Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

_______________ Milli Kitabxana _______________ 
97 
 
Harda tapsın onu bu gözəl sona, 
Dərdini, sirrini bir açsın ona? 
Ah, rəqib hədəsi, ah, düşmən dərdi! 
Qız gecə yarısı min ah çəkərdi. 
Şam kimi dəlicə gülməyi vardı, 
O, şirin gülsə də, acı ağlardı. 
Göz yaşı gülünü islatdıqca hey, 
Məcnun görünürdü gözünə hər şey. 
Ayrılıq oduna yanırdı pünhan, 
Nə işıq, nə tüstü çıxırdı ondan. 
Üzdə külək kimi coşsa da hər vaxt, 
Içərdə qəlbini yeyirdi bədbaxt. 
Öz dərd aynasına baxaraq yalnız, 
Orda xəyaliylə danışırdı qız. 
Yalnız kölgəsiydi onun sirdaşı, 
Bir də həmdəmiydi eşqin göz yaşı 
Kölgəyə dərdini açdıqca dilbər, 
Qonşusu yatmırdı onun gecələr. 
Odla su arası olmuşdu yeri, 
Bir pəri üzlüydü o gözəl pəri. 
Qadının nəğməsi cəhrə səsidir. 
Ox isə şahların ov həvəsidir. 
Leyli iki başlı iyi ataraq, 
Bir başlı ox aldı, ah çəkdi ancaq. 
Sarsınıb atdığı bir başlı oxdan, 
Iki başlı iy də oldu sərgərdan 
Dərya-dərya yığıb dərd ilə qəmi, 
Gözündən tökürdü o, gəmi-kəmi. 
O, pərdə dalında qəmlər yedikcə, 
Qəmlər əridirdi qəlbini təkcə. 
Qulağa bir qızıl halqa taxaraq
Halqa tək qapıya asırdı qulaq. 
Eşqin halqasını öz qulağından 
Başqa bir insana verməzdi bir an. 
O, ay çeşməsinə baxıb dalardı. 
Gözləri çeşmə tək yolda qalardı. 
Bəlkə bir sifariş gələ Məcnundan, 


_______________ Milli Kitabxana _______________ 
98 
 
Ya quru bir salam eşidə ondan. 
Arabir əsdikcə Nəcdin küləyi, 
Bir vəfa duyurdu qızın ürəyi. 
O yandan bir bulut gəlsə bu yana, 
Umud damlaları verirdi ona. 
Evin hər yerindən, hər bucağından 
Yarın qəzəlini duyurdu canan. 
Leyliyə bazardan gələn hər uşaq 
Baxırdı, Məcnundan söz oxuyaraq. 
Damının altından keçdikcə hər kəs
Qəzəl söyləyərdi ona bir nəfəs. 
O dünya camallı nazəndə dilbər 
Qəlbindən qoşardı gözəl şerlər. 
O bakirə gözəl, bir sənətkardı, 
Özü tək bakirə sözləri vardı. 
Məcnunun dilindən söz düzəldərək, 
Cavab da yazırdı o gözəl mələk. 
Məcnunun şeriylə yandıqca pəri, 
Ona su səpərdi öz şerləri. 
Kağızı gizlində isladıb qanla, 
Ona söz yazardı min həyəcanla. 
Salam göndərərdi sərvə yasəmən. 
Kimə rast gəlsəydi o məktub, inan, 
Oxuyub oynardı o, şadlığından. 
Aparıb Məcnuna verərdi ki, bir 
Desin cavabında o gözəl bir şer. 
O da canan yazan söz əvəzinə, 
Axıcı bir qəzəl deyərdi yenə. 
Demək, bu həsbhal qəlbin səsiydi. 
Iki sevgilinin deyişməsiydi. 
O aşiq bülbüllər ötəndən bəri, 
Qırıldı dünyanın bütün qəmləri. 
Dinib danışdıqca o qoşa sazlar, 
Qopdu simlərindən gözəl avazlar. 
Rudla çəng çalsa da iki nəğməkar
Bir qəlbin səsini verirdi onlar. 


_______________ Milli Kitabxana _______________ 
99 
 
Onlar ki, hər dərdi şerə salardı, 
Başqası çəngdə, neydə çalardı. 
Nəğmə düzəltdikcə iki nəğməkar, 
Çalıb oynayardı evdə uşaqlar. 
Tənə qapısını açıb yenidən, 
Böhtan uydurardı onlara düşmən. 
Ağlamaq tutardı axır onları, 
Göz yaşı yuyardı o böhtanları. 
Tamam bir il keçdi bu münval ilə, 
Onlar dolanırdı bir xəyal ilə. 
 
BAHARIN TƏRİFİ VƏ LEYLİNİN XURMALIQ 
TAMAŞASINA GETMƏSİ 
 
Sərdi xalısını səhraya min gül, 
Bəzədi torpağı susənlə sünbül. 
Ağacda qonçalar baxdı göz-gözə, 
Bənzədi qayğısız, gülər bir üzə. 
Qırmızı lalədən sarı çiçəkdən 
Təbiət bir bayraq qaldırdı bilsən. 
Baxıb bostandakı, bağdakı hüsnə, 
Bülbül rübabını basdı köksünə. 
Üstünə şeh düşmüş yaşıllıqlar da 
Zümrüdə bənzərdi o ilk baharda. 
Çəmənlər başına bürümüşdü şal, 
Lalənin yarpağı olmuşdu xal-xal. 
Hələ, nəzər yetir bənəfşələrə
Zülfünü darayıb tökmüşdü yerə. 
Qonça, kəmərini bağlayıb bərk-bərk, 
Tikandan ox tutub atırdı, gerçək. 
Güllər ipək geyib bəzənən zaman 
Külək yapışmışdı sırğalarından. 
Gül rəngli günəşdən açıb neylufər, 
Suyun qarşısında atmışdı süpər 
Şümşad tellərinə çəkib şanəni 
Nar gülü yığırdı nara danəni. 


_______________ Milli Kitabxana _______________ 
100 
 
Ətrinin ağzını açdıqca sünbül, 
Baxıb əl verirdi ona qızılgül. 
Od tutub alışan nərgiz də bu an 
Qızdırmalı kimi qalxdı yuxudan. 
Şərab qətrələri qaynayıb haman. 
Yavaşca axıtdı damarında qan 
Axıtdı yasəmən can bulağını,  
Nəstərən yıxadı gül yanağını. 
Qızıl gül qorxaraq açdı gözünü, 
Nazlandı misilsiz görcək özünü. 
Beldəki qılınca bənzərdi süsən
Yox, o sıyırmaydı, səhv elədim mən. 
Quşlar dil açmışdı bağda hər yandan, 
Baş açmaq olmazdı hərzə-hədyandan. 
Turac ürəyindən kabab bişirir, 
Qumru sinəsindən ona duz verir. 
Çinar başındakı göyərçin səsi 
Deyirdi aləmə yar zümzüməsi. 
Ağacda bülbül də qan yaş tökərdi, 
O da Məcnun kimi nalə çəkərdi. 
Gül də Leylidəki o vüqar kimi
Çadırdan çıxmışdı tacidar kimi. 
Baxıb gül fəslinin çəmənlərinə, 
Leyli qədəm basdı onun seyrinə. 
Sonra saçlarını hörərək yenə, 
Su səpdi gülünün yaqut rənginə
84
 
Haman qəbilənin gözəl qızları 
Aldı ortalığa bizim dildarı. 
Ərəb torpağında türk idi onlar, 
Xoşdur ərəbboylu türk olan nigar. 
Sənəmlər içində gedir xuraman
Yaman göz dəyməsin ona heç zaman. 
Bağda bitkilərin seyrinə dalsın, 
Gülün kölgəsində dincini alsın. 
Piyala uzatsın ona nərgizlər, 
Lalədən öyrənsin təzə bir xəbər. 
Bənəfşə zülfündən aldıqca işıq, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə