Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

_______________ Milli Kitabxana _______________ 
77 
 
Əlac gətirdilər o divanəyə. 
Nəsihət dilinə keçdi hər nəfər 
Ancaq od üstünə tikan səpdilər. 
"O ruh ovçusundan daha da xumar, 
Burda ruh bəsləyən gözəlimiz var. 
Bax, yaqut dodaqlı, inci buxaqlı, 
Ruha ətir saçan, lalə yanaqlı 
Gözəllər, aydan da çox işıqlıdır, 
Onlar ilk bahardan yaraşıqlıdır. 
Qarşında yüz tanış ola-ola, sən 
Nədən yad qızına könül verirsən? 
Gəl, bu gözəllərə, cananlara bax, 
Səninçin nazəndə bir sənəm alaq. 
Oxşasın könlünü o nazlı nigar, 
Şəkərə süd kimi uyuşsun o yar. 
Canından deyildir, unut Leylini, 
Bir də o dilbərə salma meylini". 
 
 
LEYLİNİN EŞQİ İLƏ MƏCNUNUN AĞLAYIB  
SIZLAMASI 
 
Məcnun qohumların yalvarışından 
İnciyib daha da oldu pərişan. 
Cırdı köynəyini, lüt qaldı bədən, 
Dedi ki: "Ölmüşə nə lazım kəfən? 
Bu iki aləmə sığmayan bir kəs 
Bir can köynəyinə yerləşə bilməz". 
Əzraçün Vamiq tək düşmüşdü dərdə, 
Gah dağda yaşardı, gah da çöllərdə. 
O evdən türk kimi çıxaraq yenə, 
Düşdü köçərilik düşərgəsinə. 
Geymini yırtaraq, tikdi bir kəfən, 
Qırıb zəncirini, çıxdı məhbəsdən. 
Döşədək cırılmış halda ətəyi, 
Uzaqda gəzirdi qəriblər kimi. 
Canına qəsd etmək xəyalı vardı, 


_______________ Milli Kitabxana _______________ 
78 
 
O, yalnız oturub, yalnız durardı. 
Dəli tək hər evə yaxın gedərdi, 
Leyli! Leyli! deyib xitab edərdi. 
Ah! O ayaq yalın, bir də baş açıq,  
Məlamət yurduna düşmüşdü yazıq. 
Istər pislik olsun, istər yaxşılıq 
Yamanı yaxşıdan seçməzdi artıq. 
Yəmən ulduzunun xəyalilə tək
Nəğmələr deyərdi, inildəyərək. 
Beyitlər axdıqca onun dilindən, 
Yadında saxlardı hər gəlib gedən. 
Hamı bu matəmə olmuşdu heyran, 
Görənlər ağlardı bu hala candan. 
O da xəbərsizdi görən gözlərdən, 
Dalınca söylənən acı sözlərdən. 
Həyat dəftərindən silmişdi eybi, 
Yaşardı nə ölü, nə diri kimi. 
Qəlbinin başında bir sövda daşı, 
Olmuşdu xar kimi daşın sirdaşı. 
Altı daş, üstü daş, o əzilərək, 
Bədəni bir xılta dönmüşdü, gerçək. 
Şam kimi keçinib, o qaralmışdı, 
Quş kimi tayından ayrı qalmışdı. 
Qəlbinin başında çal-çarpaz dağlar, 
Üzünü örtmüşdü tozlar, torpaqlar. 
Ələmi, qüssəsi başdan aşaraq, 
Insan məclisindən uzaqlaşaraq, 
Ah çəkib, ağladı: "Əlacım nədir?- 
Dedi, - könül mülkü bir viranədir. 
Avara düşmüşəm xanımanımdan, 
Məskənim olmuşdur mənim biyaban. 
Nə öz qapımıza gedir bu yollar
Nə də yar yurduna bir cığırım var. 
Həyamın şüşəsi, adımın camı 
Sındı daş üstündə, eşitdi hamı. 
Ah, səadət təblim gedəli bada, 
Köç təbli çalıram artıq dünyada. 


_______________ Milli Kitabxana _______________ 
79 
 
Gah mənə "bir sərxoş" deyir bu yerlər, 
Gah da "bir bütpərəst aşiq" deyirlər. 
Öylə zənn etmə ki, bir bütpərəstəm, 
Mən torpaqla deyil, gül ilə məstəm. 
Olmuşam o türkə çolaq bir şikar. 
Oxuna hədəfəm açıq, aşikar. 
O yarın quludur bütün varlığım, 
Ona can verməkdir bəxtiyarlığım. 
Mənə sərxoş desə, neyləməliyəm? 
Dəli də söyləsə, yəqin, dəliyəm! 
Madam ki, dəliyəm, sərxoşluğum var, 
Dəlidən, sərxoşdan ağıl ummazlar. 
Elə bir divanə deyiləm ki, mən 
Bir də azad olam zəncirlərimdən? 
Suyum bərk bulanmış, bir də durulmaz, 
Mənim viran könlüm heç abad olmaz. 
Kaşki dəli bir yel əssin bir kərə
Sovursun kül kimi məni göylərə. 
Yaxud da şiddətlə ildırım çaxsın, 
Evimi, canımı yandırıb, yaxsın. 
Odlara salsaydı məni bir insan, 
Yanan varlığımdan qalmazdı nişan. 
Bir nəhəng ağzına atılsaydım mən, 
Dünya qurtarardı xəcalətimdən. 
Bəd övlad yaratdı məni zəmanə, 
Evdə div oluram, çöldə divanə. 
Baxdıqca xar olur qohum-qardaşlar, 
Adımdan utanır yaxın yoldaşlar. 
Xəstəyəm, qanımı tökən o cəllad 
Öz keyfində gəzir qisasdan azad. 
Of! Salamat qalın can sirdaşlarım! 
Məclis yoldaşlarım, söz yoldaşlarım! 
O şərab şüşəsi əlimdən düşdü, 
Sınıb parçalandı, yadlar gülüşdü. 
Yolumda şüşələr qırılsa da, bax, 
Onları, göz yaşım sel tək coşaraq, 
Yudu ki, o şüşə qırıntıları 


_______________ Milli Kitabxana _______________ 
80 
 
Dostlar ayağına batmasın barı. 
Ey mənim dərdimi anlamayanlar 
Yolumdan çəkilin, nə işiniz var? 
Özümdə deyiləm... məni anmayın, 
Itgin bir insanam, mənə yanmayın. 
Bəsdir bu zülmünüz, halıma baxın, 
Məni öz dərdimlə azad buraxın! 
Qovmayın məni siz ana vətəndən
Onsuz da, qaçmağa atlanmışam mən. 
Taqətdən düşmüşəm, əlacım nədir? 
Canan! Əlimdən tut, can viranədir! 
Sənə könül verən xəstəyəm, ey yar! 
Uğrunda ölməyim daha xoş olar. 
Bir salam lütf elə, durult suyumu, 
Bircə sifarişlə oxşa ruhumu. 
Divanə bir mənəm, gizli deyildir, 
Bəs sənin boynunda nədir o zəncir?
76
 
Canan! O zənciri salma boynuna, 
Qoy mən zəncirlənim, layiqəm buna. 
Uçurdu könlümü zülfüyün bağı, 
Kim öyrətdi sənə bu ev yıxmağı? 
Könül ovçusudur o qara saçlar, 
Oğrudur saçların, kordur ruzigar... 
Ey mənim diləyim, ağzımda dilim! 
Əl ver, bu quyudan çıxım, sevgilim! 
Ya əlimdən yapış, sevimli canan! 
Ya da ki, qoy öpüm ayaqlarından. 
Bir kömək əli ver, işsiz oturma! 
Əllərin qoynunda bir küncdə durma! 
Nədən mənə qarşı mərhəmətsizsən? 
Bəs "İrhəm-türhəm"i oxumadın sən?
77 
Dərdlərdən, qəmlərdən azad bir ürək 
Özgənin dərdini hardan biləcək? 
Toxun ac olandan nə xəbəri var? 
Verdiyi çörəyi xırdaca doğrar! 
Əlini vurmasa oda bir nəfər, 
Odun istisini necə hiss edər? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə