfada ox kimi durur mərdana. 
Onun duruşunda məna gəzərdi, 
Kamanla birləşmiş oxa bənzərdi. 
Bir nalədən başqa yoxdu həmdəmi, 
Yalnız kölgəsiydi onun məhrəmi. 
O yolçu ordaca gördü Məcnunu, 
Nəcib bir insana bənzətdi onu. 
Sonra əhval tutub, nə soruşdusa, 
Məcnun cavab verib dinmədi əsla. 
Umudu kəsildi, onu tərk etdi, 
Yolçu öz yoluna düzəlib getdi. 
Gəldi Məcnungilin qəbiləsinə, 
Qəbilə toplaşdı onun səsinə. 
Dedi: "Filan yerdə, xərabəzarda 
Məcnun ilan kimi qıvrılır darda. 
Divanə dərdlidir, yorğundur, bilin, 
Div kimi qaçmışdır gözündən elin. 
Hər yetən tənədən bir yara almış, 
Əriyib bir dəri, bir sümük qalmış". 
Atası oğlundan xəbər tutunca, 
Eldən üz döndərdi zavallı qoca. 
Oğul sorağıyla o ixtiyar da 
Dolaşdı div kimi mağaralarda. 
O gəlib yetişdi bir viranəyə, 
Daş üstə rast gəldi o divanəyə. 
Məcnun sinəsindən söz bağlayırdı 
Gah oxşatma deyir, gah ağlayırdı. 
Ciyərinin qanı gözdən axırdı, 
Bəxti tək gah düşüb, gah da qalxırdı. 
Elə məst etmişdi onu bu hicran, 
Nə dünya bilirdi, nə də ki, insan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə