Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48

_______________Milli Kitabxana______________ 
 14
Xarici etnoqrafiyada patronimiyanın sinonimi linecdir 
(ingiliscə nəsillərin xətti). Düşmən təhlükəsini dəf etmək üçün 
qəbilələr (qohum və ya qonşu) müvəqqəti ittifaqlarda 
birləşirdilər. Müdafiə  məqsədi ilə yaranan qəbilə ittifaqları 
əksər hallarda öz ictimai-iqtisadi mənafeləri naminə ittifaqı 
uzun müddət üçün saxlayırdılar (irokezlərin liqası, kriklərin 
konfederasiyası). Bəzi hallarda isə  hərbi təhlükənin 
sovuşmasından sonra ittifaqlar dağılırdı. Qəbilə ittifaqları sinfi 
cəmiyyətə keçid dövründə yaranmışdır. Hərbi demokratiya 
dövrü adlanan bu dövrdə seçkili rəhbərlərlə yanaşı  hərbi 
sərkərdələrin də ictimai rolu yüksəlirdi. Bunlarda qəbilə üzvləri 
və ya qəbilə  şurası  tərəfindən seçilirdi. Qəbilə ittifaqları 
dövlətin, hərbi rəhbərlərin hakimiyyəti isə kral və ya knyazın 
hakimiyyətinin rüşeymləri idi.  
Nəsli və ya qəbiləni ağsaqqallar idarə edirdilər. Onlar 
dünyəvi və dini funksiyalar daşıyırdılar. O, nəslin və ya 
qəbilənin adət-ənənələrinə ciddi riayət olunmasına nəzarət 
edirdi. Qəbilə  rəhbərinin funksiyası ondan ibarət idi ki, o, 
təsərrüfata başçılıq edir, nəsillər arası ixtilafları həll edir, hərbi 
işə  rəhbərlik edirdi. Nəsli  şura – nəslin tam bərabər hüquqlu 
üzvlərinin ümumi yığıncağı idi. Qəbilə  şurası – isə  qəbiləyə 
daxil olan nəsil ağsaqqallarının yığıncağı idi.  
İnitsiyasiya. Sinfi quruluşa qədərki cəmiyyətin həyatında 
initsiyasiyalar (təqdis adətləri) böyük rol oynayırdı (latınca 
“initsiare”-başlamaq). Bu yeniyetmələrin böyüklər cərgəsinə 
keçirilməsi qaydası idi. Sosial institutların biri də gizli 
ittifaqlardır. Bunlar nəsil arası dini təriqətlər kimi təşəkkül 
tapmışdılar; lakin sonralar qəbilənin rəsmi hakimiyyətinə qarşı 
ictimai-siyasi məqsədlər güdməyə başlamışdı. Qəbilədə kişi 
evləri də olurdu. Bunlar ilk mərhələdə nikahdan sonra nəslə 
daxil olan kişilərin yaşadığı yer idi. Lakin sonrakı  mərhələdə 
arvadların nəsli daxilində  kənar nəsillərdən gəlmiş kişilərin 
mənafeyini müdafiə edən sosial təşkilata çevrilmişdilər.  
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 15
Kasta – (portuqaliya dilində  nəsil deməkdir) qapalı 
endoqam ictimai qrupdur. Onun öz xüsusi davranış qaydaları 
vardır.    
 
AİLƏ-NİKAH TERMİNLƏRİ 
Ailə-nikah münasibətləri anlayışı ailə  və nikah 
formalarının, adət və  mərasimlərinin kompleks şəklində  əks 
etdirilməsidir.  
Nikah – adət hüququ və qanunla rəsmiləşdirilən kişilərin 
və qadınların cinsi yaxınlığını  əks etdirən sinfi cəmiyyətdə 
yaranmış aktdır. Nikah dövründə ər və arvadın qarşılıqlı hüquq 
və vəzifələri meydana çıxır.  
Ailə - ər və arvaddan, onların övladlarından ibarət olan 
ictimai-iqtisadi hüceyrədir. Sinfi cəmiyyətdə onun ən geniş 
yayılan forması  monoqamiyadır. Nikahın formaları nikah 
cütünün birləşməsinin xarakteri mənasını verir. Qızların 
qaçırılması – bu qızların və onların valideynlərinin razılığı və 
ya qeyri razılığı zamanı qaçırma yolu ilə bağlanan nikah 
formasıdır.  Ödəncli nigah – (kalım) – Adaxlının gəlinin 
əvəzində  qızın ailəsinə ödənc verməsidir.  İşləyib ödəmə 
əsasındakı nikah da buna aiddir. Gəzmə nikah – nikahın elə 
bir formasıdır ki, bu zaman ər-arvad ayrı-ayrı nəsillərdə yaşayır 
və yaxud ər arvadın evində deyil, kişilər üçün nəzərdə tutulmuş 
xüsusi evlərdə yaşamasıdır.  Qonaqpərvər heterizm – qrup 
nigahının bir formasıdır. Bu vaxt ərlə eyni bir sinfə, nəslə, yaş 
sinfinə daxil olan qonaq onun arvadı ilə yaşamaq hüququna 
malik olurdu. Sinifsiz cəmiyyətin bütün dövrlərində  ən geniş 
yayılan  qrup nikahı forması idi. Bu vaxt bir qrup kişilər və 
qadınlar müvəqqəti və ya daimi olaraq bir-birinin ərləri və 
arvadları hesab olunurdular. Lakin ciddi bir tərzdə 
ekzoqamiyaya riayət olunurdu. Qrup nigahının qalıqlarına sinfi 
cəmiyyətlərdə  də, hətta Asiya, Afrika və Okeaniyanın müasir 
xalqlarının bəzilərində bu günə  qədər təsadüf olunmaqdadır. 
Qədim Romadakı  saturnaliya qrup nigahının tipik qalığı 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 16
sayılır. Saturunun şərəfinə keçirilən məhsul bayramı günlərində 
müxtəlif nəsillərdən olan kişi və qadınlar arasında müvəqqəti 
olaraq cinsi əlaqələrə yol verilirdi. Asiyadakı müasir myao-yao 
xalqları  da  ay  rəqsləri zamanı xüsusi cinsi münasibətlərdə 
olurlar ki, bunlar da tamamilə saturnaliyaya bənzəyir.  
Heterizm – (yunanca “ketayra”-məşuqə) də qrup 
nikahının qalığıdır. Nikah yolu ilə bir kişiyə bağlı olan qadın 
başqa bir kişi ilə cinsi əlaqəyə girərsə bu heterizmdir. Başqa 
sözlə, qadın onunla nikah əlaqəsinə girə biləcək bütün kişilərə 
mənsub idi.  
Gənclər evi – Cənub-Şərqi Asiyanın bir çox xalqlarında 
müşahidə olunan tikintilərdir. Burada müxtəlif nəsillərdən olan 
gənclər hədd buluğa çatana qədər görüşür və azad nikah 
əlaqəsində olurlar. Bir qayda olaraq sinifli cəmiyyət üçün 
monoqam nikahlar xarakterikdir. Bu tək nigahlılıq deməkdir. 
Bununla belə  poliqamiyaya da təsadüf olunur ki, bu da 
çoxarvadlılıq deməkdir. Etnoqrafiyada poliandriya termininə 
də təsadüf olunur ki, bu ən çox Tibetdə yayılan adətdir. Bütün 
bunlarla yanaşı  zəruri sayılan nikahlar da mövcud olmuşdur. 
Məsələn,  ortakuzen – (ortos-yunanca bilavasitə, kuzen-
fransızca  əmi oğlu)  əmi oğlu ilə  əmi qızı arasındakı nikah 
əlaqəsinə deyilir. Kros-kuzen nigah isə dayı oğlu ilə bibi qızı 
arasında bağlanan nigahdır; sororat – (latınca-soror-bacı) eyni 
vaxtda bir neçə bacı ilə bağlanan nigaha deyilir; levirat – 
(latınca-levir-qayın) qardaş arvadı ilə olan nigahdır.  
Promiskuitet. XIX əsr klassik etnoqrafik ədəbiyyatında 
promiskuitet anlayışına tez-tez rast gəlinir. Bu nizamsız cinsi 
əlaqələr deməkdir. Nigahın bu ibtidai forması insanlığın ilk 
çağına-ibtidai sürü dövrünə aiddir. 
Geniş yayılan istilahlardan biri də ailə formasıdır. Ailə 
forması nikah cütlərinin birləşməsinin spesifik 
reqlamentasiyasıdır.  İkili ailə nikah cütlərinin qeyri-sabit 
şəkildə birləşməsidir. Burada qrup nikahlı qalıqları daha 
çoxdur. Fərdi ailə ata nəsli  şəraitində cütlərin uzun müddət 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə